XƏBƏRLƏRİN 2018 arxivi
az / ru / en

30 Sentyabr 2018

PREZİDENT İLHAM ƏLİYEV TANINMIŞ ALİMİN VƏFATI İLƏ BAĞLI NEKROLOQ İMZALAYIB

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış fizik, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Məmməd Əli oğlu Haşımzadə 2018-ci il sentyabrın 28-də ömrünün 83-cü ilində vəfat etmişdir. Firudin Haşımzadə 1935-ci il dekabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olaraq təhsilini SSRİ Elmlər Akademiyasının A.F.İoffe adına Leninqrad Fizika-Texnika İnstitutunda davam etdirmişdir. Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi kimi başlayan Firudin Haşımzadə burada 1963–1968-ci illərdə böyük elmi işçi, 1968–1987-ci illərdə “Yarımkeçiricilər” laboratoriyasının müdiri, 1987–1993-cü illərdə “Güclü anizotrop kristallar fizikası” şöbəsinin rəhbəri olmuşdur. O, 1993–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun direktor müavini, 1994–2000-ci illərdə direktoru işləmiş, 2001-ci ildən ömrünün sonunadək baş elmi işçi vəzifəsində çalışmışdır. Firudin Haşımzadə 1962-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1974-cü ildə professor elmi adını almışdır. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. Akademik Firudin Haşımzadə səmərəli elmi fəaliyyəti ilə respublikamızda yarımkeçiricilər nəzəriyyəsi sahəsində elmi məktəbin bünövrəsini qoyanlardan biri kimi müasir fizika elminin inkişafına böyük töhfələr vermişdir. Firudin Haşımzadənin bərk cisim nəzəriyyəsi sahəsində araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Alim Keyn tipli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin nəzəriyyəsini yaratmış, aşağı ölçülü kvant sistemlərində yükdaşıyıcıların enerji spektrini müəyyənləşdirmiş, mənfi maqnitomüqavimətin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir. Akademik Firudin Haşımzadənin araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 150-dən çox elmi əsərdə və bir monoqrafiyada öz əksini tapmışdır. Alimin rəhbərliyi altında fizika sahəsində 11 elmlər doktoru, 22 fəlsəfə doktoru hazırlanmışdır. O, bir sıra mötəbər beynəlxalq elmi simpozium və konfranslarda çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Firudin Haşımzadənin pedaqoji fəaliyyəti də təqdirəlayiq olmuşdur. Onun 30 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində nəzəri fizika və bərk cisim nəzəriyyəsi elmi istiqamətləri üzrə oxuduğu mühazirələr təhsil ictimaiyyətinin rəğbətini qazanmışdır. Akademik Firudin Haşımzadənin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə “Antiferromaqnitlərin optik spektroskopiyası”na dair işlər silsiləsinə görə Elm və Texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına, 2015-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Firudin Məmməd Əli oğlu Haşımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

İlham Əliyev, Mehriban Əliyeva, Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Fərəh Əliyeva, Akif Əlizadə, Ceyhun Bayramov, İbrahim Quliyev, Rasim Əliquliyev, Nazim Məmmədov, Arif Paşayev, Bahadur Tağıyev, Cavad Abdinov, Çingiz Qacar, Ənvər Nəhmədov, Təyyar Cəfərov, Abel Məhərrəmov.

FİRUDİN MƏMMƏD ƏLİ OĞLU HAŞIMZADƏ

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış fizik, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Məmməd Əli oğlu Haşımzadə 2018-ci il sentyabrın 28-də ömrünün 83-cü ilində vəfat etmişdir. Bütün həyatı və taleyi elmlə bağlı olan alim dedikdə ilk növbədə Firudin müəllim yada düşür. Elmə bağlılığı, hər kəsə təmənnasız köməyi onu işlədiyi kollektivdə əsl alimlik nümunəsinə çevirmişdir. Onu taniyanlar əmin olur ki, bütün ömrünü elmə həsr edən, ən yüksək adlara layiq olmasına baxmayaraq hec bir vəzifə təmənnasında olmayan insanlar həqiqətən həyatda mövcud olur. Akad. F.M. Haşımzadə yarımkeçiricilər fizikası və ümumilikdə bərk cisim fizikasının inkişafında böyük xidmətləri olan məşhur alim idi. F.M. Haşımzadə 7 dekabr 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və A.F. İoffe adına Leninqrad Fizika-Texnika İnstitutuna göndərilmişdir. Onun aspirant təhsili professor A.İ. Qubanovun rəhbərliyi ilə keçmişdir. F.M. Haşımzadənin ilk elmi işləri qrup nəzəriyyəsi əsasında mürəkkəb yarımkeçirici birləşmələrin analizinə və onların zolaq quruşunun hesablanmasına həsr edilmişdir. Bu işlər əsasında o, 1962-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1963-cü ildə Leninqraddan Bakıya qayıdan F.M. Haşımzadə Azərbaycan EA Fizika İnstitutunda işə başlamışdır. O, qısa bir müddətdə kiçik elmi işçi vəzifəsindən “Yarımkeçiricilərin nəzəriyyəsi” laboratoriyasının rəhbəri vəzifəsinə qədər yüksəlmiş. 1993-2000-ci illərdə F.M. Haşımzadə Fizika İnstitutunun direktoru olmuşdur. Bir sıra yarımkeçiricilərin elekron spektri, elektrik, maqnit və optik xassələrini nəzəri tədqiq edən F.M.Haşımzadə 1972-ci ildə bu işlər əsasında doktorluq dissertasiyası müdafiə etmiş, 1980-cı ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdi. Qrup nəzəriyyəsi metodları ilə keçid elementlərinin karbonatlarında maqnon və eksiton spektrlərini tədqiq edən və işığın ikimaqnonlu udulma və səpilmə spektrlərinin nəzəriyyəsini quran F.M. Haşımzadə 1986-cı ildə bu nəticələrə görə müəlliflər kollektivi ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdü. Akad. F.M. Haşımzadə Bakıda yarımkeçiricilərin nəzəriyyəsi sahəsində elmi məktəb yaratmışdır. Bu məktəbin nümayəndələri Azərbaycanda və bir sıra xarici ölkələrdə onun başladığı işləri davam etdirirlər. Onun rəhbərliyi ilə 10 elmlər doktoru və 25-dən çox elmlər namizədi hazırlanmışdır. O, 150-dən çox elmi əsərin və bir monoqrafiyanın müəllifidir. F.M. Haşımzadə pedaqoji fəaliyyət də göstərərək, uzun illər ərzində Bakı Dövlət Universitetinin Fizika fakultəsində tələbələrə nəzəri fizikanın müxtəlif məsələlərinə dair mühazirələr oxumuşdur. Akad. F.M. Haşımzadənin elmi işləri bərk cisim fizikasındakı problemlərin geniş dairəsini əhatə edir. Birinci növbədə onun yarımkeçiricilərin zolaq quruluşunun və qəfəs rəqsləri spektrinin qrup nəzəriyyəsi əsasında hesablanması üçün nəzəri baza yaratdığı silsilə işlərini qeyd etmək lazımdır. F.M. Haşımzadənin inkişaf etdirdiyi metodika bir sıra əhəmiyyətli məsələlərə (laylı və zəncirvari yarımkeçiricilər, seqnetoelektriklər, maqnit dielektriklər) tətbiq edilmişdir. F.M. Haşımzadə ilk dəfə mürəkkəb tərkibli kristallarda elektron, maqnon və eksiton spektrlərinin analizinə qrup nəzəriyyəsi üsulunu tətbiq etmiş, psevdopotensial metodu ilə yarımkeçirici birləşmələrin zolaq quruluşunu hesablamışdır. O, üçqat birləşmələrin elektron və fonon spektrlərinin ilkin prinsiplərdən tapılması üsulunu vermiş və bir sıra birləşmələr üçün spektrləri hesablamışdır. Onun elmi işlərinin digər bir hissəsi darzolaqlı yarımkeçiricilər və yarımmetalların nəzəriyyəsinə həsr edilmişdir. F.M. Haşımzadə Keyn spektrli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin ardıcıl nəzəriyyəsini yaratmış, onların volt-amper xarakteristikasının qeyri-xəttiliyinin yeni mexanizmini aşkar etmiş, həmin tip yarımkeçiricilərin anomal maqnit xassələrinə malik olmasını göstərmişdir. Akad. F.M. Haşımzadəni öz həmkarlarından fərqləndirən bir cəhət onun nəzəri işlərində irəli sürülmüş bir sıra ideyaların eksperimentdə öz təsdiqini tapmasıdır (işığın zonalararası udulmasında maqnetofonon və spin-maqnetofonon rezonansları, Keyn yarımkeçiricilərində elektron qazının maqnit nüfuzluğunun diamaqnit işarəsi, ultra-kvant maqnit sahələrində maqnit momentinin doyması və s.) Akad. F.M. Haşımzadənin bir sıra işləri ümumnəzəri mahiyyətə malikdir və bərk cisim fizikasına qrup nəzəriyyəsi metodlarının tətbiqinin təkmilləşdirməsinə həsr edilib. Firudin müəllim tərəfindən inkişaf etdirilmiş tədqiqat metodları və onun əldə etdiyi konkret elmi nəticələr böyük şöhrət qazanmışdır və bir sıra bərk cisimlərin enerji spektrlərinin, kinetik, optik, maqnit və elastiklik xassələrinin öyrənilməsində geniş tətbiq edilir. XX əsrin sonları və XXI əsrin əvvəllərində fizikanın inkişafında prioritet istiqamətə çevrilmiş aşağı ölçülü sistemlərdə (kvant çuxuru, kvant məftili və kvant nöqtələri) optik və kinetik hadisələrin nəzəriyyəsinin qurulmasında F.M. Haşımzadənin mühüm xidmətləri var. O, A3B5 tipli yarımkeçirici və Cd1-xMnxTe tipli yarımmaqnit yarımkeçirici kvant nöqtələrində elektron və fononların enerji spektrini hesablamış, parabolik potensiallı yarımkeçirici kvant cuxurunda elektrikkeçiriciliyinin, termoelektrik, qalvanomaqnit və termomaqnit effektlərin nəzəriyyəsini qurmuş, kvant çuxurunda mənfi maqnit müqavimətinin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir. Firudin müəllimin kadr hazırlığı sahəsində gördüyü işlər əvəzsizdir. Uzun illər boyunca Fizika İnstitutunda bərk cisimlərin kinetik, optik, elektrik, maqnit, elastiklik xassələrinə aid aparılan elmi tədqiqatlar, hazırlanan dissertasiyaların əksəriyyəti F.M. Haşımzadə ilə müzakirə edilmişdir ki, bu da həmin istiqamətlərdə tədqiqatların effektivliyini daha da artırmış, institut əməkdaşlarının qarşısında duran məsələlərin müvəffəqiyyətlə həll edilməsinə kömək etmişdir. Bərk cisimlər fizikasına aid bir çox monoqrafiya və elmi məqalələrdə akad. F.M. Haşımzadənin aldığı nəticələrdən istifadə olunmuş və onun əsərlərinə çoxlu sayda istinadlar edilmişdir. F.M. Haşımzadə elmi və pedaqoji fəaliyyətlə bərabər elmin təşkili sahəsində də işlər görmüşdür. Buna misal olaraq onun təşəbbüsü ilə Fizika İnstitutunda çap olunan “Fizika” elmi-periodik jurnalını göstərmək olar. Tanınmış alim, pedaqoq, elm təşkilatçısı və səmimi insan Firudin Məmməd Əli oğlu Haşımzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!

Dostum, alim insan haqda xoş sözləri həmçinin jurnalın redkollegiyası, A.İ. İoffe adına Fizika-Texnika institutunun əməkdaşları və dostlar tərəfindən dərc olunmuş "Памяти Фирудина Мамед Али оглу Гашимзаде" məqaləsində http://journals.ioffe.ru/misc/Gashim.pdf saytında oxuya bilərsiniz

21 May 2018

FİZİKA İNSTİTUTUNDA QADINLAR ŞURASI TƏSİS EDİLİB

In Institute of Physics Azerbaijan National Academy of Sciences Women’s Council constituent assembly has been held. Rena Mirzazadeh, doctor of philosophy, Ziba Agayeva, doctor of philosophy sciences and Samira Kadiyeva, candidate of philosophy sciences from Women’s Council of Azerbaijan National Academy of Sciences took part in given assembly. Academician Javad Abdinov, deputy director on science opened the ceremony. He wished success in further activity of newly organized Council. Salima Mekhtiyeva, associate of Azerbaijan National Academy of Sciences, chief of the laboratory was nominated for chairman of Women’s Council. J.Abdinov spoke about S.Mektiyevas’s scientific activities. He noted that she worked as a deputy director amd scientific secretary of Institute of Physics for a long time. He emphasized that S.Mekhtiyeva is the first woman as associate af ANAS on physics,mathematics and technical sciences. Sitara Bagirova, doctor of philosophy on physics, chairman of Trade Union Committie, Elmira Kerimova, doctor of physico-mathematical sciences, professor told about S.Mekhtiyeva and supported her nomination. Given proposal was put to the vote and adopted unanimously. The working group including 13 men was elected in Council. While speaking professor Rena Mirzazadeh stressed that Women’s Council of ANAS is distinguished from other nongovernmental organizations. She said that Council has been aimed at fulfilling scientific and methodological problems. R.Mirzazadeh mentioned that Women’s Council will cooperate with the institutes, part “Yeni Azerbaijan, Trade Labour Commities, Councils of Young Scientists and Specialists. Salima Mektiyeva expressed her gratitude to the Institute collective body fot the confidence.


21 May 2018

FİZİKA İNSTİTUTUNUN FUTBOL KOMANDASI ÜÇÜNCÜ DƏFƏ ÇEMPİON OLUB

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib. İclasda yeni yaradılmış AMEA Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru Ziba Ağayeva və fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadiyeva iştirak ediblər. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O, ilk olaraq yeni təsis edilmiş Şuraya gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, iclasda məqsəd Fizika İnstitutunda Qadınlar Şurasını təsis etmək və sədri seçməkdir. İnstitutun Qadınlar Şurasına sədrlik üçün AMEA-nın müxbir üzvü, laboratoriya müdiri Səlimə Mehdiyevanın namizədliyi irəli sürülüb. C. Abdinov S. Mediyevanın elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, o uzun müddət Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini və elmi katib, laboratoriya vəzifələrində çalışıb. O, S. Mehdiyevanın fizika-riyaziyyat və texnika elmləri bölməsində AMEA-nın ilk fizik qadın müxbir üzvü olduğunu vurğulayıb. İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, laboratoriya müdiri fizika üzrə elmlər doktoru, professor Elmira Kərimova Səlimə Mehdiyeva haqqında düşüncələrini bölüşüblər və S.Mehdiyevanın namizədliyini dəstəklədiklərini vurğulayıblar. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub. Daha sonra Şuraya 13 nəfərdən ibarət işçi qrup seçilib. İclasda çıxış edən professor Rəna Mirzəzadə AMEA Qadınlar Şurasının digər qeyri-hökümət təşkilatlarından fərqli bir qurum olduğunu vurğulayıb. O, Şuranın elmi-metodiki problemlərin həllinə yönələn məsələlərin həlli məqsədi ilə olunduğunu bildirib. R. Mirzəzadə Qadınlar Şurasının institutlarda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının özəkləri, Həmkarlar İttifaqı komitələri, Gənc Alim və Mütəxəssislər şuraları ilə qarşılıqlı fəaliyyət göstərəcəyini qeyd edib. Səlimə Mehdiyeva çıxış edərək kollektivə ona göstərilən etimada görə minnətdarlığını bildirib.


18 Aprel 2018

AMEA FİZİKA İNSTİTUTU GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI MƏKTƏBLİLƏRLƏ GÖRÜŞÜBLƏR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında görüş keçirib. Görüşdə məqsəd Gimnaziyada yeni yaradılan “Kiçik Elmi Akademiya”-nın strukturu ilə tanış olmaq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub. Tədbiri giriş sözü ilə açan Gimnaziyanın direktor müavini Cəmilə Allahverdiyeva “Kiçik Akademiya”nın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası daima AMEA institutları ilə xüsusən Fizika İnstitutu ilə əməkdaşlıq edir. C. Allahverdiyeva 2016-cı ildə Fizika İnstitutunun təşəbbüsü və AMEA GAMŞ-ın təşkilatçılığı ilə IX-XI siniflər arasında keçirilmiş “Gələcəyin tədqiqatçıları” adlı layihədən bəhs edib. Qeyd edib ki, həmin layihənin yekunlarına əsasən fərqlənən şagirdlər mükafatlara layiq görülmüşdülər. O, Gimnaziyanın humanitar fənlər üzrə ixtisaslaşmasına baxmayaraq, burada texniki fənlərə də xüsusi diqqət ayrıldığını bildirib. Çıxışının sonunda C. Allahverdiyeva yeni yaradılmış “Kiçik Akademiya”nın idarə heyəti ilə tədbir iştirakçılarını tanış edib. Bildirib ki, “Kiçik Akademiya” nın prezidenti Ləman Hacıyevadır. Daha sonra tədbir Fizika İnstitutu GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirovun çıxışı ilə davam edib. Q.Dəmirov bildirib ki, elm və təhsilə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu da ayrı-ayrı vaxtlarda qəbul olunan dövlət proqramlarında öz əksini tapır. O, Fizika İnstitutunun gənc alimlərinin fizika fənninə şagirdlərin marağını artırmaq məqsədilə irəli sürsüyü təşəbbüsdən bəhs edib. Bildirib ki, təşəbbüsün əsas hissəsi 2017-ci ilin sentyabr ayından etibarən Gimnaziyanın VII sinif şagirdləri üçün əlavə məşğələlər keçirmək, ikinci hissəsi isə fizika fənninin əyləncəli istiqamətlərini elmi-əyləncəli şou vasitəsilə məktəblilərə çatdırmaq ibarətdir. Q. Dəmirov bu cür əməkdaşlıqların gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd edib. Tədbirdə GAMŞ-ın üzvləri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, elmi işçilər Səbinə Zeynalova, Aynur Qəhrəmanova və Humay Məmmədova çıxış ediblər. Tədbirin sonunda elmi-əyləncəli şou nümayiş olunub.


2018
FİZİKA İNSTİTUTUNDA ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB

İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, ulu öndərin dövlətçiliyimizin inkişafı, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən söz açıb. Vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində irəli sürdüyü strategiya bu gün də davam etməkdədir. N.Məmmədov bugünlərdə Fizika İnstitutu və əməkdaşlarının “Web of science” elmi bazasının mükafatına layiq görüldüyünü xatırladıb. Bildirib ki, əldə olunan nailiyyətlər Ulu öndər Heydər Əliyev və onun siyasətinin davamçısı, cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətindən irəli gəlir. Daha sonra N.Məmmədov ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Anım tədbiri İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun çıxışı ilə davam etdirilib. Bildirib ki, Heydər Əliyevin 90-cı illərdə hakimiyyətə qayıdışı ölkədə dövlətçilik prinsipini yaratdı. O, Azərbaycan elminin inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin gördüyü işlərdən bəhs edib. İnstitutun “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva Ulu Öndərin Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb. O, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, dövlətiçilik şüurumuzunda çox böyük məna yükü daşıdığnı bildirib. O, Heydər Əliyevin vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən bəhs edib. S.Mehdiyeva vurğulayıb ki, Ulu öndər Azərbaycan gerçəkliyini, ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən dövlətçilik ideologiyasını yaratmışdır. O, Azərbaycan Milli Elmlər Akademiyasnın, bütövlükdə Azərbaycan elminin tərrəqqi dövrünün Ulu öndərin respublikaya rəhbərliyi ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, həmin illərdə elm, iqtisadiyyat və mədəniyyət inkişafın yüksək mərhələsinə qədəm qoydu.


03.12.2018 12:25

AMEA 2018-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2018-ci il dekabrın 4-dən dekabrın 24-ü saat 17:00-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul ediləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna (İnstitutların ünvanını AMEA-nın www.science.az saytından əldə etmək olar) təqdim olunmalıdır:
- elmi müəssisənin direktorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz.
Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış; - çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.
Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA-nın müvafiq institutuna təqdim olunmalıdır:
- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); - şəxsiyyəti təsdiq edən sənədin surəti.
Əlavə məlumat üçün AMEA-nın Elm və təhsil baş idarəsinin Doktorantura şöbəsinə müraciət etmək olar.
Əlaqə telefonları: (+994 12) 539 30 60, 492 84 48
E-mail: etbi@science.az
www.science.gov.az


24-26 Sentyabr 2018-ci il, Bakı, Azərbaycan

AKADEMİK H.B. ABDULLAYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS VƏ MƏKTƏB "MODERN TRENDS IN CONDENSED MATTER PHYSICS", MTCMP-2018

Detallar üçün bu linka daxil olun


19 Aprel 2018

FİZİKA İNSTİTUTUN DİREKTORU BEYNƏLXALQ KONFRANSDA DƏVƏTLİ MƏRUZƏ İLƏ ÇIXIŞ EDƏCƏK

Üçlü və çoxkomponentli birləşmələr sahəsində yüksək səviyyəli beynəlxalq konfrans olan ICTMC (International Conference on Ternary and Multinary Compounds) ilk dəfə 1973-cü ildə Böyük Britaniyanın Bat şəhərində keçirilib. İki ildən bir keçirilən möhtəbər konfransda bütün məruzələr üçlü və çoxkomponentli birləşmələrə həsr olunur. Müxtəlif illərdə konfrans Fransa, Yaponiya, İtaliya, Venesuela, Almaniya və digər dünya ölkələrində təşkil olunmuşdur. 2010-ci ildə mötəbər beynəlxalq konfransa ev sahibliyi Azərbaycan etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun təşkilatçılığı ilə keçirilmiş ICTMC-17 beynəlxalq konfransına akademik Arif Paşayev və akademik Nazim Məmmədov sədrlik etmişdir. ICTMC-21 beynəlxalq konfransı sentyabrın 9-13-ü 2018-ci ildə ABŞ-ın Kolorado ştatının Boulder şəhərində keçiriləcək. Azərbaycanı konfransda dəvətli məruzə ilə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin akademik katibi, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və İnstitutun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Ziya Əliyev təmsil edəcək. Konfransa Yaponiya, Korea, Çin, ABŞ, Almaniya, İsveçrə, Fransa, Lüksemburqdan olan təmsilçilər qatılacaqlar. Konfransa təqdim olunan məqalələr seçilərək yüksək impakt faktorlu “Physica status solidi” jurnalında çap olunacaq.

https://sites.google.com/view/ictmc21/scope/invited-speakers?authuser=0


18 Aprel 2018

ADPU-NUN TƏLƏBƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II kurs tələbələri fizika aylığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda qonaq olublar. Elm və təhsilin inteqrasiyası sahəsində təşkil olunan görüşdə məqsəd tələbələrdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. ADPU-nun Fizika fakültəsinin “Fizika müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrə İnstitutunun alimləri bu elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən məlumat veriblər.


13 İyun 2018-ci il tarixində saat 11:00

Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında

Tural Qulu oğlu Nağıyev

"Nadir torpaq elementləri (NTE = Eu, Er və Pr) ilə aktivləşdirilmiş
CaxBa1-xGa2S4 bərk məhlullarının fotolüminessensiya xassılıri"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.


11-14 Sentyabr 2018-ci il tarixində

Fizika İnstitutunun direktoru beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov 11-14 sentyabr 2018-ci ildə ICTMC-21 (International Conference on Ternary and Multinary Compounds) beynəlxalq konfrasında iştirak edəcək. ABŞ-ın Kolorado ştatında təşkil olunacaq konfransa Yaponiya, Korea, Çin, ABŞ, Almaniya, Fransa, Lüksemburqdan olan təmsilçilər qatılacaqlar.


14 May 2018

FİZİKA İNSTİTUTUNDA RUSİYALI ALİMLƏR QONAQ OLUBLAR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev, REA Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotskini, “Geoelektrodinamika” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Oleq Poxotelov və həmin laboratoriyanın aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yelena Popovanı qəbul edib. Görüş çərçivəsində akademik N. Məmmədov Fizika İnstitutunun fəaliyyəti, elmi nəticələri haqqinda məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib. R.Saqdeyev çıxışında kadr mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri və s. kimi məsələlərə toxunub.

Daha sonra Fizika İnstitutunda qonaqların iştirakı ilə seminar keçirilib. Seminarda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak edib. İlk olaraq REA-nın müxbir üzvü Sergey Tixotskinin məruzəsi dinlənilib. O, Yer Fizikası İnstitutunun yaranma tarixi, bugünədək keçdiyi inkişaf yolu, ayrı-ayrı dövrlərdə İnstituta rəhbərlik etmiş direktorlar haqqında məlumat verib. Bildirib ki, 90 yaşı olan İnstitutun 600-ə yaxın əməkdaşı var. S. Tixotski İnstitutda əsasən, geoloji, seysmoloji,elektomaqnit, geofiziki və s. istiqamətdə tədqiqatlar aparıldığını qeyd edib. Seminar Oleq Poxotelovun çıxışı ilə davam edib. Sonda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar. Rusiyalı qonaqlar Fizika İnstitutunun İnnovasiya sektoru ilə də tanış olublar. İnstitutun əməkdaşları qonaqlara burada quraşdırılan müasir cihazlar haqqında məlumat veriblər.


27 Fevral 2018

Fizika İnstitutunda rusiyalı alimin seminarı keçirilib

Məruzəçi ion mənbələri sahəsində dünya şöhrtətli mütəxəssis Vadim Dudnikov olub. Seminarı giriş sözü ilə İnstitutun “İnfraqırmızı fotoelektronika və plazma hadisələri” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru İlham Həsənov açıb. O, V. Dudnikov haqqında seminar iştirakçılarına məlumat verib. Bildirib ki, alim akademik Roald Saqdeyevin yubiley konfransı ilə əlaqədar Bakıda qonaqdır. İ. Həsənov V. Dudnikovun uzun müddət Rusiyanın Novosibrsk şəhərində Nüvə Fizikası İnstitutunda laboratoriya müdiri həmçinin, “Ümumi fizika” kafedrasının müdiri vəzifəsində çalışdığını qeyd edib. Bildirib ki, 1971-ci ildə alim tərəfindən irəli sürülən mənfi ion mənbələri işləmələri dünyanın müxtəlif laboratoriyalarında geniş tətbiq olunur. O, V. Dudnikovun 80-ci illərdə Ukraynanın Kiyev şəhərində yerləşən Fizika İnstitutunda təşkil olunan ion mənbələri haqqında konfrans və seminarların fəal iştirakçılarından olduğunu vurğulayıb. Alim uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və elmi fəaliyyətini orada davam etdirir. Daha sonra alimin məruzəsi dinlənilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. Qonaq Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə tanış olub. V. Dudnikov İnstitutda iki aylıq ezamiyyətdə olan Yaponiyanın Chiba Uiniversitetinin birinci kurs magistri Yuto Yasui ilə də görüşüb.


24 Yanvar 2018

Fizika İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 20 Yanvar şəhidlərinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açıb. O bildirib ki, Sovet Rusiyası dəfələrlə azərbaycanlılara qarşı qırğın törədib. Bunlardan ən dəhşətlisi isə 20 Yanvar, Xocalı faciəsi olub. 80-ci illərin ikinci yarısından başlayaraq erməni separatçıları Azərbaycan torpağı olan Qarabağa ərazi iddialarını irəli sürməyə başladılar. C.Abidinov bildirib ki, Azərbaycan və Ermənistan eyni dövlətin SSRİ-nin təkibində idi və bu Ittifaqın vəzifəsi o idi ki, Azərbaycanın ərazi bütövlüyünü qorusun. O, Sovet Rusiyası bu funksiyanı yetərincə yerinə yetirmədiyini qeyd edib. Yanvarın 19-dan 20-ə keçən gecə xalqın etirazçı çıxışlarının qarşısını almaq və başqa millətlərin hüquqlarını qorumaq bəhanəsi ilə Bakıya 5 istiqamətdə Rusiyanın Stavrapol və Krasnodar vilayətindən formalaşmış 60 min əsgərdən ibarət qoşun yeridilib. C.Abdinov vurğulayıb ki, fövqəlada vəziyyət elan olunana qədər Bakıda 82 nəfər artıq qətlə yetirilmişdi. Ümumiyyətlə 20 Yanvar facicəsi zamanı 147 qətlə yetirilib, 744 nəfərə yaxın yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200-ə yaxın ev isə dağıdılıb. C.Abdinov 20 Yanvar hadisələrindən sonra parlament üzvləri xüsusi iclas keçirdiyini qeyd edib. Bildirib ki, hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Ümummilli lider bu hadisəni xalqa qarşı cinayət adlandırmışdı. C.Abdinov Azərbaycanın mütəqillik tarixindən danışıb və bildirib ki, artıq Azərbaycan yalnız özünə güvənməlidir və gələcək nəsillərə də şanlı tarixini unutmamağı öyrətməlidir. Anım tədbiri Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırovanın çıxışı ilə davam edib. O bildirib ki, 1990-cı ilin 20 yanvarında törədilən hadisələrin canlı şahidi olub. Qeyd edib ki, Azərbaycan xalqı bu hadisələr zamanı öz birliyini göstərdi. O dövrdə xalq milli azadlıq, demokratiya Azərbaycanın müstəqilliyi uğrunda Qarabağ uğrunda birləşdi. S.Bağırova qanlı yanvar hadisələri zamanı qoşunun təkcə Bakıya deyil, Lənkəran, Cəlilabad və Naxçıvana yeridildiyini qeyd edib. Bildirib ki, Azərbaycana qarşı yürüdülən işğalçı siyasətə baxmayaraq, dövlətimiz müstəqilliyini qoruya bilib, gün-gündən inkişaf edir. O, şəhidlərin qanının yerdə qalmayacağına, tezliklə Qarabağın da işğaldan azad olacağına ümidvar olduğunu vurğulayıb. Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. O, həmin günü törədilən vəhşikliklərdən söhbət açıb. 20 yanvar hadisələrinin səbəbkarlarının hələ də cinayət məsuliyyətinə cəlb olunmadığnı qeyd edib. Bildirib ki, nə qədər acılı bir tarix olsa da, qanlı yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini və əzmini əzə bilmədi. Bildirib ki, bugünki müstəqillik şəhidlərin canı və qanı hesabına qazanılıb. Hər bir vətəndaşın borcu onu qorumaqdır. Anım tədbirində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş olunub


18 Aprel 2018 saat 11:00

Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında

Elçin Cəlal oğlu Qurbanov

"Qısa müddətli yüksək elektrik impuls sahələrin və qaz boşalmalarının müxtəlif dielektrik mühitlərə təsirlərinin elmi və texnoloji əsaslarının işlənilməsi"


mövzusunda 3344.01 - "Yüksək gərginliklər texnikası" texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.


12 dekabr 2018-ci il tarixində saat 11:00

Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında

Tahir Cümşüd oğlu İbrahimovun

"Hibrid maye kristal sistemlərində bəzi optik effektlərin xüsusiyyələri"


"2203.01 - Elektronika" mövzusunda fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.


28 noyabr 2018-ci il tarixində saat 11:00

Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında

Məfkürə Vaqif qızı Qocayeva

"Adi və supersimmetrik kvant mexanikasında Şredinger, Kleyn-Fok-Qordon və Dirak tənliklərinin bəzi eksponensial tipli potensiallar üçün analitik həlləri"


mövzusunda 2212.01 - "Nəzəri fizika" fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.


28 noyabr 2018-ci il tarixində saat 13:00

Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında

Aysel Yunis qızı Həmzəyeva

"Bi2Te3 birləşməsinin aşağı sıxlıqlı polietilenin quruluşuna, dielektrik və optik xassələrinə təsiri"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.


24 oktyabr 2018-ci il tarixində saat 11:00

Azərbaycan MEA Fizika İnstitutu nəzdindəki D01.011 Dissertasiya Şurasında

Nərmin Arif qızı İsmayılova

"TlInSe(S)2 birləşməsinin elektron quruluşu və TlInSe2-nin təzyiq altında faza stabilliyi"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.


27 Fevral 2018

Fizika İnstitutunda NATO-nun “sülh və təhlükəsizlik naminə elm” proqramı çərçivəsində telekonfrans keçirilib

Within the framework of NATO “Science for Peace and Security Programme” the teleconference on the opening of the three-year Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda NATO-nun “Sülh və Təhlükəsizlik naminə Elm” Proqramı çərçivəsində «Partlayıcıları detektə etmək üçün pilotsuz portativ sensorlar» adlı 3 illik layihənin açılış telekonfransı keçirilib. Fevralın 15-də təşkil olunmuş telekonfransda layihənin NATO ölkəsi üzrə koordinatoru (İtaliya) Dr. Claudio Ferrari və layihənin İtaliya Milli Tədqiqatlar Şurası “Elektronika və Maqnetizm üçün Materiallar İnstitutu”nun (CNR-IMEM) və Prama Universitetinin tədqiqatçılarından ibarət digər iştirakçıları, partnyor ölkə- Azərbaycan tərəfindən layihənin koordinatoru, Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent, Dr. Nahidə Musayeva və layihənin digər iştirakçıları, o cümlədən layihənin nəticələrinin son istifadəçi təşkilatı - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin əməkdaşları iştirak ediblər. Telekonfransda çıxış edən N. Musayeva layihədə nəzərdə tutulan plan işinin yerinə yetirilməsi metodlarından və iştirakçıların - xüsusilə də gənc mütəxəssislərin layihədəki öhdəliklərindən danışıb . Dr.Claudio Ferrari isə layihənin idarəçiliyi, qarşıda duran elmi-təşkilati işlərdən bəhs edib. Layihə üzrə tədqiqatlara start verilib və hər ay mütəmadi olaraq bu cür hesabat konfransının keçirilməsi qərara alınıb.