07.11.2025
FİZİKA İNSTİTUTUNDA 8 NOYABR-ZƏFƏR GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB
07 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 8 Noyabr - Zəfər
Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla
bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. Akademik Arif Həşimov çıxışında bilidirib ki, Zəfər Günü — Azərbaycan Respublikasında hər
il 8 Noyabr tarixində qeyd olunan dövlət bayramıdır. Həmçinin akadmik Arif Həşimov 8 Noyabrın-Zəfər Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edib. Zəfər
Gününün bütün dünya azərbaycanlılarının, ümumimilikdə türk dünyasının bayramı olduğunu qeyd edib. Akademik Arif Həşimov Vətən müharibəsində Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən danışıb. Həmçinin zəfər yoluna aparan qələbənin tarixindən söhbət açıb.
Bildirib ki, 30 ildən sonra əldə olunan zəfərin təməli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi fəaliyyətinin bütün dövrü bu zəfərə nail olmağın təməli
olub. Qeyd edib ki, istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində canlarından keçmiş vətən oğullarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq hər birimizin
vətəndaşlıq borcudur.
Akademik Arif Həşimov I Qarabağ müharibəsi zamanı Fizika İnstitutunun əməkdaşlarının da iştirak etdiyini vurğulayıb. Bildirib ki, əməkdaşlardan Mətanət Məcidova isə
şəhid ailəsidir.
Daha sonra söz Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlimə Mehdiyevaya verilib. Professor Səlimə Mehdiyeva çıxışında bildirib ki, xalqın
mübariz oğulları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı düşmən əsarətindən azad edib.
Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova 8 Noyabr-Zəfər Gününün əhəmiyyətindən danışıb. Professor Adilə Abbasova çıxışında
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu fəaliyyət, onun apardığı məqsədyönlü daxili və xarici siyasət
nəticəsində torpaqlarımızın azad olunmasından, işğal altından azad olan torpaqlarda aparılan bərpa işlərindən danışıb.
Sonda institutun əməkdaşları fizika-riyaziyyat elmləri doktoru Vüqar Əliyev, fizika üzrə fəlsəfə doktoru Lalə Əliyeva, böyük elmi işçi Şəfəq Əhədzadə, elmi işçi Bayram
Xudayarov 8 Noyabr-Zəfər Günün tarixindən, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda yeni dövrün başladığından, əmin-amanlığın yaranması üçün
görülən tədbirlərdən və s. danışıblar.
20.10.2025
FİZİKA İNSTİTUTUNDA MÜLKİ MÜDAFİƏ QƏRARGAHI TƏLİM-SEMİNAR KEÇİRİB
17 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutun Mülki Müdafiə
Qərargahının təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim-seminar keçirilib.
Seminarı giriş sözü ilə institutun Mülki Müdafiə Qərargahının rəisi Dursun Nəzər oğlu Abdullayev açıb. Dursun Abdullayev bildirib ki, seminarın keçirilməsində məqsəd
institut əməkdaşlarının mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilməsi, işçilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin idarə olunması
üzrə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsi, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar
zamanı təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasıdır.
Dursun Abdullayev mövzu ilə əlaqədar bildirib ki, yanğın təhlükəsizliyinin təmin olunması — təkcə dövlət orqanlarının deyil, hər bir müəssisənin, təşkilatın və fərdin
məsuliyyətində olan vacib bir vəzifədir. Bu sahədə maarifləndirmə, texniki avadanlıqlar və məsuliyyətli davranış əsas rol oynayır. Məqsəd — yanğının baş verməsinin
qarşısını almaq, baş verdiyi halda isə insan itkisi və maddi ziyanı minimuma endirmək məqsədilə həyata keçirilən təşkilati, texniki, hüquqi və profilaktik tədbirlər
kompleksi başa düşülür.
Dursun Abdullayev seminar iştirakşılarına yanğın təhlükəsizliyinin təmin olunması üçün görüləcək əsas tədbirlərdən də söz açıb.
Seminarın sonunda əməkdaşları maraqlandıran bir sıra sullar cavablandırılıb.
25.09.2025
FİZİKA İNSTİTUTUNDA 27 SENTYABR - VƏTƏN MÜHARİBƏSİNİN BAŞLANMASI VƏ ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
25 sentyabr 2025-cil il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 2020-ci ilin
27 sentyabrında başlayan Vətən müharibəsinin ildönümü və Anım günü münasibətilə tədbir keçirilib.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirini giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. Akademik Arif Həşimov çıxışında Vətən müharibəsinin Azərbaycan tarixindəki həlledici
rolundan danışaraq xalqımızın qəhrəman övladlarının göstərdiyi şücaəti vurğulayıb. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi xalqımızın tarixində
dönüş nöqtəsi oldu. Azərbaycan xalqı həmin günlərdə öz torpaqlarının azadlığı, ərazi bütövlüyü uğrunda misilsiz birlik və əzm nümayiş etdirdi.
Akademik daha sonra 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında xalqın birliyi, ordumuzun gücü və möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin qətiyyətli siyasətinin mühüm amil olduğunu xüsusi qeyd edib. Bu qələbə Vətənə sonsuz məhəbbət bəsləyən igid oğul və qızlarımızın canı və
qanı bahasına qazanıldı. Məhz onların qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı qürurla dalğalandırırıq.
Fizika İnstitutu olaraq biz də elmi potensialımızı ölkəmizin inkişafına, elmi-texnoloji tərəqqisinə yönəltmək əzmindəyik. Elmimizin hər bir uğuru eyni zamanda
şəhidlərimizin bizə əmanət etdiyi Vətənə xidmət deməkdir.
Akademik Arif Həşimov çıxışının sonunda vurğulayıb ki, şəhidlərimizin ruhunu daim uca tutaq və birlik ruhumuzu qoruyaraq müstəqil Azərbaycanın daha da güclənməsi üçün
çalışaq. Qoy üçrəngli bayrağımız suveren Azərbaycanın səmasında qürurla dalğalansın!
Sonda AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva və professor Adilə Abasova çıxış edib vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin Azərbaycan xalqının yaddaşında
əbədi yaşayacağını vurğulayıblar.
Tədbirdə Vətən müharibəsi dövründə əldə edilmiş tarixi nailiyyətlərə dair videoçarxlar nümayiş etdirilib.
10.09.2025
FİZİKA İNSTİTUTU ƏMƏKDAŞLARI GƏNCƏ ŞƏHƏRİNƏ EZAM OLUNUB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun “Yüksək gərginliklərin fizikası və texnikası”
laboratoriyasının əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində “İnnovativ yanaşma
əsasında pambıq toxumlarının səpinqabağı yüksək gərginlikli, mikrosaniyəlik impuls boşalması ilə aktivləşdirilməsinin məhsuldarlığa təsiri” mövzusunda elmi-tədqiqat
işinin aparılması və müzakirəsi üçün Gəncə şəhərinə ezam olunub.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Fizika İnstitutu arasında həyata keçirilən elmi əməkdaşlıq çərçivəsində pambıqçılıq sahəsində
məhsuldarlığın artırılmasına yönəlmiş elmi-tədqiqat işinin növbəti mərhələsi uğurla tamamlanmışdır. Elmi işin əsas məqsədi pambıq toxumlarının səpin öncəsi xüsusi
texnologiya ilə emalı vasitəsilə cücərmə qabiliyyətinin və nəticə etibarilə sahə məhsuldarlığının artırılmasıdır.
Tədqiqatın gedişində Fizika İnstitutunun bir qrup əməkdaşı növbəti dəfə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrinə səfər etmiş,
aparılan elmi-praktiki işlərin nəticələri ilə yerində tanış olmuşdur. Səfər zamanı fenoloji müşahidələrin artıq yekunlaşdığı və hazırda təcrübə variantları üzrə
məhsuldarlıq göstəricilərinin müəyyən edilməsi prosesinin davam etdiyi bildirilmişdir.
Görüş zamanı tərəflər sahədə əldə edilən ilkin nəticələri qiymətləndirib, tədqiqatın gələcək mərhələləri ilə bağlı fikir mübadiləsi aparıb.
Bu birgə tədqiqat kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini genişləndirmək, pambıqçılıqda məhsuldarlığı artırmaq və elmi əsaslı yanaşmaların inkişafı
baxımından böyük əhəmiyyət kəsb edir.
14.07.2025
FİZİKA İNSTİTUTU ƏMƏKDAŞLARI GƏNCƏ ŞƏHƏRİNƏ EZAM OLUNUB
14 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun “Yüksək gərginliklərin
fizikası və texnikası” laboratoriyasının əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində
“İnnovativ yanaşma əsasında pambıq toxumlarının səpin qabağı yüksək gərginlikli, mikrosaniyəlik impuls boşalması ilə aktivləşdirilməsinin məhsuldarlığa təsiri”
mövzusunda elmi-tədqiqat işinin aparılması və müzakirəsi üçün Gəncə şəhərinə ezam olunub.
Fizika İnstitutunun əməkdaşları, aparıcı elmi işçi, fizika üzrə fəlsəfə doktoru Cəfərova Firuzə Şamil qızı, aparıcı mühəndis Tağıyeva Zenfira Adıxan qızı, aparıcı
mühəndis Hüseynova Səbinə Ağakazım qızı, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru AMEA-nın müxbir üzvi, professor İbrahim Cəfərov,
Aqrotexnika və aqrokimya şöbəsinin müdiri Nəbiyev İsmayıl Rza oğlu, İnstitutun aparıcı elmi işçi və mühəndis əməkdaşları ilə birlikdə təcrübə sahələrinə səfər edərək
tədqiqatın nəticələrinə yerində baxış keçirilib. Səfər zamanı mütəxəssislər impuls texnologiyasının tətbiq edildiyi pambıq sahələrini izləyib, toxumların
aktivləşdirilməsi üsulunun bitki inkişafı və ilkin məhsuldarlığa təsirini müşahidə edibər. Sahədən əkilmiş nümunələrin qoza, qönçə, çiçək sayı və bir sıra parametrləri
kimi ölçmələr götürülüb və baxış keçirilib.
Görüş zamanı tərəflər sahədə əldə edilən ilkin nəticələri qiymətləndirib, tədqiqatın gələcək mərhələləri ilə bağlı fikir mübadiləsi aparib.
Bu birgə tədqiqat kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini genişləndirmək, pambıqçılıqda məhsuldarlığı artırmaq və elmi əsaslı yanaşmaların inkişafı
baxımından böyük əhəmiyyət kəsb edir.
03.07.2025
FİZİKA İNSTİTUTUNDA GÖRÜŞ OLUB
Fizika İnstitutunda 03.07.2025 tarixində İslam ölkələrinin İqtisadi əməkdaşlıq Elm Fondunun Proqram Meneceri Xəlil Rza
ilə görüş olub. Qonağı Fizika İnstitutunun icraçı direktoru professor H.B. İbrahimov salamladı. Tərəflər təmsil etdikləri təşkilatlar haqqında qıza məlmumatlar verdi və
fikir mübadiləsi apardı. Gələcəkdə Birgə fəaliyyət haqqında müzakirələr edildi.
Görüşdə elmi katib A.M. Kərimova, Elmi innovasiya və Beynəlxalq əlaqələr şöbəsinin müdiri R.B. Rüstəmov, Elmi resurslar və İnformasiya şöbəsinin müdiri O.Ə. Əliyev və
D.E. Əhmədova iştirak ediblər.
20.06.2025
AKADEMİK ARİF HƏŞİMOV REA-NIN XARİCİ ÜZVÜ SEÇİLİB
Məlum olduğu kimi, cari il mayın 28-30-da Rusiya Elmlər Akademiyasının (REA) Ümumi yığıncağı keçirilib.
Elmi-təşkilati məsələlərlə yanaşı, Ümumi yığıncaqda REA-nın həqiqi, müxbir və xarici üzvləri seçilib. Seçkilər zamanı
Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, ETN Fizika Institutunun baş direktoru akademik Arif Həşimov REA-nın xarici üzvü seçilib. Seçkilərin nəticələri
mayın 30 da elan olunub. Bildirilib ki, REA nın xarici üzvü seçilən 39 alim dünyanın 20 ölkəsini təmsil edir. Azərbaycanla yanaşı, bu ölkələr arasında Özbəkistan,
Qazaxıstan, Belarus, Çin, ABŞ, Finlandiya, İran, İtaliya, İspaniya, İsrail, Braziliya, Macarıstan, Vyetnam və digərləri təmsil olunur. Akademik Arif Həşimov REA-nın
Energetika, maşınqayırma, mexanika və idarəetmə prosesləri bölməsi, energetika ixtisası üzrə xarici üzv seçilib. Bununla bağlı Rusiya Elmlər Akademiyasının (REA)
Energetika, maşınqayırma, mexanika və idarəetmə prosesləri bölməsinin akademik-katibi, energetika sahəsində görkəmli mütəxəssis akademik Vladislav Xomiç AMEA-nın
akademik-katibi, ETN Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimova təbrik teleqramı ünvanlayıb.
Teleqramda deyilir:
“Çox hörmətli Arif müəllim! Rusiya Elmlər
Akademiyasının xarici üzvü seçilməyiniz münasibətilə səmimi qəlbdən təbriklərimi qəbul edin! Bu əlamətdar hadisə fundamental və tətbiqi elmi fəaliyyətdə əldə etdiyiniz
nailiyyətlərin, elmin inkişafı və yüksəkixtisaslı kadrların yetişdirilməsinə verdiyiniz töhfələrin akademik ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilməsi,
istedadınızın parlaq göstəricisidir. Əziz Arif müəllim, elmin inkişafı naminə Sizə ürəkdən yeni-yeni nailiyyətlər, işinizdə ilham və uğurlar arzulayıram!
Əminəm ki, məqsədlərinizə çatmaq üzün Siz hələ çox zirvələr fəth edərək ətrafdakı insanları nümunəniz ilə ilhamlandıracaqsınız. REA-nın həqiqi
üzvü V.Y. Xomiç”.
Qeyd edək ki, Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları Institutunun direktoru REA-nın həqiqi
üzvü Qriqori Trubnikov da akademik Arif Həşimova təbrik məktubu göndərib.
Elm qəzeti, 20 iyun 2025-ci il
18.06.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
18 iyun 2025-ci il tarixində Fizika İnstitutunda Elmi seminar keçirilib. Seminarı Fizika İnstitutunun elmi seminarının
sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva açdı və müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra
sözü məruzəçiyə verdi.
Seminarda Fizika İnstitutunun 2.1 saylı “Nanomaterialların tətbiqi texnologiyaları” laboratoriyasının doktorantı Sevinc Allahverdi qızı Quluzadə “PVDF/PZT/ÇDKNB
kompozitlərinin pyezoelektrik xassələri” mövzusunda çıxış etdi və mövzu ətrafında verilən sualları cavablandırdı.
12.06.2025
FİZİKA İNSTİTUTUNDA SEMİNAR KEÇİRİLİB
12 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Fizika İnstitutunda “Global Research
Project və Süni İntellekt” mövzusunda təlim-seminar keçirilib. Seminarı İnstitutun “Elmi İnnovasiyalar və xarici əlaqələr” şöbəsinin müdiri Rüstəmov Rüstəm açıb.
O, mövzunun aktuallığı haqda seminar iştirakçılarının diqqətinə çatdırdı.
Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, dosent Suma Sakit qızı Hüseynova “Global Research Project və Süni İntellekt” mövzusunda çıxış etdi. Fizika
İnstitutu əməkdaşlarının iştirakı ilə mövzu ətrafında sual-cavab formatında fikir mübadiləsi edildi.
27.05.2025
FİZİKA İNSTİTUTUNDA 28 MAY MÜSTƏQİLLİK GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB
27 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 28 May Müstəqillik Günü
münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Akademik Arif Həşimov 28 May - Müstəqillik Günü münasibətilə institut əməkdaşlarını təbrik edərək səmimi ürək sözlərini çatdırıb. Akademik Arif Həşimov bildirib ki,
artıq 5 ildir ki, Azərbaycan xalqı 28 May - Müstəqillik Gününü qalib ölkənin vətəndaşı olaraq qeyd edir. 28 May – Müstəqillik Gününün xalqımızın milli oyanışının,
azadlıq və dövlətçilik arzusunun rəmzi olduğunu vurğulayaraq müstəqilliyin tarixi və mənəvi əhəmiyyətindən danışıb.
13.05.2025
FİZİKA İNSTİTUTUNDA TƏLİM-SEMİNAR KEÇİRİLİB
13 may 2025-ci il tarixində Fizika İnstitutunda “Yerli və Avrasiya Patentlərinin alınması” haqda təlim-seminar keçirilib.
Seminarı Fizika İnstitutun icraçı direktoru, professor Hüseyn İbrahimov açıb. Professor Hüseyn İbrahimov müzakirə olunan mövzunu seminar iştirakçılarının diqqətinə
çatdırdıqdan sonra sözü məruzəçilərə verib.
Fizika İnstitutunun əməkdaşları Dilbər Əhmədova və Gülay İslamzadə “Yerli və Avrasiya patentləri haqda və onların əldə olunması” mövzusunda çıxış edərək seminar
iştirakçılarına ətraflı məlumat veriblər. Seminarın sonunda əməkdaşları maraqlandıran bir sıra suallar cavablandırılıb.
30.04.2025
FİZİKA İNSTİTUTUNDA BİRLƏŞMIŞ NÜVƏ TƏDQİQATLARI İNSTİTUTU İLƏ GÖRÜŞ KEÇİRİLİB
30 aprel 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun
V.P. Celepova adına Nüvə Problemləri laboratoriyasının rəhbəri Yevgeni Aleksandroviç Yakuşev və Radiasiya Biologiyası laboratoriyasının rəhbəri Buqay Nikolayeviç
Aleksandr ilə görüş keçirilib. Görüşdə Fizika İnstitutunun Elmi katibi Afət Kərimova, Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin rəhbəri Rüstəm Rüstəmov, Nüvə və
yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri Şakir Nağıyev, Patent şöbəsinin rəhbəri Səbinə Həsənova iştirak ediblər.
Görüş zamanı qarşılıqlı fəaliyyəti əks etdirən bir sıra məsələlər müzakirə olunub. Eyni zamanda Fizika İnstitutunun 80 illiyi və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun
70 illiyinə nəzərdə tutulan Beynəlxalq Konfransa aid olan elmi və təşkilati məsələlər ətrafında hərtərəfli müzakirə aparılıb, fəaliyyət müəyyənləşdirilib.
16.04.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
16 aprel 2025-ci il tarixində Fizika İnstitutunda Elmi seminar keçirilib. Seminarı Fizika institutunun elmi seminarının
sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva açdı və müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra
sözü məruzəçiyə verdi.
Seminarda Fizika İnstitutunun 3.2 saylı “Yarımkeçiricilərdə tarazlıqda olmayan electron proseslərinin fizikası” laboratoriyasının böyük elmi işçisi Əsədov Elşən Qabil
oğlunun “CaGa2S4: Nd3+, Yb3+ birləşməsinin fotolüminessensiya xassələri” mövzusunda çıxış etdi və mövzu ətrafında verilən
sualları cavablandırdı.
11.03.2025
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AKADEMİK H.M. ABDULLAYEV ADINA FİZİKA İNSTİTUTU
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutuna Bakı Dövlət Universitetinin Fizika fakültəsinin
2025-ci il üçün sosial istiqamətdə tədbirlər planının 2-ci bölməsinin 2.2 bəndinə (Gənclərin bilik və bacarıqlarının artırılmasını təmin edən təlimlərin keçirilməsi)
uyğun olaraq Bakı Dövlət Universitetinin Karyera və məzunlarla iş Mərkəzi ilə birgə Fizika fakültəsi tələbələrinin infoturu təşkil olunub. İnfoturda fakültənin 23
tələbəsi iştirak edib. Səfərin əsas məqsədi tələbələri institutun elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış etmək, onların elmi mühit haqqında daha ətraflı
məlumat əldə etməsinə şərait yaratmaq və gələcək tədqiqat fəaliyyətlərində faydalı ola biləcək praktik tövsiyyələr verməkdir. Tələbələrə ilk öncə laboratoriyalardakı
təhlükəsizlik qaydaları barədə məlumat verilib. Daha sonra “Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası” laboratoriyasının rəhbəri fizika elmləri
doktoru Rəhim Ələkbərov və “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının əməkdaşı fizika üzrə fəlsəfə doktoru Firuzə Cəfərova çıxış edərək, onları
aparılan aktual elmi araşdırmalar, istifadə edilən müasir texnologiyalar və innovativ yanaşmalarla tanış ediblər. Bildirilib ki, bu kimi tədbirlər tələbələrin nəzəri
biliklərinin praktiki şəkildə möhkəmləndirilməsinə və elmi-tədqiqat mühitinə inteqrasiya olunmasına kömək edir.
Tələbələrin sualları cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.
26.02.2025
FİZİKA İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ ANIM GÜNÜ QEYD OLUNUB
Fizika İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım günü qeyd olunub. Anım gününü İnstitutun baş direktoru, akademik
Arif Həşimov açıb. Xocalı faciəsində həlak olanların və Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademik Arif Həşimov qeyd edib ki, Xocalıda
törədilmiş cinəyət insanlığa qarşı soyqırımdır. Xalqımızın baş vermiş hadisədən sınmadı, əksinə güc topladı və ədalətin bərpa olunması üçün səfərbər oldu. Ali Baş
Komandan İlham Əliyev başda olmaqla Azərbaycan ordusu torpaqlarını azad etdi və tarixi qələbəyə imza atdı.
Anım mərasimində institutun əməkdaşları Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, elmi işçi Bayram Xudayarov, fizika-riyaziyyat elmləri
doktoru, professor Adilə Abasova, aparıcı elmi işçi Lalə Əliyeva tədbirdə çıxış edərək Xocalıda törədilmiş cinayətə hüququ qiymətin verilməsi, onun beynəlxalq miqyasda
tanınması istiqamətində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyev cənablarının gördükləri mühüm işlər və fəaliyyətılər haqda iştirkçıların diqqətinə
çatdirdılar.
19.02.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
Fizika İnstitutunda Elmi seminar keçirilib. Seminarı Fizika institutunun elmi seminarının sədri, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdı və sözü məruzəçiyə verdi.
Seminarda Fizika İnstitutunun 1.8 saylı “Yüksək gərginliklərin fizikası və texnikası” laboratoriyasının aparıcı elmi işçisi Səmədova Ülkər Fərrux qızı “Karbon
Neytrallığına Doğru” mövzusunda çıxış etdi və mövzu ətrafında verilən sualları cavablanırdı.
18.02.2025
FİZİKA İNSTİTUTUNDA TƏLİM-SEMİNAR KEÇİRİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun Elmi Resurslar və Rəqəmsal İnformasiya şöbəsində
14.02.2025-ci il tarixində Beynəlxalq Kitab bağışlama günü münasibətilə tədbir keçirilib. İnstitutun “Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə
hadisələri” laboratoriyasının aparıcı elmi işçisi, dosent Raida Zabit qızı İbayeva “Yarımkeçirici nanostrukturların kinetik və optik xassələrinə ölçüyə görə
kvantlanmanın təsiri” mövzusunda monoqrafiyasını Elmi Resurslar və Rəqəmsal İnformasiya şöbəsinə təqdim edib. Tədbirdə İnstitutun əməkdaşları iştirak edib və müəllif
tərəfindən onlara kitab hədiyyə edilib.
12.02.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
Fizika İnstitutunda Elmi seminar keçirilib. Fizika institutunun elmi seminarının sədri Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdı və sözü məruzəçiyə verdi.
Seminarda “Yarımkeçiricilərdə aşqarlar” laboratoriyasının aparıcı elmi işçisi Zaura Zöhrabbəyova “Zn-Ge(Si)-Sb intermetal ərintilərinin infraqırmızıdan ultrabənövşəyi
diapazona qədər elektromaqnit şüalanması altında optik və elektrik xüsusiyyətləri mövzusunda çıxış etdi və mövzu ətrafında verilən sualları cavablandırdı.
31.01.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ ELMI ŞURANIN İCLASI KEÇİRİLİB
Fizika İnstitutunda 28 yanvar 2025-ci il tarixində Elmi şuranın növbəti iclası keçirilib. Elmi şuranı İnstitutun baş
direktoru, akademik Arif Həşimov açıb. O, cari ildə Fizika institutunun yaranmasının 80 illinin tamam olması haqda məlumatı iştirakçıları diqqətinə çatdırdı. Əlamətdar
tarixlə əlaqədar zəruri fəaliyyətin yerinə yetirilməsi istiqamətində müzakirələr aparıldı və qərarlar qəbul edildi.
17.01.2025
FİZİKA İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ ANIM GÜNÜ QEYD OLUNUB
Fizika İnstitutunda 20 yanvar 1990-cı il Qanlı Yanvar faciəsinə həsr olunmuş anım günü qeyd olunub. Anım gününü
İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. A.Həşimov qeyd edib ki, 1990-cı il yanvar ayının
19-dan 20- nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində, eləcədə Azərbaycanın digər bölgələrində xalqımıza qarşı misli görünməmiş qətliam
törədib. Akademik A.Həşimov bildirdi ki, Ulu Öndər Heydər Əliyev baş vermiş hadisəyə siyasi qiymət verərək bu qətliamın düşünülmüş və məqsədyönlü olduğunu hesab edib.
Baş vermiş faciə zamanı günahsız elm insanlarının da qətlə yetirilməsi vurğurlanıb.
Anım mərasimində professor Adilə Abbasova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva və institutun elmi işçisi Bayram Xudayarov tədbirdə
çıxış edərək bildiriblər ki, baş vermiş faciə xalqımızın qururunu daha da gücləndirdi və azadlığa qovuşmasını daha əzmli və inadlı etdi.
08.01.2025
FİZİKA İNSTİTUTUNUN ELMİ ŞURASINDA ELMİ SESSİYA KEÇİRİLİB
Fizika İnstitutunun Elmi şürasında akademik Cavad Abdinov Şahvələd oğlunun 85 illik yubileyinə həsr olunmuş elmi sessiya
keçirilib. Elmi sesiyanı giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, uzun illər akademik Cavad Abdinovun Fizika institutunda çalışdığını qeyd
edib. Ölkəmizdə fizika elminin müvafiq sahələrinin inkişafına onun verdiyi töhvələrdən danışıb.
AMEA–nın müxbir üzvü Səlimə Mehdiyeva tədbir iştirakçıların akademik Cavad Abdinovun həyat və elmi fəaliyyəti haqda ətraflı məlumat verdi və xatirələrini bölüşüb.
Elmi sessiyada fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetində elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq
Rzayev, professor Adilə Abbasova, fələsəfə doktoru, dosent Sitarə Bağırova, professor Əli Məmmədov, AMEA–nın müxbir üzvü Vəli Hüseynov, Bakı Dövlət Universitetinin
“Fiziki elektronika” kafedrasının müdiri, professor Əhməd Abdinov, fəlsəfə doktoru, dosent Lalə Əliyeva çıxış edib, yubiliyarı təbrik ediblər. Sonda akademik Cavad
Abdinov çıxış edərək ona göstərilən diqqətə görə Fizika institutunun rəhbərliyinə və tədbirdə iştirak edənlərə dərin minnatdarlığını bildirib.
07.01.2025
FİZİKA İNSTİTUTUNUN 1.1 VƏ 1.2 SAYLI LABORATORİYALARININ ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ
Fizika İnstitutunda “Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri” və “Yarımkeçiricilərdə
aşqarlar” laboratoriyalarının əməkdaşları ilə görüş keçirilib. Görüşü giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O qeyd edib ki, İnstitutun
bütün laboratoriya və şöbələrin kollektivləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Bu görüşlər İnstitutun daha məhsuldar işinin qurulması və hər bir əməkdaşın
prosesə cəlb olunması məqsədini daşıyır. Akademik Arif Həşimov elmi seminarların bərpa olunması və seminarların təşkili işinin AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevaya
həvalə olunması haqda məlumatı iştirakçıların diqqətinə çatdırtdı. Eyni zamanda İnstitut çərçivəsində patent işinin aktivləşdirilməsi məqsədilə müvafiq şöbənin
yaradılmasını da bildirdi.
Görüşdə İnstitutun icraçı direktoru, professor Hüseyn İbrahimov, elmi katib Afət Kərimova, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, kadrlar şəbəsinin rəhbəri Pərvanə
İsgəndərova və Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov iştirak ediblər. Tədbirdə müxtəlif mahiyyatli problemlərin həlli yolları və
fəaliyyətin effektivliyinin artırılması istiqamətində fikir və ideyalar irəli sürülüb.
|
07.11.2025
FİZİKA İNSTİTUTUNDA BEYNƏLXALQ AVRASİYA LABORATORİYASININ YARADILMASINA DAİR STRATEJİ ƏMƏKDAŞLIQ SAZİŞİ İMZALANIB
06 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Elm və Humanitar
Elmlər üzrə Beynəlxalq CORE Akademiyasının nümayəndə heyəti, professor Li Lie, professor Yingsan Geng, Raymond J. Wu, Lianzhi Liu qonaq olub.
Qonaqları Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov qarşılayıb. Səmimi görüşdən sonra qonaqlar institutun əməkdaşları ilə görüşüb. Görüş zamanı Beynəlxalq
Avrasiya Laboratoriyasının yaradılmasına dair strateji əməkdaşlıq müqaviləsinin imzalanması mərasimi keçirilib. Mərasimi giriş sözü ilə akademik Arif Həşimov açaraq
qonaqlara və mərasim iştirakçılarına Fizika İnstitutunun fəaliyyəti haqqında məlumat verib. Sonra söz Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyasının
İcraiyyə Şurasının üzvü professor Li Lie verilib. Professor Li Lie Beynəlxalq CORE Akademiyası haqqında məlumatı iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra Fizika İnstitutu ilə Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyası arasında Beynəlxalq Avrasiya Laboratoriyasının Yaradılmasına Dair Strateji
Əməkdaşlıq Sazişi imzalanıb.
Sənədi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov və Elm və Humanitar Elmlər üzrə Beynəlxalq CORE Akademiyası İcraiyyə Şurasının üzvü professor Li Lie
imzalayıb.
Bu əməkdaşlıq çərçivəsində elm və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi, elmi tədqiqat və inkişaf sahəsində əməkdaşlıq, kadr hazırlığı və təhsil proqramları,
texnologiya transferi və innovasiya, Beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi, o cümlədən “bir yol bir kəmər”
platformasında birgə laboratoriyanın yaradılması nəzərdə tutur.
Görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
Tərəflər arasında hədiyyələr təqdim olunub. CORE Akademiyası İcraiyyə Şurasının üzvü Prof. Dr. Li Lie Core Qlabal Əməkdaşlıq Şəbəkəsinin Tərəfdaşı olması haqda Fəxri
təmsilçi Diplomunu Fizika İnstitutuna təqdim edib.
İmzalama mərasimindən sonra Prof. Rüstəm Rüstəmov, Prof. Dr. Li Lie, Prof. Yingsan Geng, Prof. Dr. Nəriman Rəhmanov, dosent Faiq Rzayev, Prof. Dr. Təranə Nurubəyli,
Prof. Dr. Nahidə Musayeva və PhD. Mehti Camalov təqdimatla çıxış ediblər.
Sonda Çinli qonaqlar institutun laboratoriyalarına gedərək aparılan tədqiqat işləri ilə tanış olublar.
22.10.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
22 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Elmi seminar
keçirilib. Seminarı Fizika İnstitutunun elmi seminarının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva açıb və müzakirə olunan elmi mövzunu
seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra sözü məruzəçiyə verib.
Seminarda Fizika İnstitutunun 2.12 saylı “Nüvə və yüksək enerjilər fizikası” laboratoriyasının müdiri f.-r.e.d., professor Şakir Məmməd oğlu Nağıyev “Kvant mexanikasında
Feynman inteqralları”mövzusunda çıxış edib. Seminar çərçivəsində təqdim olunan mövzu ilə bağlı müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.
07.10.2025
FİZİKA İNSTİTUTUNDA GÖRÜŞ KEÇİRİLİB
7 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərenerji ASC Azərbaycan
Elmi Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşları iştirak edib.
Görüş zamanı süni yağış və havadan suyun alınması üzrə qurğular haqqında, eləcə də aerokosmik məlumatlar və onların emalı məsələlərinin müzakirəsi olub.
19.09.2025
“ПРИТЯЖЕНИЕ НАУКИ 5” KİTABININ TƏQDİMATI OLUB
15 sentyabr 2025-ci il tarixində “Притяжение науки 5” kitabının təqdimatı olub. Nəşrdə Azərbaycan Respublikası ilə
Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) arasında formalaşmış elmi əməkdaşlıq və birgə fəaliyyət istiqamətləri ətraflı şəkildə əksini tapır.
Kitabın nəşrinə ümumi rəhbərlik Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) Azərbaycan Respublikasının təmsilçisi, akademik Arif Həşimov tərəfindən həyata keçirilib.
Layihənin silsilə rəhbəri akademik Akif Əlizadə, kitabın müəllifi isə jurnalist Şirməmməd Nəzərlidir.
ОТ РУКОВОДИТЕЛЯ ИЗДАНИЯ «ПРИТЯЖЕНИЕ НАУКИ-5»
Научные и научно-организационные связи Азербайджана с ОИЯИ играют важную роль в развитии науки в нашей стране.
Будучи одной из стран-участниц Объединенного института ядерных исследований, наше государство активно участвует в общих программах ОИЯИ в области ядерных исследований
и связанных с ними технологий. С момента вступления Азербайджана в ОИЯИ и до 2003 г. полномочным представителем правительства страны в этом научном учреждении был
известный ученый, академик Национальной академии наук Азербайджана (НАНА) Нариман Гулиев. Он внес важный вклад в осуществление исследований в области ядерной физики в
Азербайджане совместно с ОИЯИ, другими между народными институтами, в том числе с Европейской организацией по ядерным исследованиям (ЦЕРН).
После академика Наримана Гулиева должность полномочного представителя правительства Азербайджанской Республики в ОИЯИ в разные годы занимали член-корреспондент НАНА
Руфат Мир-Касимов, академик Махмуд Керимов, академик Назим Мамедов. В настоящее время полномочным представителем Азербайджана в ОИЯИ является автор этих строк.
В книге, подготовленной руководителем отдела по связям с общественностью Института геологии и геофизики Министерства науки и образования Азербайджанской Республики
Ширмамедом Назарли, приведены краткие очерки о городе Дубне, об Объединенном институте ядерных исследований и азербайджанских ученых, работающих в этом известном научном
учреждении. Информация изложена простым языком, а потому будет интересна читателям нашей республики. Особо следует отметить роль генерального директора Института
геологии и геофизики академика НАНА Акифа Ализаде, который оказал всестороннюю поддержку в создании книги «Притяжение науки-5», посвященной сотрудничеству
Азербайджанской Республики и ОИЯИ.
Следует подчеркнуть, что директор Объединенного института ядерных исследований академик Российской академии наук Григорий Трубников проявляет большую заботу о работающих
в ОИЯИ азербайджанских сотрудниках, не скрывает симпатии к Азербайджанской Республике. Об этом свидетельствует поздравительное письмо Г. Трубникова, направленное 28 мая
нынешнего года в адрес Президента АР Ильхама Алиева по случаю Дня независимости Азербайджана.
Такое внимание к двустороннему сотрудничеству и дружеские отношения заметны и в духе материалов, представленных в данном издании. Здесь отмечается, что ныне в ОИЯИ
работает около 30 специалистов из Азербайджана. Основная же часть ученых, связанных совместными работами с ОИЯИ, выполняет исследования в институтах Азербайджана,
используя методики и разработки ОИЯИ, посещая Дубну в ходе краткосрочных командировок.
Плодотворное научное сотрудничество азербайджанских физиков с учеными ОИЯИ продолжает укрепляться и расширяться. Благодаря этому для ученых Азербайджана открылись новые
возможности для развития непосредственных контактов с крупнейшими научными центрами мира.
Так, благодаря многолетнему сотрудничеству с ОИЯИ стало возможным участие азербайджанских специалистов в работе ЦЕРН. В октябре 1997 г. по указу Президента Азербайджана
было подписано Соглашение о сотрудничестве между Национальной академией наук Азербайджана и Европейской организацией по ядерным исследованиям. В 2008 г. на базе
лаборатории физики высоких энергий (руководитель д.ф.-м.н. Джавад Абдинов) Института физики НАНА при поддержке Министерства связи и информационных технологий АР был
создан первый национальный грид-сегмент ЦЕРН, предназначенный для обработки данных, получаемых с Большого адронного коллайдера.
С целью дальнейшего расширения научных связей с ЦЕРН был осуществлен ряд мер: подключение грид-сегмента к европейскому сегменту BSI GEANT, создание грид-сегментов в
различных институтах НАНА, создание в Азербайджане сайта www.azgrid. org /webmail сегмента электронной почты, применение грид-технологий в физике твердого тела,
астрофизике и др.
Важно отметить, что взаимодействие ОИЯИ с азербайджанскими научными организациями растет из года в год. Результаты многолетней плодотворной научной кооперации
Азербайджанской Республики с Объединенным институтом ядерных исследований дают основание утверждать, что наше дальнейшее сотрудничество будет способствовать еще большему
развитию науки и откроет новые горизонты для научных исследований.
Ариф ГАШИМОВ, академик-секретарь НАНА,
генеральный директор Института физики МНО Азербайджанской Республики, полномочный представитель правительства Азербайджана в ОИЯИ, иностранный член РАН
|
12.09.2025
FİZİKA İNSTİTUTUNUN RƏHBƏRLİYİ DOKTORANTLARLA GÖRÜŞÜB
12 sentyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda doktoranturaya qəbul imtahanlarını uğurla
tamamlayan namizədlərlə institutun baş direktoru, akademik Arif Həşimov görüş keçirib.
Görüşdə həmçinin institutun icraçı direktoru professor Hüseyn İbrahimov, elmi katib dosent Afət Kərimova və kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova iştirak edib.
Görüş zamanı akademik namizədləri səmimi təbrik edərək elmi fəaliyyətə atdıqları addımın məsuliyyətindən söz açıb.
Akademik Arif Həşimov gənc tədqiqatçılara qarşıdakı elmi-tədqiqat işlərində uğurlar arzulayıb.
Namizədlər isə öz növbəsində göstərilən diqqətə görə minnətdarlıq ifadə edərək, əldə etdikləri bilik və bacarıqları elmi araşdırmaların inkişafına yönəldəcəklərini qeyd
ediblər.
Sonda akademik Arif Həşimov doktorantlara gələcək elmi axtarışlarında yüksək nəticələr arzulayaraq, institut rəhbərliyinin və elmi kollektivin onların tədqiqat
fəaliyyətinə hərtərəfli dəstək verməyə hazır olduğunu bir daha bəyan edib.
12.07.2025
FİZİKA İNSTİTUTUNUN PROFESSORU MİRZƏ QURBANOV VƏFAT EDİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun alimi, fizika-riyaziyyat elmləri doktoru,
professor Mirzə Qurbanov vəfat edib.
Mirzə Əbdül oğlu Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub.
1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib.
1967-ci ildə Elmlər Akademiyasının Fizika İnstitutunda böyük mühəndis vəzifəsində işləməyə başlayıb. 1968-ci ildə həmin İnstitutun aspiranturasına qəbul olan M.Qurbanov
sonralar Y.V. Kurçatov adına Moskva Atom Enerjisi İnstitutuna ezam edilib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetində “Dielektriklərlə məhdudlaşdırılmış qaz
aralığında elektrik boşalmaların tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək “Eksperimental fizika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik
dərəcəsinə yüksəlib.
O, dielektriklərdə istiliyin və güclü elektrik sahəsinin birgə təsiri şəraitində əvvəlcədən polyarlaşdırılmış polimer kompozitlərdə elektrik, istilikfiziki,
elektromexaniki effektlərin və termostimullaşdırılmış cərəyan spektrlərinin yaranma mexanizmini tədqiq etməyə imkan verən cihazın yaradılmasına görə 1980-ci ildə SSRİ
xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.
1985-ci ildə M. Qurbanov “Dielektriklərin və yarımkeçiricilərin fizikası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə fizika-riyaziyyat elmləri
doktoru professor adını alıb.
Alimin rəhbərliyi altında müxtəlif polimer, pyezoelektrik və yarımkeçiricilər əsasında kompozitlər tədqiq olunub. Aktiv kompozitlər əsasında çoxfunksiyalı çeviricilərin
fiziki-texnoloji əsasları işlənib hazırlanıb. Eyni zamanda seysmoçeviricilər, elektroakustik çeviricilər, akustik elektronika cihazları, opto-akustik çeviricilər, statik
və dinamik təzyiq çeviriciləri... hazırlanıb ki, bunların da bir çoxu elmin və texnikanın müxtəlif sahələrində tətbiq olunub.
Professor Mirzə Qurbanov 1994-2021-ci illərdə Fizika İnstitutunda “Polimer nano- və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri vəzifəsində çalışıb.
2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar uzunmüddətli elmi və elmi-təşkilatı fəaliyyəti nəzərə alınaraq professor Fəxri Fərmanla təltif edilib.
2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “İlin nüfuzlu ziyalısı” Ali media mükafatına layiq görülüb.
02.07.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
02 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Elmi Şuranın növbəti
iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. İlk olaraq gündəlikdə duran bütün məsələlər Şura üzvlərinin diqqətinə
çatdırılıb. Gündəlikdə duran bütün məsələlər ətraflı müzakirə olunub və müvafiq qərarlar verilib.
30.06.2025
FİZİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
30 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Dissertasiya Şurasının
növbəti iclası keçirilib. İclası giriş sözü ilə institutun baş direktoru, dissertasiya şurasının sədri akademik Arif Həşimov açıb. İlk olaraq gündəlikdə duran bütün
məsələlər Şura üzvlərinin diqqətinə çatdırılıb.
Daha sonra akademik Arif Həşimov sözü Dissertasiya Şurasının katibi, fizika elmləri doktoru, professor Rəfiqə Mehdiyevaya və institutun 1.1 saylı “Yarımkeçiricilərdə və
yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri” laboratoriyasının baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Durdanə Araslıya verib.
Gündəlikdə duran bütün məsələlər ətraflı müzakirə olunub və müvafiq qərarlar verilib.
19.06.2025
RUSİYA BİRLƏŞMİŞ NÜVƏ TƏDQİQATLARI İNSTİTUTU (BNTİ) RƏHBƏRLİYİNİN TƏBRİK MƏKTUBU
Rusiya Federasiyası Birləşmiş Nüvə Tədqiqatları İnstitutun direktoru akademik Q.V. Trubnikovun Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi Fizika İnstitutun baş direktoru akademik Arif Həşimovun Rusiya Elmlər Akademiyasının xarici həqiqi üzvü seçilməsi münasibətilə təbrik məktubu.
Hörmətli Arif Məmməd oğlu!
İcazə verin, Sizi Rusiya Elmlər Akademiyasının (REA) xarici həqiqi üzvü seçilməyiniz münasibətilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) rəhbərliyi adından
təbrik edim.
REA-nın Ümumi yığıncağında qəbul edilmiş bu qərar, Sizin dünya elminə verdiyiniz müstəsna xidmətlərinizin dəyərləndirilməsidir.
Fürsətdən istifadə edərək, qeyd etmək istərdim ki, BNTİ-da Azərbaycan Respublikası alimləri fəal iştirak edir və ümid edirik ki, Azərbaycanın tədqiqat mərkəzləri ilə
BNTİ arasında elmi-texniki əməkdaşlıq gələcəkdə daha da inkişaf etdiriləcək.
Ən xoş arzularla, Sizə möhkəm can sağlığı, rifah və yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
BNTİ-nun direktoru akademik Q.V. Trubnikov
19.06.2025
FİZİKA İNSTİTUTUNDA KONFRANS İŞTİRAKÇILARI QONAQ OLUB
16 İyun 2025 ci il tarixində mədəniyyət paytaxtımız Şuşa şəhərində MetaWay-in təşkilatçılığı ilə “Global Research
Conference Shusha 2025” çərçivəsində “Aİ for a better future” mövzusunda konfrans təşkil edilmişdir. Konfransın təşkilatçılarından biri Azərbaycan Elm və Təhsil
Nazirliyi Fizika İnstitutu olmuşdur. Konfransa sədrlik Fizika İnstitutunun "Elmi İnnovasiyalar və Xarici Əlaqələr” şöbəsinə həvalə edilmişdir.
Konfrans çərçivəsində həyatımızda özünə yer tutmuş süni intellektin tutduğu yer və onun tətbiq sahələri ətrafında təqdimatlar verilib və bu mövzular ətrafında maraqlı
müzakirələr aparılıb.
17 iyun 2025 ci il tarixində konfransın mühüm məqamlarından biri bütün konfrans iştirakçılarının Xankəndi şəhərinə Qarabağ Universitetinə edilmiş səfəri olub.
Qarabağ Universitetinin cavabdeh rəhbərliyi ilə görüş keçirilib və maraqlı müzakirələr aparılıb. Qarabağ Universitetinə zəruri olan bütün dəstəklərin göstərilməsi
qənaətinə gəlinib və bu istiqamətdə bütün qüvvə və imkanların səfərbər edilməsi bildirilib.
Azad olunmuş ərazilərdə şəhidlərin ruhu yad edilib və dualar oxunub.
12.06.2025
ИНСТИТУТ ФИЗИКИ МИНИСТЕРСТВА НАУКИ И ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ АКАДЕМИКУ ГАШИМОВУ А.М.
Глубокоуважаемый Ариф Мамед оглы! Примите мои искренние и сердечные поздравления с избранием Вас Иностранным членом
Российской Академии Наук! Это значимое событие по праву является заслуженным признанием Академическим Сообществом Ваших достижений в фундаментальной и прикладной
научной деятельности, вклада в развитие науки, подготовку научных кадров высшей квалификации и служит ярким свидетельством Вашего таланта.
От всей души желаю Вам, дорогой Ариф Мамед, новых научных свершений, вдохновения и успехов в работе на благо науки! Уверен, Вы покорите еще не одну вершину для
достижения поставленных целей, вдохновляя окружающих своим примером!
Академик РАН Хомич В.Ю. 11.06.2025
04.06.2025

05.06.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
05 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Elmi Şuranın növbəti
iclası keçirilib. İclası giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. İlk olaraq gündəlikdə duran bütün məsələlər Şura üzvlərinin diqqətinə
çatdırılıb.
Daha sonra gündəlikdə duran məsələlər ətraflı müzakirə olunub və müvafiq qərarlar verilib.
Bu gün Fizika İnstitutunda keçirilən Elmi Şurada akademik Arif Həşimov Qurban Bayramı münasibətilə çıxış etmişdir. Akademik Arif Həşimov çıxışında bildirib ki, bu gün
Müqəddəs Qurban bayramı günüdür və bəşəriyyəti sülhə, ədalətə, bərabərliyə səsləyən İslam dini öz bayramları ilə insanlar arasında mərhəməti, həmrəyliyi, xeyirxahlığı
təcəssüm etdirir. Bu gün xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə
hər birinizə səmimi təbriklərimi yetirirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. Qurban bayramınız mübarək olsun!
16.05.2025
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AKADEMİK H.M.ABDULLAYEV ADINA
FİZİKA İNSTİTUTU DOKTORANTURAYA SƏNƏD QƏBULU
13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.
Doktoranturaya sənəd qəbuluna dair aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://edu.gov.az/.../2025/dokturantura-qebul-telimat.pdf
05.05.2025
FİZİKA İNSTİTUTUNDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
05 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Çin Xalq Respublikasının
CHINT GLOBAL PTE LTD şirkətinin Şərqi Avropa üzrə satış meneceri Qu Dongxu və CHINT ELECTRİCAL MMC-nin Qafqaz regionu üzrə kommersiya direktoru Namiq Göyüşov qonaq olub.
Qonaqları Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov qarşılayıb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanması olub.
Sənədi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Qu Dongxu və Namiq Göyüşov imzalayıblar.
Bu Anlaşma Memorandumu (AM) Tərəflər arasında elektrik, yaşıl və alternative enerji sahəsində fəaliyyətini özündə ehtiva edir.
Görüş zamanı qarşılıqlı fəaliyyəti əks etdirən bir sıra digər məsələlər də müzakirə olunub.
12.04.2025
FİZİKA İNSTİTUTUNDA DÜNYA AVİASİYA VƏ KOSMONAVTİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
11 aprel 2025 ci il tarixdə 12 aprel – Dünya Aviasiya və Kosmonavtika gününə həsr olunmuş və 2024 – 2025 ci tədris
ilinin Tədbirlər Planına əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin
təşkilatçılığı ilə konfrans keçirilib. Konfransda 5 nömrəli UGİM-in Elm və Texnika şöbəsinin müəllimləri və dərnək üzvləri ilə birgə Fizika İnstitutunun əməkdaşlarıda
iştirak edib.
Konfransı giriş sözü ilə Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov açıb. Akademik Arif Həşimov konfrans iştirakçılarına Fizika İnstitutu haqqında geniş
məlumat verib.
Söz konfrans iştirakçılarına verilib. İlk olaraq 138 nömrəli məktəbin ”Əyləncəli fizika“ dərnəyinin dərnək üzvləri ”Buxar turbini – istilik enerjisini hərəkət
enerjisinə çevirən bir qurğudur” mövzusunda öz təqdimat və slaydlarını təqdim edib, mövzu ətrafında iştirakçılara geniş məlumat verib.
Daha sonra şagirdlər EEG headset texnologiyasi ile beyin signallarini istifade ederek robot qol nə üçün və harda istifadə olunması, onun planı haqqında, hipertoniya-
yüksək qan təzyiqinin səbəbləri: müsbət və mənfi cəhətləri, qarşısının alınması haqqında, daxili yanma mühərrikləri ve onların ixtiralarından, mənfi və müsbət
cəhətləri, nəticə və gələcək perspektivləri haqqında, elektrik cərəyanı, daimi cərəyan və alternativ cərəyan, hər iki cərəyan növünün xüsusiyyətləri, istifadə sahələri
və üstünlükləri haqqında, xüsusi ərimə istiliyi haqqında və elmin digər sahələri haqqında konfrans iştirakçılarına slayd təqdim etməklə ətraflı məlumat veriblər.
5 nömrəli UGİM -nin direktoru Elza xanım Orucova çıxış edərək İnstitutun kollektivinə təşəkkürünü bildirib. Elm və Texnika şöbəsinin metodisti Xeyrənsə Hümmətova Elm
günü haqqında ətraflı məlumat verdikdən sonra I və II Elm festivalından hazırlanmış video çarxı izlənilib. Texniki şöbənin fəaliyyətindən, dərnəklərindən ətraflı
məlumat verərək bu şöbədə 700-dən çox şagirdlərin dərsdən sonrakı vaxtlarının səmərəli təşkil edilməsinə, yaradıcılıq qabiliyyətlərinin, məntiqi təfəkkürlərinin
inkişafına, proqram materialının dərindən mənimsənilməsinə, məktəblilərin müstəqil bilik qazanmağına, sərbəst fikir söyləməyinə, təşkilatçı, lider olmaqlarına yaxından
köməklik göstərdiklərini bildirib.
Konfransda fizika üzrə fəlsəfə doktoru, dosent Suma Hüseynova, fizika üzrə fəlsəfə doktoru dosent Mobil Kazımov, f.ü.f.d., Lalə Əliyeva çıxış ediblər.
Tədbirin sonunda 5 nömrəli UGİM-in Elm və Texnika şöbəsinin müəllimləri və dərnək üzvləri Fizika İnstitutunda elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış olub.
Aparılan tədqiqat işləri haqqında iştitakçılara məlumat verilib.
Sonda Fizika İnstitutunun kollektivi 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və dərnək üzvləri ilə birgə xatirə şəkilləri çəkilib.
30.04.2025
FİZİKA İNSTİTUTUNDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
28 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Pakistan İslam
Respublikasının NED Mühəndislik və Texnologiya Universitetinin prorektoru Prof. Dr. Məhəmməd Tufail və NED Mühəndislik və Texnologiya Universitetinin Böyük Verilənlər
və Bulud Hesablama Milli Mərkəzinin direktoru Prof. Dr. Məhəmməd Əli İsmayıl qonaq olub.
Qonaqları Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov qarşılayıb. Səmimi görüşdən sonra qonaqlar institutun əməkdaşları ilə görüşüb. Görüş zamanı əməkdaşlıq
memorandumunun imzalanması mərasimi keçirilib. Mərasimi giriş sözü ilə akademik Arif Həşimov açaraq qonaqlara və mərasim iştirakçılarına Fizika İnstitutuun fəaliyyəti
haqqında geniş məlumat verib.
Daha sonra Fizika İnstitutu ilə NED Mühəndislik və Texnologiya Universiteti arasında Niyyət Memorandumu imzalanıb.
Sənədi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov və NED Mühəndislik və Texnologiya Universitetinin prorektoru Prof. Dr. Məhəmməd Tufail imzalayıblar.
Bu memorandum, elm və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi, elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi nəzərdə tutur.
Görüşdə tərəflər arasında elmi əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.
İmzalama mərasimindən sonra qonaqlar çıxış edərək Fizika İnstitutu əməkdaşlarına ətraflı məlumat veriblər.
Mərasimin sonunda əməkdaşları maraqlandıran bir sıra suallar cavablandırılıb.
29 aprel 2025-ci il tarixində NED Mühəndislik və Texnologiya Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetində qonaq olublar və mümkün əməkdaşlıq haqda
müzakirələr aparıblar.
06.03.2025
FİZİKA İNSTİTUTUNUN ELMİ ŞURASINDA ELMİ SESSİYA KEÇİRİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir
keçirilib. Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb.
Arif Həşimov ölkəmizdə dövlət qadın siyasətinin bünövrəsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan qadınının həyatda və karyerada qazandığı
uğurlarının, möhkəmlənmiş mövqeyinin, çoxşaxəli səmərəli fəaliyyətinin səbəbkarı və mənbəyi Ulu Öndər Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasətidir.
Ulu öndər Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan qadınlarının problemləri ilə yaxından maraqlanmış, ölkənin ictimai-siyasi,
mədəni həyatında aparıcı qüvvə olan qadın hərəkatının genişlənməsini daim diqqətdə saxlamışdır.
Arif Həşimov sözlərinə əlavə olaraq deyib ki, dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının
cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata
keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə
uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Daha sonra A. Həşimov çıxışında deyib ki, Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən təbii ki, fəaliyyəti hər birimiz üçün örnək olan Azərbaycanın Birinci
Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqət yetirdikdə
görürük ki, atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın
müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Mehriban xanım
Əliyevanın fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir.
Daha sonra akademik A. Həşimov Azərbaycan qadının cəmiyyətdəki rolundan danışıb. Bildirib ki, bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından
kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. A. Həşimov son araşdırmalara görə, elmi fəaliyyətlə məşğul olan qadınların sayına görə
Azərbaycanın birinci yerdə olduğunu vurğulayıb. O, 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın
Birinci xanımı, Mehriban Əliyevanın simasında bütün xanımları təbrik edib, onlara uzun ömür, cansağlığı arzu edib.
Tədbirdə fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, fizika-riyaziyyat elmlər doktoru Vüqar Əliyev, AMEA-nın müxbir üzvü, İnstitutun Qadınlar Şurasının sədri Səlimə
Mehdiyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova və Həmkarlar Komitəsinin sədri fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova çıxış ediblər.
Tədbirdə Fizika İnstitutun qadın əməkdaşlarının elmi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Bu gün Fizika institutunda eyni zamanda elmi şuranın növbəti iclası keçirilib.
14.02.2025
FİZİKA İNSTİTUTUNDA TƏLİM-SEMİNAR KEÇİRİLİB
Fizika İnstitutunda “Kibercinayətkarlığın qurbanı olmamaq üçün hansı tədbirlər görməliyik?” mövzusunda təlim-seminar
keçirilib. Seminarı İnstitutun “Elmi İnnovasiyalar və xarici əlaqələr” şöbəsinin müdiri Rüstəmov Rüstəm açıb. O, mövzunun aktuallığı haqda seminar iştirakçılarının
diqqətinə çatdırdı. “Ferromaqnit maddələrin rezonans spektroskopiyası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Həsənova Xəyalə
“Kibercinayətkarlığın qurbanı olmamaq üçün hansı tədbirlər görməliyik?” mövzusunda çıxış etdi. Fizika İnstitutunun Elmi katibi Afət Kərimova, f-.r.e.d. Tələt Mehdiyev
və başqaları məruzəçiyə bəzi suallar ünvanladı və mövzu ətrafında sual-cavab formatında fikir mübadiləsi aparıldı.
12.02.2025
FİZİKA İNSTİTUTUNDA MİLLƏT VƏKİLİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Fizika İnstitutunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Rəssamlar İttifaqının üzvü, UNESCO “Yeni era”
Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü Ülviyyə Həmzəyeva Tapdıq qızı ilə 4 fevral 2025-ci il tarixində görüş keçirilib.
Həmzəyeva Ülviyyə Tapdıq qızı Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Azərbaycan Respublikası Milli Məclisinin 7-ci çağırışının və Milli Məclisin
Mədəniyyət komitəsinin üzvüdür. O, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Pedaqogika nəzəriyyəsi və tarixi üzrə fəlsəfə
doktorudur.
Görüşdə İnstitutun baş direktoru akademik A.M.Həşimov, icraçı direktor, professor H.B. İbrahimov, AMEA nın müxbir üzvü, baş elmi işçi S.İ. Mehdiyeva, professor
A.Z. Abbasova, professor baş elmi işçi D.H. Araslı, elmi katib dosent A.M. Kərimova, iştirak ediblər. Görüş zamanı Ülviyyə xanım Fizika İnstitutunda sərgilərlə tanış olub
İnstitutun fəaliyyətindən məmnunluğunu bildirib. O, Fizika İnstitutunun rəhbərliyini Milli Məclisin fəaliyəti ilə bağlı keçiriləcək sərgiyə dəvət edib, bir neçə
(“İBRAHİM SAFİ RƏSSAM İMPRESSİONİST” və Kamil Əliyevin” İLMƏ İLMƏ HƏYAT” adlı kitablarını) rəssamlıq nümunələrini Fizika İnstitutuna bağışlayıb.
31.01.2025
FİZİKA İNSTİTUTUNDA QAZAXSTAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Fizika İnstitutunda 30 yanvar 2025-ci il tarixində Qazaxstan nümayəndə heyəti ilə görüş. Nümayəndə heyətinin tərkibində
Qazaxstanın müxtəlif təşkilatlarını təmsil edən şəxslər olub. Görüşü İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, ölkəmizin, o cümlədən Fizika institutunun
əməkdaşlığa hər zaman açıq olduğunu və Qazaxstanlı həmkarlarla birgə əməkdaşlığa məmnunluqla hazır olduğunu qeyd edib. Qazaxstan tərəfini Zhakiyev Nurkhan, Astana
İnformasiya texnologiyaları Universitetinin Elm və innovasiyalar departamentinin Direktoru, Yedilkhan Didar, Ağıllı şəhər tədqiqatlar və invvovasiyalar mərkəzinin
direktoru, Aruzhan Shoman, AgroTech tədqiatları və invvovasiya mərkəzinin direktoru, Zhanna Bulkhairova, Qazaxstan Kənd təsərrüfatı nazirliyi Elm və innovasiya
departamentinin direktoru, Kadyrhan Makangali, S. Seifullin adına Universitetin Qazax Agro Texniki Universitetinin dosenti, Ruslan Omirgaliyev, Astana İnformasiya
texnologiyaları Universitetinin Elektik departamentinin kompüter baş mühazirəçisi, Astana İnformasiya texnologiyaları Universitetinin AgroTech tədqiqatlar və innovasiya
mərkəzinin baş elmi işçisi təmsil edib. Onlar Azərbaycana səfərin məqsədini və ölkəmizlə əməkdaşlığın yaradılmasının Qazaxstan üçün əhəmiyyətli olduğunu bildiriblər.
Sonda qonaqlar Fizika institutunun bəzi laboratoriyaları ilə tanış olub və aparılan tədqiqatlar haqda məlumatlanıblar.
Görüşddə Fizika institutunun icraçı direktoru Prof. Hüseyn İbrahimov, elmi katib Afət Kərimova, laboratoriya rəhbəri Təranə Nuribəyli, elmi innovasiyalar və xarici
əlaqələr şöbəsinin rəhbəri Rüstəm B. Rüstəmov iştirak ediblər.
09.01.2025
FİZİKA İNSTİTUTUNUN 1.3, 1.4 VƏ 1.7 SAYLI LABORATORİYALARININ ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ
Fizika İnstitutunda “Bərk cisimlərdə rezonans hadisələri”, “Almazabənzər və çoxkomponentli birləşmələrin optik və
transport xassələri” və “Kosmik şüa mənbələri fizikası” laboratoriyalarının kollektivləri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə İnstitutun baş direktoru, akademik
Arif Həşimov açıb. O qeyd edib ki, cari ilin əvvəlindən institutun bütün laboratoruiya və şöbələrin kollektivləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub və bu artıq
ikinci görüşdür. Bundan öncə olduğu kimi bu görüşlər institutun daha məhsuldar işinin qurulması və hər bir əməkdaşın prosesə cəlb olunması məqsədini daşıyır. Akademik
Arif Həşimov elmi seminarların bərpa olunması və seminarların təşkili işinin AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevaya həvalə olunması haqda məlumatı iştirakçıların
diqqətinə çatdırtdı və laboratoriyaların əməkdaşlarının seminarda aktiv iştirakının zəruri olduğunu qeyd etdi. Eyni zamanda institut çərçivəsində patent işinin
aktivləşdirilməsi məqsədilə müvafiq şöbənin yaradılmasını da bildirdi.
Görüşdə İnstitutun icraçı direktoru, professor Hüseyn İbrahimov, elmi katib Afət Kərimova, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, kadrlar şəbəsinin rəhbəri Pərvanə
İsgəndərova və Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov iştirak ediblər. Tədbirdə müxtəlif mahiyyatli problemlərin həlli yolları və
fəaliyyətin effektivliyinin artırılması istiqamətində fikir və ideyalar irəli sürülüb.
|
29.10.2025
FİZİKA İNSTİTUTUNDA PEKİN KİMYA TEXNOLOGİYALARI UNİVERSİTETİNİN DOKTORANTLARI QONAQ OLUB
29 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu ilə Çin Respublikasının
Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. Görüşdə Pekin Kimya Texnologiyaları
Universitetinin professor və dokrorantları iştirak edib.
Qonaqları Fizika İnstitutunun “Elmi İnnovasiyalar və Xarici Əlaqələr” şöbəsinin rəhbəri, dosent Rüstəm Rüstəmov salamlayıb və Fizika İnstitutu haqqında ətraflı məlumatı
qonaqların diqqətinə çatdırıb. Pekin Kimya Texnologiyaları Universitetinin dekan müavini, professor Yu Yue universitetin fəaliyyəti haqda ətraflı təqdimatla çıxış edib.
Təqdimatlar əsasında maraqlı müzakirələr aparılıb və suallar cavablandırılıb.
Görüşdə elm, təhsil və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin gənc alim və doktorantların mübadilə
proqramlarının təşkili məsələləri diqqət mərkəzində olub. Sonda qonaqlarla xatirə şəkli çəkilib.
21.10.2025
FİZİKA İNSTİTUTU ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksəktemperaturlu
ifratkeçiricilər” laboratoriyasının rəhbəri f.ü.f.d., dosent Raida İbayeva və doktorant Arzu Sadıqova Özbəkistan Respublikasının Daşkənd şəhərində 16-18 oktyabr 2025-ci
il tarixlərində keçirilən akademik S. Azimovun 110 illik yubileyinə həsr olunmuş “MÜASİR FİZİKANIN FUNDAMENTAL VƏ TƏTBİQİ PROBLEMLƏRİ” adlı XI Beynəlxalq Konfransda
iştirak ediblər. Dosent Raida İbayeva konfransın Plenar iclasında məruzə ilə çıxış edib. Onun “Rashba spin-orbit coupling-induced intraband optical absorption in a
two-dimensional electron gas” mövzusunda təqdim etdiyi elmi məqalə ən yaxşı nəzəri iş olaraq qiymətləndirilib və təltif olunub.
Konfrans müddətində iştirakçılar Parkent ərazisində yerləşən Günəş sobası adlanan elmi tədqiqat mərkəzinə səfər edib. 1981-ci ildə tikilən və Daşkənd şəhərindən 45 km
məsafədə yerləşən Özbəkistan günəş sobası Asiyada ən böyük soba hesab olunur. Bu soba günəş enerjisini toplayaraq yüksək temperatur (30000 C-ə qədər) yaradan qurğudur,
materialların əridilməsi, sınaqlar və enerji istehsalı üçün istifadə olunur.
Konfrans dünya şöhrətli alimlərin dərin elmi biliklərə əsaslanan maraqlı çıxışları və yüksək səviyyəli məruzələri ilə yadda qalıb, bu isə tədbirin elmi müzakirələrə və
yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradıb.
03.10.2025
7 OKTYABR - ÜMUMDÜNYA LAYİQLİ ƏMƏK GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
3 oktyabr 2025-cil il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 7 oktyabr -
Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova açıb və ölkəmizdə həmkarlar ittifaqları sistemində görülən
işlər, işçilərin əmək hüquqlarının effektiv müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb.
Sitarə Bağırova bildirib ki, Azərbaycan Respublikasının höküməti və Beynəlxalq Əmək Təşkilatı arasında imzalanmış bu proqram ölkəmizin sosial-iqtisadi inkişaf
strategiyasının mühüm tərkib hissəsi olmuşdur. Çünki Əmək münasibətlərində islahatların aparılması, işçi hüquqlarının qorunması və sosial dialoqun gücləndirilməsi
cəmiyyətin davamlı inkişafı üçün əsas şərtlərdəndir. Ümumdünya Layiqli Əmək Günü insanların daha ədalətli və bərabər iş mühitində yaşamaq və işləmək hüququnu xatırladır.
Sitarə Bağırova qeyd etdi ki, Ümumdünya Layiqli Əmək Günü münasibətilə işçi qrupu yaradılıb və təkliflər hazırlanıb.
Yaradılmış işçi qrupunun hazırladığı təklifləri institutun əməkdaşı Dilbər Əhmədova çıxış edərək diqqətə çatdırıb.
Tədbirdə institutun icraçı direktoru, professor Hüseyn İbrahimov çıxış edib və 7 oktyabr Ümumdünya Layiqli Əmək Gününün əhəmiyyətindən danışıb. Professor Hüseyn
İbrahimov bildirib ki, Ümumdünya Layiqli Əmək Günü 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsis edilib və hər il yüzlərlə ölkədə
milyonlarla insan bu gün münasibətilə tədbirlər, konfranslar təşkil edir.
Professor Hüseyn İbrahimov sonda Fizika İnstitutu olaraq, bu günün əhəmiyyətini yalnız iş şəraitimizin yaxşılaşdırılmasında deyil, həm də təhsil və elmi fəaliyyət
sahəsindəki tərəqqimizdə də görürük. Elm və texnologiya sahəsindəki inkişaf yalnız əməkdaşlığın və qarşılıqlı hörmətin təməlində möhkəm dayana bilər. Hər bir işçinin
yaxşı şəraitdə işləməsi, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi, qarşısındakı həmkarlarına hörmət və anlayışla yanaşması vacibdir.
Tədbirin sonunda institutun rəhbərliyi Ümumdünya Layiqli Əmək Günü münasibətilə əməkdaşları təbrik edib.
23.09.2025
FİZİKA İNSTİTUTUNDA SEMİNAR KEÇİRİLİB
23 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda seminar təşkil
olunub. Seminar 27 sentyabr – Vətən Müharibəsinin başlanmasının ildönümünə və Anım Gününə həsr edilib.
Tədbirdə ilk öncə ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Eyni tədbirdə “GRİD Platforması: Peyk Məlumatlarının Emalı Mühiti” mövzusunda seminar da keçirilib. Mövzunun məruzəçiləri Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin
rəhbəri, dosent Rüstəm Rüstəmov və institutun əməkdaşı Ceyhun Quliyev olub. Məruzəçilər mövzunun aktuallığı haqqında seminar iştiraşçılarına ətraflı məlumat verib.
Təqdimatda peyk məlumatlarının əsasında Qarabağ torpaqlarının şoranlaşmasının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatın nəticələri nümayiş etdirilib. Xüsusilə
süni intellekt texnologiyalarının tətbiqi ilə əldə olunan nəticələrin daha dəqiq emal imkanları təqdim olunub.
Tədqiqat işləri Fizika İnstitutunun nəzdində fəaliyyət göstərən GRİD Mərkəzində həyata keçirilib. Seminar çərçivəsində mövzu ilə bağlı müzakirələr aparılmış,
iştirakçıların sualları ətraflı cavablandırılıb.
09.09.2025
FİZİKA İNSTİTUTUNDA DOKTORANTURAYA QƏBUL İMTAHANI KEÇİRİLİB
09 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Doktoranturaya
qəbul - “Ümumi Fizika” ixtisası üzrə imtahan keçirilib. İmtahanda ingilis dili və fəlsəfə imtahanlarından məqbul qiymət alan 13 nəfər namizəd iştirak edib.
İmtahan komissiyası baş direktor akademik Arif Həşimovun sədrliyi və 7 nəfər komissiya üzvünün iştirakı ilə keçirilib. Komissiya üzvləri - İcraçı direktor professor
Hüseyn İbrahimov, elmi katib, fizika üzrə fəlsəfə doktoru, dosent Afət Kərimova, elmlər doktoru, professor Zakir Cahangirli, fizika-riyaziyyat elmləri namizədi Vaqif
Tağıyev, elmlər doktoru, professor Şakir Nağıyev, elmlər doktoru, dosent Nurubəyli Təranə, elmlər doktoru, dosent Rasim Cabbarov tərəfindən namizədlərə şifahi suallar
verilib və onların ümumi fizika sahəsindəki bilikləri qiymətləndirilib.
08.07.2025
FİZİKA İNSTİTUTUNDA HESABAT SEMİNAR KEÇİRİLİB
8 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 16-17 iyun tarixlərində
MetaWay MMC tərəfindən təşkil olunmuş “Global Research Project” layihəsi çərçivəsində Şuşa şəhərində reallaşmış Global Research Conference Shusha 2025 konfransın “Daha
Yaxşı Gələcək üçün Süni İntellekt” adlı beynəlxalq tədbirinin davamı olaraq “Süni intellektin universitetlər və elmi tədqiqat institutları üçün yaratdığı imkanlar”
mövzusunda hesabat seminarı təşkil olunub.
Fizika İnstitutunda təşkil olunmuş hesabat seminarında MetaWay-in direktoru “Global Research Conference Shusha 2025” təsisçisi və təşkilatçısı Mehriban Məlikova, “MIE
Azerbaijan MMC"-nin Beynəlxalq təhsil layihələri üzrə elmi məsləhətçisi, Respublika “Təhsil Şurası” İB İH-nin üzvü, Binəqədi rayon nümayəndəliyinin rəhbəri, Lütfi Zadə
adına MEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri namizədi Nəbi Mahmudov, S.C. Pişəvəri adına HF gimnaziyasının direktoru Ilqar Talıbov, Azərbaycan Respublikası Elm
və Təhsil Nazirliyinin "Məktəbəqədər və ibtidai təhsıl" elmi-metodik jurnalın baş redaktoru Böyükaĝa Mikayıllı, Tarix institutunun dosenti Subhan Talıblı, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru İlhamə Ömərova, Qərbi Kaspi
Universitetinin elmi tədqiqatçısı Sheraz Mehmood iştirak edib.
Eyni zamanda seminara Türkiyədən və digər ölkələrdən alimlər onlayn platformada qoşulmuşdur.
Seminarı Fizika İnstitutunun Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin rəhbəri Rüstəm Rüstəmov açdı və müzakirə olunan mövzunu seminar iştirakçılarının diqqətinə
çatdırdı.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Rüstəm Rüstəmov çıxışında bildirdi ki, Fizika İnstitutu “Global Research Conference Shusha 2025” tədbirində konfransı dəstəkləyən təşkilatçılardan biri kimi çıxış edib.
Rüstəm Rüstəmov konfransın sədri qismində İnstitutu təmsil edib. “Global Research Conference Shusha 2025” konfransının təşkilinin bütün mərhələlərində Fizika İnstitutunu
təmsil edən əməkdaşlar bir komanda olaraq inzibati, elmi və təşkilati məsələlərdə aktiv iştirak edib. Xüsusilə elmi fəaliyyət istiqamətində mövzuların seçilməsi və
təqdimi, eləcədə fərdi qaydada komanda üzvlərinin konfransda müxtəlif mövzular ətrafında olan müzakirələrdə aktiv iştirakı, ümumilikdə konfransın işinin və Fizika
İnstitutunu konfrans çərçivəsində yüksək səviyyədə təqdim olunmasına müsbət şərait yaratmışdır.
Eyni zamanda Rüstəm Rüstəmov bildirdi ki, 18 iyun 2025-ci il tarixində “Global Research Conference Shusha 2025” beynəlxalq konfransında iştirak etmiş yerli və xarici
qonaqlar Fizika İnstitutunda qonaq olub. Qonaqları institutun rəhbərliyi qarşılayıb və görüş zamanı birgə elmi əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Konfransın sonunda qəbul edilmiş Bəyənnamənin hazırlanması və təqdimatında Fizika İnstitutun əməkdaşları müstəsna töhvə verib.
Daha sonra söz məruzəçilərə verilib.
Seminarda institutun Elmi Resurslar və Rəqəmsal İnformasiya şöbəsinin rəhbəri Orxan Əliyev, Materialşünaslıq laboratoriyasının dosenti Suma Hüseynova və
Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyasının dosenti Aytən Əliyeva məruzə ilə çıxış edib.
Seminarda görülmüş işlər və mövzu ətrafında sual-cavab formatında müzakirələr və eləcədə gələcək fəaliyyət planları haqda ətraflı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlardan Mehriban Məlikova, Böyükaĝa Mikayıllı, Sheraz Mehmood və institutun əməkdaşı f.ü.f.d. Lalə Əliyeva çıxış edərək Fizika İnstitutu rəhbərliyinə və
əməkdaşlarına ürək sözlərini bildirib.
30.06.2025
FİZİKA İNSTİTUTUNDA MÜLKİ MÜDAFİƏ QƏRARGAHI SEMİNAR KEÇİRİB
30 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutun Mülki Müdafiə
Qərargahının təşkilatçığı ilə “Kütləvi qırğın silahlarından istifadə zamanı əhalinin müdafiəsinin təşkili”nə həsr olunmuş “Fərdi mühafizə vasitələrindən istifadə
qaydaları” mövzusunda təlim-seminar keçirilib.
Seminarı giriş sözü ilə institutun Mülki Müdafiə Qərargahının rəisi Dursun Nəzər oğlu Abdullayev açıb. Dursun Abdullayev bildirib ki, seminarın keçirilməsində məqsəd
institut əməkdaşlarının mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilməsi, işçilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin idarə olunması
üzrə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsi, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar
zamanı təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasıdır.
Dursun Abdullayev kütləvi qırğın silahlarının növləri, insan həyatına və ətraf mühitə son dərəcə təhlükəli təsiri və böyük miqyasda dağıdıcı gücə malik olması haqqında
danışıb.
Daha sonra seminar iştirakçılarına dövlət və mülki müdafiə qurumlarının rolu, əhalinin müdafiəsinin təşkili prinsiplərindən, erkən xəbərdarlıq, təhlükəsiz davranış
qaydaları, sığınacaqlar və qoruyucu vasitələr, eləcədə əhalinin təxliyəsi haqqında ətraflı məlumat verib.
Dursun Abdullayev sonda bildirib ki, kütləvi qırğın silahlarının yaratdığı təhlükələrə qarşı mübarizədə dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, hər bir vətəndaşın da
fərdi hazırlıq səviyyəsinin yüksəldilməsi və bu sahədə zəruri nəzəri və praktiki biliklərlə təmin olunması mühüm əhəmiyyət kəsb edir.
Seminarın sonunda əməkdaşlara kütləvi qırğın silahlarından istifadə zamanı yaranan fəsadlar və bu istiqamətdə görüləcək mülki müdafiə tədbirləri ilə əlaqədar
maarifləndirici video təqdimat göstərilib. Seminarın sonunda əməkdaşları maraqlandıran bir sıra sullar cavablandırılıb.
25.06.2025
FİZİKA İNSTİTUTUNDA TƏLİM-SEMİNAR KEÇİRİLİB
25 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda AHƏNG Psixologiya
Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri psixoloq Vüsalə Əmiraslanova və icraçı direktor Fəridə Əliyeva qonaq olub.
Qonaqları Fizika İnstitutunun elmi katibi, dosent Afət Kərimova qarşılayıb.
AHƏNG Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Fizika institutunda “Süni intellektin insan psixologiyasına təsiri” mövzusunda təlim-seminar
keçirilib. Seminarı institutun “Elmi innovasiyalar və xarici əlaqələr” şöbəsinin müdiri Rüstəm Rüstəmov açıb.
Rüstəm Rüstəmov müzakirə olunan mövzunu seminar iştirakçılarının diqqətinə çatdırıb və sözü AHƏNG Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri psixoloq Vüsalə
Əmiraslanovaya verib. Psixoloq Vüsalə Əmiraslanova seminar iştirakçılarını salamlayıb və təqdim olunan mövzu haqqında geniş məruzə ilə çıxış edib.
Tədbirin sonunda əməkdaşları maraqlandıran bir sıra sullar cavablandırılıb və AHƏNG Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbərliyi ilə seminar iştirakçıları
xatirə şəkilləri çəkdirib.
19.06.2025
FİZİKA İNSTİTUTUNDA KONFRANS İŞTİRAKÇILARI QONAQ OLUB
18 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda "Global Research
Conference Shusha 2025"- də təmsil olunan xarici qonaqlarla görüş olub. Görüşdə Xarici qonaqları Fizika İnstitutunun icraçı direktoru professor Hüseyn İbrahimov və elmi
katib dosent Afət Kərimova salamlayıb.
Görüşdə Fizika İnstitutundan institutun icraçı direktoru professor Hüseyn İbrahimov, elmi katib dosent Afət Kərimova, elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin
müdiri fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov, elmi resurslar və rəqəmsal informasiya şöbəsinin müdiri Orxan Əliyev, dosent Suma Hüseynova və dosent Aytən Əliyeva
iştirak edib. Qonaqları MetaWay-in direktoru “Global Research Conference Shusha 2025” təsisçisi və təşkilatçısı Mehriban Məlikova, Türkiyə Resspublikası Receb Tayyib
Erdoğan Universitetinin Ziraat fakültəsinin dekanı professor Mustafa Akbulut, Bitlis Eren Universiteti Sağlıq elmləri fakültəsi doktor Hatice Akyüz, IA of International
Eco Energy Academy vitse-prezidenti doktor Ülviyyə Məmmədova, Pakistan İslam Respublikası tədqiqatçı alim Sheraz Mehmood təmsil edib.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparılıb. Bu əməkdaşlığın zəruri və günün tələbi olduğu bildirilib. İlkin mərhələdə hansı addımların atılması
haqqında fikir mübadiləsi edilib və müəyyən qərara gəlinib.
Sonda qonaqlarla fizika institutunun rəhbər heyəti və əməkdaşlarla xatirə şəkilləri çəkilib.
13.06.2025
FİZİKA İNSTİTUTUNDA MİLLİ QURTULUŞ GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLİB
13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “15 İyun Milli Qurtuluş
Günü” münasibətilə “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda
canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Akademik Arif Həşimov çıxışında bildirdi ki, “15 İyun – Milli Qurtuluş Günü” sadəcə bir təqvim günü deyil, böyük siyasi, tarixi və mənəvi məna daşıyan bir gündür.
15 İyun xalqımız üçün gerçək qurtuluşun və sabitliyin başlanğıcıdır. Bu mühüm dönüş nöqtəsinin başında isə Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi
naminə misilsiz xidmətlər göstərmiş, daim xalqına güvənmiş Ümummilli Lider Heydər Əliyev dayanır.
1993-cü il iyunun 9-da Ulu Öndərin Bakıya qayıdışı, əslində, xalqın ona olan inamının və ümidsizliyə qapıldığı bir anda güvənc yeri axtarışının nəticəsi idi. O dövrdə
ölkədə gedən siyasi çəkişmələr, hakimiyyət zəifliyi və idarəetmə böhranı vəziyyəti daha da çıxılmaz etmişdi. Ulu Öndər bu mürəkkəb proseslərin fonunda siyasi iradə,
qətiyyət və xalqı ətrafında səfərbər etmək bacarığı ilə ölkədə sabitlik və hüquqi idarəçiliyin bərpası istiqamətində mühüm addımlar atdı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Qısa müddətdə o, dövlət aparatını yenidən formalaşdırdı, hüquqi islahatlara
başladı, ordu quruculuğuna xüsusi önəm verdi. Həmin tarixi gün sonradan – 1997-ci ildə Milli Məclisin qərarı ilə Milli Qurtuluş Günü kimi rəsmiləşdirildi və hər il
dövlət səviyyəsində qeyd olunmağa başladı.
Akademik Arif Həşimov yekun olaraq bildirdi ki, Heydər Əliyev yalnız müstəqilliyi bərpa etməklə kifayətlənmədi, o, müstəqil dövlətin möhkəmlənməsi, beynəlxalq hüquq
subyektinə çevrilməsi üçün ardıcıl və sistemli islahatlar həyata keçirdi. Onun rəhbərliyi ilə Azərbaycanın Konstitusiyası qəbul olundu, ilk demokratik parlament
seçkiləri keçirildi, insan hüquqları və azadlıqları dövlət siyasətinin prioritetinə çevrildi. “Müstəqilliyimiz əbədi, dönməz, sarsılmazdır” prinsipi Ulu Öndərin siyasi
fəlsəfəsinin mərkəzində dayanırdı. O, Azərbaycan dövlətçiliyinin hüquqi və siyasi əsaslarını quraraq əslində müstəqilliyin qorunmasının ideoloji təməlini formalaşdırdı.
Tədbirdə fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, Yeni Azərbaycan Partiyasının üzvü, elmi işçi Bayram
Xudayarov, fizika üzrə fəlsəfə doktoru Çinarə Səbzəliyeva çıxış ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat yolu və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
04.06.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
04 iyun 2025-ci il tarixində Fizika İnstitutunda Elmi seminar keçirilib. Seminarı Fizika İnstitutunun elmi seminarının
sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva açdı və müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra
sözü məruzəçiyə verdi.
Seminarda Fizika İnstitutunun 1.1 saylı “Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri” laboratoriyasının aparıcı elmi işçisi İsayeva Elmira
Abdulla qızı “Fizikada iradə azadlığı və zərurət: Eynşteyn və Bor arasında məşhur mübahisə” mövzusunda çıxış etdi və mövzu ətrafında verilən sualları cavablandırdı.
14.05.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
14 may 2025-ci il tarixində Fizika İnstitutunda Elmi seminar keçirilib. Seminarı Fizika institutunun elmi seminarının
sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva açdı və müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra
sözü məruzəçiyə verdi.
Seminarda Fizika İnstitutunun 1.4 saylı “Almazabənzər və mürəkkəb komponentli birləşmələrin optik və nəqliyyat xassələri” laboratoriyasının aparıcı elmi işçisi, dosent
İradə Məmmədova “İşığın kombinasiyalı səpilməsi. ZnIn2Se4 kristalının qəfəs dinamikası” mövzusunda çıxış etdi və mövzu ətrafında verilən sualları cavablandırdı.
08.05.2025
FİZİKA İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 102-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
07 may 2025- ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan elminin hamisi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun
baş direktoru, akademik Arif Həşimov açıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Akademik Arif Həşimov çıxışında qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli
Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli Liderin yorulmaz fəaliyyəti, tükənməz səyi nəticəsində dövlətçiliyin əsasları qoyuldu, Ali Qanun,
Konstitusiya qəbul edildi, milli ideologiyamız, azərbaycançılıq məfkurəsi, təfəkkürü formalaşdı. Biri-birini tamamlayan siyasi, iqtisadi islahatlar aparıldı, demokratik
inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi.
Akademik Arif Həşimov görkəmli siyasətçi, ictimai-siyasi xadim kimi Ümummilli Lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründəki xidmətləri,
Azərbaycana rəhbərliyi illərində respublikanın sosial-iqtisadi tərəqqisi istiqamətində atdığı addımlar, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı
sahəsində gördüyü işlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra akademik Arif Həşimov çıxışında Ümummilli Lider Heydər Əliyev dünyada tanınan və qəbul edilən görkəmli siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də böyük
bir elm xadimi və Azərbaycan elminin inkişafındakı xidmətlərinin misilsiz olduğunu qeyd edib. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm
şərti kimi nəzərdən keçirmiş Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi
kimi çıxış etmişdir. Ulu Öndər bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir. Respublikamıza rəhbərliyə gəldiyi ilk
günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, ona daim qayğı göstərmiş, elmin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir.
Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov, Yeni Azərbaycan
Partiyasının üzvü, elmi işçi Bayram Xudayarov, fizika üzrə fəlsəfə doktoru Pakizə İsmayılova çıxış ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyatına həsr olunan videoçarx nümayiş etdirilib.
Bu gün Fizika institutunda eyni zamanda elmi şuranın növbəti iclası keçirilib. Gündəlikdə duran məsələlər Şura üzvlərinin diqqətinə çatdırılıb.
Gündəlikdə duran bütün məsələlər ətraflı müzakirə olunub və müvafiq qərarlar verilib.
24.04.2025
FİZİKA İNSTİTUTUNDA SEMİNAR KEÇİRİLİB
24 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun Mülki Müdafiə
Qərargahının təşkilatçığı ilə “Mülki Müdafiə Qüvvələrinin xəbərdarlıq və toplanış məşqi”nə həsr olunmuş “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı
mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə institutun Mülki Müdafiə Qərargahının rəisi Dursun Nəzər oğlu Abdullayev açıb. Dursun Abdullayev bildirib ki, seminarın keçirilməsində məqsəd
institut əməkdaşlarının mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilməsi, işçilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin idarə olunması
üzrə idarəetmə orqanlarının və rəhbər heyətin əməli vərdişlərinin və hazırlığının təkmilləşdirilməsi, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar
zamanı təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasıdır.
Seminar zamanı əməkdaşlara təbii fəlakətlərin yaratdığı hadisələr və mülki müdafiə tədbirləri ilə əlaqədar maarifləndirici video təqdimat göstərilib.
Seminarın sonunda əməkdaşları maraqlandıran bir sıra sullar cavablandırılıb.
07.04.2025
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ FİZİKA İNSTİTUTU AŞAĞIDAKI GÖSTƏRİLƏN VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN
MÜSABİQƏ ELAN EDİR
07.04.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURA
06 mart 2025-ci il tarixdə Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun
baş direktoru, akademik Arif Həşimov açıb. İlk olaraq gündəlikdə duran məsələlər Şura üzvlərinin diqqətinə çatdırılıb.
Daha sonra akademik Arif Həşimov İnstitutda vakant vəzifələri tutmaq üçün müsabiqə keçirilməsi haqqında məlumat verib.
Gündəlikdə duran bütün məsələlər ətraflı müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.

18.03.2025
FİZİKA İNSTİTUTUNDA NOVRUZ BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Novruz Bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Akademik A. Həşimov Novruz bayramının qədim köklərə və ənənələrə aid olduğunu qeyd edib.
Akademik A. Həşimov çıxışında 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə
ilə başa vurduqdan sonra artıq beşinci ildir ki, Azərbaycan xalqı Novruz bayramını böyük ruh yüksəkliyi ilə qeyd etdiyini bildirib.
Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, Həmkarlar Komitəsinin sədri fizika üzrə fəlsəfə doktoru
Sitarə Bağırova və fizika üzrə fəlsəfə doktoru Şəfəq Əhədzadə çıxış ediblər. Tədbirin sonunda Novruz Bayramına həsr olunmuş videoçarx təqdim olunub.
12.03.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
12 mart 2025-ci il tarixində Fizika İnstitutunda Elmi seminar keçirilib. Seminarı Fizika institutunun elmi seminarının
sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva açdı və müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra
sözü məruzəçiyə verdi.
Seminarda Fizika İnstitutunun 2.5 saylı “Qeyri-kristallik yarımkeçiricilər” laboratoriyasının elmi işçisi S.M.Məmmədov “Ge-As-Se-S xalkogenid şüşəvari sistemlərin lokal
quruluşu və şüşəyəkeçid prosesləri” mövzusunda çıxış etdi və mövzu ətrafında verilən sualları cavablandırdı.
28.02.2025
1 MART BEYNƏLXALQ MÜLKİ MÜDAFİƏ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ “MÜLKİ MÜDAFİƏ ƏHALİNİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATIDIR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
Fevralın 28-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun Mülki Müdafiə Qərargahının
təşkilatçığı ilə “1 mart Beynəlxalq Mülki Müdafiə Günü”nə həsr olunmuş “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun Mülki Müdafiə Qərargahının rəisi Dursun Nəzər oğlu Abdullayev bildirib ki, seminarın keçirilməsində məqsəd institut
əməkdaşlarının mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilməsi, idarə və təşkilatların diqqətini bu sahəyə cəlb etməkdir. Çıxışında o ölkədə mülki
müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində aidiyyəti qurumların vəzifələri, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti
və görülən işlər haqqında geniş məlumat verib, mülki müdafiə sahəsinin inkişafının əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Seminar zamanı əməkdaşlara təbii fəlakətlərin yaratdığı hadisələr və mülki müdafiə tədbirləri ilə əlaqədar maarifləndirici video təqdimat göstərilib.
Seminarın sonunda əməkdaşları maraqlandıran bir sıra sullar cavablandırılıb.
12.02.2025
FİZİKA İNSTİTUTUNDA 2.8 LABORATORİYASININ KOLLEKTİVİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Fizika İnstitutunda “Infraqırmızı fotoelektronika və plazma hadisələri” laboratoriyasının kollektivi ilə görüş
keçirilib. Görüşü giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O qeyd edib ki, cari ilin əvvəlindən institutun bütün laboratoruiya və şöbələrin
kollektivləri ilə görüşlər keçirilir. Görüşlər institutun daha məhsuldar işinin qurulması və hər bir əməkdaşın prosesə cəlb olunması məqsədini daşıyır.
Görüşdə İnstitutun icraçı direktoru, professor Hüseyn İbrahimov, elmi katib Afət Kərimova, kadrlar şəbəsinin rəhbəri Pərvanə İskəndərova və Elmi innovasiyalar və
xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov iştirak ediblər. Tədbirdə müxtəlif mahiyyatli problemlərin həlli yolları və fəaliyyətin effektivliyinin artırılması
istiqamətində fikir və ideyalar irəli sürülüb.
22.01.2025
FİZİKA İNSTİTUTUNDA ELMİ SEMİNAR KEÇİRİLİB
Fizika İnstitutunda Elmi seminar keçirilib. Seminarı İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, 21 yanvar
2025-ci il tarixində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin hesabatı haqda, eləcə də institutun elmi fəaliyyəti ilə bağlı olan digər məlumatları seminar
iştirakçılarının diqqətinə çatdırıb.
Fizika institutunun elmi seminarının sədri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının
diqqətinə çatdırdı və sözü məruzəçiyə verdi.
Seminarda “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının kiçik elmi işçisi Nurlanə Cəfər “İnduktiv əlaqəli plazmalı kütlə spektrometriyasında yaranan
matris effektlərinin bioloji mayelərin tədqiqat nəticələrinə təsiri” mövzusunda çıxış etdi və mövzu ətrafında verilən sualları cavablandırdı.
07.01.2025
FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞI MÜSABİQƏ QALİBİ OLUB
25 dekabr 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” və “Yaşıl UNEC ili” çərçivəsində UNEC Qarabağ İqtisadi
Araşdırmalar Mərkəzi və Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı, “Baku Steel Company” QSC-nin dəstəyi ilə keçirilən “Yaşıl
dünyanın Qarabağ modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin yekununa həsr olunmuş “Yaşıl dünyanın Qarabağ modeli” Elmi Məqalə Müsabiqəsi keçirilib.
Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru dosent Xuraman Əhmədova müsabiqədə iştirak etmiş və professor-müəllim heyəti üzrə “Top on”
nominasiyasının qalibi olaraq Sertifikata layiq görülmüşdür.
|