XƏBƏRLƏRİN 2020 arxivləri
az / ru / en

03 Fevral 2021

AMEA FİZİKA İNSTİTUTUNUN KOLLEKTİVİ İNSTİTUTUNUN APARICI ELMİ İŞÇİSİ


Bağırov Əli Hüseyn oğlunun vəfatı ilə əlaqədar kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN!








17 Noyabr 2020

MÖHTƏRƏM CƏNAB PREZİDENT!
ALİ BAŞ KOMANDAN!


Sizin müdrik daxili və xarici siyasətiniz, bacarıqlı Ali Baş komandanlığınız ilə müzəffər ordumuz qələbə çalaraq uzun müddətdən bəri erməni işğalı altında olan torpaqlarımızı işğaldan azad etdi. Memarı olduğunuz bu qələbə xalqımız və dövlətimizin tarixinə qızıl hərflərlə yazılacaqdır. Bizim nəsil, hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu möhtəşəm zəfər günlərini yaşayır.

Ulu öndər Heydər Əliyevin siyasi-iqtisadi kursunu layiqincə davam etdirən Siz qətiyyətiniz, kəsərli addımlarınız, məharətinizlə və möhkəm xalq birliyi yaradıb ona arxalanmaqla dədə - baba torpaqlarımızın işğaldan azad olunmasına, beynəlxalq aləmdə tanınıb qəbul edilmiş ərazimizin bərpa olunmasına nail oldunuz.

Ordumuzun Zəfər yürüşü günlərində Siz həm də xarici ölkələrin lideləri ilə danışıqlarda, mediya nümayəndələri ilə müsahibələrdə ölkəmizin haqlı mövqeini dərin məntiq və qətiyyətlə müdafiə edərək ermənipərəst qüvvələrin çirkin niyyətli yalanlarını darmadağın etdiniz.

Ətrafınızda sıx birləşən xalqımız, o cümlədən biz elmi işçilər mənfur düşmən tərəfindən dağıdılmış yaşayış məntəqələrinin və ərazilərin canlandırılaraq həyata qaytarılmasına, həmin ərazilərdə təhsilin, elmin, mədəniyyətin yeni vüsət almasına yönəlmiş işlərdə ön sırada olacaq, fəal iştirak edəcəyik.

Biz birlikdə güclüyük! Yaşasın Azərbaycan!

Dərin hörmətlə,
AMEA Fizika İnstitutunun kollektivi adından
direktor Nazim Məmmədov


13 Oktyabr 2020

FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ ONLAYN KONFRANSDA ÇIXIŞ EDİBLƏR

AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, laboratoriya rəhbəri, akademik Arif Həşimov, fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov, Rüstəm Rüstəmov və Eldar Həsənov “Energetikanın texniki fiziki problemləri” (ICTPE-2020) mövzusunda beynəlxalq onlayn konfransda iştirak ediblər. Türkiyənin İstanbul Rumeli Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirin açılışında Azərbaycan Respublikası tərəfindən konfransın həmsədri akademik Arif Həşimov və akademik Nazim Məmmədov çıxış ediblər. Çıxışda konfransda müzakirə olunan məruzələrin energetika sistemlərinin müasir problemlərini əhatə etdiyini və ölkələrin energetika sistemlərinin gələcək inkişafına töhfəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. İki gün davam edəcək konfransın açılışında həmsədrlər, professorlar Naser M.Tabatabaci, Javer Bilbao, Nicu Bizon çıxış edərək konfransın işinə uğurlar arzulayıblar. Videokonfransda AMEA-nın Fizika İnstitutunun əməkdaşlarının 6 məruzəsi, Azərbaycanın müxtəlif elmi mərkəzlərini təmsil edən alimlərin 15 məruzəsi dinlənilib. Qeyd edək ki, bu gün həmsədrlərin yekun çıxışları və konfransın iştirakçılarına sertifikatların verilməsi nəzərdə tutulur.


06 Oktyabr 2020

FİZİKA İNSTİTUTU İLƏ ENERGETİKA NAZİRLİYİ BİRGƏ ƏMƏKDAŞLIQ İMKANLARINI MÜZAKİRƏ EDİB

AMEA-nı Fizika İnstitutu ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında videokonfrans keçirilib. Görüşdə Energetika naziri Pərviz Şahbazov, nazir müavini Elnur Soltanov, nazirin müşaviri Cavid Abdullayev, nazirin köməkçisi Rauf Rzayev, nazirliyin sektor müdiri Cahid Mikayılov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev, AMEA Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov iştirak ediblər. Videokonfransda Ayaz Bayramov “AMEA Fizika İnstitutunda qabaqcıl nazik təbəqəli texnologiyaların inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, nazik təbəqəli günəş elementlərinin müasir vəziyyətinin qısa icmalını verib, institutda yeni tip günəş elementlərinin yaradılmasından və perspektiv planlardan bəhs edib. Daha sonra Energetika naziri Pərviz Şahbazov və akademik Nazim Məmmədov mövzu ətrafında fikir mübadiləsi aparıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə yaxın vaxtlarda yenidən birgə planlar haqqında müzakirələr aparılması qərara alınıb.


25 Sentyabr 2020

AMEA-NIN PREZİDENTİ FİZİKA İNSTİTUTUNUN MADDİ-TEXNİKİ BAZASI VƏ BURADA YARADILAN ŞƏRAİTLƏ TANIŞ OLUB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Fizika İnstututunda aparılan elmi-tədqiqat işləri, müəssisənin maddi-texniki bazası və əməkdaşlar üçün yaradılan şəraitlə tanış olub. Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri - birinci vitse-prezidentlər akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev, vitse-prezidentlər akademik İradə Hüseynova, akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik Tofiq Nağıyev, akademik-katib, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov də iştirak ediblər. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin üzvləri Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan ən müasir cihazlarla tanış olublar. Əməkdaşlar cihazların iş prinsipi, strukturu, burada aparılan tədqiqatlar haqqında AMEA rəhbərliyinə məlumat veriblər. Sonra AMEA Rəyasət Heyətinin üzvləri institutun rəhbərliyi ilə görüş keçiriblər. Görüşdə institutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov iştirak ediblər. Akademik Ramiz Mehdiyev institut əməkdaşlarının burada görülən işlər haqqında ətraflı məlumat verdiklərini bildirərək elmi-tədqiqat müəssisəsində yaradılan şəraitdən məmnunluğunu ifadə edib. Akademiya rəhbəri institutda bəzi çatışmazlıqların olduğunu da diqqətə çatdıraraq qeyd edib ki, bu çatışmazlıqlar büdcə vəsaiti ilə yanaşı, daxili imkanlar və müxtəlif layihə, qrantlar hesabına aradan qaldırılmalıdır. Elmi fəaliyyətlə bağlı AMEA rəhbəri bildirib ki, burada əsas diqqət elmin tətbiqinə istiqamətləndirilməlidir. Bunun üçün Fizika İnstitutunda hər cür şəraitin olduğunu vurğulayan akademik Ramiz Mehdiyev səmərəli tədqiqatların aparılmasında elmi potensialın əsas rol oynadığını xüsusi qeyd edib. Bildirib ki, Elmlər Akademiyasında əsasən üç prioritet istiqamətə - fizika, kimya və biologiyaya xüsusi diqqət yetirilməlidir və bu sahədə bütün potensial birləşdirilməlidr. Fizika İnsititutun direktoru, akademik Nazim Məmmədov elmi-tədqiqat müəssisəsinin tarixi haqqında məlumat verərək bildirib ki, 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Həsən Abdullayev adına Fizika İnstitutu və Fotoelektronika İnstitutunun bazasında Fizika İnstitutu yaradılıb. O, Fizika İnstitutunun 4 əsas elmi istiqamət üzrə (kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki-texniki əsasları, nüvə fizikası və yüksək enerjilər fizikası, energetikanın fiziki-texniki problemləri) fəaliyyət göstərdiyini qeyd edib. Nazim Məmmədov bildirib ki, Fizika İnstitutunda çalışan əməkdaşlardan əsasən fizika sahəsində elmi bilikləri, dil bilikləri, cihazların xüsusiyyətləri haqqında məlumatlı olmaqları tələb olunur. Qeyd edib ki, institutda mövcud olan müasir avadanlıqların əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişaf Fondunun qrant layihələri çərçivəsində əldə olunub. Akademik Cavad Abdinov, həmçinin innovasiya və transfer üzrə direktor müavini Ayaz Bayramov çıxış edərək laboratoriya və avadanlıqlar, mövcud çatışmazlıqlar haqqında məlumat veriblər. AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Fizika İnstitutunun alimlərinin hazırladığı günəş bateriyalarından bəhs edərək bəzi problemlər səbəbindən onların hələ də tətbiq edilmədiyini diqqətə çatdırıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müxtəlif istiqamətli elmi tədqiqatların daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq institut rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələrini verib.


13 Oktyabr 2020

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu aşağıda göstərilən vəzifələrri tutmaq üçün müsabiqə elan edir. Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilər. Sənədlər müsabiqənin müvafiq tələblərinə uyğun olaraq bu ünvana göndərilməlidir: Bakı, Az - 1143, H.Cavid 131, tel.: 539-74-23 Müsabiqənin müddəti elan çap olunduğu gündən etibarən 1 aydır.

I.  

Ümumi sektor üzrə:

1.1 Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt; baş elmi işçi - 1şt.
1.2 Yarımkeçiricilərdə aşqarlar laboratoriyası üzrə: laboratoriya rəhbəri - 1şt.
1.3 Bərk cisimlərdə rezonans hadisələri laboratoriyası üzrə: laboratoriya rəhbəri - 1şt; baş elmi işçi - 1şt.
1.4 Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt; baş elmi işçi - 1şt.
1.5 Vakuum fotoelektronikası laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
1.6 Molekulyar spektroskopiya laboratoriyası üzrə:  baş elmi işçi - 1şt.
1.7 Kosmik şüa mənbələri fizikası laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
1.8 Krioqen texnologiyası şöbəsi üzrə:şöbə müdiri - 1şt.

II.  

İnnovasiya sektoru üzrə:

2.1 Quruluş və quruluş-çevirilmələri laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
2.2 Bionanostrukturlar fizikası laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
2.4 Nanokristallar fizikası laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt; baş elmi işçi - 1şt.
2.6 Optoelektronika laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
2.8 İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
2.9 Yarımkeçirici strukturların fotoelektrik və optik diaqnostikası laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
2.11 Nüvə və yüksək enerjilər fizikası laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
2.13 Dinamik sistemlərdə xaos laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
2.14 Materialşünaslıq laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
2.16 Tətbiqi fizika laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
2.17 Kristalloqrafiya laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
2.18 Kvant informatikası laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.

III.  

Fənlərarası sektoru üzrə:

3.1 Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifratkeçiricilər laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
3.2 Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
3.3  Heteroquruluşlar fizikası laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
3.4  Bərk cisim elektronikası laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt; baş elmi işçi - 1şt.
3.5 Epitaksial təbəqələr və strukturlar laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt; baş elmi işçi - 1şt.
3.7  Kristallofizika laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
3.9 Nano- və aktiv kompozitlər laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.
3.10 Qeyri-standart nəzarət və diaqnostika laboratoriyası üzrə:  laboratoriya rəhbəri - 1şt.

IV.  

İnformasiya sektoru üzrə:

1. İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsi üzrə:  şöbə müdiri - 1şt
2. Yeni texnologiyaların tətbiqi şöbəsi üzrə:  şöbə müdiri - 1şt
3. Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsi üzrə:  şöbə müdiri - 1şt
4. Ensiklopediya və terminologiya şöbəsi üzrə:  şöbə müdiri - 1şt

  

Təhsil şöbəsi üzrə:  şöbə müdiri - 1şt

Хarici əlaqələr şöbəsi üzrə:  şöbə müdiri - 1şt

İctimaiyyətlə əlaqələr şöbəsi üzrə:  şöbə müdiri - 1şt


  

Tələb olunan sənədlər:

  

1. Ərizə;
2. Kadrların şəxsi uçot vərəqi;
3.Tərcümeyi-hal;
4. Əmək kitabçasının iş yerində və ya notarial qaydada təsdiq olunmuş surəti (əmək fəaliyyətinə yeni başlayanlar istisna olmaqla);
5. Magistratura və ona bərabər tutulan ali təhsil haqqında sənədin surəti;
6. Elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
7. İddiaçının elmi nailiyyətləri barədə məlumatlar.
8. Elmi nailiyyətlərə aşağıdakılar aiddir:
9. Elmi rütbə və elmi mükafatlar;
10.Elmi əsərlərin, monoqrafiyaların, kitabların və məqalələr;
11.Patentlərin və digər əqli mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr;
12. Elmi və elmi-texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat;
13. Elmi-pedaqoji fəaliyyətə görə mükafatlar və təltiflər haqqında məlumat;
14. Elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titul barədə sənədin surəti;
15. Elmi jurnalların redaksiya heyətlərində üzvlük haqqında məlumat;
16. Fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssislərin rəyi.
17. Sənədlər İddiaçı tərəfindən şəxsən təqdim edilir.
18. İddiaçıya sənədlərin qəbulu ilə bağlı arayış verilir.
19. Müsabiqəyə təqdim edilmiş sənədlər geri qaytarılmır.
20. Sənədlərin qəbulu Müsabiqənin keçirilməsi haqqında elan dərc olunduğu gündən başlayaraq 1 ay ərzində aparılır. Qəbul müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər qəbul edilmir.
21. Təqdim edilmiş sənədlər bu Qaydaların tələblərinə uyğun olduqda İddiaçı barədə məlumat ümumi siyahıya daxil edilir.


24 Fevral 2020

FİZİKA İNSTİTUTUNUN DİREKTORU MEDALLA TƏLTİF OLUNUB

AMEA Rəyasət Heyətinin prezidenti, akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin 7 fevral 2020-ci il tarixində keçirdiyi iclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovu Azərbaycan Respublikasının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edib. AMEA Fizika İnstitutunun kollektivi akademik Nazim Məmmədovu təbrik edir, elmi işlərində uğurlar, can sağlığı və uzun ömür arzulayır.


09 Oktyabr 2020

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

MÖHTƏRƏM CƏNAB PREZİDENT!
SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI!


Böyük tarixi anları yaşamaq nə yaxşı ki, bizə də nəsib oldu. Qüdrətli Azərbaycan dövləti Sizin rəhbərliyinizlə tarixi-əzəli torpaqlarına qayıdır. Zaman çətin, dövr mürəkkəbdir. Amma Sizin müdrik siyasətiniz, qətiyyətiniz, uğurlu addımlarınız sayəsində böyük qayıdış mərhələsinə qədəm qoyuruq. Ulu Öndər Heydər Əliyevin başladığı böyük tarixi ədalətin bərpasına yönəlmiş missiyanı Siz uğurla başa çatdırırsınız. Bütün çətinliklərə, maneələrə baxmayaraq xalq-hakimiyyət birliyinin modeli bu uğurlu addımların təminatçısına çevrilib. Bu gün Azərbaycan 30 il öncəki deyil, söz sahibi olmağımız dünya xəritəsindəki yerimizdən də böyük və dərindir. Ötən il Sizin inamla “Qarabağ Azərbaycandır!” söyləməyiniz, dədə-baba torpaqlarımızın tez bir zamanda düşmən tapdağından azad ediləcəyinə dəlalət edirdi. Düz bir ildən sonra Sizin Ali Baş Komandanlığınızla Azərbaycan bayrağının öz doğma torpaqlarına qayıdışı başlandı. Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun kollektivi olaraq Sizin qüdrətli Azərbaycan uğrunda apardığınız haqq işində yanınızdayıq və inanırıq ki, tez bir zamanda Qarabağda biz də öz üzərimizə düşən missiyanı Azərbaycan elminin çiçəklənməsi naminə yerinə yetirəcəyik.

Dərin hörmət və ehtiramla Fizika İnstitutunun
kollektivi adından
direktor Nazim Məmmədov


02 Noyabr 2020

FİZİKA İNSTİTUTUNDA «NANOTEXNOLOGİYALAR» MÖVZUSUNDA MƏRUZƏ DİNLƏNİLİB

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda İnstitutun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramovun “Fizika İnstitutunda nanotexnologiyalar” mövzusunda məruzəsi dinlənilib. Seminarda İnstitutun direktoru, akademik Nazim Məmmədov, AMEA prezidentinin innovasiya və elmin kommersiyalaşdırılması üzrə müşaviri, akademik Əli Abbasov, böyük elmi işçi Yeganə Əliyeva iştirak edib. İlk olaraq A.Bayramov İnstitutda nanotexnologiyalar sahəsində görülən işlər, onların tətbiq sahələri haqqında məlumat verib. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Gələcək üçün perspektiv planlardan bəhs olunub. Qonaq İnnovasiya sektorunda quraşdırılan ən müasir cihazlarla tanış olub. Əməkdaşlar cihazların iş prinsipi, strukturu, burada aparılan tədqiqatlar haqqında qonağa ətraflı məlumat veriblər.


  Məryam Rafaelqızı


05 Mart 2020

UFAZ-ın NÜMAYƏNDƏLƏRİ FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

Fransanın Strasburq Universitetinin professoru Filip Turek, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Robin Merin və UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda qonaq olublar. Qonaqlar, əməkdaşlıq imkanlarının mövcudluğunun müzakirəsi məqsədilə, İnstitutun direktoru akademik Nazim Məmmədovla görüşüblər. UFAZ, Azərbaycan Respublikası Prezidenti və Fransa Prezidentinin təşəbbüsü ilə 2014-cü ildə yaradılmışdır. Universitet 2016-cı ilin sentyabr ayından fəaliyyət göstərir. Burada tələbələr 4 texniki ixtisas üzrə təhsil alırlar. Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərliyi ilə Fransa universitetləri konsorsiumu, Azərbaycan tərəfindən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rəhbərlik edir. Akademik N. Məmmədov Fizika İnstitutunun fəaliyyətinin əsas elmi istiqamətlərinin kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki və texniki əsasları, nüvə fizikası və yüksək enerjilər fizikası, eləcə də energetikanın fiziki-texniki problemləri olduğunu qeyd etdi. O, İnstitutda aparılan tədqiqatlar, İnstitutun beynəlxalq əlaqələri və Azərbaycan-Fransız Universiteti ilə gələcək əməkdaşlığı barədə danışdı. Görüşdə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Abasət İsayev iştirak ediblər. Daha sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə tanış olublar.

22 Yanvar 2020

20 Yanvar: AMEA FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ŞƏHİDLƏRİN XATİRƏSİNİ YAD ETDİLƏR


AMEA Fizika İnstitutu işçilərinin ümumi yığıncağını açan İnstitutun direktoru, akademik Nazim Məmmədov qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet hökuməti Azərbaycanda, xüsusən də paytaxt Bakı şəhərində iğtişaşları sakitləşdirmək məqsədilə fövqəladə vəziyyət və komendant saatı şəhər sakinlərini xəbərdar etmədən qoşunların şəhərə daxil olması ilə bağlı sərəncam verdi. Sovet Ordusu qoşunlarının əməliyyatları nəticəsində 20 yanvarda 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, sonradan isə bu, Azərbaycan vətəndaşlarının hüquqlarını və xalqın demokratiyaya inamını pozan bir cinayət olaraq təsbit edildi. Akademik D.Ş. Abdinov, Azərbaycanda xalq iğtişaşlarına səbəb olan səbəblər və Sovet Ordusunun 20 Yanvardakı hərəkətləri haqqında geniş məlumat verdi. O, Azərbaycanda baş verən hadisələrin əsas səbəbinin, erməni separatçılarının SSRİ hökuməti tərəfindən dəstəklənən Azərbaycanı parçalamaq, öz əsas funksiyasını yerinə yetirməməsi - ərazi bütövlüyünü və xalqını qoruması olduğunu bildirdi. Ümumi yığıncaqda elmlər doktorları Əli Məmmədov, Mirbaba Babayev, fəlsəfə doktorları Sitarə Bağırova, Ülkər Səmədova və başqaları da çıxış ediblər. Keçmiş hadisələrin video və slaydları nümayiş olundu. Ümumi yığıncaq 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.