15 September 2021
PRACTICAL TRAINING OF STUDENTS OF PHYSICAL FACULTY OF THE BAKU BRANCH OF M.V. LOMONOSOV MOSCOW STATE
UNIVERSITY AT THE INSTITUTE OF PHYSICS OF THE NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN
Practice is one of the most important components of the professional training of any specialist,
when the main goal is not just the assimilation of "ready-made knowledge" proposed by the teacher, but their actual application in conditions of real
problems. The practice allows the student to try his hand at the chosen profession, helps in acquiring the skills of analyzing a variety of information
and determining the scope of future scientific interests. All of this becomes especially critical as graduation approaches.
From August 27 to September 10, third-year students of the physics department of the branch of Moscow State University named after M.V. Lomonosov in
Baku had the opportunity to undergo an industrial practice at the Institute of Physics of ANAS.
First, the trainees under the leadership of the candidate of physical and mathematical sciences, the head of the department of scientific
and technical information and patent affairs Hasan Askerov got acquainted with the history of the Institute of Physics of ANAS, listened to a
lecture about outstanding scientists who worked within its walls. Further, during practical classes in various laboratories of the Institute,
students were able to demonstrate and develop their theoretical training received in the classroom at the Branch.
So, in the laboratory "Physics of cosmic ray sources" the mentor of future specialists was the corresponding member of ANAS, doctor of physical
and mathematical sciences, professor Veli Huseynov; in the laboratory "Physics of nano- and active composites" - Doctor of Physical and Mathematical
Sciences, Associate Professor Takhir Ibragimov; in the laboratory "Physics of Lasers" - Doctor of Physical and Mathematical Sciences, Associate Professor Azad Izmailov.
In the laboratory "Materials Science" trainees under the scientific supervision of Doctor of Physical and Mathematical Sciences, Professor
Arzu Najafov took part in the work on the topic "Methods of obtaining and measuring the properties of crystalline materials", and in the laboratory
"Thin-layer structures" under the guidance of Doctor of Physical and Mathematical Sciences Ayaz Bayramov - on the topic "Methods for obtaining and
studying the properties of thin-film structures."
In the laboratories "Spectroscopic ellipsometry" and "Physics of nanocrystals" practical exercises on the topics "Interaction of electromagnetic
radiation with matter" and "Raman scattering of light" were conducted by Academician of ANAS Nazim Mammadov and Doctor of Physical and Mathematical Sciences,
Professor Zakir Jahangirli. In the laboratory "Crystallography" students received practical skills on the topic "Study of crystals by X-ray diffraction" under
the supervision of Doctor of Physical and Mathematical Sciences, Professor Imametdin Amiraslanov. The chairman of the national group at the Joint Institute
for Nuclear Research (JINR) in Dubna, Nazim Huseynov, introduced the students to the research work carried out at JINR by the national group.
The head of the practice was the candidate of physical and mathematical sciences, senior researcher of the Institute of Physics Sevinj Atayeva.
The students thanked their mentors for gaining new practical knowledge, which will certainly help them in their further studies. The opportunity to
take part in research ourselves, to observe the work of leading scientists in the field of physical science in Azerbaijan, is the most important experience,
which, first of all, will have an impact on the further, and, as we are sure, successful, employment of future specialists.
12 İyun 2021
Prezident İlham Əliyev akademik Çingiz Qacarın vəfatı ilə əlaqədar nekroloq imzalayıb
http://www.science.gov.az
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacar 2021-ci il iyunun
12-də ömrünün 93-cü ilində vəfat etmişdir. Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o,
1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda texniki fizika ixtisası üzrə ali təhsil almışdır. Əmək fəaliyyətinə 1953-cü ildən etibarən
Azərbaycan Elmlər Akademiyasında, Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, böyük elmi işçi
və laboratoriya rəhbəri olmuşdur. O, 1973–2002-ci illərdə Fotoelektronika İnstitutunda şöbə müdiri, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının
Fizika İnstitutunda Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, 2013-cü ildən ömrünün sonunadək isə eyni zamanda İnformasiya sektorunun rəhbəri işləmişdir. Çingiz Qacar 2009–2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Çingiz Qacar 1963-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini almışdır.
O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akademik Çingiz Qacar molekulyar spektroskopiya və tətbiqi fizika üzrə nəzəri və təcrübi əhəmiyyətli tədqiqatları ilə respublikada fizika elminin
inkişafına sanballı töhfələr vermişdir. Alim 50-dən artıq patent və müəlliflik şəhadətnaməsinin, ölkəmizdə və onun hüdudlarından kənarda nüfuzlu
nəşrlərdə işıq üzü görmüş 250-dən çox elmi əsərin, o cümlədən bir çox dəyərli monoqrafiyaların müəllifidir. Çingiz Qacarın uzun illər ərzində
apardığı fundamental elmi araşdırmaların nəticələrindən lazer fizikası, atmosferin lokal və məsafədən zondlanması, ulduzlararası fəzada molekulların
axtarılması, eləcə də bir sıra digər sahələrdə uğurla istifadə edilmişdir. Alimin rəhbərliyi altında işlənib hazırlanan yeni fiziki metodlar, qurğu
və cihazlar Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində geniş tətbiq olunmuşdur.
Çingiz Qacar Azərbaycanda yüksəkixtisaslı elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə fizika üzrə 30-dək
fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Çingiz Qacar həm də Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinə dair əsərlərin müəllifi kimi tanınırdı.
Akademik Çingiz Qacarın səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1982-ci ildə Azərbaycan Respublikasının
Dövlət Mükafatına layiq görülmüş, 1990-cı ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli alim, elm təşkilatçısı və nəcib insan Çingiz Oveys oğlu Qacarın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN!
İlham Əliyev, Mehriban Əliyeva, Əli Əsədov, Sahibə Qafarova, Samir Nuriyev, Eldar Əzizov, Fərəh Əliyeva, Ramiz Mehdiyev, Arif Paşayev,
Arif Həşimov, Rasim Əliquliyev, Eldar Salayev, Təyyar Cəfərov, Nazim Məmmədov
|
07 Sentyabr 2021
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
Tanınmış fizikaçı alim, AMEA-nın Fizika İnstitutunun laboratoriya müdiri,Bakı Mühəndislik Universitetinin professoru,
akademik Ənvər Pirverdi oğlu Nəhmədov ömrünün 62-ci ilində vəfat edib. Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan
olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini qırmızı diplomla bitirib.
Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada
əmək fəaliyyətinə başlayıb. 1982-84-cü illərdə SSRİ Elmlər Akademiyasının Leninqrad şəhərində yerləşən A.F.İoffe adına Fizika-Texnika
İnstitutunda təcrübə keçib. O, 1988-ci ildə “Güclü anizotropik açıq Fermi səthi olan sistemlərdə zəif lokalizasiya effektləri”
mövzusunda namizədlik, 2012-ci ildə “Aşağı ölçülü sistemlərdə korrelyasiya ve aşqar effektləri” mövzusunda doktorluq dissertasiyalarını
müdafiə edib. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib. Alimin nanostrukturlar fizikasında mezoskopik
fluktuasiyalar və mis-oksid tərkibli keramikalarda yüksək temperaturlu ifrat keçiricilik effektlərinə dair araşdırmaları Amerika və
Avropanın nüfuzlu jurnallarında dərc olunub. Akademik Ə.Nəhmədov elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdu.
O, Türkiyə və Almaniyanın universitetlərində tələbələrə mühazirə və aspirantlara ixtisas dərsləri verib. Alimin pedaqoji fəaliyyətində
elmi kadrların hazırlığı böyük yer tutur. Onun elmi rəhbərliyi ilə fizika elmləri üzrə fəlsəfə və elmlər doktorları hazırlanıb.
1991-ci ildə Türkiyənin Marmara Universitetində, 1992-ci ilin sonundan isə İstanbul Texnik Universitetində dəvətli professor kimi
çalışan alim ingilis və türk dillərində bakalavr, magistr və aspirantlara dərs deyib. O, 1999-cu ildə Almaniyanın Vürzburg Universitetinə,
2001-ci ildə isə Max-Plank İnstitutuna dəvət olunub və Drezden şəhərində yerləşən Kompleks Sistemlərin Fizikası İnstitutunda professor
P.Fuldenin qrupunda işləyib. 2002-ci ildə Saksoniyanın Şemnitz Texnik Universitetində işə başlayan Ə.Nəhmədov Drezden şəhərində MOSFET
diodlarının dəlinmə mexanizmini öyrənmək üçün icra qrupu yaradıb. 2015-ci ildən AMEA Fizika İnstitutunda Kondensə olunmuş hallar və kvant
fazaları laboratoriyasına rəhbərlik edirdi. Eyni zamanda akademik Ənvər Nəhmədov Bakı Mühəndislik Universitetinin Fizika kafedrasında çalışırdı.
2016-2019-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsində dekan vəzifəsində çalışmışdı.
Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən “Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri” kitabının müəllifidir.
Nano-strukturlar fizikası, ifrat keçiricilik nəzəriyyəsi, nizamsız yarımkeçiricilərdə Anderson lokalizasiyası, ab-initio DFT hesablamaları,
spintronika və topoloji dielektriklər kimi elmi araşdırmalar Ə.Nəhmədovun tədqiqatlarının əsas istiqamətləri olmuşdu. O, çoxlu sayda
beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edərək Azərbaycan elmini təmsil etmişdi. Tanınmış fizikaçı alim,
akademik Ənvər Nəhmədovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN!
21 May 2021
TANINMIŞ ELM XADİMİ
Yarımkeçiricilər fizikası sahəsində görkəmli alim, Azərbaycan MEA-nın fizika üzrə ilk qadın üzvü, fizika-riyaziyyat elmləri doktoru,
professor Səlimə İbrahim qızı Mehdiyevanın 80 yaşı tamam olur. Səlimə Mehdiyeva 1941-ci il mayın 21-də Naxçıvan Muxtar Respublikasının
Naxçıvan şəhərində anadan olmuş, 1958-ci ildə Bakı şəhəri 114 saylı orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1963-cü ildə oranı bitirmişdir. Həmin il Azərbaycan Elmlər Akademiyası
Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası üzrə aspiranturaya daxil olaraq burada tanınmış alim, akademik Həsən Abdullayevin
elmi rəhbərliyi ilə selen yarımkeçiricisinin müxtəlif aqreqat hallarının fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparmağa başlamışdır.
Biliyi, əzmkarlığı və tədqiqatçılıq bacarığı sayəsində qısa müddətdə bu istiqamətdə maraqlı elmi nəticələr almağa nail olaraq onları həmin dövrün
çox nüfuzlu ittifaq və xarici jurnallarında (SSRİ EA-nın Məruzələri, Physica Status Solidi, Physics Letters, Fizika i texnika poluprovodnikov və s.)
dərc olunmuş, bir neçə beynəlxalq konfranslarda məruzə etmişdir. Apardığı tədqiqatlar əsasında 1967-ci ildə Vilnüs Dövlət Universitetində “Yüksək
təmizlikli selenin bəzi fiziki xassələri” mövzusunda dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi dərəcəsi almışdır. Bu istiqamətdə
tədqiqat işlərini davam etdirən alim 1988-ci ildə “Selen və polietilen əsasında xətti polimer yarımkeçirici və dielektriklərin quruluşu və fiziki xassələri”
doktorluq dissertasiyası müdafiə etmiş, 1993-cü ildə professor elmi adı almış, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Əmək fəaliyyətinə Fizika
İnstitutunda başlayan Səlimə Mehdiyeva burada kiçik elmi işçi, böyük elmi işçi, uzun müddət institutun elmi katibi, 1995-2002-ci illərdə elmi işlər üzrə
direktor müavini vəzifələrində işləmiş, əməyə məsuliyyətli və yaradıcı yanaşması, böyük təşkilatçılıq bacarığı, əzmkarlığı, qayğıkeşliyi hesabına
rəhbərliyin və kollektivin böyük hörmətini qazanmışdır. O, 1976-ci ildə Fizika İnstitutunda yeni “Qeyri-kristallik yarımkeçiricilərin fizikası”
laboratoriyası təşkil etmiş və bu günədək həmin laboratoriyaya uğurla rəhbərlik edir. Laboratoriya müasir tədqiqat cihazları, əməkdaşların işləyib
yaratdığı yeni qurğularla təmin olunmuşdur. Selen yarımkeçiricisinin, onun əsasında polimer sistemlərin və şüşəvarı xalkogenidlərin kompleks tədqiqi
ilə məşğul olan professor S.Mehdiyeva bu sahədə elmi məktəb yaratmış, vacib, fundamental elmi və tətbiqi əhəmiyyətli nəticələr almışdır. Həmin
tədqiqatlar sayəsində selendə köçürmə hadisələrinin, tarazlıqda olmayan bir sıra elektron proseslərinin mexanizmləri, amorf, poli və monokristal,
maye selenin elektrik, fotoelektrik, istilik, mexaniki xassələrinə müxtəlif aşqarların təsir qanunauyğunluqları, bu əsasda selenin fiziki xassələrinin
məqsədyönlü idarə olunma üsulları müəyyənləşdirilmişdir. Selenin xassələrindəki özünəməxsusluqların onun polimer quruluşu və onda olan, adi üsullarla
təmizlənilməyən oksigenlə bağlılığı aşkarlanmışdır. Bu nəticələr selen cihazlarının, xüsusilə selen düzləndiriciləri və elektrofotoqrafıya lövhələrinin
parametrlərinin yaxşılaşdırılmasına köməklik göstərmişdir. Selen əsasında şüşəvarı sistemlərdə elektron proseslərinin tədqiqi kristallaşmaya davamlı
fotohəssas, yüksək elektrik müqavimətli sistemlərin alınmasına və onların tətbiq imkanlarının genişləndirilməsinə imkan yaratmışdır. Hallogen aşqarlarının
şüşəvarı yarımkeçiricilərin elektrik, fotoelektrik, optik xassələrinə təsirinin kompleks tədqiqi vidokonlar üçün yüksək həssaslıqlı fotohədəfin işlənib
hazırlanmasına gətirmişdir. Şüşəvarı xalkogenidlərdə işığın Raman səpilməsinə, xətti və qeyri-xətti sındırma əmsallarına, optik xassələrə tərkibin və
aşqarların təsirinin tədqiqi nəticəsində yaxın və orta infraqırmızı oblastda həssas olan fiber-ötürücülər üçün yararlı funksional materiallar təklif olunmuşdur.
Görkəmli alimin və onun tələbələrinin aldığı elmi nəticələr yeni elektron texnikası çeviricilərinin yaradılmasında, mövcud cihazların xarakteristikalarının
yaxşılaşdırımasında əhəmiyyət kəsb etdiyi kimi, polimer yarımkeçiricilərin, qeyri-kristallik materialların, xüsusilə amorf şüşəvarı sistemlərin fiziki
xassələrinin öyrənilməsi, onlarda baş verən taraz və qeyri-taraz elektron hadisələrinin mexanizminin araşdırılması üçün faydalıdır. Məhz bu səbəbdən dünya
elmi ədəbiyyatında bu nəticələrin dərc olunduğu məqalələrə çox sayda istinadlar vardır. Professor S.Mehdiyeva bir monoqrafiyanın, böyük əksəriyyəti yüksək
reytinqli beynəlxalq jurnallarda dərc olunmuş 300-ə yaxın elmi əsərin, 14 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Elmi rəhbərliyi və məsləhətçiliyi
ilə 2 elmlər doktoru, 14 fəlsəfə doktoru yetişdirilmişdir. O, bir neçə beynəlxalq qrant layihələrinin iştirakçısı olmuş, 40-dan artıq beynəlxalq və respublika
konfransında məruzə ilə çıxış etmişdir. Müntəzəm olaraq müxtəlif Dissertasiya şuraları tərəfindən elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarına rəsmi
opponentliyə dəvət olunur. Alim fəal elmi-tədqiqat işi ilə yanaşı, böyük elmi-təşkilati və ictimai iş də aparır. O, 1969-78-ci illərdə Azərbaycan MEA Fizika
İnstitutunun Elmi katibi, 1995-2002-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış, hər iki vəzifədə İnstitutda elmi-tədqiqat və tətbiq
işlərinin müəyyənləşdirilib planlaşdırılması, aparılmasının təşkili və icrası, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına, müxtəlif tədbirlərin hazırlanıb
keçirilməsinə böyük faydalı əmək sərf etmişdir. Xüsusilə, dövlət müstəqilliyimizin ilk ağır illərində İnstitutun kadr potensialının və maddi-texniki bazasının
qorunub saxlanılmasında onun əvəzsiz xidmətləri vardır. Respublika Elmi Əlaqələndirmə Şurasının sədr müavini, İnstitut müdafiə şurasının həmsədri olmuş, hazırda
Fizika İnstitutu Elmi Şurasının, İnstitut nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının, “AMEA-nın Xəbərləri” FRTE seriyası və Fizika jurnallarının redaksiya
heyətinin üzvü, İnstitut Qadınlar Təşkilatının sədridir. Professor S.Mehdiyeva İnstitut kollektivi, respublikamızın elmi ictimaiyyəti arasında layiqli hörmətə
malikdir, fəaliyyəti sahəsində olan xarici qabaqcıl elmi məktəb və mərkəzlərlə yaradıcı əlaqə saxlayır, tez-tez müxtəlif universitetlər tərəfindən pedaqoji
fəaliyyətə, Dövlət İmtahan Komissiya sədrliyinə dəvət olunur. O, böyük təcrübəyə malik tanınmış alim, mehriban insan, yaxşı həmkar, qayğıkeş valideyndir.
Respublikamızda yarımkeçiricilər fizikasının inkişafına mühüm töhfələr vermiş, görkəmli alim və elm təşkilatçısı, xeyirxah insan Səlimə Mehdiyevanı şərəfli
yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, yeni böyük uğurlar arzulayırıq!
Arif HƏŞİMOV, AMEA-nın Fizika İnstitutunun baş direktoru, akademik
23 Aprel 2021
|
07 İyul 2021
AMEA Fizika İnstitutun fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və
dissertanturaya sənədlər 5 iyul - 20 avqust 2021-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.
Sənədlər AMEA-nın Fizika İnstitutunun (Bakı, Az - 1143, H. Cavid 131, tel.: 39-74-23) elmi katibinin iş otağında (216 saylı)
qəbul ediləcək, əlaqə telefonu - 5397423, e-mail: - zarifams@gmail.com
11 İyun 2021
27 May 2021
23 aprel 2021-ci il tarixində “ Elm” qəzetində dərc edilmiş elan
əsasında 25 laboratoriya rəhbəri vəzifələrini tutmaq üçün
Fizika İnstitutunun 02 iyun 2021-ci il tarixli Elmi Şurasında saat 11.00-da akt zalında müsabiqə keçiriləcək.
MÜDİRİYYAT
18 Mart 2021
AMEA FİZİKA İNSTİTUTUNUN KOLLEKTİVİ İNSTİTUTUN LABORATORİYA RƏHBƏRİ
Professor Əjdərov Hüsnü Xəlil oğlunun vəfatı ilə əlaqədar
olaraq kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
ALLAH RƏHMƏT ELƏSİN!
31 Mart 2021
AMEA FİZİKA İNSTİTUTUNUN KOLLEKTİVİ
Professor Barxalov Barxal Şaban oğlunun vəfatı ilə əlaqədar
olaraq kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
ALLAH RƏHMƏT ELƏSİN!
03 February 2021
INSTITUTE OF PHYSICS ACADEMIC COUNCIL MEETING
3 fevral 2021-ci il tarixində AMEA-nın Fizika İnstitutunun elmi şurasının iclası keçirildi.
İclasda İnstitutun direktoru akademik A.M. Həşimov və icraçı direktor A.C. Rüstəmov çıxış etdilər. İnstitutun direktoru laboratoriya
rəhbəri H.R. Nuriyevi anadan olmasının 80 illiyi münasibəti ilə təbrik etdi. İnstitutun Elmi Şurasının tərkibinin və iş planının təsdiqi,
Fizika İnstitutunun strukturunun təsdiqi, AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması, AMEA Rəyasət Heyətinin 08. 01.2021-ci il tarixli 1/2 saylı Qərarı,
2021-2025-ci illər üçün Elmi-tədqiqat işlərinin planlarıının təsdiqi və s. haqqında suallar müzakirə edildi.
Həmçinin, “CBM ENGİNEERİNG” MMC və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu arasında Elm və Texnologiya sahəsində əməkdaşlıq layihəsinin müqaviləsi də müzakirə olundu.
Elmi Şuranın üzvləri 2020-ci il karantin müddətində Fizika İnstitutunun Covid-19-dan dünyasını dəyişmiş əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
|