12.12.2022
İNSTİTUTDA KEÇİRİLMİŞ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ HAQQINDA
Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb.
O, Ulu Öndərin vətənimiz qarşısında tarixi xidmətlərindən, dövlətçiliyimizin inkişafı, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən danışıb.
A. Həşimov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, dövlətiçilik şüurumuzda çox böyük məna yükü daşıdığnı vurğulayıb.
Akademik bildirib ki, H. Əliyevin müstəqil dövlətimizin qurulmasında əvəzsiz xidmətləri vardır. Qeyd edib ki, Ulu öndər istər
sovet hakimiyyəti illərində, istərsə də, müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Azərbaycan xalqının rifahının
yaxşılaşması üçün çalışmışdır. A. Həşimov ümummilli liderin elmə verdiyi yüksək dəyərdən danışıb. O, Azərbaycan Milli Elmlər
Akademiyasının, bütövlükdə Azərbaycan elminin tərrəqqi dövrünün Ulu öndərin Respublikaya rəhbərliyi ilə bağlı olduğunu qeyd edib.
Bildirib ki, həmin illərdə elm, iqtisadiyyat və mədəniyyət inkişafın yüksək mərhələsinə qədəm qoyub. Daha sonra akademik Cavad Abdinov
çıxış edib. O bildirib ki, Heydər Əliyevin 90-cı illərdə hakimiyyətə qayıdışı ölkədə dövlətçiliyi bərpa etdi.
C. Abdinov vurğulayıb ki, Ulu öndər Azərbaycan gerçəkliyini, ictimai-siyasi, mədəni-mənəvi həyatın bütün sahələrini əks etdirən dövlətçilik ideologiyasını
yaratmışdır. Daha sonra fizika üzrə elmlər doktorları Kamil Qurbanov və Qüdrət İsaqov ümummilli lider Heydər Əliyevin gördüyü quruculuq işlərdən,
xalqa göstərdiyi diqqət və qayğıdan, xalqın adət-ənənələrinin zənginləşdirilməsi istiqamətində gördüyü xidmətlərdən, onun yürütdüyü
uzaq görən siyasətdən, ölkənin mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərdən və s. söhbət açıblar............Ş.R. Seyidəli
03.11.2022
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FİZİKA İNSTİTUTUNDA YAP 30 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
Milli Elmlər Akademiyası Fizika İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illik yubileyi
münasibətilə tədbir keçirilib. Tədbirdə Fizika İnstitutunun baş direktoru Akademik Arif Həşimov, icraçı direktor Hüseyn İbrahimov, YAP Yasamal rayon təşkilatının
sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Fizika İnstitutunun ərazi üzrə partiya təşkilatən sədri Şəhla Xəlilova və
partiya üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə Fizika institutunun baş direktoru akademik Arif Həşimov açaraq tədbir iştirakçılarını salamlayıb.
A. Həşimov Ulu öndər ümummilli lider Heydər Əliyevin elmə verdiyi yüksək dəyərdən və onun AMEA, eyni zamanda Fizika İnstitutuna göstərdiyi diqqət barədə qısa
məlumat verib, Ulu Öndərin Fizika İstitutuna gəlişi haqqında tarixi məlumatı diqqətə çatdırıb.
O, ümummilli lider, görkəmli dövlət xadimi, tarixi şəxsiyyət
olan Heydər Əliyevin dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, dövlət müstəqilliyimizin qorunub saxlanılmasını, xalqın rifahının
yaxşılaşdırılması üçün gördüyü işlərdən söz açaraq vurğulayıb ki, Ulu öndər istər sovet hakimiyyəti illərində, istərsə də, müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi
vaxtlarda Azərbaycan xalqının rifahının yaxşılaşması üçün çalışmışdır. Onun Azərbaycanın
müstəqilliyinin qorunması istiqamətində irəli sürdüyü strategiya bu gün də davam etməkdədir.
A. Həşimov bildirib ki, H. Əliyevin müstəqil dövlətimizin qurulmasında əvəzsiz xidmətləri vardır. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümmumi
Lider Heydər Əliyevin həyat yolundan danışdı. Bəxtiyar Nəbiyev öz çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının qurucusu, dahi lider Heydər Əliyev
ideyaları bu gün Partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İclasda həmçinin partiya üzvü Əmirova Şövqiyyə və
başqaları YAP-ın yaranma tarixini, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində necə böyük sürətlə ölkə üzrə
etimad qazanmasından söhbət açılıb. Sonra ərazi üzrə partiya təşkilatının üzvlərinə f.-r.e.n., dos. Eldar Həsənova, f.-r.e.n Zaur İsmayılov, f.-r.e.n
Kamil Qurbanova, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilovaya fəxri fərmanlar təqdim olunub.
10.10.2022
LƏTİF İMANOVUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
Oktyabrın 7-də Fizika İnstitutunda görkəmli elm xadimi, molekulyar qaz radiospektroskopiyası üzrə tanınmış alim,
akademik Lətif İmanovun 100 illiyinə həsr olunmuş
“Molekulyar spektroskopiya” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbiri AMEA-nın prezidenti v.i.e., müəssisənin baş direktoru, akademik Arif Həşimov
açaraq bildirib ki, hələ Akademiyanın yaranmasından öncə fəaliyyətə başlayan Fizika İnstitutu tarixən öz ənənələrinə sadiq qalaraq, ötən illər ərzində daim yüksələn
xətlə inkişaf edib. Akademik Arif Həşimov qeyd edib ki, bu ənənənin yaradıcılarından biri də məhz akademik Lətif İmanov olub, onun və digər görkəmli alimlərimizin
səyləri, elmi fəaliyyəti nəticəsində Azərbaycanda fizika elminin təməl daşları qoyulub, Fizika İnstitutu keçmiş SSRİ-nin, eləcə də dünyanın tanınmış elmi müəssisələrindən
birinə çevrilib. Akademik Lətif İmanovun bütün həyatını və elmi fəaliyyətini Fizika İnstitutuna həsr etdiyini deyən A.Həşimov həmin dövrlərdə ölkəmizdə azərbaycanlı
kadrların yox səviyyəsində olduğunu, rayonlarımızda müəllimlərin, Azərbaycan dilində dəsrlərin çatışmadığını xatırladıb, görkəmli alimin bu istiqamətdə mühüm səyləri
olduğunu bildirib. Alimin həyatının mühüm məqamlarına toxunan AMEA rəhbəri diqqətə çatdırıb ki, Lətif İmanov 1922-ci ildə Şuşa şəhərində anadan olub, ilk
təhsilini orada alıb, 1944-cü ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib, daha sonra Moskvada aspiranturada oxuyub. Vurğulayıb ki,
L.İmanov yeni elmi istiqamətin yaradıcılarından olub və Fizika İnstitutunda elmi məktəb yaradıb. L.İmanovun Fizika İnstitutunda yaratdığı ənənələrin davam etdirildiyini
deyən akademik Arif Həşimov müəssisədə alimin guşəsinin açıldığını söyləyib. Həmçinin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar
hazırda AMEA-nın Tədbirlər Planının hazırlandığını, ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrdə elmimizin, eləcə də Fizika İnstitutunun inkişafı, alimlərimizin
qayğı ilə əhatə olunması üçün yaratdığı şəraitin tədqiq edilərək çapının nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, akademik Arif Həşimov ölkə başçısının
çağırışlarından irəli gələrək Qarabağda
boya-başa çatmış alimlərimizin fəaliyyətinin yenidən yazılmasının, xalqımıza çatdırılmasının qarşıdakı hədəflərdən olduğunu,
bu xüsusda akademik Lətif İmanovun yaradıcılığının yenidən araşdırılacağını deyib. Eyni zamanda qarşıdakı illərdə alimin Şuşada yaşadığı evin önündə xatirə lövhəsinin
hazırlanmasının planlaşdırıldığını söyləyib.
Daha sonra konfransda Fizika İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva
“Görkəmli alim və elm təşkilatçısı” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, L.İmanov 1954-cü ildə fizika üzrə fəlsəfə, 1964-cü ildə fizika üzrə elmlər
doktoru elmi dərəcəsini, 1966-cı ildə isə professor elmi adını alıb, 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilib.
Diqqətə çatdırıb ki, alimin rəhbərliyi ilə mürəkkəb qaz readiospektrometr qurğuları yaradılıb, müxtəlif molekulların və onların izotop formalarının mikrodalğa spektrləri
öyrənilib, spirt və merkaptan molekullarının yeni dönmə izomerləri aşkar edilib. Konfransda, həmçinin görkəmli alimin yetirmələri, fizika-riyaziyyat üzrə
fəlsəfə doktorları Kamil Qurbanov və Eldar Həsənov müəllimlərilə bağlı xatirələrini bölüşüblər. Sonra Lətif İmanovun ailəsi adından bacısı Kamilə İmanova
çıxış edərək alimin 100 illik yubileyinin əlamətdar dövrə təsadüf etdiyini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görkəmli alimin doğulub, boya-başa
çatdığı Şuşa şəhərinin düşmən işğalından azad edildiyini, artıq Şuşada geniş quruculuq işlərinin həyata keçirildiyini söyləyib. Alimin yüksək insani
keyfiyyətlərindən danışan K.İmanova tədbirin təşkilatçılığına görə Fizika İnstitutunun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.
Daha sonra konfrans iştirakçıları Fizika İnstitutunun tarixində mühüm rol oynamış görkəmli alimlərin, eləcə də Lətif İmanovun institutdakı
guşəsinə baxış keçiriblər.
Ş.R. Seyidəli
06 Oktyabr 2022
FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI İTALİYANIN ASSİSİ ŞƏHƏRİNDƏ KEÇİRİLƏN “HİDROGENLƏ YÜKLƏNMİŞ METALLARDA ANOMALİYALARA DAİR”
15-Cİ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK ETMİŞDİLƏR
Fizika İnstitutunun “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının rəhbəri, f.e.d. Təranə Nurubəyli, “Nanomaterialların
Tətbiq Texnologiyaları” laboratoriyasının rəhbəri, dos. Nahidə Musayeva və “Ferromaqnit maddələrinin rezonans spektroskopiyası” laboratoriyasının aparıcı elmi işçisi, dos. Şəhla Əliyeva
24.09.2022 – 30.09.2022-ci il tarixlərində İtaliyanın Assisi şəhərində ISCMNS, CleanHME, Assisi nel Vento, Argal, CHISS, SFSNMC, LENRIA, Infinite Energy, Politecnico di Torino,
Japan CF-reseach Society, LEDA tərəfindən keçirilən “Hidrogenlə yüklənmiş metallarda anomaliyalara dair 15-ci Beynəlxalq Seminarda (http://www.iscmns.org/work15/) iştirak etmək
üçün ezam olunmuşdular. Həmin seminara ezam olunmasına səbəb Azərbaycan Milli Elmlər Akademiyası ilə İtaliyanın Elmi müəssələri arasında imzalanmış Memorandumun birgə razılaşması
əsasında həm müəssələrdə görülən işlərlə yaxından tanışlıq, həm də “Hidrogenlə yüklənmiş metallarda anomaliyalara dair 15-ci Beynəlxalq Seminarda iştirak etmək idi.
Konfransda Higgs Bozonu və Neytron/Proton kütlələri arasında əlaqə, Hidrogen atmosferində 7000C qədər qızdırılan nikel və mis əsaslı toz nümunələrində uyğun aşağı çıxış işinə
malik materialların və dispersantların əlavə edilməsi, elektrolitik təcrübələrdə kalorimetrik ölçmələr və istiliyin ayrılması, elektrodun mikro çatları, kimyəvi dəyişiklikləri
və hissəcik emissiyaları ilə korrelyasiya və s. kimi məsələlərə həsr olunmuşdur. Eyni zamanda konfrans arası fasilələrdə AMEA Fizika İnstitutunda görülən işlər haqqında uyğun
laboratoriyalarla tanışlıq, həm də bizim laboratoriyalarlarda görülən və görüləcək işlər haqqında ətraflı məlumat verildi.
İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti CBC kanalında Azərbaycanla İtaliya arasında həm mədəniyyət, idman sahəsinin, həm də elmi münasibətlərin
davamı haqqında fikirlərini aydınlaşdırdı və İtaliyanın Assisi şəhərində keçirilən dünyanın bir çox ölkələrinin mütəxəssislərinin iştirak etdiyi seminarda Azərbaycanın MEA Fizika
İnstitutunun nümayəndələrinin də qatılması haqqında xəbər verdi. Cənab Sandro Teti həmçinin seminarda iştirak edən Azərbaycan və Yaponiyaniya nümayəndələri ilə İtalyan siyasətçisi
və bir neçə dəfə Milan Şəhər Şurasının üzvü olan Milli Moratti ilə canlı bağlantı yaradılmasına təşəbbüs göstərdi. Orada Fizika İnstitutunun nümayəndələrinin elmi istiqamətləri
haqqında danışıldı və 2024 ildə bu cür konfransların Bakıda təşkili barəsində fikirlər söylənildi........Ş.R. Seyidəli
28 Sentyabr 2022
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FİZİKA İNSTİTUTUNDA 27 SENTYABR ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 27 sentyabr Anım gününə həsr olunmuş tədbir keçirilib. Öncə Qarabağ
müharibəsində, eləcədə son günlərdə cəbhə xəttində baş verən hadisələrdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir İnstitutun baş direktoru,
akademik Arif Həşimovun çıxış ilə başlayıb. O, çıxışında bildirib ki, igidlərimizin II Qarabağ müharibəsində necə fədakarlıqlar göstərdiyini dilə gətirib danışmaqla bitməz.
Akademik çıxışında vurğulayıb ki, şəhidləri yad etmək, onların ailələrinə başsağlığı çatdırmaq, oların xatirəsini daim yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Arif Həşimov qeyd edib ki, Azərbaycan xalqı bu haqq savaşında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birləşdi. Akademik A.Həsimov torpaqlarımızın
məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi, qurduğu strategiya və taktikası nəticəsində işğaldan azad edildiyini qeyd edib. O, şəhidlərin qanı bahasına qazandığımız
qələbəni gələcək nəsillərə ötürməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. O, həmçinin bildirdi ki, bu Parlaq Qələbə minlərlə şəhidimizin qanı ilə əldə edildi.
Onlar əsl vətənpərvərlik və igidlik nümunəsi göstərərək torpaqlarımızın azadlıq uğrunda canlarından keçdilər.
Tədbirdə həmçinin institutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova çıxış edib. O qeyd edərək bildirib ki, biz xalq kimi dünyaya
göstərdik ki, ən vətənpərvər xalqıq və daim torpaqlarımız uğrunda mübarizə aparacayıq. Mötərəm Prezident İlham Əliyevlə qürur duyuruq ki, onun siyasəti nəticəsində
torpaqlarımız geri qaytarıldı. O, I və II Qarabağ müharibəsində çox oğullarımızın şəhid olduğunu, onların heç vaxt unudulmayacağını bildirib.
Daha sonra Fizika İnstitutunun Yeni Azərbaycan Partiyasının Ərazi Partiya Təşkilatının nümayəndəsi Şəhla Xəlilova söz verilib. O, çıxışında bildirib ki, bu gün bizim
üçün həm nisbinli həm də qürurlu gündür. Buna görədə şəhidlər bizim həm nisbin, həm də qürur yerimizdi. O, Azərbaycanın dörd bir bölgəsindən olan vətənpərvər oğullarımızın
hamısının bir amalı, bir məqsədi-Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi olduğunu qeyd edib.
İclasda həmçinin institutun Gənc Alim və Mütəxəssizlər Şurasının sədri f.ü.f.d Behbud İbrahimov çıxış edərək qeyd etmişdir ki, bu gun qorxmadan öz torpaqlarımıza gediriksə
buların hamısı Azərbaycan əsgərlərinin göstərdiyi şücaət nəticəsindədir. Buna görədə bütün şəhidlərimizin qarşısında baş əyirik.
Sonra Fizika İnstitutunun rəhbərliyi və kollektivi II Fəxri xiyabanı ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin
ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.............Ş.R. Seyidəli
22 Sentyabr 2022
TƏBRİK EDİRİK: ZAUR İSMAYIL OĞLU SÜLEYMANOV
Zaur İsmayıl oğlu Süleymanov 23.10.1937-ci il Bakı şəhərində anadan olub.
O, 1962-ci ildə Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakultəsini bitirdikdən sonra AMEA Fizika İnstitutunda
fəaliyyəti başlamışdır. 1962-1965-ci illərdə AMEA Fizika İnstitutunda baş laborant və kiçik elmi işçi “Rentqenoqrafiya” laboratoriyasında
çalışmışdır. 1965-1068-ci illərdə Fizika İnstitutun “Rentqenoqrafiya” laboratoriyasının aspirantı olmuşdur.
1970-ci ildə 01.04.01 “Fiziki eksperimentin cihazları və metodları” ixtisası üzrə “Selenin kristallaşmalarının rentgenoqrafik və
termoqrafik üsülları ilə tədqiqi“ mövzusundanamizədlik dissertasiyanı müvəffəqiyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini
almışdır. 1974-1986-cı illərdə “Yarımkeçiricilərdə köçürmə hadisələri” laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir.
1974-1990-cı illərdə “Fizika Problemləri” ələqələndirmə şurasının elmi katibi işləmişdir. Zaur Süleymanov 70-dən artıq elmi əsərin və 2 patentin
müəllifidir, aldığı nəticələr dəfələrlə Beynəlxalq konfranslarda müzakirə edilib. Zaur Süleymanov 1986-cı ildən bu günə kimi İnstitutun elmi
katibi vəzifəsində işləyir. 2000-ci AMEA Fəxri Fərman ilə təltif edilib........Ş.R. Seyidəli
29 İyul 2022
AZƏRBAYCAN RESPUBLİKASINDA ELM VƏ TƏHSİL SAHƏSİNDƏ İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI BƏZİ TƏDBİRLƏR
HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elm və təhsilin qarşılıqlı
əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) adlandırılsın.
2. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi
ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilsin.
3. Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılsın:
3.1. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;
3.2. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
4. Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər
qurumlarının siyahısı təsdiq edilsin (əlavə edilir).
5. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi
əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. üç ay müddətində:
6.1.1. Nazirliyin yeni əsasnaməsinin və strukturunun, habelə bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri ilə yaradılan Agentliklərin əsasnamələrinin layihəsini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.2. bu Fərmanın 1–5-ci hissələri nəzərə alınmaqla, elm və təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
6.1.3. Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.2. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Nazirliyin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə
digər qurumlarının balansında olan dövlət əmlakının Nazirliyin balansına verilməsi ilə bağlı tədbirlər görsün;
6.3. bu Fərmanın 4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunu və işçilərinin say həddini üç ay müddətində
təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri, 4-cü və 5-ci hissələri nəzərə alınmaqla zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Nazirlik:
7.1. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində
təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Milli Elmlər Akademiyası:
8.1. bu Fərmanın 2-ci, 4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2022-ci il
AMEA ÖZ FƏALİYYƏTİNİ YENİ İNKİŞAF PRİORİTETLƏRİ İLƏ DAVAM ETDİRƏCƏK - NAZİRLİK
AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək.
Trend xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir.
"Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyi yaradılıb. Elm və Təhsil Nazirliyinə elm sahəsində
dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və
istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər həvalə edilib. Nazirliyin yanında 2 yeni agentlik yaradılıb və Azərbaycan Milli
Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlanğıcı deməkdir.
AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri
ilə davam etdirəcək", - məlumatda qeyd edilir. Day.az, Science.gov.az
22 İyun 2022
AMEA-NIN PREZİDENTİ V.İ.E., AKADEMİK ARİF HƏŞİMOV ÖZBƏKİSTAN SƏFƏRİ ÇƏRÇİVƏSİNDƏ BU
ÖLKƏNİN ELMLƏR AKADEMİYASINDA OLUB
Akademik Arif Həşimov Özbəkistan Elmlər Akademiyasının prezidenti, akademik Bexzod Yuldaşev,
vitse-prezidentlər Sirojiddin Mirzayev, Baxrom Abdülxalimov və Fizika-Texnika Elmləri Bölməsinin rəhbəri Sadulla Baxromovla görüşüb.
Görüşdə iki ölkənin Elmlər Akademiyaları arasında əməkdaşlıq imkanları, onun genişləndirilməsi və gələcək inkişafı məsələləri müzakirə olunub.
Müzakirələrdən sonra Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənəddə qarşılıqlı maraq kəsb edən və dövlətlərin iqtisadi və sosial inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elmi və elmi-texniki problemlər
üzrə birgə tədqiqatların aparılması, birgə elmi konfransların, simpoziumların, seminarların, görüşlərin təşkili, kadr hazırlığı, informasiya
və nəşr mübadiləsi və s. məsələlər nəzərdə tutulur.
22 İyun 2022
AKADEMİK ELDAR SALAYEV
Tanınmış alim və elm təşkilatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Əməkdar elm xadimi, akademik Eldar Yunis oğlu Salayev 2022-ci il
iyunun 20-də vəfat etmişdir. Eldar Salayev yarımkeçiricilər fizikası, kvant elektronikası və fotoelektronika sahəsində
görkəmli alimdir. Onun laylı kristallarda və darzolaqlı yarımkeçiricilərdə aldığı yeni fundamental nəticələr çox geniş
və xüsusi tətbiq oblastlarına malik, spektrin ultrabənövşəyi, görünən və infraqırmızı oblastlarında işləyən yeni fotoqəbuledicilərin,
elektron optik çeviricilərin yaradılmasına gətirmişdir. Eldar Salayev böyük əksəriyyəti nüfuzlu xarici jurnallarda dərc
olunmuş 450-ə qədər elmi əsərin, 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir. O, ölkəmizdə və onun hüdudlarından kənarda
təşkil edilən çoxsaylı elmi tədbirlərdə Azərbaycan elmini uğurla təmsil etmişdir. Onun elmi rəhbərliyi ilə 40-dan artıq fəlsəfə və
elmlər doktoru yetişdirilmişdir. Akademik Eldar Salayevin elmi və elmi-təşkilati fəaliyyəti layiqincə qiymətləndirilmişdir.
O, Azərbaycan Dövlət Mükafatı laureatı və Əməkdar elm xadimi adlarına, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə layiq
görülmüşdür. Akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn edilib. Vida mərasimində AMEA Rəyasət Heyətinin üzvləri,
Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum alimin ailə üzvləri
iştirak ediblər. Allah rəhmət eləsin! Ş.R. Seyidəli
11 May 2022
GÖRKƏMLİ FİZİK, FİZİKA ELMLƏRİ DOKTORU PROFESSOR QRİQORİY BELENKİY 80-İLLİK
YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
May ayın 6-da Fizika İnstitutunda optoelektronika sahəsində tanınmış görkəmli alim,
fizika elmləri doktoru, professor Qriqori Lvoviç Belenkiy 80 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan
AMEA-nın prezidenti v.i.e., İnstitutun baş direktoru akademik Arif Həşimov ilk olaraq İnstitutun kollektivi və Akademiyanın rəhbərliyi
adından yubilyarı təbrik edərək qeyd edib ki, professor Griqoriy Belenkiy bakılıdır və bununla çox fəxr edir. O, Bakı Dövlət Universitetini
bitirib, uzun illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib, bir alim kimi formalaşıb. A. Həşimov həmçinin şuranın
iclasında AMEA Rəyasət Heyəti adından Qriqoriy Belenkiyə AMEA-nın Fəxri Fərmanını təqdim edib, ona iş və elm sahəsində uğurlar arzulayıb.
Daha sonra akademik Həşimov prof. Belenkiyin gördüyü işlərdən və uğurlarından söz açıb. O, bildirib ki, Griqoriy Belenkiy Fizika İnstitutunda
işlədiyi illərdə ardıcıl olaraq elmi vəzifələrin bütün mərhələlərini keçib, uzun illər laboratoriya müdiri vəzifəsində çalışıb.
Prof. G.L. Belenkiy keçmiş SSRİ-nin aparıcı fizika məktəbləri ilə sıx elmi əlaqələrin qurulmasına hər cür töhfələr verib. Xüsusilə,
akademik L.V. Keldış kimi dünya şöhrətli tanınmış fizikləri qeyd etmək olar.G. Belenkiy Fizika elminin inkişafı sahəsində 1988-ci ildə
Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə, Qriqoriy
Belenki 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edilib.
İclasda fizika elmləri doktoru Nadir Abdullayev çıxış edərək bildirib ki, Professor, fizika-riyaziyyat elmləri doktoru Qriqori Lvoviç
Belenkiy 1942-ci il martın 29-da Bakıda ziyalı ailəsində anadan olub.
Griqoriy Belenkiy Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra 1964-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna
göndərilmiş və burada Azərbaycan fiziki məktəbinin banilərindən biri, akademik Həsən Abdullayevin rəhbərliyi ilə elmi fəaliyyətə başlayıb.
1965-ci ildə təhsilini davam etdirmək üçün Griqoriy Belenki Ukrayna Elmlər Akademiyasının (Kiyev) Yarımkeçiricilər İnstitutunun aspiranturasına
daxil olub, 1969-cu ildə onu uğurla başa vurub. Fizika fəlsəfə doktoru dərəcəsini alıb.
O, ardıcıl olaraq elmi vəzifələrin bütün mərhələlərini keçib, uzun illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun laboratoriya
müdiri vəzifəsində çalışıb. 1979-cu ildə doktorluq dissertasiyasını parlaq şəkildə müdafiə edib.
1989-cu ildən G.L.Belenki ABŞ-da yaşayır.
ABŞ-a köçdükdən sonra Prof. G.L. Belenki Bakıdakı dostları və tələbələri ilə daim əlaqədə olub, hər zaman dostluq və elmi əməkdaşlığı davam
etdirib. 2005 və 2007-ci illərdə Bakıda keçirilən böyük beynəlxalq elmi konfranslarda dəvət olunmuş məruzələrlə çıxış edib.
İclasda akademik Nazim Məmmədov, fizika elmləri doktoru Ayaz Bayramov, fizika elmləri doktoru Tələt Mehdiyev, müxbir üzv Rauf Hüseynov öz
xatirələri ilə çıxış ediblər.
Sonda Griqoriy Belenkiy haqqında film nümayiş olunub.
|
02.12.2022
FİZİKA İNSTİTUTU 2022-Cİ İLƏ DAİR İLLİK HESABATINI TƏQDİM EDİB
Fizika İnstitutunda Elmi şuranın illik hesabata həsr olunan iclası keçirilib. İclasda həmçinin
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatı Elmi, texniki və
innovativ fəaliyyətin təşkili şöbəsinin baş mütəxəssisi, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz Beykəs oğlu İmranov və AMEA müxbir üzvü, Biofizika
İnstitutunun baş direktoru Oktay Kazım oğlu Qasımov iştirak edib. Hesabatı İnstitutun direktoru, akademik Arif Həşimov təqdim edib. O qeyd edib ki, 2022-ci ildə
Fizika İnstitutunun əməkdaşları səmərəli elmi fəaliyyət göstərib, müəssisənin profil istiqamətləri üzrə araşdırmalar aparıb və elmi-tədqiqat planında
nəzərdə tutulan bütün işləri yerinə yetiriblər. A. Həşimov bildirilib ki, cari ildə institutda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat
fəaliyyətinin əlaqələndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb, elmin inkişafı üçün
mühüm tədbirlər həyata keçirilib.
Daha sonra institutun icraçı direktoru H. İbrahimov qeyd edib ki, hesabat ilində institutun əməkdaşları tərəfindən 315 məqalə çap edilmişdir.
Bulardan Xarici jurnallarda 145, Respublikada 170 məqalə dərc edilmişdir. Web of Science və digər bazalarında 136 məqalə dərc olunmuşdur.
Onlardan 122 yüksək impakt faktorlu jurnallarda və 14 Scopus bazasına daxil olan jurnallarında dərc olunmuşdur. İnstitutun əməkdaşlarının
məqalələrinə 3345 istinad olmuşdur. 2022-ci ildə İnstitutun alimləri tərəfindən 3 monoqrafiya (“Kristal cisimlərin elektron strukturunun
və dinamik xassələrinin tədqiqinin müasir metodları”, “Keçid elementləri əsaslı xalkogenidlər” və “A3B5 birləşmələri əsasında alınmış evtektik
kompozitlərin xüsusiyyətləri” ) və 18 preprint dərc edilmişdir. Dövri nəşrlər sahəsində “Fizika” jurnalının 3 nömrə çapdan çıxmış və 4-cü nömrə
çapa təqdim olunmuşdur. “Energetikanın problemləri” jurnalının 1-ci və 2-ci nömrələri çap olunmuşdur, 3-cü nömrə isə çapa təqdim olunmuş, 4-cü nömrə
isə nəşrə hazırlanmışdır. “Xəbərlər” jurnalının (Fizika-riyaziyyat və texnika elmləri seriyası, 17 fizika və astronomiya) 2 və 5 nömrələri çap
edilmişdir. İnstitutun əməkdaşları Türkiyədə Ankara ş. Orta Doğu Texniki Universiteti, Almaniyada Berlin şəhərində Freie Universiteti, Fransada
Paris şəhərində, Santa Maria degli Angeli şəhərində, Yaponiyanın Material Elmləri Beynəlxalq İnstitutunda, ABŞ-nın Drexel Universitetində,
Bakıda və Naxçıvanda keçirilən Beynəlxalq konfranslarda, konqreslərdə, seminarlarda və b. tədbirlərdə iştirak etmişdir. Beynəlxalq konfranslara
153 (onlardan 75 xarici konfransda) məruzələrinin mətnini və tezislərini təqdim etmişdir.
Qeyd olunub ki, il ərzində Fizika İnstitutunun təşkilatçılığı ilə bir çox elmi seminarlar keçirilib. Elmi müəssisənin əməkdaşlarının, akademik
Nazim Timur oğlu Məmmədov, böyük elmi işçi Faiq Əhmədov, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynov,
fizika elmləri doktoru, dosent Təranə Nurubəyli, dosent Nahidə Musayeva, aparıcı elmi işçi, fizika üzrə fəlsəfə doktoru Şəhla Əliyeva, Türkiyə,
Fransa, Almaniya, İtaliya və Rusiyada keçirilmiş beynəlxalq elmi konfrans və seminarlarda məruzələrlə çıxış eddiklərini bildirib.
Elmi müəssisənin həyata keçirdiyi digər tədbirlər barədə də məlumat verən icraçı direktor vurğulayıb ki, hesabat ilində Fizika İnstitutunun
təşkilatçılığı ilə Şuşa şəhərində görkəmli ictimai-siyasi xadim “Lətif İmanovun 100 illik yubileyi” mövzusunda və görkəmli ictimai-siyasi
xadim Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinskinin 90 illik yubileyinə həsr olunan 2 beynəlxalq konfrans keçirilib. Eyni zamanda 20
Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri, həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə, “44 günlük qələbə”
və Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin “30 illik yubileyi” mövzularına həsr edilən tədbirlər və s. keçirilib.
İl ərzində qurumun əməkdaşlarının mütəmadi olaraq mediada müxtəlif platformalarda çıxış etdiyini, müsahibələr verdiyini qeyd edən A. Həşimov bildirib ki, müəssisənin
fəaliyyəti sosial şəbəkələrdə və KİV-də intensiv işıqlandırılıb, media ilə əməkdaşlıq davam etdirilib, institutun veb-saytı (http://physics.gov.az) mütəmadi olaraq yenilənib.
Sonra Elmi şuranın sədri akademik Nazim Məmmədov, akademik Cavad Abdinov və AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynov üzvləri çıxış
edərək hesabatla bağlı fikirlərini bölüşüblər. Tədbirdə müəyyən məsələrlə bağlı təkliflər səsləndirilib.
Müzakirələrdən sonra səs çoxluğu ilə İnstitutun 2022-ci il üzrə fəaliyyəti qənaətbəxş hesab olunub...........Ş.R. Seyidəli
03.11.2022
FİZİKA İNSTİTUTUNDA AZƏRBAYCAN RESPUBLİKASİNİN ELM VƏ TƏHSİL NAZİRLİYİNİN
NÜMAYƏNDƏ HEYYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Fizika İnstitutunda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (ARETN) müşaviri Nicat Məmmədli və Elm,
Ali və Orta İxtisas Təhsili şöbəsinin elm sektorunun müdiri Turxan Süleyman görüş keçiriblər. Görüşün məqsədi Fizika İnstitutu ilə, burada aparılan tədqiqat
işləri ilə, elmi işçilər üçün yaradılan şəraitlə tanış olmaq olub. Görüşü Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov açıb. O, bu elmi müəssisənin
fəaliyyəti, görülən işlər haqqında məlumat verib. Görüş nazirliyin əməkdaşı N.Məmmədlinin çıxışı ilə davam edib. Fizika İnstitutunun qabaqcıl institutlardan
olduğunu, ARETN-nin bu elmi müəssisəyə daha çox üstünlük verdiyini bildirib. N.Məmmədov gələcək planlar haqqında danışıb. Daha sonra əməkdaşların təklifləri
dinlənilib. Bildirilib ki, ölkədə elmin inkişafı üçün
xarici ölkələrlə kadr mübadilələri aparılmalı , qarşılıqlı ezamiyyetlər təşkil olunmalı, İnstitut yeni
avadanlıqlarla təchiz olunmalı, əmək haqqları məsələsi həll olunmalı, elmlə təhsilin inteqrasiyası daha da gücləndirilməlidir. Həmçinin, qeyd olunub ki,
televiziya kanallarında elmlə bağlı verilişlər azdır. İctimaiyyətin elmə marağını artırmaq üçün bu istiqamətdə də işlər görülməlidir.
Görüşün sonunda qonaqlar İnstitutda fəaliyyət göstərən laboratoriyalarla tanış olublar. Əməkdaşlar aparılan tədqiqatlar, avadanlıqlar haqqında məlumat veriblər.
..........Ş.R. Seyidəli
27.10.2022
MƏHƏMMƏDƏMİN ŞAXTAXTİNSKİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda akademik Məhəmmədəmin Həbibulla oğlu Şahtaxtinskinin
90 illik yubileyinə həsr olunmuş “Kompozisiyalı quruluşlar fizikası” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransı giriş sözü ilə İnstitutun baş direktoru,
akademik Arif Həşimov açıb. O bildirib ki, akademik M.H.Şaxtaxtinski öz dəsti-xətti ilə seçilən alimlərdən olub. Alimin həyatının mühüm məqamlarına toxunan akademik
A. Həşimov M.H. Şaxtaxtinskinin elmi fəaliyyətindən, eləcə də Fizika İnstititutunda keçdiyi şərəfli ömür yolundan söhbət açıb. A. Həşimov qeyd edib ki,
akademik AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Büro üzvü, Azərbaycan Fizika Cəmiyyətinin prezidenti, Avroasiya Fizika cəmiyyətinin vitse-prezidenti olmuşdur.
M. Şaxtaxtınskinin elmi tədqiqatları fizikanın müxtəlif sahələrini əhatə etmişdir. O, həmçinin elektron-ion və relaksasiya proseslərini kompleks tədqiq etmiş,
yeni elmi istiqamətin - kompozisiyalı quruluşlar fizikasının əsasını qoymuşdur. Daha sonra konfransda akademik Cavad Abdinov çıxış edib. O, qeyd edib ki,
hamının tanıdığı, yoldaşlıq etdiyi fizika-riyaziyyat elmləri doktoru akademik M.H. Şahtaxtinski Azərbaycan fizika elminin inkişafında xüsusi xidməti olan alimlərdəndir.
Məhəmmədəmin müəllimin atası akademik Həbibulla Şahtaxtinski və babaları Şahtaxti kəndindən olduğundan onlar bu soyadı seçiliblər və akademik kimi də bu soyadla tanınıblar.
M.H. Şahtaxtinski 1932-ci ilin 10 iyulunda Bakı şəhərində anadan olmuşdu.
1956-cı ildə Moskva Energetika İnstitutunu Radio-Fizika fakultəsini bitirmişdir.
Elə həmin il AMEA Fizika-Riyaziyyat İnstitutuna işə göndərilmiş və iş fəaliyyətini orada davam etdirmişdir.
1960-cı ildə fizika üzrə fəlsəfə doktoru, 1968-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını almış, 1981-ci ildə
AMEA-nın müxbir üzvü,
1989-cu ildə həqiqi üzvü seçilmişdir. Konfransda, həmçinin Milli Aviasiya Akademiyasının Elmi Tətqiqatlar institutunun rəhbəri f.r.e.n.
Aydın Ərəstun oğlu Musayev, fizika-riyaziyyat üzrə fəlsəfə doktorları Kamil Qurbanov və fizika-riyaziyyat elmləri doktoru, professor Əli Məmmədov
M.H. Şaxtaxtinski ilə bağlı xatirələrini bölüşüblər..........Ş.R. Seyidəli
19 Oktyabr 2022
ŞUŞA ŞƏHƏRİNDƏ LƏTİF İMANOVUN 100 İLLIYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun təşkilatçılığı ilə Şuşa şəhərində “Lətif İmanovun 100 illik
yubileyinə həsr olunmuş “Molekulyar spektroskopiya” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları ilk olaraq “II Qarabağ” müharibəsində şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra konfrans akademik Lətif imanovun bacısı Kamilə İmanovanın çıxışı ilə öz işinə başlayıb O, çıxışında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ali
sərkərdəliyi ilə qazanılmış 44 günlük müharibənin tarixi qələbəsindən danışıb. K. İmanova Qarabağın yenidən qurulmasından, Şuşa şəhərində aparılan geniş miqyaslı
bərpa-quruculuq işlərindən bəhs edib. Laçın şəhərinin azad edilməsi və İmanovlar ailəsinin Şuşa şəhərində yerləşən evlərini ziyarət etmələri üçün yaradılmış şəraitə görə o,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən Fizika İnstitutunun əməkdaşları çıxışlarında tədbirlə bağlı öz fikirlərini bölüşüblər.
Konfrans iştirakçılarının məruzələrindən ibarət məqalələr toplusu nəşr olunub.........Ş.R. Seyidəli
19 Sentyabr 2022
KONFRANSLARIN TƏŞKİLAT KOMİTƏSİ ELAN EDİR:
akademik L.M. İmanovun 100 illik yubileyinə həsr olunmuş “Molekulyar spektroskopiya” və akademik M.H. Şahtaxtinskinin 90 illik yubileyinə həsr olunmuş
“Kompozisiyalı quruluşlar fizikası”, beynəlxalq konfransların keçirilmə tarixləri haqqında əlavə olaraq məlumat veriləcəkdir.
Bütün konfrans materialları AJP Fizika jurnalının internet saytında “AJP Fizika C” indeksi ilə dərc edilmişdir.
18 İyul 2022
İNSTİTUTDA İTALİYALI QONAQLAR HAQQINDA
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda
İtaliyanın “Teti Editore” nəşriyyat evinin rəhbəri, politoloq Sandro Teti, prof. Laura Teti və Valerio Ferrandi qonaq olublar.
Tədbirdə AMEA-nın prezidenti v.i.e., İnstitutun baş direktoru akademik Arif Həşimov, AMEA-nın Rəyasət Heyəti aparatının
Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, professor, Moskva
Dövlət Universitetinin Bakı filialının beynəlxalq əlaqələr üzrə prorektoru, Fizika İnstitutunun "Yarımkeçiricilərdə tarazlıqda
olmayan elektron prosesləri" laboratoriyasının rəhbəri Oktay Tagiyev, fizika üzrə fəlsəfə doktoru, elmi katib Zaur Suleymanov,
dosent, "Nanomateriallar tətbiqi texnologiyaları" laboratoriyasının rəhbəri Nahidə Musayeva, Fizika elmləri doktoru, dosent,
"Yüksək gərginlikli mühəndislik" laboratoriyasının rəhbəri Təranə Nurubəyli və başqaları iştirak ediblər.
Tədbirdə Azərbaycan-İtaliya arasında beynəlxalq elmi əlaqələrdən söhbət açılıb.
Daha sonra qonaqlar Fizika instititunun laboratoriyaları ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.
Ş.R. Seyidəli
14 Aprel 2022
AMEA FİZİKA İNSTİTUTUNUN GƏNC ALİM VƏ MÜTƏXƏSİSLƏR ŞURASI VƏ YENİ AZƏRBAYCAN PARTİYASI GƏNCLƏR İLƏ
BİRGƏ “YENİ AZƏRBAYCAN PARTİYASININ GƏNCLƏR SİYASƏTİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRMİŞDİR
Bakı şəhəri 12 mart 2022-ci il 12.04.2022- ci il tarixində AMEA Fizika İnstitutunun
Gənc Alim və Mütəxəsislər Şurası və Yeni Azərbaycan Partiyası gənclər ilə birgə tədbir keçib. Tədbiri AMEA Fizika İnstitunun Gənc Alim
və Mütəxəsislər Şurasının sədri, f.ü.f.d Behbud Hüseyn oğlu İbrahimov açib və çıxışında Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin
son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal
iştirakı ilə yaranma tarixindən danışıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Yasamal Ərazi üzrə Partiya Təşkilatının sədri, f.ü.f.d Şəhla Qənbər qızı Xəlilova çıxış edib.
O da, öz növbəsində Azərbaycanın inamla irəliyə baxmasından, gənclərin gələcəklərini düzgün müəyyən edib, dövlətə maksimum dəstək
vermək üçün fəal olmalarından danışıb.
Tədbir Vakuum fotoelektronikası laboratoriyasının mühəndisi, Günel Tofiq qızı Məhərrəmovanın çıxışı ilə davam edib. O, çıxışında
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında keçirilən tədbirlərdən, orada çıxış edən nüfuzlu dövlət xadimləri ilə olan görüşlər
haqqında fikirlərini bildirib. Sonda isə Yeni Azərbaycan Partiyası Ərazi üzrə Partiya Təşkilatının sədr müavini, Yüksək gərginliklər
fizikası və texnikası laboratoriyasının kiçik elmi işçisi, Xədicə Fuad qızı Əliyeva Yeni Azərbaycan Partiyasının gənclərin fəaliyyətində
rolu haqqında o cümlədən, Fizika İnstitunun Gənc alimlərinin keçən il ərzində gördüyü işlər haqqında məlumat bildirib.
18 May 2022
FİZİKA İNSTİTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə AMEA-nın
prezidenti v.i.e., İnstitutun baş direktoru akademik Arif Həşimov açıb. Daha sonra institutun baş direktoru gündəlikdə duran məsələlərlə
iclas iştirakçılarını tanış edib. Elmi şura öncə “Nüvə və yüksək enerjilər fizikası” laboratoriyasının böyük elmi işçisi Faiq Nizami
oğlu Əhmədovun və “Qeyri- standart nəzarət və diaqnostika” laboratoriyasının kiçik elmi işçisi Asif Həmdulla oğlu Əsədovun Rusiyanın
Dubna şəhərində Birləşmiş nüvə Tədqiqatları institutuna (BNTİ) ezamiyyətlərinin 1 il uzadılması haqqında məsələsini müzakirə edilib və yekdilliklə qəbul edilib.
Elmi şura İnstitutun ştatında boş olan laboratoriya rəhbəri (1) və böyük elmi işçi (2) vəzifələrini tutmaq üçün “elm” qazetində 17 mart 2022-ci il
tarixində verilən elan ilə əlaqədar olaraq müraciət edənlərin müsabiqəsinin keçirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilib.
Elmi şura “Epitaksial təbəqələr və strukturlar” laboratoriyasının baş elmi işçisi, fizika üzrə elmlər doktoru Cabir İbrahim oğlu İsmayılova professor elmi
adı verilməsi haqqında məsələ müzakirə edilib və yekdilliklə qəbul edilib. Eyni zamanda elmi şurada müxtəlif səpkili carı məsələlər müzakirə olunub,
həlli istiqamətində müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
04 Mart 2022
FİZİKA İNSTİTUTUNDA 1 MART - ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD OLUNUB
AMEA-nın Fizika İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən institutun mülki müdafiə üzrə qərargah rəisi Dursun Abdullayev bu əlamətdar günün yaranma tarixindən danışıb. Onun sözlərinə görə,
Mülki müdafiə hərəkatı ötən əsrin 30-cu illərindən başlanıb. İlk dəfə I Dünya müharibəsində istifadə olunan hava hücumu vasitələrindən insanların
özlərini qoruya bilməməsi və kütləvi ölüm halları bu zərurəti yaradıb. Qərargah rəisi diqqətə çatdırıb ki, 1931-ci ilin mayında Fransanın paytaxtı
Parisdə tibb xidməti generalı fransız Corc Sant-Pol “Cenevrə regionu Assosiasiyası” təşkilatını yaradıb və bu qurum sonralar Beynəlxalq Mülki
Müdafiə Təşkilatına (BMMT) çevrilib. Qeyd edək ki, adıçəkilən Assosiasiyanın ümdə məqsədi bütün ölkələrdə ikitərəfli və ya çoxtərəfli razılaşmalara
əsaslanan daimi təhlükəsiz ərazilər yaratmaq olub. Belə neytral zonalar müharibə zamanı əhalinin müəyyən kateqoriyaları: qadınlar, uşaqlar,
xəstələr və qocalar üçün sığınacaq kimi xidmət etməli idi. BMMT-nin Baş Assambleyası (International Civil Defence Organisation, ICDO) 1990-cı
ildə Ümumdünya Mülki Müdafiə Gününün təsis edilməsini qərara alıb. Bayramın tarixi kimi Beynəlxalq Mülki Müdafiə Təşkilatına hökumətlərarası
təşkilat statusunun verildiyi və nizamnaməsinin rəsmi qüvvəyə mindiyi tarix (1 mart 1972-ci il) seçilib. İnstitutun mülki müdafiə üzrə qərargah
rəisi, həmçinin 44 günlük Vətən müharibəsi dövründə baş verə biləcək fövqəladə vəziyyətlərin qarşısını almaq və onlardan xilas olmaq məqsədilə
öncədən hazırlanan tədbirlər planı barədə məlumat verib. “II Qarabağ müharibəsi zamanı cəbhə xətti boyu mülki əhalini qorumaq məqsədi ilə
sığınacaqlar hazırlanıb, baş verəcək düşmən hücumlarının qarşısını almaq məqsədi ilə səngərlər qazılıb”, - deyə Dursun Abdullayev vurğulayıb.
Tədbirin sonunda mülki müdafiə ilə bağlı suallar səsləndirilib, müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir
04 May 2022
AMEA-NIN RƏYASƏT HEYƏTİNİN APARATINDA STRUKTUR DƏYİŞİKLİYİ NƏZƏRDƏ TUTULUB
AMEA-nın Rəyasət Heyətinin aparatında struktur dəyişikliyi nəzərdə tutulub.
Day.Az Trend-ə istinadən bildirir ki, bu sözləri AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov jurnalistlərə açıqlamasında bildirib.
Arif Həşimovun sözlərinə görə, Rəyasət Heyətinin tərkibi çoxsaylı bölmə və şöbələrdən ibarətdir və burada elmi işçilərin sayı üstünlük təşkil
etməlidir: "AMEA da və elmi qurumlarda elmi işçilərin sayı üstünlük təşkil etməlidir. Digər işçilər isə yardımçı funksiya yerinə yetirməlidir.
Bununla bağlı uyğunsuzluqlar var. Amma bu, o demək deyil ki, şöbə və bölmələr ləğv olunmalıdır. Bəzi institutlarda texniki işçilərin sayı çox olmalıdır".
Akademik onu da qeyd edib ki, fəaliyyətini bitirən strukturlar davamlı şəkildə yeniləri ilə əvəz olunmalıdır. Belə ki, istər akademiyada,
istərsə də bu kimi digər qurumların strukturunda mütəmadi şəkildə yenilənmələr aparılmalıdır.
|
12.12.2022
FİZİKA İNSTİTUTUNDA QONAQ OLMUŞ ALMANİYANIN BRANDENBURQ TEXNOLOGİYA UNİVERSİTETİNİN NÜMAYƏNDƏ HEYYƏTİ
İLƏ GÖRÜŞ HAQQINDA
Fizika İnstitutunda Brandenburq Texnologiya Universitetinin (BTU) prezidenti professor Gesine
Grande və Mexanika mühəndisliyi təhsili üzrə dekan professor Sylvio Simon qonaq olublar. Qonaqlar ilk olaraq, İnstitutun baş direktoru, akademik
Arif Həşimovla görüşüblər. A. Həşimov elmi müəssisədə görülən işlərdən, laboratoriyalarda aparılan tədqiqatlardan, Fizika İnstitutunun fəaliyyəti,
elmi nəticələri haqqında qonaqlara məlumat verib, burada aparılan tədqiqatlardan bəhs edib. İnstitutda peşəkar kadrların hazırlandığini qeyd edib,
həmçinin, magistr təhsilindən söhbət açıb. O, bildirib ki, Fizika İnstitutunun Almaniyanın bir sıra qurumları ilə əməkdaşlığının tarixi mövcuddur.
Bu istiqamətlərdə birgə işlərin gələcəkdə daha miqyaslı qurulması məqsədyönümlüdür.
Daha sonra BTU prezidenti prof. G. Gesine səfərin əsas məqsədinin Azərbaycanın müxtəlif elm və təhsil ocaqları ilə əməkdaşlığın genişləndirilməsi
olduğunu vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Fizika institutunun icraçı direktoru professor Hüseyn İbrahimov,
elmi təşkilat idarəsinin rəhbəri Rüstəm Rüstəmov və başqaları iştirak edib.
Daha sonra qonaqlar İnstitutun laboratoriyaları ilə tanış olub. Laboratoriya rəhbərləri ilə görüşüb. Əməkdaşlar aparılan tədqiqatlar,
avadanlıqlar haqqında məlumat veriblər.
02.11.2022
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FİZİKA İNSTİTUTUNDA ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Həmkarlar İttifaqı Təşkilatının dəstəyi və Gənc Alim
və Mütəxəssizlər Şurasının (GAMŞ) təşəbbüsü ilə İnstitutun rəhbərliyi şəhid ailələri ilə görüş keçirib. Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov
şəhid ailələri ilə görüşüb. Onlara baş sağlığı verib, Allahdan səbr diləyib. Bildirib ki, şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaq.
O, Vətən uğrunda canından keçən oğullarımızın təkcə onların deyil , hər kəsin övladı olduğunu qeyd edib. Daha sonra şəhid ailələri İnstitutda yaradılmış
«Şəhidlər guşəsi» ilə tanış olublar. Tədbirin davamı olaraq kollektivin iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun icraçı direktoru, professor
Hüseyn İbrahimov açıb. İlk olaraq Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. O, çıxışında bildirib ki,
Ali Baş Komandanımız İlham Əliyevin dəfələrlə sülh danışıqları üçün göstərdiyi səylərə baxmayaraq qarşı tərəf danışıqları qəbul etmirdi.
Qarşı tərəfin razılıqları rədd etməsi və inadkalığı müharibəyə yol açdı. H. İbrahimov parlaq qələbənin minlərlə şəhidimizin qanı hesabına əldə
edildiyini vurğulayıb. Qeyd edib ki, şəhidlərimiz vətənpərvərlik və igidlik nümunəsi göstərərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçiblər.
O, bildirib ki, şəhidləri yad etmək, onların ailələrinə başsağlığı çatdırmaq və xatirələrini daim yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Tədbirdə İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova çıxış edib.
O, Şəhid Şəhriyar Həbibi, şəhid Fikrət Zeynallı, şəhid Həsənov Bahadir kimi əsgərlərimizin timsalında neçə-neçə şəhidimiz fədakarlıq, rəşadət göstərərək
doğma torpaqları uğrunda canlarından keçiblər. O bildirib ki, oğullarımız canları bahasına Azerbaycan xalqına qələbə sevincini bəxş ediblər. Şəhidlər
bizim qüruru yerimizdir, fəxrimizdir. O, I və II Qarabağ müharibəsində çox oğullarımızın şəhid olduğunu, onların heç vaxt unudulmayacağını və oların
əziz xatirəsi daim uca tutulacağını bildirib. İclas İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimovun
çıxışı ilə davam edib. O çıxışında II Vətən müharibəsindən əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib. Bildirib ki bu gün qorxmadan öz torpaqlarımızı
ziyarət edə biliriksə, bunun üçün Azərbaycan əsgərlərinə borcluyuq. Daha sonra iclas fizika üzrə fəlsəfə dokturu Suma Hüseynovanın çıxışı ilə davam edib.
O, çıxışında bildirib ki, 30 ildən sonra Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi bir hadisədir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki,
igidlərin qanı bahasına alınmış torpaqları qorusun, bu anı heç vaxt unutmasın və daim yaddaşlarında saxlasınlar.
İclasda, həmçinin, fizika üzrə fəlsəfə doktoru Lalə Əliyeva və başqaları çıxış ediblər. Sonda şəhid Şəhriyar Həbibinin anası Təranə xanım Fizika İnstitutunun
rəhbərliyinə Həmkarlar İttifaqı Komitəsinə və GAMŞ-a diqqətə və göstərilən təssəbusə görə minnətdarlığını bildirib. O Şəhriyar və digər şəhidlərin xatirəsinin əziz
tutulduğu üçün fəxr etdiyini , bütün şəhidlərin qurur yerimiz olduğunu bildirib. Şəhid Həsənov Bahadirin həyat yoldaşı Mətanət Məcidova da Fizika
İnstitunun kollektivinə öz təşşəkürunu bildirib, zəfər bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Tədbirin sonunda iclas iştirakçılarına videoçarx nümayiş olunub
..........Ş.R. Seyidəli
19 Oktyabr 2022
ŞUŞA ŞƏHƏRİNDƏ LƏTİF İMANOVUN 100 İLLIYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
06 Oktyabr 2022
ƏMƏKDAŞIMIZIN BEYNƏLXALQ ASTRONAVTİKA KONQRESİNDƏ İŞTİRAKI
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun Kosmik şüa mənbələrinin fizikası
laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynov 18-22 sentyabr 2022-ci il tarixlərində
Fransanın Paris şəhərində keçirilmiş 73-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmişdir. Beynəlxalq Astronavtika Federasiyasının təşkil
etdiyi və doxsana yaxın ölkədən 6500-dən artıq nümayəndənin iştirak etdiyi bu konqres Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin ev sahibliyi ilə
Paris Konqres Mərkəzində keçirilmişdir. Konqresdə 3500-dən artıq elmi məruzə, o cümlədən 800-dən artıq interaktiv təqdimat dinlənilmişdir.
V. Hüseynov Konqresdə „Kosmik relikt neytrino siqnallarının detektə olunmasının mümkünlüyü və relikt neytrino teleskopunun qurulmasına doğru
qapı“ mövzusunda elmi məruzə etmiş və elmi olaraq əsaslandırmışdır ki, Böyük Partlayışın birinci saniyəsində baş verən hadisələrin iştirakçısı
və şahidi olmuş və bu günə qədər gəlib çatmış relikt neytrinolar yüz qiqaelektronvolt tərtibli enerjiyə qədər sürətlənən və güclü daxili
elektrostatik sahəyə malik olan monokristallardan keçən eninə polyarlaşmış ultrarelyativistik elektronlardan səpilərkən kosmik relikt neytrinoların
detektə olunması reallığa çevrilir. Bu elmi nəticə Qalaktikamızda bizdən təqribən yüz işıq ili məsafədən və onun hüdudlarını aşan məsafələrdən
gələn relikt neytrino siqnallarını detektə etməyə və relikt neytrino teleskopunu qurmağa imkan verir. V. Hüseynov Konqresdə interaktiv təqdimatla
çıxış etdiyi “Kosmik relikt neytrinoların enerjisinin gücləndirilməsi” adlı ikinci elmi işində olduqca aşağı enerjiyə malik olan kosmik relikt
neytrinoların enerjisinin gücləndiyi fiziki şəraiti aşkar etmiş və elmi olaraq sübut etmişdir ki, kosmik relikt neytrinoların enerjisini yüzlərlə
qiqaelektronvolta qədər gücləndirmək və kosmik relikt neytrinolardan istifadə etməklə enerjini çox böyük kosmik məsafələrə ötürmək mümkündür.
V. Hüseynovun bu elmi təqdimatı Konqresin Proqram Komitəsi tərəfindən baxılmış 800-dən artıq elmi işın arasından seçilmiş ən yaxşı 80 işin
sırasına daxil edilmişdir. Ş.R. Seyidəli
06 Oktyabr 2022
TEKNOFESTDƏ 1-Cİ YERƏ LAYİQ GÖRÜLƏN ADNSU TƏLƏBƏLƏRİ FİZİKA İNSTİTUTUNDA GƏNC ALİMLƏRLƏ GÖRÜŞÜ KEÇİRİLDİ
Teknofestdə 1-ci yerə layiq görülən ADNSU tələbələri Elm və Təhsil Nazirliyi, Fizika İnstitutunda Gənc Alimlərlə görüşü keçirildi.
Görüşdə Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d Behbud İbrahimov tələbələri Fizika İnstitutunun laboratoriyaları ilə tanış etdi və görülən
işlər haqqında bəhs etdi. ADNSU-da dərs dediyi tələblərinin Teknofestdə qalib olduqlarına görə onları təbrik edib, uğurlar arzuladı.
Daha sonra “Yarımkeçiricilərdə Aşqarlar” laboratoriyasının rəhbəri f.r.e.d. Rəhimov Rəşad tələbələrə laboratoriya haqqında geniş məlumat vermiş, o cümlədən, cihazlarla
tanış etmişdir. Həmçinin, görüş zamanı “Nazik təbəqələr” laboratoriyası, “Optik spektroskopiya” laboratoriyası ilə də tələbələr məlumatlandırılmış, o cümlədən “Spektroskopik
ellipsometriya” laboratoriyası ilə söhbət əsasında atom qüvvə mikroskopu haqqında da geniş izahlı məlumatlar verilmişdir. Daha sonra Fizika İnstitutunun icraçı
direktoru f.r.e.d., prof. İbrahimov Hüseyn Teknofest qalibləri ilə görüşüb dərslərində və gələcək işlərində uğurlar arzulayıb.
Ş.R. Seyidəli
22 Sentyabr 2022
TƏBRİK EDİRİK: KAMİL BƏXTİYAR OĞLU QURBANOV
Kamil Bəxtiyar oğlu Qurbanov 09.12.1942- ci il Ağdam rayonunda anadan olub.
Kamil Bəxtiyar oğlu Qurbanov 1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) fizika fakültəsini bitirdikdən
sonra AMEA Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. 1965-1968-ci illərdə AMEA Fizika İnstitutunda “Yüksək gərginliklərin fizikası
və texnikası” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1968-ci ildə Fizika İnstitutunun əyani aspiranturasına daxil olaraq,
1971-ci ilə qədər dissertasiya işini yerinə yetirmək məqsədilə Leninqrand şəhərinə Yüksək molekullu birləşmələr İnstitutuna ezam olunmuşdur.
1971-ci ildə Fizika İnstitutunda laborant vəzifəsinə götürülərək Leninqrand şəhərinə ezam olunmuşdur.
1973- cü ildə kiçik elmi vəzifəsinə təyin olunmuşdur. 1974-cü ildə 01.04.19 –“Polimerlərin fizikası və mexanikası”ixtisası üzrə “Amorf-kristallik
polimer sistemlərindən rentgen şüalarının difraksiyasının bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək
fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1976-1992 -ci ilə qədər AMEA Fizika İnstitutunda “Yüksək gərginliklərin fizikası
və texnikası” laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. 1992-ci ildə aparıcı elmi işçi vəzifəsində işləmişdir.
Kamil Bəxtiyar oğlu Qurbanov 2002-ci ildə Fizika İnstitutun elmi katibi və həmin ildə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.
Hazırda Kamil Qurbanov “Yüksək gərginliklərin fizikası və texnikası” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində işləyir.
Kamil Qurbanov 165-dən artıq elmi əsərin, 11 müəlliflik şəhadətnaməsi, 3 patentin müəllifidir, 2 sayda dissertasiya işinin elmi rəhbəri olmuşdur.
Aldığı nəticələr dəfələrlə beynəlxalq konfranslarda müzakirə edilib........Ş.R. Seyidəli
18 Sentyabr 2022
FİZİKA İNSTİTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə AMEA-nın
prezidenti v.i.e., İnstitutun baş direktoru akademik Arif Həşimov açıb. Öncə son günlərdə cəbhə xəttində baş verən hadisələrdə şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra institutun baş direktoru gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib.
Elmi şurada aparıcı elmi işçi Rəhim İbad oğlu Ələkbərovu “Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası” laboratoriyasına və
aparıcı elmi işçi Afin Məhəmməd oğlu Nəzərovu “Epitaksial təbəqələr və strukturlar” laboratoriyasına rəhbər vəzifələri icra edən təyin edilmələri
haqqında məsələlər müzakirə edilib və yekdilliklə qəbul edilib. Daha sonra Fizika üzrə fəlsəfə doktoru, Fizika İnstitutun Elmi katibi
Zaur İsmayıl oğlu Süleymanovanın 85 illik yubileyi, “Yüksək gərginliklər fizikası və teхnikası” laboratoriyasının aparıcı elmi işçisi,
texnika üzrə elmlər doktoru Nəriman Rəhman oğlu Rəhmanovun və “Yüksək gərginliklər fizikası və teхnikası” laboratoriyasının aparıcı elmi işçisi,
fizika üzrə fəlsəfə doktoru, dosent Kamil Bəхtiyar oğlu Qurbanovun 80 illik yubileyi ilə əlaqədar akademik Arif Həşimov tərəfindən məlumat
verilib və o, yubilyarları elmi müəssisənin əməkdaşları və öz adından təbrik edərək, şəxsi işlərində və elmi fəaliyyətində onlara uğurlar arzu edib.
Yubileylərin qeyd olunması haqqında müvafiq qərarlar qəbul edilib. Eyni zamanda elmi şurada bir sıra carı məsələlər müzakirə olunub, onların həlli
istiqamətində müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb........Ş.R. Seyidəli
AZƏRBAYCAN ELMİNƏ AĞIR İTKİ ÜZ VERİB
Tanınmış alim və elm təşkilatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Əməkdar elm xadimi, akademik Eldar Yunis oğlu Salayev 2022-ci il iyunun
20-də vəfat etmişdir. Eldar Salayev 31 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1951-ci ildə orta məktəbi,
1956-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini bitirmişdir.
Həmin ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayaraq burada kiçik elmi işçi,
elmi katib, laboratoriya müdiri, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır. 1972-ci ildə Bakıda təşkil
olunan keçmiş SSRİ Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun filialının direktoru təyin olunmuş,
onun rəhbərliyi altında filial 1983-cü ildə Fotoelektronika İnstitutuna çevrilmişdir. Eldar Salayev 1963-cü ildə fizika-riyaziyyat
elmləri namizədi, 1975-ci ildə elmlər doktoru dərəcəsini, 1979-cu ildə professor elmi adını almış, 1980-ci ildə Azərbaycan SSR EA-nın
müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir. O, 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti vəzifəsində çalışmış, SSRİ
xalq deputatı (1984-1992) Azərbaycan Milli Məclisinin deputatı olmuşdur. Eldar Salayev yarımkeçiricilər fizikası, kvant elektronikası
və fotoelektronika sahəsində görkəmli alimdir. Onun laylı kristallarda və darzolaqlı yarımkeçiricilərdə aldığı yeni fundamental
nəticələr çox geniş və xüsusi tətbiq oblastlarına malik, spektrin ultrabənövşəyi, görünən və infraqırmızı oblastlarında işləyən
yeni fotoqəbuledicilərin, elektron optik çeviricilərin yaradılmasına gətirmişdir. Alimin rəhbərliyi altında 1969-cu ildə Fizika
İnstitutunda ilk Kvant elektronikası laboratoriyası, 1972-ci ildə isə xüsusi təyinatlı fotoqəbuledicilər, elektro-optik çeviricilər,
elektron mikrosoyuducuları, bu ceviricilərin metrologiyası üçün cihazlar layihələşdirən və tədqiq edən, onların tam istehsalını,
sınağını və sənaye miqyasında tətbiqini həyata keçirə bilən keçmiş ittifaqda yeganə Fotoelektronika İnstitutu yaradılmış və qısa
müddətdə dünya standartları səviyyəsində yeni fotoqəbuledicilər, gecə görmək üçün elektro-optik çeviricilər, mənfi 120-130°C-dək
soyutma verən elektron mikrosoyuducular, metrologiya və ölçmə texnikası sahəsində cihazların müxtəlif təyinatlı növləri işlənmiş,
institutun təcrübə zavodunda tam istehsalı təşkil edilmişdir. Fotoelektronika İnstitutunun texnologiyası və iştirakı ilə ilk dəfə
olaraq kosmik aparatda çəkisizlik şəraitində müxtəlif yarımkeçiricilərin kristalları göyərdilmişdir. Eldar Salayev böyük əksəriyyəti
nüfuzlu xarici jurnallarda dərc olunmuş 450-ə qədər elmi əsərin, 88 ixtiranın və patentin, 4 monoqrafiyanın müəllifidir. O, ölkəmizdə
və onun hüdudlarından kənarda təşkil edilən çoxsaylı elmi tədbirlərdə Azərbaycan elmini uğurla təmsil etmişdir. Onun elmi rəhbərliyi
ilə 40-dan artıq fəlsəfə və elmlər doktoru yetişdirilmişdir. Akademik Eldar Salayevin elmi və elmi-təşkilati fəaliyyəti layiqincə
qiymətləndirilmişdir. O, Azərbaycan Dövlət Mükafatı laureatı və Əməkdar elm xadimi adlarına, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı”
ordenlərinə layiq görülmüşdür. Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Eldar Yunis oğlu Salayevin
xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Akademik Arif Həşimov
Akademik İsa Həbibbəyli
Akademik İbrahim Quliyev
Akademik Dilqəm Tağıyev
Akademik Rasim Əliquliyev
Akademik Tofiq Nağıyev
Akademik Nərgiz Paşayeva
Akademik İradə Hüseynova
Akademik Gövhər Baxşəliyeva
Akademik Cəmil Əliyev
Akademik Adil Qəribov
Akademik Fikrət Əliyev
Akademik İsmayıl Hacıyev
Akademik Fuad Əliyev
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
19 Aprel 2022
ABŞ-DA ELMİ FƏALİYYƏTLƏ MƏŞĞUL OLAN BAKILI ALİM AKADEMİK ARİF HƏŞİMOVA
MİNNƏTDARLIQ MƏKTUBU GÖNDƏRİB
Azərbaycan Miili Elmlər Akademiyasının prezidenti v.i.e., akademik Arif Həşimov
optoelektronika sahəsində tanınmış görkəmli alim, fizika elmləri doktoru, professor Qriqori Lvoviç Belenkiyə 80 illik yubileyi
münasibətilə Fizika İnstitutunun Elmi şurası adından təbrik məktubu ünvanlayıb. Qeyd edək ki, görkəmli fizik alimin AMEA-nın
fəxri adı ilə mükafatlandırılması haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması da nəzərdə tutulur.
Fizika elmləri doktoru, professor Qriqori Belenki 1942-ci il martın 29-da Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycan
Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirəndən sonra AMEA Fizika institutunda çalışıb. Alim nüfuzlu
"Uspexi fiziçeskix nauk" jurnalında iki fundamental icmalın (1983 və 1988). 400 elmi işin, o cümlədən 200-ə yaxın elmi
məqalənin və ABŞ-da qeydə alınan 4 patentin müəllifidir. Alimin məqalələrinə 5700-dən çox istinad vardır və Hirş indeksi
(h-indeks) 38-ə. İ10-indeks isə 140-a bərabərdir. Fizika elminin inkişafında böyük xidmətlərinə görə, Qriqori Belenki 1988-ci
ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb.
1989-cu ildən ABŞ-da fəaliyyətini davam etdirən görkəmli alim hazırda Nyu-York Dövlət Universitetinin elektrik və kompüter
mühəndisliyi üzrə professorudur.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndiriiməsindeki xidmətlərinə görə,
Q. Belenki 2012-ci ildə "Dostluq" ordeni ilə təltif edilib.
Bu günlərdə akademik Arif Həşimovun təbrikinə cavab olaraq professor Qriqori Belenki azərbaycanlı həmkarlarına təşəkkür məktubu
ünvanlayıb. Məktubda alim vaxtilə AMEA Fizika İnstitutunda çalışdığına görə məmnunluq hissi duyduğunu bildirib. Vurğulayıb ki,
bu müəssisənin alimləri energetika, nüvə fizikası, elementar hissəciklər fizikası və digər sahələrdə dünya elminə əhəmiyyətli
töhfələr verib, Azərbaycan alimlərinin bərk cisimlər fizikası üzrə tədqiqatları isə Nobel mükafatı laureatları A.A. Abrikosov,
J.İ. Alfyorov, V.L. Qinzburq, görkəmli fizik L.V. Keldış tərəfindən yüksək qiymətləndirilib.
Məktubda ona gösterilən diqqətə görə həmkarlarına minnətdarlığını bildirən Qriqori Belenki AMEA Fizika İnstitutunun bütün
kollektivinə cansağlığı və elmi fəaliyyətdə uğurlar arzulayıb.
“Elm” qəzeti, 08.04.2022
04 May 2022
FİZİKA İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda 4 may tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar olaraq
tədbir keçirilmişdir. Tədbiri AMEA-nın prezidenti v.i.e., Fizika institutunun baş direktoru akademik Arif Həşimov açaraq tədbir iştirakçılarını salamlayıb.
A. Həşimov Ulu Öndər haqqında və onun AMEA, eyni zamanda Fizika İnstitutuna göstərdiyi diqqət barədə qısa məlumat verib, Ulu Öndərin Fizika İstitutuna
gəlişi haqqında tarixi məlumatı diqqətə çatdırıb.
O, ümummilli lider, görkəmli dövlət xadimi, tarixi şəxsiyyət olan Heydər Əliyevin dövlətçiliyimizin
inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən söz açaraq vurğulayıb ki, onun Azərbaycanın
müstəqilliyinin qorunması istiqamətində irəli sürdüyü strategiya bu gün də davam etməkdədir.
Tədbir ərəfəsində Fizika İnstitutunda, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin yeni xatirə güşəsinin qısa bir müddətdə əməkdaşların istifadəsinə
veriləcəyi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırılıb.
|