İnstitutunun XƏBƏRLƏRİN AZ 2021 arxivi
az / ru / en
Dissertasiya Şurasının XƏBƏRLƏRİ

05 Yanvar 2022

02 Fevral 2022-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Əhmədova Fidan Şirvan qızının

"Nazik təbəqəli və nano ölçülü InSe və GaSe yarımkeçiricilərinin elektrik və optik xassələri"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



08 Dekabr 2021

22 Dekabr 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Orucov Teymur Yaşar oğlunun

""LÖVHƏ ÜZƏRİNDƏ ÇİP" texnologiyasi əsasında yaradılmış ağ işiq diodlarinin optik parametrlərinin tədqiqi"


mövzusunda 2203.01- "Elektronika" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us05web.zoom.us/j/5014632473?pwd=OExJaXlKeG5sNVhTRytKVTBURTNwZz09
Konfrans ID: 501 463 2473
Giriş kodu: 597095




20 Sentyabr 2021

20 Oktyabr 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Nuriyev Ruslan Ağarza oğlunun

"Əks-əlaqə sistemlərində xaotik rəqslərin sinxronlaşması"


mövzusunda 2212.01 - "Nəzəri fizika" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095




06 Sentyabr 2021

29 Sentyabr 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Cəfərova Samirə Qaçay qızının

"Electrical, photoelectrical and optical properties of the (TlGaS2)1-x(TlInSe2)x
(0,1≤x≤0,5) single crystals"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



02 Sentyabr 2021

24 Sentyabr 2021-ci il tarixində saat 14:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Səddinova Aynur Arif qızının

"(AgSbSe2)x(PbTe)1-x bərk məhlullarının termoelektrik xassələri


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095




18 May 2021

18 İyun 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

İbayeva Raidə Zabit qızının

"Aşağı ölçülü sistemlərdə işığın udulması və yükdaşıyıcıların səpilməsi prosesində Raşba spin orbital qarşılıqlı təsirin rolu"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



07 Aprel 2021

21 Aprel 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Cabarov Sakin Həmid oğlunun

"Perovskitlərdə və heksaferritlərdə təzyiq və temperaturun təsiri ilə quruluş və maqnit faza keçidləri"


mövzusunda 2223.01 - "Kristalloqrafiya, kristallar fizikası" ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



10 Mart 2021

31 Mart 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Hüseynov Ramiz Eldar oğlunun

“BaFe12-xAlxO19 heksaqonal ferritlərinin quruluşu və maqnit xassələri”


mövzusunda 2223.01 - "Kristalloqrafiya, kristallar fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095

27 Dekabr 2021

26 Yanvar 2022-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

İmanova Sevinc Ramazan qızının

"Maqnit kristalciqları ilə modifikasiya edilmiş bentonit və polietilen əsaslı kompozitlərin maqnit və elektrik xassələri


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



07 Oktyabr 2021

03 Noyabr 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Eminov Şixəmir Osmat oğlunun

"İnfraqırmızı fotoqəbuledicilər üçün InSb və HgCdTe əsasında epitaksial strukturlar"


mövzusunda 2203.01- "Elektronika" ixtisası üzrə elmlər doktoru elmi dərəcə almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us05web.zoom.us/j/5014632473?pwd=OExJaXlKeG5sNVhTRytKVTBURTNwZz09
Konfrans ID: 501 463 2473
Giriş kodu: 597095




13 Sentyabr 2021

13 Oktyabr 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Hüseynova Kəmalə Müsəllim qızının

"TlA1-xMxS2 (Se2) (A-In, Ga; M-Dy, Er, Yb; x=0÷0.3) kristallarının alınması, elektrik və optik xassələri"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



06 Sentyabr 2021

29 Sentyabr 2021-ci il tarixində saat 14:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

İslamzadə Elnarə Məhərrəm qızının

"Ge-Si <Ga, Sb, Ni> mürəkkəb aşqarlanmış bərk məhlullarının alınması və elektrik xassələri"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



24 May 2021

23 İyun 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Əliyeva Yeganə Nağı qızının

"Si, ZnO, CdS, MoSe2, InAs1-xSbx optoelektron materiallarin nazik təbəqələrinin mikrostrukturu və optik xassələri


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



18 May 2021

18 İyun 2021-ci il tarixində saat 14:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Quliyev Cəfər Adil oğlunun

"Nanoməsaməli alüminium oksiddə yaradılan CdS əsaslı yarımkeçirici strukturların elektrofiziki və fotoelektrik xassələri"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası " ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



17 Mart 2021

14 Aprel 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Məmmədova Səidə Oqtay qızının

"Kvazi bir- və ikiölçülü spin-orbital qarşılıqlı təsirli ifratkeçiricilərdə topoloji effektlər"


mövzusunda 2212.01 - "Nəzəri fizika" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095

07 Dekabr 2021

29 Dekabr 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Nurubəyli Təranə Kamil qızının

"Maddələrin kütlə spektrometrik üsulla analizi zamanı elementlərin nisbi həssaslıq əmsalının və matris effektlərinin məhdudlaşdırılmasının fiziki prinsipləri"


mövzusunda 2203.01- "Elektronika" ixtisası üzrə elmlər doktoru elmi dərəcə almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us05web.zoom.us/j/5014632473?pwd=OExJaXlKeG5sNVhTRytKVTBURTNwZz09
Konfrans ID: 501 463 2473
Giriş kodu: 597095




27 Sentyabr 2021

27 Oktyabr 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Xəyalə Əjdər qızı Həsənova

“Məxsusi və güclü aşqarlanmış Bi1-xSbx (0≤x≤0,25) bərk məhlullarının monokristallarının qalvanomaqnit xassələri”


mövzusunda 2220.01- "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us05web.zoom.us/j/5014632473?pwd=OExJaXlKeG5sNVhTRytKVTBURTNwZz09
Konfrans ID: 501 463 2473
Giriş kodu: 597095



06 Sentyabr 2021

06 Oktyabr 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

İbrahimov Behbud Hüseyn oğlunun

"Yarimkeçirici kvantölçülü sistemlәrdә elektronlarin optik vә termodinamik xassәlәrinin mәxsusiyyәtlәrinin analizi"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



02 Sentyabr 2021

24 Sentyabr 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Dadaşov Zamir Atamoğlan oğlunun

"Polimer-seqnetopyezokeramika kompozitlərdə pyezo-, piroelektrik effektlərin formalaşmasinda relaksasiya və termiki hadisələrin rolu


mövzusunda 2203.01 - "Elektronika" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095



24 May 2021

23 İyun 2021-ci il tarixində saat 14:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Əkbərov Elçin Məmmədhüseyn oğlunun

"Sahəli emissiya hadisəsində səthin üzərində kiçikölçülü quruluşların formalaşması


mövzusunda 2203.01 - "Elektronika" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095




05 Aprel 2021

05 May 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Əsədov Elşən Qabil oğlunun

"Ca(AlxGa1-x)2S4:Eu2+ bərk məhlullarının lüminessensiya xassələri"


mövzusunda 2220.01 - "Yarımkeçiricilər fizikası " ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095




16 Mart 2021

07 Aprel 2021-ci il tarixində saat 11:00


Azərbaycan MEA Fizika İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında

Əliyeva Nərgiz Ağami qızının

"Cu4X2-mYm tərkibli birləşmə və bərk məhlulların kristal quruluşu və quruluş faza keçidləri (X, Y=S, Se,Te, m=0.0; 0.25; 0.50; 0.75)"


mövzusunda 2223.01 - "Kristalloqrafiya, kristallar fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.

Dissertasiyanın və avtoreferatın məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar: Dissertasiya və avtoreferat  

Online qoşulma zoom platforması üzərindən olacaq.
Zoom iclasına qoşulma linki

https://us02web.zoom.us/j/2110866555?pwd=eSs3YVVKK2Q2MWxBcGo5WXNyRHdNZz09
Konfrans ID: 211 086 6555
Giriş kodu: 597095


İnstitutunun XƏBƏRLƏRİ

16 Oktyabr 2021

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ FİZİKA İNSTİTUTU AŞAĞIDAKI GÖSTƏRİLƏN VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ


1.1 Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
aparıcı elmi işçi - 1şt.
böyük elmi işçi - 1şt.
1.3 Bərk cisimlərdə rezonans hadisələri laboratoriyası üzrə:
baş elmi işçi - 2şt.
1.4 Almazabənzər və çoxkomponentli birləşmələrin optik və transport xassələri laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
1.6 Molekulyar spektroskopiya laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
1.7 Kosmik şüa mənbələri fizikası laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
1.8 Yüksək gərginliklər fizikası və texnikası laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
aparıcı elmi işçi - 1şt.
2.1 Nanomaterialların tətbiqi texnologiyaları
laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
2.2 Bionanostrukturlar fizikası laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
2.4 Nanokristallar fizikası laboratoriyası üzrə:
baş elmi işçi - 2 şt.
2.5 Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
2.6 Optoelektronika laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
böyük elmi işçi - 1şt.
2.8 İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyası üzrə:
aparıcı elmi işçi - 1şt.
2.14 Materialşünaslıq laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
2.17 Kristalloqrafiya laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
aparıcı elmi işçi - 1şt.
3.1 Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifratkeçiri¬cilər laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
3.4 Bərk cisim elektronikası laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.
3.5 Epitaksial təbəqələr və strukturlar laboratoriyası üzrə:
baş elmi işçi - 1 şt.
3.9 Nano- və aktiv kompozitlər laboratoriyası üzrə:
baş elmi işçi - 1şt.

Müsabiqədə elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilər.
Sənədlər müsabiqənin müvafiq tələblərinə uyğun olaraq 15 noyabr 2021-ci ilə qədər bu ünvana göndərilməlidir: Bakı, Az - 1143, H.Cavid 131, tel.: 539-74-23



26 Sentyabr 2021

AMEA-nın FİZİKA İNSTİTUTUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB



Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində Fizika İnstitutunda Anım Gününə həsr edilmiş stend nümayiş olunub. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan yığıncağı AMEA-nın akademik-katibi, institutun baş direktoru, akademik Arif Həşimov açaraq Azərbaycan xalqının bu haqq savaşında cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini söyləyib. Qeyd edib ki, məhz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı, müəyyənləşdirdiyi strategiya və taktika ilə ordumuz tərəfindən torpaqlarımız düşmən işğalından azad olundu. Akademik Arif Həşimov şəhidlərimizin qanı bahasına qazandığımız qələbəni gələcək nəsillərə ötürməyin hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb. Baş direktor, həmçinin Fizika İnstitutunda şəhidlərin xatirəsini əbədiləşdirmək üçün görülən işlərdən də bəhs edib. Diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlardan biri müəssisənin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynovanın şəhidlərimizə həsr olunmuş “Fatehlər” kitabının nəşr edilməsidir. Daha sonra A.Həşimov kitabın müəllifi Suma Hüseynovaya söz verib. Suma Hüseynova çıxışında 27 sentyabr tarixinin həm kədərli, həm də qürurlu gün olduğunu, Azərbaycanın bütün bölgələrindən olan vətənpərvər oğullarının yeganə amalının ölkəmizin ərazi bütövlüyünün bərpası olduğunu və bu yolda canlarından keçdiklərini söyləyib. Tədbir Suma Hüseynovanın hazırladığı təqdimatla davam edib. İnstitutun Həmkarlar İttifaqının sədri Sitarə Bağırova isə qeyd edib ki, bu gün Qarabağın azad olunmasına görə şəhidlərimizə, qəhrəman oğullarımıza borcluyuq. Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub. Sonra Fizika İnstitutunun rəhbərliyi və kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.




© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.


23 Aprel 2021

15 Sentyabr 2021

M.V. LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTİNİN BAKI FİLİALININ FİZİKA FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİNİN AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ FİZİKA İNSTİTUTUNUNDA İSTEHSALAT TƏCRÜBƏSİ KEÇMİŞLƏR


Təcrübə-hər hansı bir mütəxəssisin peşəkar hazırlığının ən vacib komponentlərindən biridir, çünki əsas məqsəd müəllimin təklif etdiyi "hazır biliklərin" mənimsənilməsi deyil, həm də onların real problemlər şəraitində faktiki tətbiqidir. Təcrübə, şagirdin seçdiyi peşədə öz gücünü sınamasına imkan verir, müxtəlif məlumatları təhlil etmək və gələcək elmi maraq dairəsini təyin etmək bacarığına yiyələnməyə kömək edir. Bütün bunlar buraxılış kursu yaxınlaşdıqca xüsusilə kritik hala gəlir. Avqustun 27-dən sentyabrın 10-dək M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fizika fakültəsinin üçüncü kurs tələbələri AMEA Fizika İnstitutunda istehsalat təcrübəsi keçmək imkanı əldə etdi.
Əvvəlcə kursantlar elmi -texniki məlumatlar və patent işləri şöbəsinin müdiri fizika -riyaziyyat elmləri namizədi Həsən Əsgərovun rəhbərliyi ilə AMEA Fizika İnstitutunun tarixi ilə tanış oldular, institutda işləyən elm adamları, görkəmli alimlər haqqında mühazirə dinlədilər. Bundan əlavə, tələbələr Filialda dərslər zamanı mənimsədikləri nəzəri hazırlıqlarını İnstitutun müxtəlif laboratoriyalarında praktiki dərslər zamanı nümayiş etdirə və inkişaf etdirə bildilər. Belə ki, "Kosmik şüa mənbələrinin fizikası" laboratoriyasında AMEA -nın müxbir üzvü, fizika -riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynov , "Nano və aktiv kompozitlərin fizikası" laboratoriyasında - fizika -riyaziyyat elmləri doktoru, dosent Tahir İbrahimov; "Lazerlərin Fizikası" laboratoriyasında - fizika -riyaziyyat elmləri doktoru, dosent Azad İzmayılov gələcək mütəxəssislərin müəllimləri olmuşdur. "Materialşünaslıq" laboratoriyasında fizika-riyaziyyat elmləri doktoru, professor Arzu Nəcəfovun elmi nəzarəti altında kursantlar "Kristal materialların xüsusiyyətlərinin alınması və ölçülməsi üsulları" mövzusunda, "Nazik-təbəqə quruluşları" laboratoriyasında Fizika -riyaziyyat elmləri doktoru Ayaz Bayramovun rəhbərliyi altında " Nazik təbəqəli quruluşlarının alınma üsulları və xassələrinin tədqiqi "mövzusunda işlərdə iştirak etmişdirlər.
"Spektroskopik ellipsometriya" və "Nanokristalların fizikası" laboratoriyalarında AMEA -nın akademiki Nazim Məmmədov və fizika-riyaziyyat elmləri doktoru, professor Zakir Cahangirli tərəfindən "Elektromaqnit şüalanmasının maddə ilə qarşılıqlı təsiri" və "İşığın raman səpələnməsi" mövzularında praktiki məşğələlər aparılmışdır. "Kristalloqrafiya" laboratoriyasında tələbələr fizika-riyaziyyat elmləri doktoru, professor İmaməddin Əmiraslanovun rəhbərliyi altında "Kristalların rentgen şüalanması ilə öyrənilməsi" mövzusunda praktiki bacarıqlar əldə etmişdirlər. Dubna şəhərindəki Birləşdirilmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) milli qrupunun sədri Nazim Hüseynov tələbələri milli qrup tərəfindən BNTİ-də aparılan tədqiqat işləri ilə tanış etdi. Təcrübə rəhbəri, Fizika İnstitutunun böyük elmi işçisi, fizika -riyaziyyat elmləri namizədi Sevinc Atayeva idi.
Şagirdlər onlara gələcək təhsillərində kömək edəcək yeni nəzəri biliklər əldə etdikləri üçün müəllimlərinə minnətdarlıqlarını bildirdilər. Azərbaycanda fizika elmi sahəsində aparıcı alimlərin işlərini müşahidə etmək imkanı, tədqiqatlarda şəxsən iştirak etmək, hər şeydən əvvəl, şübhəsiz ki, mütəxəssislərin işə götürülməsinə təsir edəcək ən vacib təcrübədir.


21 May 2021

TANINMIŞ ELM XADİMİ



Yarımkeçiricilər fizikası sahəsində görkəmli alim, Azərbaycan MEA-nın fizika üzrə ilk qadın üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Səlimə İbrahim qızı Mehdiyevanın 80 yaşı tamam olur. Səlimə Mehdiyeva 1941-ci il mayın 21-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, 1958-ci ildə Bakı şəhəri 114 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1963-cü ildə oranı bitirmişdir. Həmin il Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası üzrə aspiranturaya daxil olaraq burada tanınmış alim, akademik Həsən Abdullayevin elmi rəhbərliyi ilə selen yarımkeçiricisinin müxtəlif aqreqat hallarının fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparmağa başlamışdır. Biliyi, əzmkarlığı və tədqiqatçılıq bacarığı sayəsində qısa müddətdə bu istiqamətdə maraqlı elmi nəticələr almağa nail olaraq onları həmin dövrün çox nüfuzlu ittifaq və xarici jurnallarında (SSRİ EA-nın Məruzələri, Physica Status Solidi, Physics Letters, Fizika i texnika poluprovodnikov və s.) dərc olunmuş, bir neçə beynəlxalq konfranslarda məruzə etmişdir. Apardığı tədqiqatlar əsasında 1967-ci ildə Vilnüs Dövlət Universitetində “Yüksək təmizlikli selenin bəzi fiziki xassələri” mövzusunda dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi dərəcəsi almışdır. Bu istiqamətdə tədqiqat işlərini davam etdirən alim 1988-ci ildə “Selen və polietilen əsasında xətti polimer yarımkeçirici və dielektriklərin quruluşu və fiziki xassələri” doktorluq dissertasiyası müdafiə etmiş, 1993-cü ildə professor elmi adı almış, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Əmək fəaliyyətinə Fizika İnstitutunda başlayan Səlimə Mehdiyeva burada kiçik elmi işçi, böyük elmi işçi, uzun müddət institutun elmi katibi, 1995-2002-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində işləmiş, əməyə məsuliyyətli və yaradıcı yanaşması, böyük təşkilatçılıq bacarığı, əzmkarlığı, qayğıkeşliyi hesabına rəhbərliyin və kollektivin böyük hörmətini qazanmışdır. O, 1976-ci ildə Fizika İnstitutunda yeni “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyası təşkil etmiş və bu günədək həmin laboratoriyaya uğurla rəhbərlik edir. Laboratoriya müasir tədqiqat cihazları, əməkdaşların işləyib yaratdığı yeni qurğularla təmin olunmuşdur. Selen yarımkeçiricisinin, onun əsasında polimer sistemlərin və şüşəvarı xalkogenidlərin kompleks tədqiqi ilə məşğul olan professor S.Mehdiyeva bu sahədə elmi məktəb yaratmış, vacib, fundamental elmi və tətbiqi əhəmiyyətli nəticələr almışdır. Həmin tədqiqatlar sayəsində selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan bir sıra elektron proseslərinin mexanizmləri, amorf, poli və monokristal, maye selenin elektrik, fotoelektrik, istilik, mexaniki xassələrinə müxtəlif aşqarların təsir qanunauyğunluqları, bu əsasda selenin fiziki xassələrinin məqsədyönlü idarə olunma üsulları müəyyənləşdirilmişdir. Selenin xassələrindəki özünəməxsusluqların onun polimer quruluşu və onda olan, adi üsullarla təmizlənilməyən oksigenlə bağlılığı aşkarlanmışdır. Bu nəticələr selen cihazlarının, xüsusilə selen düzləndiriciləri və elektrofotoqrafıya lövhələrinin parametrlərinin yaxşılaşdırılmasına köməklik göstərmişdir. Selen əsasında şüşəvarı sistemlərdə elektron proseslərinin tədqiqi kristallaşmaya davamlı fotohəssas, yüksək elektrik müqavimətli sistemlərin alınmasına və onların tətbiq imkanlarının genişləndirilməsinə imkan yaratmışdır. Hallogen aşqarlarının şüşəvarı yarımkeçiricilərin elektrik, fotoelektrik, optik xassələrinə təsirinin kompleks tədqiqi vidokonlar üçün yüksək həssaslıqlı fotohədəfin işlənib hazırlanmasına gətirmişdir. Şüşəvarı xalkogenidlərdə işığın Raman səpilməsinə, xətti və qeyri-xətti sındırma əmsallarına, optik xassələrə tərkibin və aşqarların təsirinin tədqiqi nəticəsində yaxın və orta infraqırmızı oblastda həssas olan fiber-ötürücülər üçün yararlı funksional materiallar təklif olunmuşdur. Görkəmli alimin və onun tələbələrinin aldığı elmi nəticələr yeni elektron texnikası çeviricilərinin yaradılmasında, mövcud cihazların xarakteristikalarının yaxşılaşdırımasında əhəmiyyət kəsb etdiyi kimi, polimer yarımkeçiricilərin, qeyri-kristallik materialların, xüsusilə amorf şüşəvarı sistemlərin fiziki xassələrinin öyrənilməsi, onlarda baş verən taraz və qeyri-taraz elektron hadisələrinin mexanizminin araşdırılması üçün faydalıdır. Məhz bu səbəbdən dünya elmi ədəbiyyatında bu nəticələrin dərc olunduğu məqalələrə çox sayda istinadlar vardır. Professor S.Mehdiyeva bir monoqrafiyanın, böyük əksəriyyəti yüksək reytinqli beynəlxalq jurnallarda dərc olunmuş 300-ə yaxın elmi əsərin, 14 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Elmi rəhbərliyi və məsləhətçiliyi ilə 2 elmlər doktoru, 14 fəlsəfə doktoru yetişdirilmişdir. O, bir neçə beynəlxalq qrant layihələrinin iştirakçısı olmuş, 40-dan artıq beynəlxalq və respublika konfransında məruzə ilə çıxış etmişdir. Müntəzəm olaraq müxtəlif Dissertasiya şuraları tərəfindən elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarına rəsmi opponentliyə dəvət olunur. Alim fəal elmi-tədqiqat işi ilə yanaşı, böyük elmi-təşkilati və ictimai iş də aparır. O, 1969-78-ci illərdə Azərbaycan MEA Fizika İnstitutunun Elmi katibi, 1995-2002-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış, hər iki vəzifədə İnstitutda elmi-tədqiqat və tətbiq işlərinin müəyyənləşdirilib planlaşdırılması, aparılmasının təşkili və icrası, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına, müxtəlif tədbirlərin hazırlanıb keçirilməsinə böyük faydalı əmək sərf etmişdir. Xüsusilə, dövlət müstəqilliyimizin ilk ağır illərində İnstitutun kadr potensialının və maddi-texniki bazasının qorunub saxlanılmasında onun əvəzsiz xidmətləri vardır. Respublika Elmi Əlaqələndirmə Şurasının sədr müavini, İnstitut müdafiə şurasının həmsədri olmuş, hazırda Fizika İnstitutu Elmi Şurasının, İnstitut nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının, “AMEA-nın Xəbərləri” FRTE seriyası və Fizika jurnallarının redaksiya heyətinin üzvü, İnstitut Qadınlar Təşkilatının sədridir. Professor S.Mehdiyeva İnstitut kollektivi, respublikamızın elmi ictimaiyyəti arasında layiqli hörmətə malikdir, fəaliyyəti sahəsində olan xarici qabaqcıl elmi məktəb və mərkəzlərlə yaradıcı əlaqə saxlayır, tez-tez müxtəlif universitetlər tərəfindən pedaqoji fəaliyyətə, Dövlət İmtahan Komissiya sədrliyinə dəvət olunur. O, böyük təcrübəyə malik tanınmış alim, mehriban insan, yaxşı həmkar, qayğıkeş valideyndir. Respublikamızda yarımkeçiricilər fizikasının inkişafına mühüm töhfələr vermiş, görkəmli alim və elm təşkilatçısı, xeyirxah insan Səlimə Mehdiyevanı şərəfli yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni böyük uğurlar arzulayırıq!

Arif HƏŞİMOV, AMEA-nın Fizika İnstitutunun baş direktoru, akademik



18 Mart 2021

AMEA FİZİKA İNSTİTUTUNUN KOLLEKTİVİ İNSTİTUTUN LABORATORİYA RƏHBƏRİ


Professor Əjdərov Hüsnü Xəlil oğlunun vəfatı ilə əlaqədar olaraq kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN!
















31 Mart 2021

AMEA FİZİKA İNSTİTUTUNUN KOLLEKTİVİ




Professor Barxalov Barxal Şaban oğlunun vəfatı ilə əlaqədar olaraq kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN!














07 Sentyabr 2021

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib


Tanınmış fizikaçı alim, AMEA-nın Fizika İnstitutunun laboratoriya müdiri,Bakı Mühəndislik Universitetinin professoru, akademik Ənvər Pirverdi oğlu Nəhmədov ömrünün 62-ci ilində vəfat edib. Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb. 1982-84-cü illərdə SSRİ Elmlər Akademiyasının Leninqrad şəhərində yerləşən A.F.İoffe adına Fizika-Texnika İnstitutunda təcrübə keçib. O, 1988-ci ildə “Güclü anizotropik açıq Fermi səthi olan sistemlərdə zəif lokalizasiya effektləri” mövzusunda namizədlik, 2012-ci ildə “Aşağı ölçülü sistemlərdə korrelyasiya ve aşqar effektləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib. Alimin nanostrukturlar fizikasında mezoskopik fluktuasiyalar və mis-oksid tərkibli keramikalarda yüksək temperaturlu ifrat keçiricilik effektlərinə dair araşdırmaları Amerika və Avropanın nüfuzlu jurnallarında dərc olunub. Akademik Ə.Nəhmədov elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdu. O, Türkiyə və Almaniyanın universitetlərində tələbələrə mühazirə və aspirantlara ixtisas dərsləri verib. Alimin pedaqoji fəaliyyətində elmi kadrların hazırlığı böyük yer tutur. Onun elmi rəhbərliyi ilə fizika elmləri üzrə fəlsəfə və elmlər doktorları hazırlanıb. 1991-ci ildə Türkiyənin Marmara Universitetində, 1992-ci ilin sonundan isə İstanbul Texnik Universitetində dəvətli professor kimi çalışan alim ingilis və türk dillərində bakalavr, magistr və aspirantlara dərs deyib. O, 1999-cu ildə Almaniyanın Vürzburg Universitetinə, 2001-ci ildə isə Max-Plank İnstitutuna dəvət olunub və Drezden şəhərində yerləşən Kompleks Sistemlərin Fizikası İnstitutunda professor P.Fuldenin qrupunda işləyib. 2002-ci ildə Saksoniyanın Şemnitz Texnik Universitetində işə başlayan Ə.Nəhmədov Drezden şəhərində MOSFET diodlarının dəlinmə mexanizmini öyrənmək üçün icra qrupu yaradıb. 2015-ci ildən AMEA Fizika İnstitutunda Kondensə olunmuş hallar və kvant fazaları laboratoriyasına rəhbərlik edirdi. Eyni zamanda akademik Ənvər Nəhmədov Bakı Mühəndislik Universitetinin Fizika kafedrasında çalışırdı. 2016-2019-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsində dekan vəzifəsində çalışmışdı. Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən “Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri” kitabının müəllifidir. Nano-strukturlar fizikası, ifrat keçiricilik nəzəriyyəsi, nizamsız yarımkeçiricilərdə Anderson lokalizasiyası, ab-initio DFT hesablamaları, spintronika və topoloji dielektriklər kimi elmi araşdırmalar Ə.Nəhmədovun tədqiqatlarının əsas istiqamətləri olmuşdu. O, çoxlu sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edərək Azərbaycan elmini təmsil etmişdi. Tanınmış fizikaçı alim, akademik Ənvər Nəhmədovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

ALLAH RƏHMƏT ELƏSİN!


07 İyul 2021


AMEA Fizika İnstitutun fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 5 iyul - 20 avqust 2021-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.


Sənədlər AMEA-nın Fizika İnstitutunun (Bakı, Az - 1143, H. Cavid 131, tel.: 39-74-23) elmi katibinin iş otağında (216 saylı) qəbul ediləcək, əlaqə telefonu - 5397423, e-mail: - zarifams@gmail.com



11 İyun 2021

12 İyun 2021

Prezident İlham Əliyev akademik Çingiz Qacarın vəfatı ilə əlaqədar nekroloq imzalayıb

http://www.science.gov.az


Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacar 2021-ci il iyunun 12-də ömrünün 93-cü ilində vəfat etmişdir. Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda texniki fizika ixtisası üzrə ali təhsil almışdır. Əmək fəaliyyətinə 1953-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasında, Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri olmuşdur. O, 1973–2002-ci illərdə Fotoelektronika İnstitutunda şöbə müdiri, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, 2013-cü ildən ömrünün sonunadək isə eyni zamanda İnformasiya sektorunun rəhbəri işləmişdir. Çingiz Qacar 2009–2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Çingiz Qacar 1963-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini almışdır. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Çingiz Qacar molekulyar spektroskopiya və tətbiqi fizika üzrə nəzəri və təcrübi əhəmiyyətli tədqiqatları ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr vermişdir. Alim 50-dən artıq patent və müəlliflik şəhadətnaməsinin, ölkəmizdə və onun hüdudlarından kənarda nüfuzlu nəşrlərdə işıq üzü görmüş 250-dən çox elmi əsərin, o cümlədən bir çox dəyərli monoqrafiyaların müəllifidir. Çingiz Qacarın uzun illər ərzində apardığı fundamental elmi araşdırmaların nəticələrindən lazer fizikası, atmosferin lokal və məsafədən zondlanması, ulduzlararası fəzada molekulların axtarılması, eləcə də bir sıra digər sahələrdə uğurla istifadə edilmişdir. Alimin rəhbərliyi altında işlənib hazırlanan yeni fiziki metodlar, qurğu və cihazlar Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində geniş tətbiq olunmuşdur. Çingiz Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə fizika üzrə 30-dək fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Çingiz Qacar həm də Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinə dair əsərlərin müəllifi kimi tanınırdı. Akademik Çingiz Qacarın səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1982-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, 1990-cı ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Görkəmli alim, elm təşkilatçısı və nəcib insan Çingiz Oveys oğlu Qacarın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.


ALLAH RƏHMƏT ELƏSİN!


İlham Əliyev, Mehriban Əliyeva, Əli Əsədov,
Sahibə Qafarova, Samir Nuriyev, Eldar Əzizov,
Fərəh Əliyeva, Ramiz Mehdiyev, Arif Paşayev,
Arif Həşimov, Rasim Əliquliyev, Eldar Salayev,
Təyyar Cəfərov, Nazim Məmmədov



27 May 2021

23 aprel 2021-ci il tarixində “ Elm” qəzetində dərc edilmiş elan əsasında 25 laboratoriya rəhbəri vəzifələrini tutmaq üçün Fizika İnstitutunun 02 iyun 2021-ci il tarixli Elmi Şurasında saat 11.00-da akt zalında müsabiqə keçiriləcək.


MÜDİRİYYAT



03 Fevral 2021

FİZİKA İNSTİTUTUNUN ELMİ ŞURASININ İCLASI


3 fevral 2021-ci il tarixində AMEA-nın Fizika İnstitutunun elmi şurasının iclası keçirildi. İclasda İnstitutun direktoru akademik A.M. Həşimov və icraçı direktor A.C. Rüstəmov çıxış etdilər.
İnstitutun direktoru laboratoriya rəhbəri H.R. Nuriyevi anadan olmasının 80 illiyi münasibəti ilə təbrik etdi.
İnstitutun Elmi Şurasının tərkibinin və iş planının təsdiqi, Fizika İnstitutunun strukturunun təsdiqi, AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması, AMEA Rəyasət Heyətinin 08. 01.2021-ci il tarixli 1/2 saylı Qərarı, 2021-2025-ci illər üçün Elmi-tədqiqat işlərinin planlarıının təsdiqi və s. haqqında suallar müzakirə edildi.
Həmçinin, “CBM ENGİNEERİNG” MMC və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu arasında Elm və Texnologiya sahəsində əməkdaşlıq layihəsinin müqaviləsi də müzakirə olundu.

Elmi Şuranın üzvləri 2020-ci il karantin müddətində Fizika İnstitutunun Covid-19-dan dünyasını dəyişmiş əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.