İnstitutunun  XƏBƏRLƏRİ az / ru / en /menu

29.12.2023

FİZİKA İNSTİTUTUNDA SEMİNAR KEÇİRİLİB


27 dekabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda seminar keçirilib. Seminarda məruzəçi İnstitutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov olub. O, “Fərd-dünən, bu gün və sabah. Uğurun seçimi” mövzusunda məruzə ilə çıxış edib.
R. Rüstəmov çıxışında sistemin idarə olunmasının ümumi düsturunun yaranması istiqamətində edilən cəhdlər, bununla bağlı nisbilik və xaos nəzəriyyələri, dayanıqlı inkişaf və diversifikasiya anlayışları haqda məlumatlar verib. Bu anlayışların fərdi inkişafa verdiyi töhvələr müzakirə mövzusu olub. Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.



18.12.2023

İNSTİTUTDA AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ QONAQ OLUBLAR

15 dekabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsinin “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr İnstitutda qonaq olublar. İkinci kurs tələbələrə laboratoriya rəhbəri, fizika elmləri doktoru Təranə Nurubəylinin rəhbərliyi ilə İnstitutda fəaliyyət göstərən laboratoriyalar, burada aparılan elmi-tədqiqat işləri, fizika elmi sahəsində əldə olunan yeniliklər haqqında məlumat əldə ediblər. Qonaqlar ilk olaraq, Nazik təbəqəli strukturlar, Spektroskopik ellipsometriya, Nanomaterialların tətbiqi texnologiyaları və Yüksək gərginliklər fizikası və texnikası laboratoriyalarında olublar. Fizika İnstitutunun alimləri laboratoriyaların elmi araşdırmalarda istifadə etdiyi metodikanın iş prinsipləri, elmi tədqiqatların istiqamətləri, müasir cihazlar və elmi nəticələr haqqında məlumat veriblər.



05.12.2023

FİZİKA İNSTİTUTUNDA RUSİYALI ALİM QONAQ OLUB

01 dekabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Dubnanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) çalışan İnstitutun əməkdaşı, böyük elmi işçi Nazim Hüseynov və BNTİ-nin Azərbaycan üzrə əlaqələndiricisi, laboratoriya rəhbəri Yevgeni Yakuşev qonaq olublar.
Qonaqlar İnstitutun baş direktoru, BNTİ-nin Azərbaycan üzrə tamhüquqlu fövqəlada və səlahiyyətli səfiri, akademik Arif Həşimovla görüşüblər.
Tanışlıq məqsədi daşıyan görüş çərçivəsində Dubnada uzunmüddətli ezamiyyətdə olan azərbaycanlı alimlərin gördüyü işlər, yeni kadrların cəlb olunması, gələcək əməkdaşlıq perspektivləri və s. müzakirə olunub.



27.10.2023

FİZİKA İNSTİTUTUNDA GƏNC ALİM VƏ MÜTƏXƏSİSSLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

24 noyabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “Patent işi və elmi texniki ədəbiyyat fondu” şöbəsində gənclərlə görüş keçirilib. Görüşü giriş sözü ilə İnstitutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İbrahimov açıb. O, elmə göstərilən diqqət və qayğıdan, gənclər üçün yaradılan şəraitdən danışıb. Tədbirdə Scopus elmmetrik bazasından istifadə, İnstitutun kitabxanasının rəqəmsallaşdırılması və s. kimi məsələlər ətrafında söhbətlər aparılıb.
Görüş şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Həsən Əsgərovun çıxışı ilə davam edib. O, son on il ərzində Fizika İnstitutundan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 109 ixtiraya dair iddia sənədinin göndərildiyini qeyd edib. Bildirib ki, 2003-2023-cü illərdə Fizika İnstitutu Azərbaycan Respublikasının 87 patentin alıb. O, ixtiraların aşkarlanması istiqamətində patent tədqiqatlarının aparılmasından, bu istiqamətdə görülən işlərdən, xüsusi elmi-texniki ədəbiyyat fondu yaradılması haqqında gənclərə məlumat verib. H.Əsgərov İnstitutun fondunda 80397 elmi-texniki ədəbiyyatın olduğunu vurğulayıb. O, burada 15144 ədəd kitab, 680 ədəd dissertasiya, 1291 ədəd avtoreferatın mövcud olduğunu bildirib. Daha sonra natiq şöbədə yaradılan şəraitdən bəhs edib. Bildirib ki, son bir il ərzində 929 əməkdaş elmi-texniki ədəbiyyat fondunun oxu zalından istifadə edib. H. Əsgərov fondda olan xarici elmi ədəbiyyatlardan bəhs edib. Bildirib ki, həmin elmi ədəbiyyatlar İnstitut əməkdaşlarının istifadəsinə verilib.
Görüşdə İnstitutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov və Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova iştirak edib.



24.10.2023

FİZİKA İNSTİTUTUNDA “SCOPUS” və “ScienceDirect”-in TƏLİMİ KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “ELSEVIER” şirkətinin nümayəndəsi Rabiqa Khozhamkulun iştirakı ilə təlim keçirilib. Məqsəd əməkdaşları dünyanın ən böyük elmmetrik bazası olan “Scopus” və “ScienceDirect”-in istifadə qaydaları ilə tanış etmək, bu bazalardan istifadə ilə bağlı zəruri məlumatları diqqətə çatdırmaq olub.
Tədbiri giriş sözü ilə İnstitutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açıb. Bildirib ki, Dövlət tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycanın elmi-tədqiqat və ali təhsil müəssisələri üçün “Scopus”a giriş təmin edilib.
Daha sonra R. Khozhamkul “Özünü qiymətləndirmə, hədəf müəyyən etmə və uzunmüddətli planlaşdırma”, “Data əsaslı qərar qəbuletmə”, “Tədqiqat infrastrukturunun inkişafı üçün potensialın yaradılması”, “Akademik heyət və tədqiqatçılar üçün baza kompetensiyaları” və digər mövzularda iştirakçılara ətraflı məlumat verib.



12.10.2023

FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, ilk olaraq bugünlərdə Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresindən danışıb. Bildirib ki, İnstitutun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov Beynəlxalq Astronastika Akademiyasına müxbir üzv seçilib. V. Hüseynov əldə etdiyi uğurun bütövlükdə Fizika İnstitutunun nailiyyəti olduğunu qeyd edib.
Tədbirin davamında A. Həşimov bildirib ki, gələn il akademiklər Maqsud Əliyev, Bahadur Tağıyev və AMEA-nın müxbir üzvu Övsət Abdinovun yubileylərinə həsr olunacaq beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Gündəlikdə duran digər məsələ Macarıstanın “Vibrocomp” beynəlxlaq şirkəti ilə Fizika institutu arasında bağlanan anlaşma memorandumu haqqında olub. İnstitutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov memorandumla bağlı məlumat verib. “Vibrocomp” beynəlxlaq şirkəti ilə bağlanan anlaşma memorandumu çərçivəsində Araşdırma və İnkişaf, eləcə də Mükəmməllik Mərkəzlərinin yaradılması, o cümlədən Avropa elmi qrantlarından birgə bəhrələnmək və s. nəzərdə tutulduğunu qeyd edib.
Sonda cari məsələlər müzakirə olunub, aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün gizli səsvermə keçirilib.



06.10.2023

DÜNYAŞÖHRƏTLİ AZƏRBAYCANLI ALİMLƏ GÖRÜŞ KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda hazırda Meksikada karyerasını davam etdirən, azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Natiq Atakişiyevlə görüş keçirildi. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. Bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, elm sahəsində də dünyanın müxtəlif ölkələrinə alimlərin ezamiyyətləri təşkil olunmağa başladı. Bu sırada hələ Sovet dövründə Fizika İnstitutunun əməkdaşlarının da Avropa və dünyanın digər ölkələrinə uzunmüddətli işgüzar səfərlərinin təşkil olunduğunu vurğulayıb. Qeyd etdi ki, İnstitutun alimlərinin bəziləri xarici ölkələrdə yaşamalarına və orada elmi fəaliyyətlə məşğul olmalarına baxmayaraq, Fizika İnstitutu ilə sıx əlaqələr saxlayırlar. A.Həşimov Azərbaycanın əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Natiq Atakişiyevin həmin alimlərin sırasında olduğunu vurğuladı. O, dünyaşöhrətli alimin həm də Fizika İnstitutunun əməkdaşı olmasının qürürverici hiss olduğunu bildirdi.
Tədbir laboratoriya rəhbəri, akademik Cavad Abdinovun çıxışı ilə davam etdi. C. Abdinov N. Atakişiyevlə aspiranturada təhsil illəri ilə bağlı xatirələrini bölüşdü, şəxsi münasibətlərindən danışdı. Çıxışının sonunda alimə elmi və şəxsi fəaliyyətində uğurlar arzuladı. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Səlimə Mehdiyeva professor N. Atakişiyevin Meksikada Azərbaycan diasporasının fəal üzvlərindən olduğundan bəhs etdi. Bildirdi ki, N. Atakişiyev Meksikanın tanınmış univeristetlərində mühazirələr deyir, həmçinin, davamlı olaraq Fizika İnstitutundakı həmkarları ilə əlaqə saxlayır.
Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova görüşün təşkilinə görə İnstitutun rəhbərliyinə minnətdarlığını bildirdi. O, Fizika İnstitutu ilə bağlı xatirələrini, həmçinin, Natiq Atakişiyevlə bağlı düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü.
Şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Eldar Həsənov Natiq Atakişiyevin Meksikada elmlə yanaşı, müəllimlik fəaliyyəti ilə də məşğul olduğunu bildirib. O, alimin əsas elmi fəaliyyətinin kvant mexanikası olduğunu vurğulayıb, alimin bu sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Daha sonra tədbirdə AMEA-nın müxbir üzvü Rauf Hüseynov, fizika-riyaziyyat elmləri doktorları Tələt Mehdiyev, Qüdrət İsaqov, fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov, Nigar Abdulzadə və başqaları alim haqqında düşüncələrini bölüşdülər. Alimin ziyalı ailəsində doğulduğu, yüksək intellektə və daxili keyfiyyətə malik olduğu vurğulandı.
Natiq Atakişiyev kimi qiymətli alimləri gələcək nəsillərin də tanıması üçün müəyyən tədbirlərin görülməsinin vacibliyindən bəhs olundu.
Tədbirin davamında Natiq Atakişiyev çıxış etdi. O, görüşdən məmnunluq hissi duyduğunu,onun ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirdi. N. Atakişiyev qeyd etdi ki, 1994-cü ildən Meksikada elmi fəaliyyətlə məşğul olur. O, uşaqlıq illərinin II Dünya Müharibəsinə təsadüf etdyini vurğulayıb. Anasının həkim, atasının müəllimlik fəaliyyəti ilə məşğul olduğunu bildirdi. O, əslində fizikaya marağının olmadığını atasının istəyi ilə 1956-cı ildə Bakı Dövlət Universitetnin fizika fakültəsinə daxil olunduğunu və bu seçimdə heç də yanılmadığını qeyd etdi, tələbəllik illərindən danışdı. N. Atakişiyev Meksikaya orada fəaliyyət göstərən tanınmış alimin dəvəti ilə getməsindən,elmi fəaliyyətindən, tələbələrin bilik səviyyəsindən, Azərbaycanda elm və təhsil sahəsindəki çatışmazlıqların Meksikada da mövcudluğundan söhbət açdı. Sonda Natiq Atakişiyevin İnstitutun Elmi Şurasına üzv seçilməsi üçün təklif irəli sürülərək səsverməyə qoyuldu və qəbul olundu.



14.09.2023

TÜRKİYƏ RESPUBLİKASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS ÖZ İŞİNƏ BAŞLAYIB

11 sentyabr 2023-cü il. Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş konfrans öz işinə başlayıb. İki gün davam edəcək "Azərbaycan fiziklərinin Türkiyə Respublikasının elm və təhsil sahəsindəki fəaliyyəti" adlı beynəlxalq elmi-praktik konfransın iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, akademik Əziz Əliyevin məzarını ziyarət ediblər, onların əziz xatirəsini ehtiramla anıblar. Həmçinin, Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə və qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün xatirəsinə ucaldılmış heykəl önünə gül dəstələri qoyulub.
Daha sonra tədbirin plenar iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, bu tədbir xaqlar arasındakı dostluq münasibətlərinə, Azərbaycan və Türkiyənin elm və təhsil sahəsində birgə fəaliyyətinə və azərbaycanlı fiziklərin Türkiyədəki elmi fəaliyyətinə verilən yüksəsk qiymətin nümunəsidir.
Elmi-praktik konfrans icraçı direktor, fizika-riyaziyyat elmləri doktoru Hüseyn İbrahimovun çıxışı ilə davam edib. O, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələr arasındakı elm və təhsil sahəsindəki əməkdaşlıqdan bəhs edib. Qeyd edib ki, Fizika İnstitutunun 60-a yaxın alimi Türkiyədə işləmək üçün dəvət alıb. Hazırda qardaş ölkənin elm və təhsil müəssəsilərində Fizika İnstitutunun 16 əməkdaşının çalışdığını söyləyib.
Tədbirdə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı və türkiyəli alimlərlə canlı bağlantı yaradılıb. Onlar Türkiyə-Azərbaycan münasibətlərindən, azərbaycanlı alimlərin qardaş ölkənin elminə verdiyi töhfələrdən, həmçinin türkiyəli alimlərin Azərbaycan elminin inkişafına vediyi töhfələrdən, eləcə də qarşılıqlı əməkdaşlıqdan bəhs ediblər.
Konfrans elmi məruzələrlə davam edib.



07.09.2023

FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, ilk olaraq gündəlikdə duran məsələrlə iclas iştirakçılarını tanış edib. İclasda cari məsələlər müzakirə olunub.
Daha sonra “Feromaqnit maddələrin rezonans spektroskopiyası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Tələt Mehdiyev çıxış edib. O, sentyabrın 11-12-də keçiriləcək Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunacaq “Azərbaycan fiziklərinin Türkiyə Respublikasının elm və təhsil sahəsindəki fəaliyyəti” beynəlxalq elmi-praktik konfransının hazırlıq işləri haqqında məlumat verib. Bildirib ki, konfransa 32 məqalə təqdim olunub. Qeyd edib ki, onlar arasında Türkiyədə təhsil almış və ya çalışan azərbaycanlı alimlər- akademik Təyyar Cəfərov, fizika-riyaziyyat elmləri doktoru Kərim Allahverdiyev, fizika üzrə fəlsəfə doktorları Faiq Mikayılov, Mirhəsən Seyidov və başqaları var.



27.07.2023

FİZİKA İNSTİTUTUNDA ÖZBƏKİSTANLI ALİMLƏRİN MƏRUZƏSİ DİNLƏNİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.M. Abdullayev adına Fizika İnstitutunda özbəkistanlı alimlərin məruzəsi dinlənilib. Tədbiri giriş sözü ilə “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Təranə Nurubəyli açıb. O bildirib ki, tədbirdə məqsəd özbəkistanlı alimlərin elmi fəaliyyəti ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
Daha sonra Ş. Raşidov adına Səmərqənd Dövlət Universitetinin aspirantı Firdavsi Tursunovun məruzəsi dinlənilib. O, Səmərqənd Dövlət Universiteti, burada fəaliyyət göstərən fakültələr, tədris prosesi haqqında məlumat verib. Çıxışının davamında F. Tursunov hazırda elmi araşdırmalar apardığı nanokimya sahəsindən də bəhs edib.
Tədbir kimya üzrə fəlsəfə doktoru, dosent Xurşid Taşpulatovun məruzəsi ilə davam edib. O, Səmərqənd Dövlət Universitetinin kimya fakültəsində fəaliyyət göstərən laboratoriyalar, burada quraşdırılan müasir tələblərə cavabverən avadanlıqlar, aparılan tədqiqatlar haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov çıxış edib. O, informasiya mübadiləsi, birgə əməkdaşlıq, təlim və kursların təşkilinin vacibliyi və kadr mübadiləsindən danışıb. R. Rüstəmov, həmçinin, İnstitutda fəaliyyət göstərəm “Renessans” təşkilatı haqqında da qonaqlara məlumat verib.



11.07.2023

FİZİKA İNSTİTUTUNDA MİLLİ AVİASİYA AKADEMİYASININ TƏLƏBƏLƏRİ İSTEHSALAT VƏ TƏDRİS-TANIŞLIQ TƏCRÜBƏLƏRİ KEÇİRLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Milli Aviasiya Akademiyasının (MAA) III kurs tələbələri istehsalat və tədris-tanışlıq təcrübəsi keçirlər. MAA-nın “Mühəndis fizikası” ixtisası üzrə təhsil alan tələbələri İnstitutda istehsalat, “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr isə tədris-tanışlıq təcrübəsi keçirlər.
Təcrübə müddətində tələbələr “Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası”, “Nanomaterialların tətbiqi texnologiyaları”, “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyaları və Qrid Mərkəzinin fəaliyyət istiqamətləri və iş prinsiləri haqqında məlumat alıblar. İlk olaraq tələbələrə “Nüvə və yüksək enerjilər fizikası” laboratoriyasının mütəxəssisi Ceyhun Quliyev Qrid Mərkəzi, qrid texnologiyaları, qrid hesablamaları və qrid texnologiyalarında istifadə olunan proqram təminatı haqqında ətraflı məlumat verib.
Tələbələrin təcrübə rəhbəri MAA tərəfindən Araz Abdullayev, Fizika İnstitutu tərəfindən isə “Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Elşən Əsədovdur.



16.06.2023

FİZİKA İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Nəzəri və tətbiqi fizikanın inkişafı” mövzusunda beynəlxalq konfransın açılışı olub. Konfransın plenar iclasında giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov çıxış edib. O, mötəbər tədbirin 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində təşkil olunmasının təsadüf olmadığını qeyd edib. Bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində əlamətdar günlərdəndir. O, həmin illərdə Azərbaycanda mövcud olan mürəkkəb vəziyyətdən bəhs edib. Qeyd edib ki, məhz, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi. Akademik A. Həşimov bildirib ki, həmin illərdə Fizika İnstitutunda da mövcud vəziyyətlə bağlı müzakirələr aparılırdı. O, Fizika İnstitutunun keçmiş əməkdaşı Fikrət İsmayılovun 91-lərdən biri olmasından, Ulu Öndərin Bakıya dönüşündə fəal iştirakından bəhs edib.
Plenar iclas Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısa filmin nümayişi ilə davam edib.
Daha sonra Akademik A. Həşimov Ulu Öndər Heydər Əliyevin bilavasitə Fizika İnstitutunun fəaliyyətinə olan diqqətdən, İnstitutu ziyarət etməsindən danışıb.
Beynəlxalq konfrans “Feromaqnit maddələrin rezonans spektroskopiyası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Tələt Mehdiyevin çıxışı ilə davam edib. O bildirib ki, ümumilikdə beynəlxalq konfransa 48 məqalə təqdim olunub, onlardan 43-ü nəşr edilib. Qeyd edib ki, 22 elmi mərkəzdən təqdim olunan məqalələrin 24-ü azərbaycan, 19-u isə ingilis dilindədir. T. Mehdiyev konfrans materiallarının “AJP Fizika C” jurnalının xüsusi buraxılışında dərc olunduğunu vurğulayıb.
Tədbir akademik Cavad Abdinovun çıxışı ilə davam edib. O Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan elminə önəm verirdi və Milli Elmlər Akademiyasını Azərbaycan elminin milli sərvəti hesab edirdi.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Nəzəri və tətbiqi fizikanın inkişafı” mövzusunda beynəlxalq konfrans məruzələrlə davam edib.



07.06.2023

İNSTİTUTUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

İyunun 1-2-də Xəzər Universitetində “Sağlamlıq: problemlər və həllər” ("One Health: Problems & Solutions”) mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşları, fizika üzrə fəlsəfə doktorları Rüstəm Rüstəmov, Suma Hüseynova və Səidə Məmmədova “Xərçəng əleyhinə dərman daşıyıcısı olan β-lapakonun qızıl ilə adsorbsiya edilmiş qrafen superqəfəsində öyrənilməsi” (“Studying gold adsorbed on graphene supercell as a drug carrier for anticancer drug β-lapachone”) mövzusu ilə iştirak ediblər. Tədbirdə məruzə ilə Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov çıxış edib. Təqdim olunan mövzuda xərçəng əleyhinə dərman olan β-lapakonun qızıl ilə adsorbsiya edilmiş qrafen səthində xassələri və tibbdə tətbiqləri araşdırılıb.



11.05.2023

İNSTİTUTDA ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Bu gün Azərbaycan Respublikası (AR) Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyanın (AMEA) birinci vitse-prezident v.i.e., İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, ilk olaraq iclas iştirakçılarını salamlayıb. Bildirib ki, İnstitutun Elmi Şurasının qərarına əsasən, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Fizikanın problemləri” mövzusunda konfrans keçiriləcək. A. Həşimov konfransın həm elmi, həm də azərbaycançılıq, türkçülük baxımından önəmli olduğunu vurğulayıb. “Feromaqnit maddələrin rezonans spektroskopiyası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Tələt Mehdiyev konfransa hazırlıq haqqında məlumat verib. Daha sonra İnstitutun əməkdaşı Rauf Hüseynova elm sahəsində uzun illər səmərəli fəaliyyətinə görə təşəkkürnamə təqdim edilib.
Tədbirin davamında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiadada medallar qazanmış Fizika İnstitutunun əməkdaşları mükafatlandırılıblar. İlk olaraq AMEA Azad Həmkarlar İttifaqı (AHİ) Rəyasət Heyətinin üzvü, İnstitutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova çıxış edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiada AMEA AHİ-nin təşkilatçılığı ilə idmanın 3 növü üzrə (şahmat, stolüstü tennis, futbol) təşkil olunub. O, Fizika İnstitutunun medal sayına görə birinci yerdə qərarlaşıdığnı qeyd edib.
Daha sonra AMEA AHİ-nin müəyyənləşdirdiyi pul mükafatları qaliblərə təqdim olunub. Sonda gündəlikdə duran digər və cari məsələlər müzakirə olunub. Həmçinin, Xəzər Universitetinin doktorantı Babək Emdadinin “Kvant nöqtələrin sintezi və günəş elementlərində tətbiqi” mövzusunda məruzəsi dinlənilib.



20.04.2023

İNSTİTUTDA YENİ TƏŞKİLAT TƏSİS EDİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “Renessans” (Renaissance) adlı yeni təşkilat təsis etmək məqsədi ilə toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Təranə Nurubəyli qeyd edib ki, toplantıda təşkilata üzv olacaq 11 nəfər iştirak edir. Bildirib ki, Təşkilatın məqsədi İnstitutun bir qrup həmfikir elm insanlarının bir araya gələrək elmi tədqiqatlarda yeni yaxınlaşma ilə fəaliyyətin qurulması, burada elm və təhsilin inteqrasiyasına, kommersiyalaşmasına müxtəlif təyinatlı layihələrdə iştirak etməklə nail olunması, dünya elmində mövcud problemlərin həllində istifadə olunan metodların öyrənilməsi və tətbiqi, eləcə də elmin inkişafına təsir edəcək vasitələrə söykənərək töhfələrin verilməsidir. Daha sonra Təşkilatın təsis olunması və idarə heyətinin seçilməsi üçün gizli səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, böyük elmi işçi, fizika üzrə fəlsəfə doktoru Səidə Məmmədova sədr, elmi işçi Dünyamalı Məmmədov sədr müavini, baş mütəxəssis Məhbubə Vəliyeva katib seçiliblər.
Sonda yeni seçilmiş sədr Səidə Məmmədova çıxış edib. Qeyd edib ki, Təşkilatın qarşısında qoyulmuş məqsəd və vəzifələrə uyğun olaraq işlərin aparılması üçün onun strategiyasının yaradılması əhəmiyyətlidir. Bunun üçün ilk olaraq yol xəritəsinin tərtib edilməsi və taktiki fəaliyyətin müəyyənləşdirilməsi vacibdir. S. Məmmədova bu məsuliyyətli işdə ona göstərilən etimada görə minnətdarlığını bildirib və qrupun birgə fəaliyyəti zamanı uğurlu nəticələrin əldə ediləcəyini vurğulayıb. Həmçinin, fəaliyyətə hər bir üzvün vahid komanda şəklində dəstək olacağına əmin olduğunu bildirib.



12.04.2023

İNSTİTUTDA ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib. Akademik Fizika İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbul haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na Fizika İnstitutuna doktoranturaya qəbul planına uyğun olaraq əyani təhsil üzrə 5 yer büdcə hesabına, dissertanturaya qəbul planına uyğun olaraq 4 yer büdcə hesabına ayrılıb.
Elmlər doktoru hazırlğı üzrə isə İnstitutun dissertanturasına büdcə hesabına 7 yer ayrılıb. İxtisaslar isə elektronika, nəzəri fizika, yarımkeçiricilər fizikası, bərk cisimlər fizikası, yüksək enerjilər fizikası və kristalloqrafiya, kristallar fizikasıdır. Daha sonra Şurada gündəlikdə duran digər məsələlər müzakirə olunub.
Tədbirdə, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva “Elm Günü” ilə əlaqədar olaraq Həmkarlar Təşkilatının ictimai həyatında fəal iştirakına görə Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub. Fərmanı Azərbaycan Həmkarlar Komitəsinin sədri, Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova təqdim edib.



16.03.2023

AMEA-NIN 2022-Cİ İLƏ DAİR ELMİ FƏALİYYƏTİNİN ƏSAS YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR

Martın 16-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Olduqca əlamətdar bir haldır ki, hesabat ili kimi qeyd etdiyimiz 2022-ci il UNESCO-nun Baş Konfransı tərəfindən “Fundamental Elmlər İli” elan edilmişdir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının 2022-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında təqdim olunan hesabata “İnnovativ iqtisadiyyat və elmin təşkili sistemində islahatlar: klassik layihələrdən sistem layihələrinə keçid” kimi baxmaq məqsədəuyğun olardı. Müasir dünyanın reallıqları şəraitində baş vermiş strateji problemlərin həlli sosial tədqiqatların rolunun əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.
Bu sözləri AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik-katib, akademik Arif Həşimov Akademiyanın Ümumi yığıncağında “AMEA-nın 2022-ci ilə dair elmi fəaliyyətinin əsas yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzəsində deyib. O qeyd edib ki, hər il olduğu kimi, 2022-ci il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı baxımından uğurlarla xarakterizə olunmuşdur. Akademik-katib diqqətə çatdırıb ki, AMEA ölkə başçısı tərəfindən imzalanmış Fərman, Sərəncam və digər tapşırıqları öz fəaliyyətində rəhbər tutur, onları daim diqqət mərkəzində saxlayır...
Məruzədə akademik A.M. Həşimov elmi nəticələrin təhlilini və Azərbaycan Milli Elmlər Akademiyasının bütün bölmələri üzrə hesabatları təqdim edib, xüsusilə:

FİZİKA - RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Jurnalların 4-ü Web of Science və Scopus bazalarına daxil edilmişdir. Hesabat ilində Bölmə üzrə elmi-tədqiqat və ali təhsil müəssisələri tərəfindən təqdim edilən mühüm elmi nəticələr müzakirə edilərək onlardan 45-i hesabata daxil edilmişdir.
Bunlar Fizika-riyaziyyat və mühəndis elmlərini əhatə edən elmin prioritet istiqamətləri üzrə yüksək effektivliyə malik funksional materialların yaradılması və tətbiqi, süni intellekt texnologiyalarının, rəqəmsal transformasiyalar şəraitində cəmiyyətin kibertəhlükəsizliyi və dayanıqlılığının təmin olunması, enerji təhlükəsizliyinin və enerji çevirmə proseslərinin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi, metod və alqoritmlərin işlənməsi, nüvə və yüksək enerjilər fizikası istiqamətində tədqiqatların genişləndirilməsi ilə onun aktual problemlərinin həllinə yönəldilmiş nəticələrdən ibarətdir.

MÜHÜM ELMİ NƏTİCƏLƏR:
1.Hidrogen tərkibli kompozisiyanın birbaşa təsirinə məruz qalan Ag/PS/Si elementlərində elektrik enerjisinin yaranma mexanizmləri müəyyən edilmişdir.
2.Qaz qarışıqlarının axınlarında qeyri-taraz halların yaranma kriteriyaları tapılaraq, onların tənzimlənməsi üçün texnoloji həllər verilmişdir...
və digər nəticələr...
Hesabat məruzəsinin sonunda elmi fəaliyyətin prioritetlərini özündə əks etdirən təkliflər səsləndirildi.



23.02.2023

FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib. Laboratoriyalar 2023-cü il üçün iş proqramlarının və elmi işçilərinin fərdi iş planlarının təqdim ediblər. Akademik A. Həşimov onların təsdiq edilməsini Şura üzvlərinə təklif edib. Təklif səs çoxluğu ilə təsdiq olunub. Daha sonra 2019-2023 -cü illərin fəlsəfə doktoru hazırlığı üzrə dissertantlar “Spektroskopik ellipsometriya” laboratoriyasının böyük elmi işçisi Elvin Əlizadənin dissertantura müddətinin uzadılması, həmçinin, dissertasiya mövzusu “TlInTe2 birləşməsində aşqarlanmanın yaratdığı nöqtəvi defektlərin kristalın radiasiya davamlılığına təsiri” olan Kəmalə Xəlilovanın “Yarımkeçiricilər fizikası” ixtisasının dəyişdirilməsi haqqında müzakirələr aparılıb. Sonda cari məsələlər müzakirə olunub.
Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər. Tədbirdə həmçinin, İnstitutun kiçik elmi işçisi Zibeydəxanim Haqverdiyeva çıxış edərək Azərbaycan gənclərinə göstərilən diqqət və qayğıdan danışıb.



27.02.2023

ELM VƏ TƏHSİL NAZİRLİYİ FİZİKA İNSTİTUTUNDA AVROPA İTTİFAQINI TƏMSİL EDƏN SOSİAL İNNOVASİYALAR MƏRKƏZİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Avropa İttifaqını təmsil edən Sosial innovasiyalar mərkəzinin nümayəndələri ilə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi arasında 24 fevral 2023-cü il tarixində görüş keçirilib. Görüşdə AMEA-nın birinci Vitse-Prezidenti akademik Arif Həşimov, AMEA-nın Vitse-Prezidenti akademik İbrahim Quliyev və AMEA Rəyasət heyətinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Esmira Əlirzayeva iştirak ediblər. Elm və Təhsil Nazirliyi Fizika İnstitutunu Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Rüstəm Rüstəmov təmsil edib.
Qonaqlara 1991-ci ildə Xocalıda baş vermiş soyqırım haqda ətraflı məlumat verilib.
Görüş zamanı elmin təşkili və idarə olunması istiqamətində onları maraqlandıran suallar cavablandırılıb. Hər iki tərəf üçün əhəmiyyətli olan və gələcəkdə qarşılıqlı dəstək ola biləcək sahələrin də müzakirəsi görüşün mövzusu olub.



07.02.2023

FİZİKA İNSTİTUTUNDA GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Fizika İnstitunda 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Tədbiri İnstitutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru Hüseyn İbrahimov açıb. O, əlamətdar gün münasibəti ilə bütün gəncləri, o cümlədən Fizika İnstitunda çalışan gənc alim və mutəxissləri təbrik edib. Bildirib ki, gənclər hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsidir.
Tədbir İnstitutun elmi işçisi, Aynur Qəhrəmanovanın çıxışı ilə davam edib. O, İnstitutda gənc alimlərin elmi fəaliyyətlə məşğul olması, üçün hər cür şərait yaradıldığını bildirib. Qeyd edib ki, dövlət tərəfindən gənclərə diqqət və qayğı göstərilir.
O, ümummili lider Heydər Əliyevin gənclərə həmişə yüksək qayğı göstərərək, onlarla bağlı məsələlərin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müyyənləşdirdiyini bildirib. Qeyd edib ki, Ulu Öndərimiz Azərbaycanda dövlət gənclər siyasətinin təməlini qoyub və bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər. Tədbirdə həmçinin, İnstitutun kiçik elmi işçisi Zibeydəxanim Haqverdiyeva çıxış edərək Azərbaycan gənclərinə göstərilən diqqət və qayğıdan danışıb.



06.04.2023

İNSTİTUT DÜNYANIN TANINMIŞ ELMİ BAZASI “MA GROUP AG”-YƏ GİRİŞ İZNİ ƏLDƏ EDİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu ilə “MA Group AG” arasında aparılmış danışıqlar nəticəsində elmi bazaya müddətli ödənişsiz giriş izni verilib. Müddətli istifadə çərçivəsində İnstitutun əməkdaşları platforma üzərindən qeydiyyatdan keçərək bazadan istifadə imkanı qazanacaqlar. İstifadə müddəti aprel ayının 17-dən başlayacaqlar.
“MA Group AG” elektron kitab ve jurnalların abunəliyi və verilənlər bazası vasitəsi ilə istifadəçilərə zəngin xidmət təklif edir, həmçinin, bazada mövcud olan elmi dövri nəşrlərin məhsuldar toplusundan istifadə etmək fürsəti verir.
“MA Group AG” 2015-ci ildə yaradılıb. Məqsəd elmin müxtəlif sahələrini təbliğ etmək, abunəçiləri təhsil müəssisələri, akademik, araşdırma və inkişaf tədqiqat institutları ilə əlaqələndirmək, istifadəçilərin zəruri vasitələrə malik olduqlarına əmin olmaqdır.



30.01.2023

"3-4 MAY 2023-CÜ İL TARİXDƏ AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRİNİN RƏHBƏRLİYİ İLƏ MİLLİ MÜDAFİƏ UNİVERSİTETİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ “HƏRB SƏNƏTİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI KEÇİRİLƏCƏKDİR...Oxumaq üçün daxil olun



01.02.2023

BAKI ŞƏHƏRİNDƏ 4-6 OKTYABR 2023-CÜ İL TARİXLƏRİNDƏ 74-CÜ BEYNƏLXALQ ASTRONAVTİKA KONQRESİ KEÇİRİLƏCƏKDİR... ...Oxumaq üçün daxil olun


18.12.2023

İNSTİTUTUN ƏMƏKDAŞI BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

15 dekabr 2023-cü il. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində tələbələr üçün seminar təşkil edilib. Seminarda məruzəçi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov olub. O, “Fərdi inkişafda mental formalaşma və effektiv seçim” mövzusunda məruzə ilə çıxış edib. Seminarda Fizika fakülətəsinin dekanı, fizika üzrə elmlər doktoru, dosent Bəxtiyar Paşayev, tədbirin təşkilatçısı fizika üzrə fəlsəfə doktoru Kəmalə Alışeva, müəllim və tələbə heyəti və s. iştirak ediblər. Tədbiri giriş sözü ilə Bəxtiyar Paşaeyev açıb. O, BDU ilə Fizika İnstitutu arasında sıx əməkdaşlıqdan danışıb. Bildirib ki, seminar mövcud əlaqələrin genişlənməsi istiqamətində atılan addımlardandır.
Tədbir R.Rüstəmovun məruzəsi ilə davam edib. O, mövzunun aktuallığından danışaraq bildirib ki, məruzə elmi istiqamətdə olmasa da, tələbələrin fərdi inkişafı, gələcək karyerlarının qurmalarında mühüm rol oynayacaq. R.Rüstəmov çıxışında fərd, özünüinkişaf, fikir mübadiləsi, düzgün seçim və s. məsələlərə toxunub. Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.



11.12.2023

FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Azərbyacan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun 2023-cü ildə elmi və elmi - təşkilati fəaliyyətinə həsr olunmuş Elmi Şuranın hesabat iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O gündəlikdə duran məsələrlə iclas iştirakçılarını tanış edib. Bildirib ki, yaxın günlərdə akademik Arif Paşayevin 90 illik yubileyi qeyd olunacaq. Bununla bağlı İnstitutda akademikin 90 illiyinə həsr olunan elmi sessiyanın keçirilməsi planlaşdırıldığını bildirib. Tədbirdə həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Övsət Abdinovun yubileyinin keçiriləcəyi qeyd olunub.
İclasda İnsitutun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyevin L.D. Landau və Y.M. Lifşitsin 10 cilddən ibarət bir çox dillərə tərcümə olunan “Nəzəri fizika” kursunun IV cildini-“Kvant elektrodinamikası” adlı kitabını tərcümə etdiyi haqqında məlumat verilib.
Daha sonra 2023-cü ildə ildə elmi və elmi - təşkilati fəaliyyətinə həsr olunmuş hesabatı dinlənilib. Sonda hesabat səs çoxluğu ilə qəbul olunub.



05.12.2023

FİZİKA İNSTİTUTUNDA GÖRÜŞ KEÇİRİLİB

01 dekabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev, ali təhsil müəssisələri üzrə “SABAH” Mərkəzinin rəhbərləri qonaq olublar. Qonaqlar İnstitutun baş direktoru, akademik Arif Həşimovla görüşüblər. Görüşdə E. Qocayev “SABAH” qruplarının yaranma tarixi haqqında məlumat verib. Bugünlərdə qruplarda magistratura səviyyəsinin 14 ixtisas üzrə fəalliyyətə başladığını bildirib.
Bu istiqamətdə elmi-tədqiqat institutlarının töhfələrinə xüsusi ehtiyacın olduğunu qeyd edib. O bildirib ki, magistratura səviyyəsi üzrə ixtisaslar əsasən texniki, texnoloji və təbiət elmləri üzrə qurulub. Görüşdə tədris prosesinin təkmilləşdirilməsi, ixtisasların müəyyənləşdirilməsi, gələcək əməkdaşlıq sahələri və bu istiqamətdə Fizika İnstitutunun verə biləcəyi dəstək və töhfələr müzakirə olunub. Akademik A. Həşimov bu təklifi yüksək qiymətləndirdiyini, Fizika İnstitutunun hər zaman ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə olduğunu, gözləntilərə nail olmaq üçün lazım olan bütün şəraitin yaradılacağını qeyd edib.



27.10.2023

FİZİKA İNSTİTUTUNDA VEBİNAR TƏŞKİL OLUNUB

23 noyabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda , “MA Group AG”-nin “SpringerLink Platforması. Effektiv istifadəyə necə nail olmaq?” mövzusunda növbəti vebinarı keçirilib. Vebinarda “Springer Nature” bazasında axtarışlar etmək, axtarışın nəticələrini qısaltmaq və ya genişləndirmək üsullarıdan bəhs olunub. Rus dilində təşkil olunan vebinarın məruzəçisi Darya Savalyeva olub. Vebinarda uyğun açar sözləri seçmək, bazada kitab və ya jurnalların mövcudluğunu yoxlamaq, SpringerLink Platformasına məqalələri yükləmək və s. kimi məsələlər haqqında məlumaq verilib.
Qeyd edək ki, Vebinarlar dörd sesiyadan -“Springer Nature. Nəşriyyatın məhsullarının xülasəsi”, Məqalə nəşr etmək üçün düzgün Springer Nature jurnalının seçilməsi,” və “Yırtıcı jurnallar. Xülasə və analiz” ibarətdir. Fizika İnstitutunun təşkilatçılığı ilə keçirilən vebinarda Respublikanın aparıcı elm və təhsil müəssisələri təmsil olunurlar.



20.11.2023

20 NOYABR AĞDAM ŞƏHƏRİ GÜNÜDÜR

Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 20 noyabr – Ağdam şəhəri günü kimi təsis edilib.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ali Baş Komandan İlham Əliyevin düşünülmüş hərbi strateji və taktiki fəaliyyəti nəticəsində bir güllə belə atılmadan Ağdam düşmən tapdağından azad olunub. Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycanın yurizdiksiyası Ağdam rayonunda bərpa edilib.
Ağdam 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi.
Bu əlamətdar tarixlə bağlı Fizika İnstitutunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş guşə və Ağdam şəhərinin görüntüsünü əks etdirən poster yerləşdirilib.



25.10.2023

FİZİKA İNSTİTUTUNDA ÖZBƏKİSTANLI ALİM TƏCRÜBƏ KEÇİB


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Özbəkistan Respublikasının Elmlər Akademiyasının əməkdaşı elmi ezamiyyətdə olub. Bir aylıq ezamiyyət müddətində U. Arifov adına İon-plazma və lazer texnologiyaları İnstitutunun laboratoriya rəhbəri Vahobjon Kuvondikov “İnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyasında təcrübə keçib. Təcrübə çərçivəsində fizika-riyaziyyat elmləri doktoru Şıxəmir Eminovun rəhbərliyi ilə günəş batareyalarında istifadə üçün ITO və TiO2-dən nazik nanostrukturlu təbəqələrin alınma texnologiyası tədqiq edilib, eksperimental qurğularla işləmə prinsipləri, həmçinin metal oksidlərinin nanostrukturlu nazik təbəqələrinin alınması üsulları öyrənilib.



20.10.2023

20 OKTYABR ZƏNGİLAN ŞƏHƏRİ GÜNÜDÜR

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də işğaldan azad edilib.
Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 20 oktyabr – Zəngilan şəhəri günü kimi təsis edilib. Dövlət başçısı 2020-ci ilin oktyabrın 20-də Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.
Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.
Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub.
Bu əlamətdar tarixlə bağlı Fizika institutunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş guşə və Zəngilan şəhərinin görüntüsünü əks etdirən poster yaradılıb.



11.10.2023

FİZİKA İNSTİTUTUNDA AMERİKALI ALİMİN SEMİNARI TƏŞKİL OLUNUB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “1961-ci ili əhatə edən dövr. Hava Hücumundan Müdafiə Sistemi SA-1-dən (S-25) Sovet İttifaqının Hava Raket Müdafiə sisteminin yaranmasına qədər” mövzusunda seminar keçirilib. Məruzəçi ABŞ-nin Cənubi Kaliforniya Universitetinin astronavtika üzrə professoru Dr. Mayk Qruntman olub.
Tədbiri giriş sözü ilə İnstitutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açıb.
O, ilk olaraq M. Qruntmanın fəaliyyəti haqqında məlumat verərək bildirib ki, alim Cənubi Kaliforniya Universitetində Astronavtika proqramının təsisçisidir. Qeyd edib ki, M. Qruntman 2004-2007-ci illərdə ABŞ-da Kosmik Mühəndislik şöbəsinin Astronavtika Mühəndisliyi Departamentinin sədri vəzifəsində çalışıb. R. Rüstəmov amerikalı alimin NASA tapşırıqları da daxil olmaqla T&I proqramlarında fəal iştirak etdiyini bildirib.
Astronavtika, kosmik fizika, peyk dizaynı, texnologiyası və tətbiqləri, raket tarixi, raketdən müdafiə tarixi və s. alimin tədqiqat sahələrinə daxil olduğu vurğulanıb.
Daha sonra M. Qruntman məruzəsində uzunmənzilli ballistik raketin hədəflənməsindən, have müdafiə sistemindən, ABŞ-nin müdafiə proqramlarından və s. bəhs edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.



29.09.2023

FİZİKA İNSTİTUTUNDA II VƏTƏN MÜHARİBƏSİNƏ HƏSR OLUNAN ANIM TƏDBİRİ KEÇİRİLİB

27 sentyabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda II Qarabağ müharibəsinin şəhidlərinin xatirəsi yad edilib. Anım tədbirini giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, 2020-ci ilin bu günü Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını vurğulayıb. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğalın sona çatması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. O, Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən bəhs edib.
Anım tədbirində II Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademik A. Həşimov bugünlərdə düşmənlərə qarşı aparılan antiterror əməliyyatından da bəhs edib. Bildirib ki, 24 saatdan da az davam edən əməliyyat nəticəsində Müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıq nəticəsində separatçılar təslim oldu. Azərbaycanın Qarabağ üzərində suverenliyi möhkəmləndi. O, əldə olunan bütün nəticələrin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin nəticəsi olduğunu vurğulayıb. A. Həşimov Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə göstərilən humanitar yardımlardan, onların inteqrasiyasından bəhs edib.
Anım tədbirində fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov, fizika üzrə fəlsəfə doktorları Eldar Həsənov, Lalə Əliyeva və elmi işçi Bayram Xudayarov çıxış ediblər.



07.09.2023

FİZİKA İNSTİTUTUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜBLƏR

Mütəmadi olaraq keçirilən “Bəşəriyyət üçün elmin inkişafı” tədbiri çərçivəsində Çinin paytaxtı Pekində ilk dəfə “Fundamental Elmlər Beynəlxalq Konqres”i (International Congress of Basic Science (ICBS)) keçirilib. Konqresdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşlarının - akademik Nazim Məmmədov, fizika-riyaziyyat elmləri doktorları Nadir Abdullayev, İmaməddin Əmiraslanov və kimya elmləri doktoru Ziya Əliyevin bir sıra ölkələrin alimləri ilə həmmüəllif olduqları, “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator” adlı məqaləsi beynəlxalq mükafata layiq görülüb. Qeyd edəki ki, laureatların həmmüəllif olduqları elmi məqalə 18 dekabr 2019-cu ildə "Nature" jurnalında nəşr olunub və ona olan istinadların sayı 100-ü keçib. Məqalənin mükafata layiq görülməsi dünya elmi ictimaiyyətinin azərbaycanlı alimlərin fəaliyyətinə verdiyi yüksək qiymətdən xəbər verir.
“Fundamental Elmlər Beynəlxalq Konqres”i son beş ildə çap olunmuş yüksək fundamental elmi dəyərə malik olan nailiyyətləri və ən yaxşı tədqiqatları qiymətləndirir. Konqres fundamental elmlərin 3 sahəsini - riyaziyyat, nəzəri fizika və kvant kompüter və informasiya elmlərini əhatə edib.



25.07.2023

ÖZBƏKİSTANLI ALİMLƏR İNSTİTUTDA ELMİ EZAMİYYƏTDƏDİRLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik H.M. Abdullayev adına Fizika İnstitutunda özbəkistanlı alimlər, kimya üzrə fəlsəfə doktoru, dosent Xurşid Taşpulatov və aspirant Firdavsi Tursunov elmi ezamiyyətdədirlər.
Ş. Raşidov adına Səmərqənd Dövlət Universitetinin əməkdaşları bir ay davam edəcək ezamiyyət müddətində “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Təranə Nurubəylinin rəhbərliyi ilə neft və qaz yataqlarının geokimyəvi metodlarla axtarışı və kəşfiyyatı istiqamətində birgə elmi tədqiqatlar aparacaqlar.
Qeyd edək ki, gerçəkləşdirilən elmi mübadilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Özbəkistan Respublikası İnnovasiyanın İnkişafı Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində reallaşdırılır.



21.06.2023

AKADEMİK ELDAR SALAYEVİN XATİRƏSİ YAD EDİLİB

Akademik Eldar Salayevin vəfatından bir il ötür. Bu münasibətlə bir qrup alim E.Salayevin məzarını ziyarət ediblər. Ziyarət mərasimində çıxış edən AMEA-nın birinci vitse-prezidenti v.i.e, Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov görkəmli alimin elmi fəaliyyəti və onun zəngin irsindən söhbət açıb. O qeyd edib ki, E. Salayev əmək fəaliyyətinə Fizika İnstitutunda başlayıb. Daha sonra, kiçik elmi işçi, elmi katib, laboratoriya müdiri, direktorun elmi işlər üzrə müavini, SSRİ Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun və sonra Elmi-Tədqiqat Fotoelektronika İnstitutunun direktoru, Azərbaycan Elmlər Akademiyasının prezidenti (1983-1997) vəzifələrində çalışıb. Akademik SSRİ Ali Sovetinin deputatı (1984-1992), Azərbaycan Milli Məclisinin üzvü olub. Akademik Arif Həşimov bildirib ki, görkəmli elm xadimi Eldar Salayevin əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.
Mərasimdə çıxış edən akademik Cavad Abdinov bildirib ki, E.Salayevlə uzun müddət birlikdə çalışıb. O, akademikin elmi-təşkilati fəaliyyətindən və insani keyfiyyətlərindən bəhs edib.
Akademik Adil Qəribov E. Salayevin böyük alim, böyük vətəndaş olmasından bəhs edib, onunla bağlı xatirələrini bölüşüb.
Fizika-riyaziyyat elmləri doktoru, professor Kərim Allahverdiyev akademikin SSRİ və dünya miqyasında şöhrətli alim olduğunu qeyd edib. Daha sonra görkəmli alimin ailəsi adından oğlu Camal Salayev çıxış edərək mərasim iştirakçılarına minnətdarlığını bildirib



13.06.2023

FİZİKA İNSTİTUTUNDA MAGİSTRLARIN MÜDAFİƏSİ KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ARETN) Fizika İnstitunda 2021/2023 tədris ilinin magistrantlarının dissertasiya işlərinin müdafiəsi olub. Müdafiə “Nəzəri və riyazi fizika” (3 nəfər) , “Kvant elektronikası” (3 nəfər) ixtisası üzrə keçirilib.
Fizika İnstitutunun icarçı direktoru, fizika-riyaziyyat elmləri doktoru Hüseyn İbrahimovun rəhbərlik etdiyi İxtisaslaşdırılmış Müdafiə Şurasının sədr müavini isə biologiya elmləri doktoru Kərim Qasımov olub. 11 nəfərlik Şura üzvlərindən Kərim Qasımov, fizika üzrə fəlsəfə doktoru Rasim Aslanov ARETN Biofizika İnstitutunu, fizika elmləri doktoru Famin Salmanov və fizika üzrə fəlsəfə doktoru Rəxsanə Məmişova isə ARETN Radiasiya Problemləri İnstitutunu təmsil edirdilər.
Magistrantlar dissertasiya işlərini uğurla müdafiə edərək məqbul nəticə göstəriblər.
Magistrantların müdafiəsində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Elm və Təhsil şöbəsinin müdiri, texnika elmləri doktoru, Hüseyn Hüseynov iştirak edib.
Qeyd edək ki, mayın 24 və 26-da magistrantların dissertasiya işlərinin ilkin müzakirə aparılıb.
Növbəti müdafiə iyunun 13-də bioloji sistemlər fizikası (4 nəfər) və radiasiya materialşünaslığı (1 nəfər) ixtisasları üzrə keçirilib. Magistrantlar dissertasiya işlərini uğurla müdafiə edərək magistr dərəcəsini almağa layiq görülüblər.



07.06.2023

İNSTİTUTDA “SPRİNGER NATURE” VƏ “MA GROUP”UN ƏMƏKDAŞLARI QONAQ OLUBLAR

Kamilla Minlibaeva və Mariya Kondrateva qonaq olublar. Qonaqlar ilk olaraq İnstitutun baş direktoru, akademik Arif Həşimovla görüşüblər. Görüş zamanı səfər proqramı çərçivəsində nəzərdə tutulan bütün məsələlər: ekspert mübadiləsi üçün mövcud tələblər, Fizika İnstitutunun jurnallarının Springer Nature platformasına daxil edilməsi imkanlarının araşdırılması, Springer Nature platformasına daxil olma, Fizika İnstitutunun əməkdaşlarının Springer Nature elmi platformasında iştirak imkanlarının araşdırılması və digər əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi.
Daha sonra institutda seminarı təşkil olunub. Seminarı giriş sözü ilə İnstitutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açıb. Bildirib ki, “MA Group AG” ilə Fizika institutu arasında əməkdaşlığın təməli elmin müvafiq sahələri üzrə “MA Group AG” malik olduğu resurslara maliyyə məsrəfi olmadan müddətli giriş təşkil olunub. Sonra Springer Nature əməkdaşı Darya Savelyeva online rejimdə və “MA Group AG” əməkdaşları Kamilla Minlibaeva və Mariya Kondrateva canlı olaraq təqdimatlarla çıxış edərək təmsil etdikləri qurumların maliuk olduqları potensialdan və xidmətlərdən söhbət açdılar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.



01.06.2023

İNSTİTUTDA ATƏŞGAH SIĞORTANIN XİDMƏTLƏRİNƏ HƏSR OLUNMUŞ GÖRÜŞ KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsi və Həmkarlar Komitəsinin təşkilatçılığı ilə “Atəşgah sığorta ilə ümumi tanışlıq və onun fəaliyyəti”nə həsr olunmuş görüş keçirilib. Görüşdə “Atəşgah” sığortanın əməkdaşları Tərlan Qasumov və Fidan Əlizadə iştirak ediblər və şirkətin təqdim etdiyi xidmətlər haqda geniş məlumat veriblər. Həmçinin, görüş çərçivəsində son günlərin aktual mövzusu olan daşınmaz əmlakın icbari sığortası ilə bağlı əməkdaşlar maarifləndiriliblər. T. Qasumov daşınmaz əmlakın icbari sığortası haqqında məlumat verib. Bildirib ki, Bakı şəhərində yerləşən mənzillərə illik 50 AZN ödəməklə 25000 AZN sığorta məbləği təyin olunur. O, sığorta təminatlarınnın İcbari Sığorta Bürosu tərəfindən verildiyini bildirib və sığortalanma prosesi haqqında məlumat verib. Qeyd edib ki, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, təbii fəlakətlər, digər hadisələr sığorta hadisəsi hesab olunur.
Daha sonra F. Əlizadə çıxış edib. O vurğulayıb ki, yaşayış ərazisindən asılı olaraq illik sığorta məbləği dəyişir. Əməkdaşların sullarını cavablandıran F. Əlizadə qeyd edib ki, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlaklar icbari sığortaya cəlb olunmur.
Sonda digər sığorta prosesləri ilə bağlı əməkdaşları maraqlandıran suallar cavablandırılıb və onlardan bəzilər sığorta şirkətinin xidmətlərindən istifadə etmək üçün müraciət ediblər.



22.05.2023

İNSTİTUTDA SEMİNAR KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “Rentgen, elektron difraksiya metodları və bizim gördüyümüz işlər” mövzusunda seminar təşkil olunub. Məruzəçi fizika-riyaziyyat elmləri doktoru Mahmud Kazımov olub. O, ilk olaraq mövzunun aktuallığından danışıb. M.Kazımov difraksiya metodlarından və bu sahəsədə əldə olunan nailiyyətlərdən bəhs edib. Plastinka və iynə formalı teksturalardan alınan elektronoqrammaları təqlid edən monokristal fırlanma metodlarından və elektronoqrammaların araşdırma düsturlarından söhbət açıb. O qeyd edib ki, əldə olunan nəticələr “Kristalloqrafiya” jurnalında dərc olunub.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.



10.05.2023

İNSTİTUTDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ MUZEYİN AÇILIŞI OLUB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş muzeyin açılış mərasimi keçirilib. Tədbiri İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. Bildirib ki, Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyev ideyaları yaşayır. O qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, xüsusən, Fizika İnstitutun fəaliyyətinin uğurlu olmasında Ulu Öndərin müstəsna rolu olmuşdur. A. Həşimov muzeylə yanaşı, İnstitutda Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi fəaliyyətini və 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərini əks etdirən stendlərin də quraşdırıldığını vurğulayıb.
Akademik qeyd edib ki, bu gündən etibarən muzey fəliyyət göstərəcək, İnstitutun əməkdaşları mütəmadi olaraq, muzeyi ziyarət edə bilərlər.
Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş muzeylə tanış olublar.



08.05.2023

İNSTİTUTDA “AÇIQ ELM” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “Açıq elm” (Open Science) mövzusunda seminar keçirilib. Məruzəçi fizika üzrə fəlsəfə doktoru Səidə Məmmədova olub.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil şöbəsinin əməkdaşları da iştirak ediblər. Tədbiri giriş sözü ilə İnstitutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açıb. O, seminarın mövzsunun aktuallığından bəhs edib. Bildirib ki, elm sahəsində daha böyük uğurlar əldə etmək üçün müasir elmi mühitin tələblərinə uyğun fəaliyyət zəruridir. O, intellektin cəmiyyətin inkişafında gələcəkdə əsas meyar olacağını qeyd edib. R.Rüstəmov elmi fəaliyyətin idarə olunmasında abstrakt görünən intellektin mahiyyəti haqqında danışıb.
Sonra Səidə Məmmədovanın məruzəsi dinlənilib. O, “Açıq elm”in əhəmiyyətindən danışıb. Bildirib ki, ilk dəfə UNESKO tərəfindən yaradılmış bu istiqamətdə beynəlxalq sistemdə fəal işlər aparılır. Ümumilikdə elmin sərhədsiz məfkurəsi “Açıq elm”in mahiyyətində özünü əks etdirir.
S. Məmmədova bu platformanın prisinplərindən bəhs edib. Açıq tədqiqat metodları, açıq nəşrlər, açıq rəy sorğusu, açıq əməkdaşlıq, açıq elmin əsas prinsipləri olduğunu qeyd edib. Natiq bu sahədə mövcud nailiyyətlər və problemlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.



01.05.2023

AZƏRBAYCANLI ALİM BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİB

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov və Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov beynəlxalq simpoziumda iştirak üçün dəvət alıblar. Türkiyənin İstanbul şəhərində təşkil olunmuş simpozium Türkiyə Elmlər Akademiyası və Asiya Elmlər Akademiya və Cəmiyyətləri Assosiasiyası tərəfindən təşkil olunub. “Fundamental elmin gələcəyində elmlər akademiyalarının rolu” mövzusunda təşkil olunmuş simpoziumda R. Rüstəmov “Fundamental elm və təhsilin davamlı inkişafı platforması: nailiyyətlər və probləmlər” mövzusunda məruzə ilə çıxış edib.



25.04.2023

İNSTİTUTDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb.
O, tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə ölkəmizdə Ulu Öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Bu gün İnstitutda təşkil olunmuş seminarın həmin tədbirlərin davamı olduğunu vurğulayıb.
Qeyd edib ki, tədbirdə Heydər Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycan tarix məktəbinin yaradıcılarından biri, respublikanın görkəmli alimi, akademik Yaqub Mahmudov iştirak edir. Akademik Y. Mahmudovun Heydər Əliyevlə birbaşa təmasda olduğunu onun bütün daxili və xarici səfərlərində, seçkilərdə aktiv iştirakçılardan olduğunu vurğulayıb.
Daha sonra akademik Y. Mahmudov Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Bildirib ki, Ulu Öndər haqqında ən doğru məlumat onun özünün qoyduğu izdir, gördüyü işlər isə onun haqqında ən qiymətli əsərlərdir. Heydər Əliyevin işıqlı əməllərinin bir neçə mühüm nəticəsi vardır ki, o da dahi şəxsiyyətlərə qismət uğurlardır. O, Ulu Öndəri şəxsən tanıdığını və tələbəlik illərinin eyni vaxta düşdüyünü bildirib.
Y. Mahmudov çıxışında qeyd edib ki, Heydər Əliyev Sovet Rusiyası dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə öz adı, vətəninin, millətinin gəlcəyi üçün çalışırdı. “Qürurluyam ki, Ulu Öndər məni Azərbaycanın böyük alimi adlandırmışdı. Mənim bir sira fəxri adlarım var, amma ən qiymətlisi onun mənə verdiyi dəyərdir”-deyə akademik vurğulayıb.
Y. Mahmudov Heydər Əliyevin Yeni Azərbaycanın və Azərbaycan tarixinin qurucusu, Yeni Azərbaycan Partiyasnın banisi olduğunu söyləyib. Bildirib ki, Ulu Öndər Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir.
“Bir sıra tarixi şəxsiyyətlər qurtuluş mübarizəsinə öz vətənlərində başlayıblar, Heydər Əliyev isə təqib olunduğu, ali vəzifədən uzaqlaşdırıldığı vaxtlarda Moskvada, imperiyanın paytaxtında mübarizəyə başladı”-deyə o qeyd edib. Y. Mahmudov Ümummili Liderin öz zəkasının gücünə sovet sisteminin rəhbərlərinin biri səviyyəsinə yüksəldiyini qeyd edib. Bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqil dövlətlər yarandı, Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi gündəmə gəldi, daxili ixtişaşlar başladı. O vəziyyətdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlaya və bugünki Azərbaycanı yarada bildi. Qeyd edib ki, Heydər Əliyevin digər tarixi şəxsiyyətlərdən fərqi o idi ki, onun hərbi qüvvəsi, maliyyə imkanı yox idi. Lakin onu dövlətçilik təcrübəsi, bacarığı var idi və Sovet sisitemini dərindən bilirdi, onlara qarşı necə mübarizə aparmalı olduğunu da bilirdi. O, Heydər Əliyevin qədim və müasir dövlətçiliyimizi ən uca zirvəyə yüksəldən tarixi şəxsiyyət olduğunu bildirib. Rusiyada qabaqcıl ziyalılar Ümummilli Lideri hakimiyyət ustası adlandırırdılar.
O, Azərbaycan ərazisinin guya ermənilərə məxsus olduğunu göstərmək üçün onlar tərəfindən görülən məkirli tədbirlərdən, çap olunan yalançı atlaslardan bəhs edib. Akademik bu yalanların qarşısını almaq məqsədi ilə Ulu Öndərin gördüyü tədbirlərdən danışıb. Y. Mahmudov Heydər Əliyevin İrəvan xanlığının tarixini yazılması, ümumiyyətlə, Azərbaycanın son 200 illik tarixinin yazılması üçün tapşırıqlar verdiyini qeyd edib. Sonda akademik Y. Mahmudov Ulu öndərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib.



07.03.2023

ELM VƏ TƏHSİL NAZİRLİYİNİN FİZİKA İNSTİTUTUNDA 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 07 mart 2023-cü il tarixində 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri İnstitutun baş direktoru akademik Arif Həşimov açmışdır. O, Fizika İnstitutunun qadın əməkdaşlarının Azərbaycanın elminin inkişafında tutduqları yeri və töhfələri qeyd etmişdir.
Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, akademik Cavad Abdinov, akademik Nazim Məmmədov, professor Oqtay Tağıyev, dosent Kamil Qurbanov çıxış etmişlər və Fizika İnstitutunun qadın kollektivinin müstəsna xidmətlərini əks etdirən xatirələrini bölüşmüşlər.
Tədbirin sonunda Fizika İnstitutunun qadın kollektivinə həsr olunmuş film nümayiş etdirilmişdir.



27.02.2023

AZƏRBAYCAN ELM VƏ TƏHSİL NAZİRLİYİ FİZİKA İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR

24 fevral 2023-cü il tarixində Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri Fizika İnstitutunun Baş direktoru, akademik Arif Həşimov açdı. Xocalı faciəsi qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. O qeyd etdi ki, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə törədilən Xocalı soyqırımı nəticəsində çoxsaylı insan qətlə yetirilib, 8 ailə tamamilə məhv olub.
Fizika İnstitutunun icraçı direktoru, professor Hüseyn İbrahimov, qonaq qismində iştirak edən AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika elmləri doktoru, dosent, Xocalı soyqırımının şahidi olan Rəhim Ələkbərov, Fizika institutunun Yeni Azərbaycan Partiyasının ərazi üzrə partiya təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova və aparıcı elmi işçi, fizika üzrə fəlsəfə doktoru Şəfəq Əhədzadə çıxış etdilər. Onlar Erməsnistan tərəfindən törədilən vəhşiliklərdən, əsir düşən Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən danışıblar.



20.02.2023

"05-06 MAY 2023-CÜ İL TARİXDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ “MÜASİR TƏBİƏT VƏ İQTİSAD ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏKDİR ...Oxumaq üçün daxil olun



20.02.2023

"IV МЕЖДУНАРОДНАЯ НАУЧНО-ПРАКТИЧЕСКАЯ КОНФЕРЕНЦИЯ
БОЛЬШАЯ СТУДЕНЧЕСКАЯ КОНФЕРЕНЦИЯ... Oxumaq üçün daxil olun



12.12.2023

FİZİKA İNSTİTUTUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O bildirib ki, Ulu Öndər hələ hakimiyyətə gəlməzdən əvvəl onun fəaliyyətinin bir hissəsi Azərbaycan elmi, xüsusilə Fizika İnstitutu ilə bağlı olub. Daha sonra Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Akademik Arif Həşimov Ümummilli Lider Heydər Əliyevin uzaq görənliyindən, gördüyü işlərin bugünki dövrdəki yüksək nəticələrindən bəhs edib. Bildirib ki, Ulu Öndər hələ Sovet hakimiyyəti illərində fədakarlıqla Azərbaycan xalqı üçün böyük işlər görüb. O, Heydər Əliyevin hakimiyyətə qayıdışından, Naxçıvandakı fəaliyyətindən, xalqın ona etimadından söhbət açıb. A. Həşimov Naxçıvanın blokadası dövründə Ulu Öndərin ustalıqla tədbirlər görməsindən, özünü müdafiə qüvvələrinin yaratmasından bəhs edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev Fizika İnstititunu ziyarət edib. A. Həşimov bu gəlişin İnstitut üçün əhəmiyyətliliyindən danışıb. Qeyd edib ki, İnstitutdakı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş muzeydə mətbuatda dərc olunmuş yeni məqalələr yerləşdirilib.
Tədbir AMEA-nın müxbir üzvi Səlimə Mehdiyevanın çıxışı ilə davam edib. S. Mehdiyeva Heydər Əliyev Sovet İttifaqı dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə öz adı, vətəninin, millətinin gəlcəyi üçün çalışırdı. O, Ulu öndərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib. S. Mehdiyeva qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimidir. Daha sonra fizika üzrə fəlsəfə doktorları Eldar Həsənov, Kamil Qurbanov, texnika elmləri doktoru Əli Məmmədov, Yeni Azərbaycan Partiyasının (YAP) Fizika İnstitutu üzrə təmsilçisi, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova, YAP-ın fəal üzvü, elmi işçi Bayram Xudayarov Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər. Anım tədbirindən sonra İnstitutun baş direktoru akademik Arif Həşimov və əməkdaşlar Ulu Öndər Heydər Əliyevə həsr olunmuş muzeyi ziyarət ediblər.



05.12.2023

İNSTİTUTUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİRLƏR

01 dekabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşları “Fizikada müasir trendlər” VIII beynəlxalq konfrasında iştirak edirlər. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans noyabrın 30-da öz işinə başlayıb. Açılış mərasimində çıxış edən Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov Bakı Dövlət Universitetinin (BDU) tarixindən, universitetin hazırladığı kadrların ölkəmizə verdiyi töhfələrdən danışıb. O, Ulu Öndər Heydər Əliyev BDU-nun tarix fakültəsini bitirdiyini, BDU Elmi Şurasının 28 oktyabr 1994-cü il tarixli qərarı ilə Ulu Öndərin BDU-nun Fəxri doktoru adına layiq görüldüyünü qeyd edib.
A.Həşimov BDU ilə Fizika İnstitutunun daim əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, hazırda universitetin fizika fakültəsində çalışan müəllim və professor heyətinin bir çoxunun yolu Fizika İnstitutundan keçib.
İki gün davam edən tədbirdə İnstitutun əməkdaşları, akademik Nazim Məmmədov, fizika-riyaziyyat elmləri doktorları İmaməddin Əmiraslanov, Şakir Nağıyev, Elçin Cəfərov, Zakir Cahangirli, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov, İnstitutun Dubnada uzunmüddətli ezamiyyətdə olan əməkdaşları Nazim Hüseynov, Faiq Əhmədov (onlayn), gənc alimlərdən Nərmin Nəsibova, Cavid Cəlilli, Elvin Əlizadə, Dünyamalı Məmmədov, Səbinə Zeynalova və başqaları müxtəlif mövzulu məruzələrlə iştirak ediblər.



21.11.2023

FİZİKA İNSTİTUTUNDA VEBİNAR TƏŞKİL OLUNUB

16 noyabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda , “MA Group AG”-nin “Springer Nature və Nəşriyyatın məhsullarının xülasəsi” mövzusunda ilk vebinarı keçirilib. Vebinarlar dörd sesiyadan -“Springer Nature. Nəşriyyatın məhsullarının xülasəsi”, “SpringerLink Platforması. Effektiv istifadəyə necə nail olmaq?”, Məqalə nəşr etmək üçün düzgün Springer Nature jurnalının seçilməsi,” və “Yırtıcı jurnallar. Xülasə və analiz” ibarətdir. Fizika İnstitutunun təşkilatçılığı ilə keçirilən vebinarda Respublikanın aparıcı elm və təhsil müəssisələri təmsil olunublar.
Tanışlıq məqsədi daşıyan ilk sesiyada “Springer Nature” bazasına daxil olan məhsulların xülasəsi iştirakçılara təqdim olunub. Rus dilində təşkil olunan vebinarın məruzəçisi Darya Savalyeva olub. Vebinarda nəşriyyatın araşdırma porfoliosu, “Springer” bazasına daxil olan jurnallar haqqında məlumat verilib. Bildirilib ki, yaxıngünlərdə “MA Group AG”-nin malik olduğu resurslara maliyyə məsrəfi olmadan müddətli giriş imkanı yaradılacaq. Sonda iştirakçılara ödənişsiz jurnalların siyahısı təqdim olunub.



16.11.2023

AKADEMİK NAZİM MƏMMƏDOVUN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB

15 noyabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda akademik Nazim Məmmədovun 70 illik yubileyi qeyd olunub. Təbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açaraq yubilyarı təbrik edib. Bildirib ki, akademik fizika elmində səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub.
Tədbir akademik Cavad Abdinovun çıxışı ilə davam edib. O, Nazim Məmmədovun elmi-təşkilati fəaliyyətinə həsr olunan məruzə ilə çıxış edib. Bildirib ki, Dövlət mükafatı laureatı, Fizika İnstitutunun Spektroskopik ellipsometriya laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Nazim Məmmədov 1975-ci ildə Moskva Polad və Xəlitələr İnstitutunu “yarımkeçiricilər və dielektriklər” ixtisası üzrə bitirib. O, akademikin 1981-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1991-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri aldığını qeyd edib. Vurğulayıb ki, N.Məmmədov AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Alimin əmək fəaliyyətinə toxunan akademik yubilyarın ilk iş yerinin Fizika İnstitutu olduğunu bildirib. Qeyd edib ki, akademik uzun müddət Yaponiyanın bir sıra universitetlərinin professoru kimi elmi tədqiqat və tədris fəaliyyəti ilə məşğul olub. O, N.Məmmədovun Yaponiya Tətbiqi Fizika Cəmiyyətinə üzvliyindən, İCTMC Beynəlxalq Konfrans komitəsinə sədrliyindən bəhs edib.
Akademik C.Abdinov N.Məmmədovun bərk cisimlər fizikası sahəsində görkəmli alim və elm təşkilatçısı olduğunu vurğulayıb. Qeyd edib ki, akademik Nazim Məmmədov ümumilikdə 370 elmi əsərin, 4 müəlliflik şəhadətnaməsinin, 1 respublika və 2 xarici patentin müəllifidir.
Akademik Nazim Məmmədov 2013-cü ildə fizika elmi sahəsindəki nailiyyətlərinə görə AMEA-nın Fəxri fərmanı, 2020-ci ildə Azərbaycan Respublikasının elm sahəsində Dövlət mükafatına layiq görülüb. Alim, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalları ilə təltif olunub. O, 2019-cu ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının həqiqi üzvü seçilib və “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib.
Tədbirdə laboratoiya rəhbərləri AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri doktorları Nadir Abdullayev, Ayaz Bayramov, Zakir Cahangirli, fizika üzrə fəlsəfə doktoru Eldar Həsənov və Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Sədiyar Rəhimov yubilyarı təbrik ediblər, onunla bağlı düşüncələrini bölüşüblər.
Sonda akademik Nazim Məmmədov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.



07.11.2023

İNSTİTUTDA ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, 8 Noyabrın Azərbaycan tarixindəki yerindən, əhəmiyyətliliyindən bəhs edib. Akademik zəfər günün bütün dünya azərbaycanlılarının, ümumimilikdə türk dünyasının bayramı olduğunu qeyd edib. A.Həşimov Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən danışıb. Bildirib ki, istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində canlarından keçmiş vətən oğullarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq hər birimizin vətəndaşlıq borcudur.
Daha sonra Vətən müharibəsində şəhid olmuş igidlərimizin xatirəsi bir dəqiqəliklə sükutla yad olunub.
Akademik Arif Həşimov zəfər yoluna aparan qələbənin tarixindən danışıb. Bildirib ki, 30 ildən sonra əldə olunan zəfərin təməli Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıtması ilə başlayıb. O, Ümummilli Lider Heydər Əlieyin hakimiyyətə gəlməsi ilə Azərbaycanda yeni dövrün başladığından, əmin-amanlığın yaranması üçün görülən tədbirlərdən, sosial-iqtisadi vəziyyətin yaxşılaşması üçün atılan addımlardan söhbət açıb. Ulu Öndərin hələ Sovet hakimiyyəti illərində Cəmşid Naxçivanski adına hərbi məktəbin yaratdığını qeyd edib.
Akademik Arif Həşimov I Qarabağ müharibəsi zamanı Fizika İnstitutunun əməkdaşlarından Yusif Əbilovun Şuşa, Laçın, Füzuli, Tərtər, Əbülfət Qasımovun Murovdağ, Şəmsi Hacıyevin isə Zəngilan, Füzuli döyüşlərində iştirak etdiyini vurğulayıb. Bildirib ki, əməkdaşlardan 1 nəfər- kadrlar üzrə mütəxəssis Mətanət Məcidova isə şəhid ailəsidir.
Fizika üzrə fəlsəfə doktoru Lalə Əliyeva müəllif olduğu şeri və kiçik elmi işçi Xədicə Əliyeva İnstitutun aparıcı mühəndisi Nüşabə Yaqubəliyevanın müəllifi olduğu yazılmış şeiri səsləndirib.
Tədbirdə fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov, fizika üzrə fəlsəfə doktoru Eldar Həsənov və elmi işçi Bayram Xudayarov da çıxış ediblər.



04.11.2023

İNSTİTUT ƏMƏKDAŞLARI HƏRB TARİXİ MUZEYİNİ ZİYARƏT EDİBLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun bir qrup əməkdaşı Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Hərb Tarixi Muzeyini ziyarət ediblər. Zəfər Günü ərəfəsində təşkil olunan görüşdə əməkdaşlara ilk olaraq açıq havada sərgilənən hərbi texnikalar haqqında məlumat verilib. Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun döyüşlərdə idarə etdikləri tank nümunələri qonaqlara nümayiş olunub.
Fizika İnstitutunun əməkdaşları “Qədim və orta əsrlər”, “1747-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1990-cı illər”, “Müasir dövr”, “Quru Qoşunları”, “Hərbi Hava Qüvvələri”, “Hərbi Dəniz Qüvvələri” zallarında olublar. Muzey əməkdaşları ordumuzun yarandığı gündən etibarən ona məxsus silah-sursat və digər avadanlıqlar haqqında məlumat veriblər. Muzeyin Vətən müharibəsinə həsr edilən zalında İnstiutun əməkdaşları İkinci Qarabağ savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizin şəxsi əşyaları ilə tanış olublar.
Daha sonra muzeyin rəisi polkovnik Əzizağa Qənizadə Fizika İnstitutunun əməkdaşları ilə görüşüb. O, muzeyin tarixindən və I Qarabağ müharibəsində birbaşa iştirak etdiyi Kəlbəcər döyüşündən bəhs edib.
Sonda xatirə şəkli çəkilib.



25.10.2023

25 OKTYABR QUBADLI ŞƏHƏRİ GÜNÜDÜR

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Qubadlı şəhəri həmin ilin oktyabrın 25-də işğaldan azad edilib.
Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
Bu əlamətdar tarixlə bağlı Fizika institutunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş guşə və Qubadlı şəhərinin görüntüsünü əks etdirən poster yaradılıb.





18.10.2023

17 OKTYABR FÜZULİ ŞƏHƏRİNİN İŞĞALDAN AZAD OLUNMA GÜNÜDÜR

17 oktybar 2023-cü il. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 2020-ci ilin oktyabrın 17-də isə Füzuli rayonunun Füzuli şəhəri, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı Ordumuz tərəfindən azad edilib. Bu gün Füzuli şəhərinin işğaldan azad olunma günüdür. Əlamətdar günlə əlaqədar olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda şəhərin görüntüsünü əks etdirən poster yerləşdirilib. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Məlum olduğu kimi, oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli rayonuna səfər edib. Dövlət başçısı Füzuli rayonunun Cuvarlı kəndinin təməlinin qoyulması mərasimində iştirak edib. Təməlqoyma mərasimində bildirilib ki, Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Çingiz Cuvarlı Füzuli rayonunun Cuvarlı kəndindəndir. Akademik Ç.Cuvarlı uzun müddət Fizika İnstitutunda laboratoriya rəhbəri vəzifəsində çalışıb. 1962-1968-ci illərdə AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölmə-sinin akademik-katibi olub. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının Cuvarlı kəndinin təməlinin qoyması həm də böyük rəmzi məna daşıyır. Bu, dövlət başçısının Azərbaycan elminə bütövlükdə diqqət və qayğısı olmaqla bərabər, elmimizin inkişafında mühüm yer tutmuş dünyasını dəyişmiş elm insanlarının ruhlarını şad edəcək əvəzsiz bir töhvədir.



11.10.2023

MACARISTANIN “VIBROCOMP” BEYNƏLXALQ ŞİRKƏTİ İLƏ MEMORANDUM İMZALANIB

27 sentyabr 2023-cü il. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu ilə Macarıstanın “VIBROCOMP” beynəlxalq şirkəti ilə anlaşma memorandumu imzalanıb. İlk olaraq İnstitutun baş direktoru, akademik Arif Həşimov qonaqlara elmi müəssisənin tarixi, fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, beynəlxalq əlaqələri və s. haqqında məlumat verib.
Daha sonra icraçı direktor Pal Zoltan Bite şirkət haqqında danışıb. Bildirib ki, “VİBROCOMP” 40 ildir ki, ətraf mühitin qorunması üçün müxtəlif tədbirlər görür, şirkət tərəfindən layihələndirmə işləri aparılır, “ağıllı” şəhərciklər salınır, müvafiq standartalara cavab verən sistemlər quraşdırılır. O, şirkətin təkcə Macarıstanda deyil, Rumıniya, Fransa və başqa Avropa, eləcə də Orta Asiya və Birləşmiş Ərəb Əmirliyi ölkələrində də fəalliyət göstərdiyini qeyd edib. O, Azərbaycanın bir neçə şəhərlərində, həmçinin, Qarabağda şəhərsalma işlərində iştirak etməyi nəzərdə tutduqlarını qeyd edib.
Sonda AR ETN Fizika İnstitutu ilə Macarıstanın “VIBROCOMP” beynəlxalq şirkəti arasında anlaşma memorandumu imzalanıb. Memorandum sıx beynəlxalq əlaqələrin qurulması, kommersiya və elmi tədqiqatlar sahəsində qarşılıqlı əldə edilən nəticələrin tanınması məqsədi daşıyır. Sənəddə elmi proqramların mübadiləsi üçün mühitin yaradılması, fundamental və tətbiqi elmin kommersiyalaşdırılması üçün araşdırma proqramları üzrə əməkdaşlıq, birgə araşdırma və inkişaf mərkəzi, həmçinin mükəmməllik mərkəzinin yaradılması və s. fəaliyyətlər nəzərdə tutulur.



01.09.2023

AKADEMİK HƏSƏN ABDULLAYEVİN XATİRƏSİ YAD EDİLİB

Akademik Həsən Abdullayevin 105 illiyi münasibəti ilə bir qrup alim akademikin məzarını ziyarət ediblər. Ziyarət mərasimində çıxış edən AMEA-nın birinci vitse-prezidenti v.i.e, Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyi Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov görkəmli alimin elmi fəaliyyəti və onun zəngin irsindən söhbət açaraq, akademik H. Abdullayevin təkcə fizika elminin deyil, Azərbaycan elminin inkişafında böyük xidmətlərinin olduğunu bildirib, akademikin alimlərə, gənclərə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib.
Mərasimdə çıxış edən fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov və Almaz Xəlilova akademik Həsən Abdullayevlə bağlı xatirələrini bölüşüblər.
Akademik Abdullayev Həsən Məmmədbağır oğlu 1918-ci il avqustun 20-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib. 1948-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1954-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1957-ci ildə professor elmi adını alıb, 1955-ci ildə AEA-nın müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü, 1970-ci ildə SSRİ EA-nın müxbir üzvü seçilib.
Ordubad Pedaqoji məktəbində müəllim (1941-1943), 1944-cü ildən AEA Fizika İnstitutunda aspirant, elmi işçi, direktor müavini, 1957-ci ildən ömrünün axırınadək direktor olub. 1968-1970-ci illərdə AEA FRTE Bölməsinin akademik-katibi, AEA Prezidenti (1970-1983) vəzifələrində çalışıb.
Akademik H. Abdullayev Azərbaycanda müasir fizikanın, xüsusilə, yarımkeçiricilər fizikası və texnikasının əsasını qoymuş, hərtərəfli inkişaf etdirmiş, yüksək səviyyəli fiziklər məktəbi yaratmışdır.
Akademik H. Abdullayev 13 monoqrafiyanın (o cümlədən xaricdə dərc olunan), 500-dən artıq elmi məqalənin, 40-dan çox ixtiranın (o cümlədən ABŞ və Fransa Patentinin) müəllifidir. Rəhbərliyi altında 100-dən artıq fəlsəfə doktoru və 20 elm¬lər doktoru yetişdirilmişdir.
Akademik H. Abdullayevin təşəbbüsü ilə 1956-cı ildə ADU-da yarımkeçiricilər fizikası kafedrası yaradılmışdır. O, SSRİ EA Rəyasət Heyəti yanında “Yarımkeçiricilər fizikası və kimyası” Elmi Şurasının üzvü, respublika “Fizika Problemləri” Elmi Şurasının və “Bilik” Cəmiyyəti İdarə Heyətinin sədri, elm və texnika sahəsində Azərbaycan Respublikası Dövlət mükafatları Komitəsinin sədri olub. SSRİ Ali Sovetinin (8-11 çağırış) deputatı olub.
Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi fəxri adlarına layiq görülüb.
Akademik H. Abdullayev “Qırmızı Əmək Bayrağı” və “Lenin” ordenləri, “Rəşadətli əməyə görə” medalı, SSRİ EA S.İ. Vavilov adına qızıl medal, Leypsiq yarmarkasının ADR) böyük qızıl medalı və s. ilə təltif edilib.



18.07.2023

FİZİKA İNSTİTUTUN GƏNC ALİMİ ELMİ EZAMİYYƏTDƏ OLUB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun gənc alimi, kiçik elmi işçi Zibeydə Haqverdiyeva Rusiyanın Dubna şəhərində elmi ezamiyyətdə olub. O, Müstəqil Dövlətlər Birliyinin (MDB) Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin təşkilatçılığı, MDB dövlətlərinin iştirakçısı olduğu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Birləşmiş Nüvə Tədqiqatlar İnstitutunun (BNTİ) dəstəyi ilə “Gənc alim və mütəxəssislərin XVI təcrübə proqramı”nda iştirak edib. Proqram çərçivəsində gənc alim BNTİ-nin laboratoriyaları ilə tanış olub, tanınmış alimlərin məruzəsini dinləyib və digər mühüm tədbirlərdə iştirak edib.
Təlim zamanı gənc alim və mütəxəssislər qruplara ayrılaraq elmi və innovativ layihə hazırlayıb və təqdimatlar ediblər. Təcrübə proqramının yekununda Z. Haqverdiyeva tədbirdə iştirak etdiyi üçün diplomla təltif olunub.



20.06.2023

FİZİKA İNSTİTUTUNDA SEMİNAR KEÇİRİLİB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda “Nə etməli? Beynəlxalq və yerli qrantlar: imkanlar və problemlər” mövzusunda seminar keçirilib. Məruzəçi İnstitutun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov olub. O, ilk olaraq mövzunun aktuallığından danışıb. Bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Scopus” elmi bazası arasında müqavilə imzalanıb və bu müqavilə əsasında ölkə miqyasında bütün təhsil, elmi tədqiqat institutlarına və araşdırma mərkəzlərinə elmi bazaya giriş təmin olunması nəzərdə tutulub.
O, həm fundamental elmin, həm də elmin kommersiyalaşmasında beynəlxalq və yerli qrantlar, həmçinin, onlardan istifadə olunması imkanları mövzusunda məruzə ilə çıxış edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.



13.06.2023

FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ MƏQALƏSİ YÜKSƏK İMPAKT FAKTORLU JURNALDA DƏRC OLUNUB



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun “Nüvə və Yüksək enerjilər fizikası” laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Şahin Məmmədov və laboratoriyanın elmi işçisi, doktorant Minayə Allahverdiyevanın birgə müəllifi olduqları “Vektor Mezonun anti-de sitter/kvant xromo dinamikasının (AdS/KXD) yumuşaq divar modelində sonlu temperaturda qravitasiya form faktorları və ümumiləşmiş parton paylanmaları ” adlı məqaləsi yüksək impakt faktorlu “European Physical Journal C”-də (EPJ C) dərc olunub.
Jurnalın impakt faktoru 4.991, Q1 kvartildir. Bu məqalədə AdS/KXD-nin yumşaq divar modelində sonlu temperaturda vektor mezonun qravitasiya form faktorları və ümumiləşmiş parton paylanmaları araşdırılıb.
EPJ C jurnalı nəzəri və eksperimental fizika üzrə yeni və orijinal tədqiqatların nəticələrini məqalələr, rəylər, elmi qeydlər və məktublar formasında təqdim edir.






09.06.2023

GƏNC TƏDQİQATÇILARIN İNGİLİS DİLİNDƏ AKADEMİK YAZI BACARIQLARININ YAXŞILAŞDIRILMASI MƏQSƏDİLƏ KURS TƏŞKİL EDİLİB

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılğı və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin dəstəyi ilə gənc tədqiqatçıların ingilis dilində akademik yazı bacarıqlarının yaxşılaşdırılması məqsədilə “Virtual EL Educator” proqramı həyata keçirilib.
Amerikalı təlimçi Erin Karl tərəfindən onlayn kursun birinci semestri 2022-ci ilin oktyabr-dekabr aylarında, ikinci semestri 2023-cü ilin mart-may aylarında təşkil edilib. Birinci semestrdə 90 gənc tədqiqatçı iştirak edib və onlardan daha yüksək nəticə göstərən 50 nəfər ikinci semestrə vəsiqə qazanıb. Kurs zamanı dinləmə, oxuma, danışma və yazma bacarıqları ilə yanaşı, akademik yazı, ünsiyyət, məlumat mübadiləsi və təqdimat bacarıqları üzrə təlimlər keçirilib.
Kursu uğurla başa vuran gənclərin sertifikatlarla təltif edilməsi məqsədilə AMEA-nın Mərkəzi Kitabxanasında xüsusi mərasim təşkil edilib.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Salman Hacı və ingilis dili üzrə proqram koordinatoru Səbinə Abdullayeva, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov, AMEA-nın Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva və şöbənin əməkdaşları iştirak ediblər.
Tədbir Rüstəm Rüstəmovun moderatorluğu ilə həyata keçirilib. O, giriş sözü ilə çıxış edərək 6 ay davam edən kursla əlaqəli ətraflı məlumat verib və iştirakçıları kursun nəticələri ilə tanış edib. Bildirib ki, kurslarda iştirak üçün müsabiqəyə tədqim edilmiş 160-dan çox ərizə amerikalı təlimçi tərəfindən qiymətləndirilib və bütün elm sahələrini əhatə edən 90 gənc bu proqrama qəbul edilib.
Akademik Arif Həşimov ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilmiş bu layihənin əhəmiyyətini və onun gənclər üçün açdığı perspektivləri vurğulayıb. O, dil biliklərinin, xüsusilə ingilis dili biliklərinin beynəlxalq elm aləminə inteqrasiyada müstəsna yer tutduğunu bildirib, belə proqramların davam etdirilməsini təklif edib. Arif Həşimov Azərbaycan gənclərinin beynəlxalq səviyyədə inkişafı üçün dövlət tərəfindən mühüm tədbirlərin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Salman Hacı və Səbinə Abdullayeva layihənin həyata keçirilməsində əməkdaşlığına görə AMEA rəhbərliyinə və layihənin hazırlanmasına görə R. Rüstəmov və E. Əlirzayevaya təşəkkürlərini bildiriblər. Qeyd edilib ki, Azərbaycan elmi ictimaiyyətinin əlaqələrinin genişləndirilməsi üçün belə proqramlar böyük əhəmiyyətə malikdir və onların davam etdirilməsi məqsədəuyğundur.
E. Əlirzayeva kurs iştirakçılarını nümayiş etdirdikləri yüksək nəticələrə görə təbrik edib. Onlara bu layihə çərçivəsində qazandıqları bilikləri həmkarları ilə bölüşməyi təklif edib. Həmçinin gənc tədqiqatçıların beynəlxalq layihələrə qoşulmasını və təqaüd proqramlarında iştirakını təşviq edib.
Kurs iştirakçıları proqramla əlaqəli müsbət fikirlərini bildirib, onun davam etdirilməsini təklif ediblər.
Sonda kursu uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.
Qeyd edək ki, kurs iştirakçılarından bəziləri artıq bu layihə çərçivəsində qazandıqları dil bacarıqlarından istifadə edərək müxtəlif beynəlxalq təlimlərə qatılıb və ya xaricdə qısamüddətli tədqiqatlar aparıb.
www.science.gov.az



22.05.2023

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ FİZİKA ÜZRƏ İLK MÜXBİR ÜZVÜ SƏLİMƏ MEHDİYEVA İLƏ MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının fizika üzrə ilk müxbir üzvü Səlimə Mehdiyeva: “Xalkogenid şüşəvari yarımkeçiricilərin özünəməxsus xüsusiyyətləri onlardan mülki və hərbi sənayenin müxtəlif sahəsələrində tətbiqetməyə imkan yaradır”
Fizika sahəsini niyə seçdiniz? Bu sahədə Sizi cəlb edən nə oldu?
Əslində fizikanı seçməyimin səbəbi mənim orta məktəb müəllimim olmuş Əlisəftər müəllimin sayəsində olub. O, fizika dərslərini o qədər maraqlı təcrübələr nümayiş etdirməklə aparırdı ki, mən də orta məktəbdə bu fənnə çox böyük həvəs və sevgi yarandı.
Tədqiqatçı alimin funksiyaları nədən ibarətdir?
Tədqiqatçı alimin əsas funksiyası seçdiyi sahəni yaxşı bilməsi, qarşısına qoyduğu məsələni dəqiqləşdirməsi(konkret elmi məqsəd), ekspermentləri xətasız aparması, alınan elmi nəticələri müasir təsəvvürlərə əsaslanaraq izah etməsi, elmi nəticələrin tətbiq sahələrini müəyyənləşdirməsidir.
Yaxşı tədqiqatçı alim olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?
Yaxşı tədqiqatçı alim olmaq üçün ekspermentləri apararkən diqqətli olmaq işə böyük məsuliyyətlə yanaşmaq, çalışdığı elm sahəsindəki elmi ədəbiyyatı mütəmadi izləmək və müntəzəm olaraq məşğul olduğu istiqamətlə bağlı mərkəzlərlə elmi nəticələrin təcrübə mübadiləsi aparmaq, konfranslarda iştirak etmək.
İşinizdə qarşılaşdığınız ən çətin problem və onun öhdəsindən necə gəlmisiniz?
İşimizdə qarşılaşdığımız ən çətin və həlli bizdən asılı olmayan problem müasir səviyyədə eksperiment aparmaq üçün avadanlığın olmaması, kimyəvi reaktivlərin əldə edilməsində olan çətinliklər olub, qismən də olsa, öhdəsindən gəlməyə çalışmışıq.
Elmi fəaliyyətiniz haqqında qısa məlumat verin.
Mənim elmi fəaliyyətim selen və onun əsasında şüşəvari xalkogenid yarımkeçiricilərdə lokal quruluş və elektron proseslərinin öyrənilməsi məsələləri ilə bağlıdır. Xalkogenid şüşəvari yarımkeçiricilərin (XŞY) şüalanma spektrinin geniş infraqırmızı oblastda yüksək şəffaflığa, yüksək qeyri-xətti optik xüsusiyyətlərə, aşağı enerjili fononlara, atmosferin rütubətliyinə qarşı stabil parametrlərə malik olması, onların mülki və hərbi sənayenin müxtəlif sahəsində tətbiq imkanlarının yaranmasına səbəb olur. Bu materiallardan gecəgörmə cihazları, istilik müşahidə kameraları, gücləndiricilər, kimyəvi sensorlar kimi qurğularda istifadə etmək imkanları mövcuddur. XŞY-dan yaddaş elementləri kimi də istifadə olunur. Bunlar əsasında hazırlanan yaddaş elementləri məlumatların saxlanması və tutumu, faza keçidinin sürətliliyi, enerji səmərəliliyi və s. xüsusiyyətləri ilə onlar əsasında hazırlanan elektrik yaddaş elementlərlə müqayisədə daha üstün keyfiyyətə malikdir. XŞY-larda amorf faza halından polikristal hala keçmə və eləcə də, təkrar bərpa olunan əks faza keçidinin olması, onlardan təkrar informasiya yazılması və pozulması imkanlarına malik CD və DVD disklərin hazırlanmasına imkan verir. XŞY-nın tətbiq oblastlarının genişləndirilməsi və onlar əsasında hazırlanan parametrlərin yaxşılaşdırılması kimi problemlərin həlli bu tip maddələrin alınması onların lokal quruluşunun və fiziki xassələrinin kompleks tədqiqi ilə həyata keçirilə bilər, belə tədqiqatlar, həmçinin, onlarda baş verən elektron optik və digər fiziki proseslərin mexanizmləri haqqında informasiya almağa imkan verər.
Alimlik səviyyəsinə qalxmaq üçün hansı çətinliklərdən keçmisiniz?
Mən Fizika İnstitutunda əmək fəaliyyətinə 1963-cü ildə aspirant kimi başlamışam. Çətinliklərimiz olub, lakin, bu çətinliklər avadanlığın olmamasıilə bağlı olmayıb, eksperimentin aparılması ilə əlaqəli işdə çətinliklər olub. (Eksperimentlərin aparılmasında həmişə gözlənilməyən hallara rast gəlinir ki, onları bəzən aradan qaldırmaqda insan çətinlik çəkir.
Nədən motivasiya alırsınız?
Hər bir alim öz sənətini, elm sahəsini sevirsə, bu onun üçün motivasiya olur.
Elmi fəaliyyətinizdə və ya işinizdə qarşılaşdığınız uğursuzluq və bundan necə dərs almısınız?
İşimdə uğursuzluqla bağlı elə bir hadisə olmayıb ki, ondan da dərs çıxarım. Bəzi kiçik hadisələr olub ki, onların da həlli elə də çətin olmayıb.
Sizin işinizdə ən çətin olan nədir?
Düzgün və səviyyəli təcrübə apararaq müasir elmi ədəbiyyatı müntəzəm izləmək öz sahəmdə olan tədqiqatlardan xəbərdar olmaq.
Tədqiqatçı alim kimi ən böyük nailiyyətiniz nədir?
Ən böyük nailiyyətim Fizika İnstitutunda uzun illər çalışaraq kollektivin hörmətini qazamaqdır.
Öz sahənizdəki ən son yeniliklər haqqında necə məlumat alırsınız?
Dünya elmi ədəbiyyatını izləməklə, təəssüf ki, tanınmış elmi mərkəzlərlə mübadilə apara bilmirik, çünki, bunun üçün həmin mərkəzlərə getmək lazımdır. Son zamanlar onlayn əlaqə saxlayırıq.
Hansı tədqiqat sahələrini genişləndirmək istərdiniz?
Fundamental işlərlə yanaşı, daha çox praktika üçün əhəmiyyətli olan işlərin həcmini genişləndirmək istərdim.
Hansı xüsusiyyət sizi alim kimi ideal edir?
Mən özümü ideal alim hesab etmirəm, ümumiyyətlə, həyatda ideal şey yoxdur.
Yetişdirdiyiniz kadrlar?( fəlsəfə və elmlər doktorları neçə nəfər)
14 nəfər fizika üzrə fəlsəfə doktoru hazırlamışam. 1 doktorluq işin məsləhətçisi olmuşam.
Onlardan razısınızmı?
Hamısından da razıyam.
Necə düşünürsünüz dünyaya kömək etmək üçün tədqiqatçı alimin edə biləcəyi ən vacib şey nədir?
Dünyanı deyə bilmərəm respublikamızın elminə kömək etmək üçün edəcəyim ən vacib şey elmi tədqiqatları müasir səviyyədə aparmaq, elmi ədəbiyyatı izləmək, praktikada istifadə baxımından məqsədyönlü tədqiqatlar aparmaq.
Səlimə xanım, qeyd etdiniz ki, uzun müddətdir ki, Fizika İnstitutunda fəaliyyət göstərirsiniz. Bir az İnstitutun daxili məsələrindən, illik hesabatlardan söhbət edək. Bilirik ki, Siz hesabatların hazırlanmasında yaxından iştirak edirsiniz. Bu haqda Sizə bir neçə sual vermək istəyirəm.
Hesabatları hazırlayarkən hansı çətinliklərlə qarşılaşırsınız?
Hesabatı hazırlamağa məsul olan alimlər çox vaxt hesabatın məzmunu haqda məlumatları çox diqqətlə, İnstitutun tədqiqat planlarına uyğun, müdiriyyətin tələbləri səviyyəsində tərtib etmədiklərindən çətinliklər yaranır.
Əməkdaşların komanda işlərinə münasibətləri necədir?
Nəzəri işləri demirəm, təcrübələr komanda şəklində aparılmalıdır, əməkdaşların buna münasibəti normaldır. Çünki bir tədqiqatçı texnologiya ilə məşğul olur, maddə alır, digəri xassələri ölçür və s.
Hesabatların keyfiyyətinə münasibətiniz.
Tək-tək laboratoriyaların hesabat tərtibatında qüsurlar olur, lakin, sonda İnstitutun hesabatı keyfiyyətcə qənaətbəxş olur.
Cari il ərzində İnstitutda neçə məqalə dərc olunub?
Cari ildə çap olunan məqalələr -355
Onlardan neçəsi xarici və yerli jurnallardadır?
Xarici jurnallarda -185, yerli jurnallarda-170
İlboyu əməkdaşların məqaləsinə neçə istinad olunub?
Məqalələrə 3345 istinad olub. (Bu siyahı davam edir).
Cari il ərzində neçə mühüm nəticə əldə olunub?
22 mühüm nəticə əldə olunub.
Neçə tətbiq işi və neçə patent əldə olunub?
7 tətbiq, 1 patent işi əldə olunub.
İnstititun ötən illərdəki fəaliyyətini bu ilki fəaliyyəti ilə müqayisə etsəniz, necə qiymətləndirərsiniz?
Keçən ildəki fəaliyyəti müqayisə edəndə yaxşılığa doğru xeyli fərq hiss olunur.
Cari il ərzində əməkdaşların beynəlxalq konfrans, simpozium və seminarlarda iştirakı haqqında danışın.
153 konfrans və simpoziumda iştirak olunub. Onun 75-i xaricdə olub.
Sizcə, İnstitutda alınan nəticələrin tətbiqi hansı səviyyədədir?
Orta səviyyədə.
Hesabatların keçirilməsi haqqında fikriniz.
Mənə elə gəlir ki, hesabatların bir neçə mərhələdə keçirilməsinə ehtiyac yoxdur.
Ölkə xaricində İnstituta münasibət necədir?
Ölkə xaricində İnstituta münasibəti yaxşı hesab etmək olar, belə ki, tanınmış elmi mərkəzlərlə əlaqələrimiz lazımi səviyyədədir.
Nəticələrin kommersiyalaşmasına münasibət.
Kommersiya haqqında fikrim yoxdur.
Nəticələrin ictimailəşməsi üçün təklifləriniz.
Nəticələrin ictimailəşməsi üçün alimlərimiz elmi-kütləvi məqalələr, çıxışlarla elmimizi təbliğ etməli ictimaiyyətin onların işlərindən xəbəri olması istiqamətində fəaliyyət göstərməlidirlər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə keçidlə bağlı İnstitutun fəaliyyətinin təqdim olunma platformasının yeniləşməsinə təklifiniz.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə keçidlə bağlı heç bir təklif verə bilmirəm, çünki bu sahədə dövlətin mövqeyindən xəbərsizəm (yeni nizamnamə, struktur və s.).
Məryəm Rafaelqızı, Baş mütəxəssis
ARETN Fizika İnstitutu
Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsi



22.05.2023

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ FİZİKA İNSTİTUTU AŞAĞIDAKI GÖSTƏRİLƏN VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ
E L A N     E D İ R:
... Oxumaq üçün daxil olun



22.05.2023

İNSTİTUTUN HƏMKARLAR KOMİTƏSİNİN SƏDRİ AHİK-İN YUBİLEY DÖŞ NİŞANI İLƏ TƏLTİF OLUNUB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqı (AHİ) Rəyasət Heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcaraiyyə Komitəsinin qərarı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə 30 illik Yubiley döş nişanı və vəsiqə ilə təltif olunub.
“AHİK 30 il” döş nişanını S. Bağırovaya AMEA AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov təqdim edib.
Yubiley döş nişanı həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə həmkarlar ittifaqı işçiləri, həmkarlar ittifaqı hərəkatı fəalları, dövlət, ictimai xadimlər və beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəalları və başqaları təltif olunurlar.









25.04.2023

GƏNC ALİMLƏRİN "LOMONOSOV" II BEYNƏLXALQ MÜSABİQƏSİ Oxumaq üçün daxil olun

Hörmətli həmkarlar!
Sizi Gənc Alimlərin "LOMONOSOV" Beynəlxalq Müsabiqəsində iştirak etməyə dəvət edirik
İşlərin təqdim edilməsi üçün son tarix: 20 may 2023-cü il tarixinədək (daxil olmaqla)
Müsabiqədə iştirak üçün 5 səhifədən 10 səhifəyə qədər məqalələr qəbul edilir.
Bir məqalədə 4 nəfərdən çox müəllif olmamalıdır.
Hər bir iştirakçı-müəllif ÖDƏNİŞSİZ əldə edə bilər:
✓ Diplom (Nümunə) (Образец) (I, II və ya III dərəcə - redaksiya heyətinin və təşkilat komitəsinin qərarı ilə);
✓ Nəşr haqqında şəhadətnamə;
✓ Elektron toplusu;
✓ Rəhbərə minnətdarlıq;
✓ Müsabiqənin əsasnaməsi;
✓ Müsabiqə proqramı;
✓ Nəticələrin təsdiqi haqqında əmr.
Müsabiqənin nəticələrinə əsasən 5 gün ərzində məqalələr toplusu formalaşdırılır və müsabiqələr https://naukaip.ru/archivekonk/Arxiv bölməsində yerləşdirilir.
Məqalələrin tam mətnləri eLIBRARY -da yerləşdirilir.
Müsabiqə və iştirak şərtləri haqqında ətraflı məlumatı linkdən əldə etmək olar: https://naukaip.ru/lomonosov/
Təşkilat Komitəsinin ünvanı: konk@naukaip.ru
Müsabiqənin Təşkilat Komitəsi bu məlumatı bütün maraqlı tərəflər arasında yaydığınız üçün sizə minnətdar olacaq.



05.05.2023

İNSTİTUTDA ÖZBƏKİSTAN ELMLƏR AKADEMİYASININ VİTSE-PREZİDENTİ QONAQ OLUB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının “Görkəmli dövlət xadimi Heydər Əliyev: lider, zaman və müasirlik” mövzusunda keçirilmiş Xüsusi iclası çərçivəsində ölkəmizdə qonaq olan Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti Sirojiddin Mirzaev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ARETN) Fizika İnstitutunda qonaq olub. Qonağı AMEA-nın birinci vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Arif Həşimov qəbul edib. İlk olaraq S. Mirzaev bu elmi müəssisənin tarixini əks etdirən stendlərlə tanış olub. Akademik A. Həşimov qonağa İnsitutun tarixi, tanınmış alimləri, fəaliyyət istiqamətləri və s. haqqında məlumat verib.
Daha sonra S. Mirzaev “Yüksək gərginliklər fizikası və texnikası”, “Nanomaterialların tətbiqi texnologiyaları” laboratoriyalarında olub.
Laboratoriya rəhbərləri fizika elmləri doktoru, dosent Təranə Nurubəyli və fizika üzrə fəlsəfə doktoru Nahidə Musayeva burada quraşdırılan cihazlar, aparılan tədiqatlar, əldə olunan ən son elmi nailiyyətlər haqqında qonağa ətraflı məlumat veriblər.



11.04.2023

İLİN GƏNC ALİMİ FRANSADA EZAMİYYƏTDƏ OLUB

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı, Azərbaycan-Fransız Universitetinin müəllimi, fizika üzrə fəlsəfə doktoru, “İlin gənc alimi” seçilmiş Behbud İbrahimov Fransanın Strasburq Universitetində elmi ezamiyyətdə olub.
Bir ay davam etmiş ezamiyyət çərçivəsində gənc alim Strasburq Universitetinin professoru Phillipe Turekin rəhbərlik etdiyi “Pomam” laboratoriyasında aşağı ölçülü sistemlərin bəzi xassələrinin öyrənilməsi məqsədi ilə elmi-tədqiqat işi aparıb, aldığı elmi nəticələri həmkarları ilə müzakirə edib. B. İbrahimov ezamiyyət müddətində Universitetin bir neçə laboratoriyası ilə tanış olub, müxtəlif cihazların işləmə prinsipi haqqında məlumatlar əldə edib.



11.04.2023

İNSTİTUTDA BAKI DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İSTEHSALAT TƏCRÜBƏ KEÇİRLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) “Fiziki elektronika” kafedrasının dördüncü kurs tələbələri İnstitutun “Yüksək gərginliklərin fizikası və texnikası” laboratoriyasında istehsalat təcrübəsi keçəcəklər. Tələbələrə həmin laboratoriyanın rəhbəri, fizika üzrə elmlər doktoru Təranə Nurubəyli rəhbərlik edəcək. Tələbələr burada laboratoriyanın elmi araşdırmalarda istifadə etdiyi metodikanın iş prinsipləri, aparılan elmi tədqiqatların istiqamətləri və elmi nəticələr haqqında məlumat əldə edəcəklər. Bir aylıq təcrübə müddətində onlar iş prosesində yaxından iştirak etmək, həmçinin, öz dissertasiya işlərinə uyğun tədqiqatlar aparmaq fürsəti qazanacaqlar.
Tələbələrə BDU tərəfindən “Fiziki elektronika” kafedrasında laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Şəmsəddin Allahverdiyev rəhbərlik edəcək.



30.01.2023

"SPEKTROSKOPİK ELLİPSOMETRİYA" LABORATORİYASININ QAZAXISTAN RESPUBLİKASI K. JUBANOV ADINA AKTOBE REGİONAL UNİVERSİTETİ İLƏ ƏMƏKDAŞLIĞI


Qazaxıstan Respublikası K. Jubanov adına Aktobe Regional Universitetinin 3-cü kurs doktorantı Aynir Duisenova Fizika İnstitutunun "Spektroskopik Ellipsometriya" laboratoriyasının aparıcı elmi işçisi f.ü.f.d. N.A. İsmayılovanın rəhbərliyi altında "Fullerоnаbənzər materiallar
əsasında elektron nanoqurğularda elektron keçid xüsusiyyətlərinin tədqiqi" mövzusu üzrə dissertasiya işinin tamamlanması məqsədi ilə Fizika İnstitutunda ezamiyyətdədir.
Tədqiqatın əsas məqsədi, sıxlıq funksional nəzəriyyəsi çərçivəsində C12H12, C12F12, C18H12 və C18F12 prizmalarına əsaslanan bir elektronlu tranzistorun keçirici xassələrini tədqiq etməkdir. Prizmanların modelləşdirilməsi üçün Atomistix tool kit proqram təminatı istifadə edilmiş, hər bir prizman molekulunun optimizasiyası mübadilə korelyasiya funksionalının Ümumiləşmiş Qradient Yaxınlaşmasından istifadə olunmaqla həyata keçirilmiş.
C12H12, C12F12, C18H12 və C18F12 molekullarının tam enerjisinin onların tam yükündən, tam enerjinin giriş gərginliyindən asılılıqları müəyyən edilmişdir. Ezamiyyət müddətində doktorant Fizika İnstitutunda aparılan tədqiqat işləri ilə yaxından tanış olmuşdur.