17.12.2024
İNSTİTUTUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsində Akademik Maqsud Əliyevin 100 illik yubileyinə həsr
olunmuş “Fizikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, AMEA, Fizika İnstitutu və
AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə keçirilib.
Gəncədə keçirilən beynəlxalq konfransa getməzdən bir gün əvvəl Fizika İnstitutunun əməkdaşları akademik Maqsud Əliyevin II-ci Fəxri xiyabanda məzarını ziyarət edib,
xatirəsini yad ediblər.
Gəncə şəhərində ilk olaraq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra AMEA-nın Gəncə bölməsində təşkil olunan sərgiyə baxış
keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının himni səslənib və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademik Maqsud Əliyevin həyat və
elmi fəaliyyətinə həsr olunan video çarx nümayiş olunub.
Konfransı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb. F.Əliyevin giriş sözündə akademik Maqsud Əliyevin Azərbaycan elminə böyük
töhfələr verməsindən, fizika sahəsində mühüm xidmətlərindən, elmi-təşkilati fəaliyyətindən, gənc alim və mütəxəssislərə göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
Tədbirdə çıxış edən AMEA-nın Akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov akademik Maqsud Əliyevin 1955-ci ildən etibarən akademik Həsən
Abdullayevin rəhbərliyi altında AMEA Fizika və Riyaziyyat İnstitutunda yarımkeçiricilər fizikası sahəsində elmi-tədqiqati fəaliyyətindən, 1961-ci ildən ömrünün sonunadək
Fizika İnstitutunda çalışmasından, müxtəlif univeristetlərdə, Yarımkeçiricilər fizikası kafedrasındakı pedaqoji fəaliyyətindən söhbət açıb və bildirib ki, M.Əliyev elmi
fəaliyyətinin uğurlu nəticəsi olaraq Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni, keçmiş
SSR Ali Sovetinin fəxri fərmanı, Vətən müharibəsi, Xalqlar dostluğu ordenləri, akademik Yusif Məmmədəliyev adına medal və mükafatına və s. layiq görülüb.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü İbrahimxan Kamilov akademik Maqsud Əliyevlə bağlı xatirələrini bölüşüb. Konfransın yüksək səviyyədə təşkilinə görə
təşkilatçılara minnətdarlığını bildirib.
AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva isə öz çıxışında akademik Maqsud Əliyevin elmi fəaliyyəti və həyat yolundan bəhs edib. Bildirib ki, əməkdar elm xadimi Maqsud
Əliyevin 350-dən artıq məqalənin, 30 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.
Konfransın Plenar iclasında Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Azərbaycan Dövlər Aqrar Universitetinin rektoru, texnika elmləri namizədi,
dosent Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru, biologiya elmləri namizədi, dosent Yaşar Ömərov və Gəncə Dövlət Universitetinin prorektoru,
iqtisad elmləri üzrə fəlsəfə doktoru Şahin Xurşudov çıxış ediblər.
Beynəlxalq elmi konfransda yerli və xarici alimlər fizika elminin inkişafı ilə bağlı məruzələrlə çıxış ediblər.
Konfransın davamı Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi Fizika İntitutunda olacaq.
12.12.2024
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNAN ANIM TƏDBİRİ KEÇİRİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş anım
tədbiri keçirilib.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, akademik Arif Həşimov Ümummilli Lider Heydər Əliyevin heyrətamiz çıxışlarından danışıb. Bildirib ki, o, hər zaman
qeyd edirdi ki, bir gün işğal altında olan torpaqları geri qaytaracağıq. Bütün bunlar onun uzaqgörən siyasətindən xəbər verdiyini qeyd edib.
Akademik Ulu Öndərin ikinci dəfə Azərbaycana hakimiyyətə qayıtmasından, Naxçıvandakı fəaliyyətindən, xalqın ona etimadından söhbət açıb. A.Həşimov Naxçıvanın blokadası
dövründə Heydər Əliyevin ustalıqla siyasi tədbirlər görməsindən, özünü müdafiə qüvvələrinin yaratmasından bəhs edib. İlk dəfə Azərbaycan bayrağının Ulu Öndərin uğurlu
siyasəti nəticəsində Naxçıvanda dalğalandığını bildirib.
A.Həşimov Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin respublikanın yenidən qurulması, iqtisadiyyatın dirçəldilməsi istiqamətində gördüyü
işlərdən, “Əsrin müqaviləsi”ndən bəhs edib. Bütün bunların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti,
müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunduğunu vurğulayıb.
O, Ümummilli lider Heydər Əliyevin Fizika İnstitutuna ziyarətlərindən də söhbət açıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Hüseynov, fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Həmkarlar Komitəsinin sədri Sitarə Bağırova
və YAP-ın fəal üzvi, elmi işçi Bayram Xudayarov, elmi işçi Lalə Əliyeva Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.
Sonda A.Həşimov qeyd edib ki, İnstitutdakı Ulu Öndər Heydər Əliyevə həsr olunan muzeydə mətbuatda dərc olunan yeni məqalələr yerləşdirilib.
28.11.2024
FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İLLİK HESABATA HƏSR OLUNAN İCLASI KEÇİRİLİB
Fizika İnstitutunda Elmi şuranın illik hesabatına həsr olunan iclası keçirilib. İclası İnstitutun baş direktoru,
akademik Arif Həşimov açaraq qeyd edib ki, 2024-cü ildə Fizika institutunun əməkdaşları səmərəli elmi fəaliyyət göstərib, müəssisənin profil istiqamətləri üzrə
araşdırmalar aparıb və elmi-tədqiqat planında nəzərdə tutulan bütün işləri yerinə yetiriblər. A. Həşimov bildirilib ki, cari ildə İnstitutda beynəlxalq elmi əlaqələrin
genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb, elmin
inkişafı üçün mühüm tədbirlər həyata keçirilib.
Daha sonra İnstitutun Ümumi sektorunun rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Nadir Abdullayevin hesabat məruzəsi dinlənilib. N. Abdullayev çıxışında bildirib ki,
cari ildə sektor əməkdaşlarının 72 məqaləsi (respublika 32, xarici 40) çap olunub. O, 34 məqalənin impakt faktorlu jurnalda çap olunduğunu qeyd edib. Bildirib ki,
hesabat ilində rəhbərlik etdiyi sektorun əməkdaşları 85 konfransda iştirak ediblər. Onlardan 31-i respublika, 54-ü isə beynəlxalq konfrans olub. Sektorda 18 mərhələ
üzrə iş aparılıb. Hesabat ilində Ümumi sektorda əməkdaşların məqalələrinə 496 istinad, 3 kitab çap, 1 patent əldə olunduğu bildirilib.
Hesabat iclası İnnovasiya sektorunun rəhbəri fizika-riyaziyyat elmləri doktoru Şıxəmir Eminovun çıxışı ilə davam edib. Ş.Eminov hesabat ilində sektorda 118 məqalənin
çap olunduğunu bildirib. Qeyd edib ki, onlardan 38-i respublikada, 80-i xaricdə dərc olunub. Ş.Eminov rəhbərlik etdiyi sektorda 78 elmi işin impakt faktorlu jurnalda
çap olunduğunu vurğulayıb. Hesabat ilində əməkdaşların məqalələrinə 1595 istinad olunub. O, cari ildə 46 tezisin (respublikada 15, xaricdə 31) dərc olunduğunu bildirib.
Sektorda 1 patent, 2 kitab, 3 qrant var.
Fənnlərarası sektorun rəhbəri, akademik Cavad Abdinov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, hesabat ilində sektorun əməkdaşları 67 məqalə çap ediblər.
Xarici jurnallarda 45, Respublikada 22 məqalə dərc olunub. Qeyd edib ki, 38 məqalə impakt faktorlu jurnalda çap olunub. Sektorun əməkdaşlarının 29 konfransda
(15 respublika, 14 beynəlxalq ) iştirak etdiyi vurğulanıb. O, rəhbərlik etdiyi sektorda elmi işçilərin məqalələrinə 309 istinad olunduğunu, h-indeks sayının
103 olduğunu bildirib. Hesabat ilində sektorda hesabat ilində 8 mərhələ üzrə iş aparılıb. Akademik qrant sayının 1 olduğunu bildirib.
Sonda şöbələrin hesabatı dinlənilib. Sektor və şöbələr üzrə hesabatlar qəbul olunub.
20.11.2024
FİZİKA İNSTİTUTUNDA MİSİRLİ ALİMLƏR QONAQ OLUBLAR
Fizika İnstitutunda Misirin Elmi Tədqiqatlar və Texnologiya Akademiyasının prezidenti, professor Gina El-Feky və
vitse-prezidenti, professor Tamer Hamovda qonaq olublar. Qonaqlar İnstitutun baş direktoru, akademik Arif Həşimovla görüşüblər. Görüşdə icraçı direktor, professor
Hüseyn İbrahimov, elmi katib, fizika üzrə fəlsəfə doktoru Afət Kərimova, Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm
Rüstəmov iştirak ediblər.
Görüş çərçivəsində tərəflər təmsil etdikləri qurumların fəaliyyəti məlumat veriblər. Qarşılıqlı tədqiqatların aparılması, layihələrin icrası və digər mövzularda fikir
mübadiləsi aparıb. Prof. Gina El-Feky Fizika İnstitutu ilə rəhbərlik etdiyi qurum arasında səmərəli əməkdaşlığın qurulması istiqamətində maraqlı olduğunu vurğulayıb.
Akademik Arif Həşimov da qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
31.10.2024
FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun baş direktoru, akademik
Arif Həşimov açıb. İlk olaraq gündəlikdə duran məsələlər müzakirə olunub.
Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmovun Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) səfəri haqqında
hesabatı dinlənilib. O, səfər çərçivəsində təşkil olunan görüşlərdən, aparılan müzakirələrdən söhbət açıb. R.Rüstəmov BNTİ ilə əlaqələrin möhkəmlənməsi istiqamətdə 5
illik strategiya və yol xəritəsinin hazırlanmasının mühüm addımlardan olduğunu bildirib. Qeyd edib ki, o, səfər çərçivəsində Dubna Universitetini ziyarət edib.
R.Rüstəmov Universitetin zəngin potensialından, oradakı təhsilin Qərb sisteminə uyğunlaşdığından və gələcəkdə tələbə mübadiləsinin mümkünlüyündən danışıb. Məruzəçi
BNTI-də Azərbaycan Milli Qrupu ilə görüşdüyünü və ətraflı fikir mübadiləsi aparıldığını bildirib.
Daha sonra “Nanomaterialların tətbiqi texnologiyaları” laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru Nahidə Musayeva Naxçıvan Dövlət Universitetində təşkil
olunan vebinar haqqında hesabat verib. Bildirib ki, o, müəllim və tələbə heyətinə nanomateriallar nədir?, onların tədqiqat üsulları, nanomaterialların alınma
texnologiyaları haqqında, rəhbərlik etdiyi laboratoriyada əldə olunan mühüm nəticələr haqqında məruzə edib.
Fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov da NDU-da seminarda məruzə ilə çıxış etdiyini qeyd edib.
Sonda cari məsələlər müzakirə olunub.
27.09.2024
FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə İnstitutun baş direktoru, akademik
Arif Həşimov açıb. İlk olaraq gündəlikdə duran məsələlər müzakirə olunub. 2024\2025-ci il tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə əyani doktoranturaya və elmlər
doktoru hazırlığı üzrə dissertanturaya qəbul olan namizədlər Elmi Şura üzvlərinə təqdim olunublar. Yeni qəbul olunan doktorantların elmi rəhbərləri təsdiqlənib.
17.09.2024
FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İlk olaraq gündəlikdə duran məsələlər müzakirə olunub. İclası
giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O bildirib ki, laboratoriyalarla tərtib olunmuş qrafik əsasında görüş təşkil olunacaq. A.Həşimov
məqsədin laboratoriyalardakı şərait və əməkdaşlarla birbaşa təmas qurmaq olduğunu qeyd edib.
Daha sonra A.Həşimov Fizika İnstitutunun kollektivi adından “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasının aparıcı elmi işçisi Kamil Nuriyevi 85 illik
yubileyi münasibəti ilə təbrik edib, ona şəxsi və elmi işlərində uğurlar arzulayıb.
İclasda Amerikanın “Fullbright” proqramının qalibi fizika üzrə elmlər doktoru Elçin Qurbanov çıxış edib. Bildirib ki, 2023-cü ildə “Fullbright” proqramına layihə
təqdim edib və qalib olub. Yay aylarında üç ay ərzində Prinston Universitetində tədqiqatlar apardığını bildirib. E.Qurbanov Prinston Universitetinin baş elmi işçisi
Maykl Şneydrin İnstitutun baş direktoru, akademik Arif Həşimova məktub göndərdiyini qeyd edib. M.Şneydrin müvafiq istiqamətdə birgə elmi fəaliyyətin davam etdirilməsinin
tərəfdarı olduğunu vurğulayıb. Elmi Şura əməkdaşlığın vacib olduğu haqqında qərar qəbul edib.
Rüstəm Rüstəmov İstanbul Teknik Universitetinin kimya üzrə doktorluq proqramı doktorantı Selin Gürükçünün Fizika İnstitutunda 3 aylıq təcrübə keçməsi üçün rəsmi məktubla
müraciət etməsi haqda Elmi Şura üzvlərini məlumatlandırıb. O qeyd edib ki, bənzər fəaliyyətlər elmi caminin, xüsusilə qardaş Türkiyə ilə elmi əmkdaşlığın
genişləndirilməsinə müsbət təsir edər. Elmi Şura müraciətə müsbət qərar verib.
Əli Məmmədov gündəlikdə duran məsələlərdən biri olan Rusiya Federasiyasının Yüksək Texnologiyalar və Pyezotexnika İnstitutu ilə Fizika İnstitutu arasında əməkdaşlıq
haqqında qarşılıqlı razılıq əldə edilməsi haqqındada məlumatı nəzərə çatdırıb və münasibətlərin rəsmiləşdirilməsi üçün Anlaşma Memorandumun imzalanmasının məqsədyönlü
olduğunu təklif edib. Elmi Şura məsələyə müsbət yanaşaraq müvafiq addımların atılmasını tövsiyyə edib.
Sonda Elmi Şurada cari məsələlər müzakirə olunub.
12.07.2024
FİZİKA İNSTİTUTUNDA SEMİNAR KEÇİRİLİB
Fizika İnstitutunda “COP29 Platforması. Coğrafi məlumat sistemi mühiti iqlim dəyişikliklərində” mövzusunda seminar
keçirilib. Məruzəçi İnstitutun Elmi innovasiyalar və xarici əlaqələr” şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov olub. R.Rüstəmov ilk olaraq
mövzunun aktuallığından danışaraq bugünlərdə keçiriləcək COP29 tədbirindən söhbət açıb. Bildirib ki, COP29 Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi vacib
beynəlxalq tədbirlərdən biridir. O, burada toxunalacaq vacib məqamın bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olan iqlim dəyişikliyi ilə bağlı çağırışların
olduğunu vurğulayıb.
R. Rüstəmov məruzəsində Yerin kosmosdan öyrənilməsi və onun tətbiq sahələri məsələlərinə toxunub. O, iqlim dəyişmələrində peyk məlumatlarından istifadə və onların emal
prosesindən danışıb. Məsafədən duyma və coğrafi məlumat sistemlərinin təbiət proseslərin öyrənilməsində tutduğu əlamətdar yer təqdimatın əsas mövzusu olub.
Sonda suallar cavablandırılıb.
28.06.2024
FİZİKA İNSTİTUTUNDA BELARUS ALİMLƏR QONAQ OLUBLAR
Fizika İnstitutunda Belarus Respublikasının Belarus İnformatika və Radioelektronika Dövlət Universitetinin elmi işlər
üzrə prorektoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Viktor Stempitski və Gənc Tədqiqatçılar laboratoriyasının rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Mariya Baranava qonaq olublar. Görüşün məqsədi müştərək aparılan “Yaddaş elementləri və oxuma başlıqları üçün CoGaxFe2-x04 və
(CulnSe2)1-x(MeSe)x (Me=Mn, Fe, Co) maqnit nanohissəcikləri olan kompozitlər əsasında nəhəng maqnit müqavimətinə malik yeni
materialların hazırlanması” layihəsi çərçivəsində əldə olunan nəticələri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək olub. Qonaqlar ilk olaraq İnstitutun baş
direktoru, akademik Arif Həşimovla görüşüblər. Tərəflər təmsil etdikləri qurumların beynəlxalq əlaqələri, aparılan tədqiqatlar nəticəsində əldə olunan ən son nəticələr
haqqında qarşılıqlı məlumat veriblər. Müzakirə əsasında Fizika institutu ilə Belarus İnformatika və Radioelektronika Dövlət Universiteti arasında Analaşılma
memorandumunun imzalanması üzrə razılıq əldə edilib. Qonaqlar Fizika İnstitutunun tarixini əks etdirən stendlərlə tanış olublar. Daha sonra Fizika İnstitutunun
əməkdaşlarının iştirakı ilə Azərbaycan Texniki Universitetində seminar təşkil olunub. Seminarda Viktor Stempitski “Mikroelektronika və sensorların baza elementlərinin
layihələndirilməsi və istehsalının perspektiv istiqamətləri” mövzulu məruzə ilə çıxış edib.
20.06.2024
İNSTİTUT ƏMƏKDAŞLARININ QUBA VƏ QUSAR RAYONLARINA TURİST SƏFƏRİ
İyunun 15-17-də Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə İnstitutun əməkdaşlarının Quba və Qusar
rayonuna turist səfəri təşkil olunub. 55 nəfər əməkdaşın iştirak etdiyi səfər 2 gecə, 3 gün davam edib. Onlar Qubanın "Qəçrəş" və "Rancho" Qusar istirahət mərkəzlərində
qonaq olublar. Kollektivizimizin üzvlərinin səmərəli istirahətini təşkil etdikləri üçün məsul şəxslərə, xüsusilə, Qusarın "İlk INN" hotelinin rəhbərliyinə
minnətdarlığımızı bildiririk.
07.06.2024
NAXÇIVANDA KONFRANS KEÇİRİLİR
NDU TV “Fizikanın aktual problemləri” mövzusunda elmi praktiki konfrans keçirilib

Fizika İnstitutu və Naxçıvam Dövlət Universitetinin (NDU) təşkilatçılığı ilə Naxçıvanda “Fizikanın aktual problemləri”
mövzusunda beynəlxalq konfrans keçirilir. Elmi–praktiki konfransın mövzusu Naxçıvan Muxtar Respublikasının 100 illiyi və İnstitutun alimlərinin yubileyinə həsr olunub.
Üç gün davam edəcək tədbirin açılış mərasimində İnstitutun baş direktoru, akademik Arif Həşimov və NDU-nun rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev çıxış
ediblər. Çıxışda Naxçıvanın tarixindən, onun davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərindən söhbət açılıb.
Açılış mərasiminə online formatda Türkiyədən, Meksikadan, Rusiyadan və Danimarkadan alimlər qoşulublar. Qonaqlar konfrans iştirakçılarını salamlayıb və onlara uğurlar
arzulayıblar. Daha sonra məruzələr dinlənilib.
06.06.2024
FİZİKA İNSTİTUTU İLƏ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ ARASINDA MEMORANDUM İMZALANIB
Fizika İnstitutu ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumda fizika və texniki elm sahələrinin qarşılıqlı maraq doğuran istiqamətlərində innovativ elmi-tedqiqat və kadr hazırlığına peşəkar dəstəyin göstərilməsi,
NDU tələbə-müəllim, magistr və doktorantlarının tədqiqat aparmaq məqsədilə Fizika İnstitutuna ezam olunması, fizikanın aktual məsələ və problemlərinin həllinə dair
birgə tədqiqatların aparılması kimi məsələlər nəzərdə tutulub.
15.05.2024
FİZİKA İNSTİTUTU DÜNYANIN NÜFUZLU UNİVERSİTET VƏ MƏRKƏZLƏRİ SIRASINDA YER ALIB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu dünyanın ən nüfuzlu universitetləri və elmi
mərkəzlərinin reytinq cədvəlində 1656-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, bu günlərdə Dünyanın 20966 universitetləri və elmi mərkəzlərinin müxtəlif meyarlar üzrə 2000-i seçilib. Araşdırma Dünya Universitet Sıralamaları Mərkəzi
(Center for World University Rangings, CWUR) tərəfindən aparılıb.
Qeyd edək ki, reytinq cədvəlində Azərbaycandan yalnız ETN-nin Fizika institutunun adı var.
Mənbə: https://cwur.org/2024.php
08.05.2024
FİZİKA İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB
Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunan anım tədbiri keçirilib. Tədbiri giriş sözü
ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O bildirib ki, Ulu Öndərin siyasi fəaliyyətində Azərbaycan elmi, o cümlədən fizika elmi istiqaməti mühüm yer
tutub. Daha sonra Ulu Öndər Heydər Əliyev xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Akademik Arif Həşimov Ümummilli Lider Heydər Əliyevin uzaq görənliyindən, gördüyü işlərin bugünki dövrdəki yüksək nəticələrindən bəhs edib. Bildirib ki, Ulu Öndər hələ
Sovet hakimiyyəti illərində fədakarlıqla Azərbaycan xalqı üçün böyük işlər görüb.
O bildirib ki, Ümummilli Lider Heydər Fizika İnstititunu ziyarət edib. A.Həşimov bu gəlişin İnstitut üçün əhəmiyyətliliyindən danışıb.
Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova qeyd edib ki, Heydər Əliyev Sovet İttifaqı dövründə fəaliyyət göstərdiyi vaxtlarda da
həmişə öz adı, vətəninin, millətinin gəlcəyi üçün çalışırdı. O, Heydər Əliyevin hakimiyyətə qayıdışından, Naxçıvandakı fəaliyyətindən, xalqın ona etimadından söhbət
açıb. Onun varisi Ali Baş Komandan İlham Əliyev bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirir.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Səlimə Mehdiyevanın çıxışı ilə davam edib. O, Ulu Öndərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi
yaşayacağını bildirib.
Tədbirdə laboratoriya rəhbəri, texnika üzrə elmlər doktoru Əli Məmmədov, Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvi, elmi işçi Bayram Xudayarov, YAP-ın ərazi üzrə
Partiya Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova çıxış ediblər. Natiqlər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına verdiyi misilsiz
töhfədən bəhs ediblər.
23.04.2024
FİZİKA İNSTİTUTUNDA M.V. LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ TƏCRÜBƏ KEÇİRLƏR
Fizika İnsitutunda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri istehsalat təcrübəsinə
başlayıblar. Fizika fakültəsinin III kurs tələbələri təcrübənin ilk günündə laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru İmaməddin Əmiraslanovun “Qeyri-mümkün
kristallar. Kvazikristallar nədir?” mövzusunda məruzəsini dinləyiblər. Məruzəçi ilk olaraq mövzunun aktuallığından, kristalların yaranma tarixindən bərk cisimlərin
xassələrindən danışıb. İ. Əmiraslanov kristalların strukturlarının öyrənilməsi, onların yaradılması üçün istifadə olunan texnologiyalardan, amorf və kristallik strukturlar
və onları fərqləndirən fiziki cəhətlərdən söhbət açıb. O, kristal və amorf halından fərqli kvazikristal halı haqqında da ətraflı məlumat verib. Penrose torları, Monotile
(Einstein) anlayışlarının kristalloqrafiya problemlərinin həllində əhəmiyyətini vurğulayıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
16.04.2024
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ FİZİKA İNSTİTUTU 2024-cü İL ÜÇÜN DOKTORANTURA VƏ
DİSSERTANTURAYA QƏBUL ELAN EDİR...
Oxumaq üçün daxil olun
18.03.2024
MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ

14.03.2024
AMEA-nın BİRİNCİ VİTSE-PREZİDENTİ V.İ.E., FİZİKA İNSTİTUTUNUN BAŞ DİREKTORU, AKADEMİK ARİF HƏŞİMOVA
Hörmətli Arif Müəllim!. Mənə ünvanlanan təbrikinizə, söylədiyiniz xoş sözlərə və arzulara görə Sizə və kollektivinizə
ürəkdən təşəkkür edirəm. Azərbaycanımızın daha da güclənməsi, gələcək tərəqqisi və çiçəklənməsi naminə Sizin əzmkar fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə, Akademik Akif Əlizadə
07.03.2024
FİZİKA İNSTİTUTUNDA 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD OLUNUB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə
tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına ünvaladığı təbriki tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra akademik Azərbaycan qadının cəmiyyətdəki rolundan danışıb. Bildirib ki, bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da
yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. A.Həşimov son araşdırmalara görə, elmi fəaliyyətlə məşğul olan qadınların sayına görə
Azərbaycanın birinci yerdə olduğunu vurğulayıb. O, 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban
Əliyevanın simasında bütün xanımları təbrik edib, onlara uzun ömür, cansağlığı arzu edib.
Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova qeyd edib ki, hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil
olunmasınlar. Bu isə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi güclü dövlət qadın
siyasətinin məntiqi nəticəsidir.
Tədbirdə akademik Cavad Abdinov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, İnstitutun Qadınlar Şurasının sədri Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri
doktoru Ayaz Bayramov, fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Kamil Qurbanov, Pakizə İsmayılova, Lalə Əliyeva çıxış ediblər. Natiqlər 8 Mart Beynəlxalq
Qadınlar Günü münasibəti ilə bütün qadınları, eyni zamanda xanım əməkdaşları təbrik ediblər, Azərbaycan qadının milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında oynadığı
roldan, qadının cəmiyyətdəki mövqeyindən və s. danışıblar.
Tədbirdə Fizika İnstitutun qadın əməkdaşlarının elmi fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.
12.02.2024
FİZİKA İNSTİTUTUNUN ELMİ ŞÜRASININ İCLASI KEÇİRİLDİ

12 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun Elmi Şürasının
iclası keçirildi. Elmi Şüranın əsas məsələlərindən biri Azərbaycan Elminin görkəmli nümayəndəsi, AMEA–nın və Beynəlxalq akademiyaların həqiqi üzvü, fizika-riyaziyyat
elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Milli Aviasiya Akademiyasının rektoru, yarımkeçiricilər fizikası və texnikası üzrə
görkəmli alim akademik Arif Mir Cəlal oğlu Paşayevin yubileyi ilə bağlı Elmi Sessiyaya həsr olunmuşdur. Tədbiri giriş sözü ilə İnstitutun Baş direktoru akademik
Arif Həşimov açıq elan elədi və cıxış üçün sözü AMEA –nın müxbir üzvü Səlimə xanım Mehdiyevaya verdi. Səlimə xanım öz çıxışında akademik Arif Paşayevin elmi-praktiki
fəaliyyətindən, yüksək vətəndaşlıq, vətənpərvərlik hisslərindən Azərbaycan Respublikası üçün əhəmiyyətli işlərindən , xüsusən Azərbaycanda aviasiya təhsilinin müasir
səviyyədə inkişafına əmək sərf etməsindən bəhs etdi. Tədbirdə akademik Arif Paşayevi yubiley münasibətilə təbrik etmək üçün Fizika İnstitutunun bir neçə əməkdaşı
çıxış elədi. Və, sessiyadan sonra akademik Arif Paşayevin yubileyinə həsr olunmuş sərgiyə baxış keçirildi.
|
11.12.2024
FİZİKA İNSTİTUTUNDA ELMİ VƏ ELMİ - TƏŞKİLATI FƏALİYYƏT HAQQINDA HESABAT İCLASI KEÇİRİLİB
Fizika İnstitutunda İnstitutun elmi və elmi təşkilati fəaliyyətinə həsr olunan hesabat iclası keçirilib. İclasda
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse prezidenti, Fizika-Riyaziyyat Texnika Elmləri (FRTEB) bölməsinin Elmi Şurasının sədri, akademik Rasim Əliquliyev
iştirak edib.
İclası İnstitutun baş direktoru, akademik Arif Həşimov açaraq qeyd edib ki, 2024-cü ildə Fizika institutunun əməkdaşları səmərəli elmi fəaliyyət göstərib, müəssisənin
profil istiqamətləri üzrə araşdırmalar aparıb və elmi-tədqiqat planında nəzərdə tutulan bütün işləri yerinə yetiriblər.
Hesabatı İnstitutun icarçı direktoru, professor Hüseyn İbrahimov təqdim edib. O, hesabat ilində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası
ilə əlaqədar görülmüş işlər haqqında məlumat verib.
H.İbrahimov 2024-cü ildə fundamental və tətbiq xarakterli elmi-tədqiqat işlərinin yerinə yetirilməsində 5 akademik, 3 müxbir üzv, 53 elmlər doktoru, 135 fəlsəfə
doktoru, 302 elmi işçi, o cümlədən 12 doktorant və 48 (8 fəlsəfə doktoru, 40 elmlər doktoru) dissertant iştirak etdiyini bildirib. Qeyd edib ki, elmi-tədqiqat işləri
3 istiqamətdə (Kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki-texniki əsasları; nüvə fizikası və yüksək enerjilər fizikası;, energetikanın fiziki- texniki problemləri) aparılıb. Hesabat ilində İnstitutun əməkdaşları tərəfindən 47 mühüm nəticə əldə olunub. H.İbrahimov qeyd edib ki, İnstitutda Yüksəkixtisaslı elmi kadrların hazırlanması doktorantura və dissertantura yolu ilə həyata keçirilir. O, hazırda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturada 12 nəfərin (11- əyani, 1-qiyabi); fəlsəfə doktoru hazırlığı üzrə dissertanturada 8 nəfərin; elmlər doktoru hazırlığı üzrə dissertanturada isə 40 nəfərin təhsil aldığını bildirib.
Qeyd edək ki, hesabat ilində İnstitutun əməkdaşları tərəfindən 456 (xaricdə-275, respublikada-181) məqalə çap edilib. Əməkdaşların Web of Science və Scopus
bazalarında dərc olunmuş İmpakt faktorlu məqalələrinin sayı 244-dür, məqalələrə istinad isə Google Scholarda-17993, TR-7882-dir.
O, 2024-cü ildə İnstitutun alimləri tərəfindən 2 kitab (1-i xaricdə) dərc edildiyini bildirib.
H.İbrahimov hesabat məruzəsində fundamental elmlə təhsilin əlaqəsi, beynəlxalq elmi əlaqələr, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, beynəlxalq və digər
qrantlar, konfranslar, simpoziumlar, seminarlar haqqında ətraflı məlumat verib.
Sonda AMEA-nın vitse prezidenti, FRTEB-in Elmi Şurasının sədri, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Səlimə
Mehdiyeva və Vəli Hüseynov tövsiyyə və təkliflərini irəli sürüblər və İnstitutun hesabatının qənaətbəxş olduğunu bildiriblər.
02.12.2024
FİZİKA İNSTİTUTUNDA “SABAHIN İQLİMİNİ BU GÜN GƏNCLƏRLƏ FORMALAŞDIRAQ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
Fizika İnstitutunda “Sabahın iqlimini bu gün gənclərlə formalaşdıraq” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Yeni
Azərbaycan Partiyası (YAP) Yasamal rayon Təşkilatının Fizika İnstitutunun Ərazi üzrə Partiya Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) ilə birlikdə təşkil
olunub.
Tədbiri giriş sözü ilə İnstitutun icraçı direktoru, professor Hüseyn İbrahimov açıb. O, mövzunun aktuallığını qeyd edərək bu istiqamətdə tədbirin keçirilməsinin təqdirə
layiq olduğunu qeyd edib. Bildirib ki, iqlim məsələləri bütün dünyada olduğu kimi, Azərbaycanda də gənclər üçün böyük əhəmiyyət kəsb edir. O, gənclərin iqlim
siyasətindəki rolundan bəhs edib.
Dəyirmi masa İnstitutun GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimovun çıxışı ilə davam edib. O, bugünlərdə ölkəmizdə keçirilən COP29 tədbirinin
əhəmiyyətliliyindən danışıb. Bildirib ki, mötəbər tədbirin Azərbaycanda keçirilməsi gənclər üçün də geniş imkanlar yaratdı. O, COP29 konfrasının təşkili üçün gənc
könüllülərin cəlb olunmasından danışıb. Qeyd edib ki, könüllülük proqamı gənclərin müxtəlif sahələrdə bacarıqlarının inkişaf etməsi istiqamətində mühüm rol oynadı.
B.İbrahimov COP29 kimi tədbirlərin keçirilməsinin gənclərin iqlim siyasətindəki rolunu gücləndirdiyini vurğulayıb.
Fizika İnstitutunun Ərazi üzrə Partiya Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova gələcək nəslin cəmiyyətdəki rolundan danışıb. Bildirib ki,
millətin mövcudluğu üçün sağlam gənclik olmalıdır. O, hər bir ölkədə gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların
aparıcı qüvvəyə çevrilməsindən çox asılı olduğunu vurğulayıb. Ş.Xəlilova gənclərə ictimai işlərdə fəal və yenilikçi olmağı tövsiyə edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
27.11.2024
GƏNC ALİMİN MƏQALƏSİ YÜKSƏK İMPAKT FAKTORLU JURNALDA DƏRC OLUNUB
Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent Ülkər Səmədovanın elmi məqaləsi Q1 indeksli jurnalda dərc olunub.
“İşığın görmə diapazonunda CO2 qazının fotokatalitik reduksiyasi üçün yeni perovskit materialın təcrübi və nəzəri yolla tədqiqi” adlı məqalə impafaktoru 13 olan
“Small” adlı jurnalda çap olunub. Ü.Səmədova həmin məqalənin əsas müəllifidir.
Qeyd edək ki, Fizika İnstitutunun əməkdaşı Ülkər Səmədova Çinin Çenqdu şəhərində yerləşən Çin Elektron Elmlər və Texnologiyaları Universitetində foto və elektrokataliz
istiqamətində karbon neytrallığına doğru elmi tədqiqat işləri aparır.
20.11.2024
BİRLƏŞMİŞ NÜVƏ TƏDQİATLARI İNSTİTUTUNDA AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ İLƏ GÖRÜŞ OLUB
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri cənab Rəhman Mürsəlov və səfirliyin nümayəndə heyəti Moskva vilayətinin Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) səfər ediblər. Nümayəndə heyəti ilk olaraq BNTİ-də Azərbaycanın Milli Qrupu (AMQ) ilə görüşüb. Görüşdə BNTİ-nin Azərbaycan üzrə əlaqələndiricisi, Nüvə problemləri laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Yevgeni Yakuşev, Azərbaycanın BNTİ-də Milli Qrupunun rəhbəri Nazim Hüseynov, qrupun nümayəndələri və BNTİ-nin digər səlahiyyətli şəxsləri iştirak ediblər.
Yevgeniy Yakushev qonaqlara BNTİ-nin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, sualları cavablandırıb.
Daha sonra Nazim Hüseynov AMQ, burada görülən işlərdən danışıb. O, AMQ-nin ölkəyə verdiyi töhfələri əks etdirən təqdimatla çıxış edib.
Fizika İnstitutunun Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov tədbirdə onlayn rejimdə iştirak edib. R.Rüstəmov Azərbaycanın BNTİ-də
fəaliyyətinin əhəmiyyətindən danışıb.
Səfirliyin nümayəndə heyəti BNTİ-nin direktoru akademik Qriqori Trubnikovla görüşüb. Görüş çərçivəsində gələcəkdə qarşılıqlı əməkdaşlığın perspektivliyi haqqında
ətraflı müzakirələr aparılıb.
Sonda qonaqlar BNTİ-nin laboratoriyaları ilə tanış olublar.
01.11.2024
“COP29 ÇƏRÇİVƏSİNDƏ ELMİN DAVAMLI İNKİŞAFI ÜÇÜN SÜNİ İNTELLEKT” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
Fizika İnstitutunda “Global researche” layihəsinin multidisiplinar məsləhətçisi, fizika üzrə fəlsəfə doktoru Suma
Hüseynovanın təşəbbüsü ilə “COP29 çərçivəsində elmin davamlı inkişafı üçün süni intellekt” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə Elmi innovasiyalar və
xarici əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə dotoru Rüstəm Rüstəmov açıb.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra R.Rüstəmov bildirib ki, tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Meta Mind World Azərbaycan MMC-nin təsisçi və
direktoru, Qlobal Tədqiqatlar layihəsinin layihə meneceri Mehriban Məlikova, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ)
sədri Elmir Babayev iştirak edir.
Seminarın açılışında İnstitutun baş direktoru, akademik Arif Həşimov məruzə ilə çıxış edib. Bildirib ki, COP29 ərəfəsində təbiətin qorunması aktual məsələlərdəndir.
O, ətraf mühitin mühafizəsinin daha dərin tarixə malik olduğunu vurğulayıb. Qeyd edib ki, buna nümunə olaraq, dünya şöhrətli mütəfəkkir şair Nizami Gəncəvinin
əsərlərini misal göstərmək olar.
Daha sonra o, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin COP29-la bağlı fikirlərinə də toxunub.
Arif Həşimov məruzəsində bildirib ki, keçən əsrin ortalarında ilk dəfə olaraq akademik Həsən Əliyev iqlim dəyişikliyi, qlobal istilik haqqında məlumat vermişdir. O,
iqlim dəyişiklərinin elmi cəhətdən əsaslandırılmasından, bu sahədə Nobel mükafatı qazanmış alimlərdən, planetin elektrik enerji ilə təmin olunmasından, nüvə enerjisinin
əhəmiyyətliliyindən danışıb.
Məruzənin sonunda akademik Arif Həşimov COP29-un ölkəmiz və cəmiyyət üçün vacibliyindən, gözləntilərdən və s. danışıb.
Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva “Dayanıqlı inkişaf məsələlərində süni intellektin rolu” mövzulu məruzə ilə çıxış edib. O, iqlim dəyişikliyinin
bəşəriyyətin ortaq problemi olduğunu, ölkələrin dayanıqlı inkişafına və rifahına əngəl törətdiyini qeyd edib. Bildirib ki, iqlim böhranı və fəsadları sadə insanların da
gündəlik həyatına, yaşam tərzinə əhəmiyyətli dərəcədə təsir göstərir. O, COP29 ərəfəsində iqlim fəaliyyətində süni intellektin transformasiya potensialını vurğulayıb.
S.Mehdiyeva süni intellektin müsbət tərəflərindən, onun geniş imkanlarından, faydalarından və s. danışıb. O, süni intellektin təhsil, tibb, iqlim sahəsində mühüm rolu
olduğunu qeyd edib.
Tədbirdə Nicat Məmmədli süni intellektin paradoksal təbiətindən danışıb. O bildirib ki, süni intellekt iqlim dəyişikliyinə mənfi təsir göstərən amillərdən biridir.
N.Məmmədli Sİ mühərrikləri (ChatGPT, Gemini və s.) danışıb. Qeyd edib ki, həmin mühərriklər ildə təxminən 500 teravatt/saat eletkrik enerjisi işlədir. Bu göstəricinin
bütün Almaniyanın işlətdiyi elektrik enerjisinə bərabər olduğunu vurğulayıb. O, süni intellektin enerjiyə olan tələbatının həndəsi silsilə ilə artdığını, “Microsoft”un
ayrıca nüvə elektrik stansiyası işə salmaq qərarına gəldiyindən, eyni zamanda süni intellektin fəaliyyətində suya olan tələbatından və s. bəhs edib.
Video bağlantı vasitəsilə tədbirə qoşulan süni intellekt sahəsi ilə məşğul olan xarici alimlər fikirlərini bölüşüblər.
Sonda Fiziologiya İnstitutunun aparıcı elmi işçisi Zenfira Qədimova, MİE Azərbaycan MMC-nin təsisçi və direktoru Mehriban Məlikova, AMEA GAMŞ-nın sədri Elmir Babayev
çıxış ediblər. Yekun olaraq mövzu ətrafında suallar cavablandırılıb.
07.10.2024
AMEA-nın BİRİNCİ VİTSE-PREZİDENTİ V.İ.E., FİZİKA İNSTİTUTUNUN BAŞ DİREKTORU, AKADEMİK ARİF HƏŞİMOVA
27.09.2024
VƏTƏN MÜHARİBƏSİNİN ŞƏHİDLƏRİNƏ HƏSR OLUNAN ANIM TƏDBİRİ
Fizika İnstitutunda Anım Günü ilə bağlı II Qarabağ müharibəsinə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə
İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O bildirib ki, 27 sentyabr 2020-ci il Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı. O, bu günün həm Vətən
müharibəsinin başladığı gün, həm də anım günü kimi qeyd olunduğunu vurğulayıb. A.Həşimov 2020-ci ilin sentyabrın 27-dən ermənilərin ölkəmizə qarşı başladığı növbəti
hərbi təcavüzündən, Azərbaycan Respublikası Silahli Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədi
ilə Vətən müharibəsinə başlamasından, döyüşlər zamanı rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaətindən danışıb. Bildirib ki, 44 günlük müharibə müddətində
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda təkcə əsgər və zabitlərimiz deyil, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə ilə bir
yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdilər.
O, Vətən müharibəsində Silahli Qüvvələrin 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu, yüz nəfərdən artıq hərbi qulluqçunun itkin düşdüyünü, min nəfərdən artıq hərbi
qulluqçumuz yaralanaraq sağlamlığını itirdiyini vurğulayıb. Çıxışının sonunda akademik Arif Həşimov işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və
zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunduğunu qeyd edib.
Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində akademik Cavad Abdinov, fizika elmləri doktoru Vüqar Əliyev fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Sitarə Bağırova, Lalə Əliyeva və Yeni
Azərbaycan Partiyasının fəal üzvi, elmi işçi Bayram Xudayarov çıxış ediblər.
21.08.2024
AKADEMİK MAQSUD İSFƏNDİYAR OGLU ƏLİYEVİN 100 İLLİK YUBİLEYİ
Əliyev Maqsud İsfəndiyar oglu 1924-cü il avqustun 27-də Tbilisi şəhərində anadan olmuşdur. 1941-ci ildə Tbilisi Dövlət
Universitetinin Fizika-riyaziyyat fakultəsinə daxil olmuş, 1943-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirakı ilə əlaqədar təhsili yarımçıq qalmış və müharibədən
sonra 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1957-ci ildə fizika üzrə fəlsəfə doktoru və 1966-cı ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini,
1967-ci ildə professor elmi adını almış, 1969-cu ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilmişdir.
1961-ci ildə AEA Fizika İnstitutunda baş elmi işçi, sonra isə “Yarımkeçiricilərdə və yarımkeçiri nanostrukturlarda köçürmə hadisələri” laboratoriyasının müdiri olmuş,
bir sıra təhsil ocaqlarında pedaqoji fəaliyyətini davam etdirmişdir. 1971-ci ildən AEA Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibinin müavini,
Fizika İnstitutunda Ümumi sektorun rəhbəri vəzifələrində çalışmışdır.
M.Əliyev klassik yarımkeçiricilər olan selen, germanium, silisium, A3B5 tipli yarımkeçirici birləşmələr və onlar əsasında bərk məhlullarda, evtektikalarda köçürmə
hadisələrinin tədqiqi ilə məşğul olmuşdur. Onun rəhbərliyi ilə yarımkeçiricilərdə elektron və fonon prosesləri, zolaq quruluşu öyrənilmiş, bəzi yarımkeçirici-metal
evtektikalarında ifratkeçirmə və Cozefson effekti tədqiq olunmuşdur. İlk dəfə olaraq A3B5 birləşmələri və onların bərk məhlullarının istilik keçirməsinin tədqiqinə dair
işlərə rəhbərlik etmişdir. Bu tədqiqat işləri sayəsində onun elmi məktəbi yaranmış və hazırda həmin məktəbin nümayəndələri yalnız Fizika İnstitutunda deyil, həmçinin
Respublikamızın və başqa ölkələrin elm və təhsil ocaqlarında çalışırlar.
M.Əliyev 350-dən artıq məqalənin, 30 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. Onun rəhbərliyi ilə 35 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirilmişdir.
“Şöhrət” ordeni (2004), “Almaniya üzərində Qələbə” medalı (1946), "Vətən müharibəsi" ordeni (1985), "Xalqlar dostluğu" ordeni (1986), akademik Y.Məmmədəliyev adına
mükafat və medal (1994), “Sülhün səfiri” Beynəlxalq diplomu (2003) ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu cari ildə M.Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans keçirməyi nəzərdə tutmuşdur.
Azərbaycan Respublikasının Əməkdar elm xadimidir (1989).
Ə.Maqsud 23 dekabr 2016-cı ildə vəfat etmişdir.
28.06.2024
FİZİKA İNSTİTUTUNDA KEÇİRİLƏN VEBİNAR HAQQINDA
25 iyun 2024-cü il. Fizika İnstitutunda “Yeni məkan. Dünya müşahidələri və iqlim dəyişikliyinə baxış” mövzusunda
vebinar təşkil olunub. Tədbiri giriş sözü ilə İnstitutun Elmi innovasiya və xarici əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov açıb. O ilk
olaraq mövzunun aktuallığından bəhs edib. Daha sonra məruzəçi Prof. Dr. Fuat İnce haqqında məlumat verib. Bildirib ki, F. İnce Kadıköy Anadolu Lisesi və Robert Kolej
Yüksek Okulu (hazırki adı Boğaziçi Universiteti) elektrik/elektronik mühəndisiliyi ixtisasının məzunudur. O, professorun fullbright proqramı ilə ABŞ-nin İllinois
Universitetində elmi dərəcələr aldığını, Türkiyə, Səudiyyə Ərəbistan Krallığı, ABŞ və Avropanın bir sıra elmi tədqiqat mərkəzlərində həm pedaqoji fəaliyyətlə məşğul
olduğunu, həm də elmi araşdırmalar apardığını vurğulayıb.
Daha sonra professor Fuat İncenin məruzəsi dinlənilib. Məruzədə yerin kosmosdan öyrənilməsi sahəsinə baxış edilib və müxtəlif təyinatlı peyk sistemləri haqqında ətraflı
məlumat verilib. Müşahidə peyk sistemlərinin çağdaş dünyamızda iqlim dəyişmələri sahəsində tutduqları müstəsna yer ətraflı təqdim olunub.
Seminarda Türkiyənin Altınbaş Universitetindən Prof. Dr. Sefer Kurnaz da iştirak edib və mövzu ətrafında fikirlərini paylaşıb.
Seminarın sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.
14.06.2024
FİZİKA İNSTİTUTUNDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD OLUNUB
Fizika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclas Milli Qurtuluş Gününə həsr olunub. Tədbiri İnstitutun baş
direktoru, akademik Arif Həşimov açıb. O, 15 iyunun Azərbaycan üçün böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malik gün oldğunu bildirib. A.Həşimov Ulu Öndər Heydər
Əliyevin müstəqillik uğrunda əzmkarlıqla mübarizə aparmasından, Naxçıvanın blokadadan çıxarılması, ona Muxtar Respublika adının verilməsi və Demokratik Respublikanın
bayrağının Naxçıvanda yenidən dalğalanması üçün ustalıqla yürütdüyü siyasətdən, atdığı addımlardan danışıb. O, xalqın təkidilə Bakıya gələn Heydər Əliyevin müasir
Azərbaycan dövlətinin qurucusu və memarı olduğunu bildirib.
Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova qeyd edib ki, Heydər Əliyev Sovet İttifaqı dövründə fəaliyyət göstərdiyi vaxtlarda da
həmişə öz adı, vətəninin, millətinin gəlcəyi üçün çalışırdı. O, xalqın Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özünun həll etmək istəyindən danışıb.
A.Abasova qeyd edib ki, Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz
üzərinə götürdü. Bildirib ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın
nüfuzu daha da artır. Onun varisi, Ali Baş Komandan İlham Əliyev bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirdiyini vurğulayıb.
03.06.2024
FİZİKA İNSTİTUTUNDA UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB
Fizika İnstitutunda bu elmi müəssisənin Qadınlar Təşkilatının təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi
gününə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə Qadınlar Təşkilatının sədr müavini, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova açıb. O, 1 İyun – Uşaqların
Beynəlxalq Müdafiəsi gününün tarixindən danışıb. Qeyd edib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd
olunması qərara alınıb.
Tədbirdə İnstitutun baş direktoru, akademik Arif Həşimov da iştirak edib. O, çıxışında ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmasından, əlverişli mənəvi və
sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasından, onların şəxsiyyət kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin yürütdüyü siyasətdən bəhs edib.
Bayram şənliyində S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının bir neçə şagirdi musiqili ifaları ilə qonaq olublar.
Tədbirin bədii hissəsində musiqili-əyləncəli oyunlar keçirilib, Fizika İnstitutunun əməkdaşlarının övladlarının əl işlərinin sərgisi nümayiş olunub, akademik Arif
Həşimov təşkil olunan sərgi ilə tanış olub, uşaqlarla xatirə şəkli çəkdirib.
15.05.2024
FİZİKA İNSTİTUTUNDA “AİLƏ RİFAHI VƏ İQLİM DƏYİŞİKLİYİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
Fizika İnstitutunda beynəlxalq ailə günü münasibətilə bu elmi müəssisənin və Radiasiya Problemləri İnstitutunun Qadınlar
Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. “Ailə rifahı və iqlim dəyişikliyi” mövzusunda keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri
Zərifə Quliyeva, AMEA Rəyasət Heyəti aparatı Elmi İrs şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Zemfira Hacıyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Adilə
Abasova, Radiasiya Problemləri İnstitutunun Qadınlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva, AMEA və Azərbaycan Respublikası Elm və Təhsil
Nazirliyinin tabeliyində olan institutların Qadınlar Təşkilatının sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O bildirib ki, qadın elmi işçilərin sayına görə Azərbaycan dünyada birinci yerdədir.
A.Həşimov müzakirə olunan mövzunun aktuallığından bəhs edib. Bildirib ki, Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük hörmətlə yanaşıb. Qeyd edib
ki, ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə
böyük məsuliyyət düşür.
Tədbir İnstitutun Qadınlar Təşkilatının rəhbəri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyevanın çıxışı ilə davam edib. Bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş
Assableyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən 1994-cü ildən etibarən hər il 15 may beynəlxalq Ailə Günü kimi qeyd olunur. O, bu ənənənin Azərbaycanda 2008-ci
ildən başladığını vurğulayıb. S.Mehdiyeva günün əhəmiyyətliyini qeyd edərək Azərabycanda mövcud olan ailə dəyərlərinin üstünlyündən danışıb. Qeyd edib ki son dövrlərdə
dünyada baş verən qlobal proseslər ailə strukturuna da təsirsiz ötüşməyib. O, “Ailə Günü” ilə əlaqədar olaraq bütün dünyada ailələrlə bağlı sosial iqtisadi vəe
demoqrafik problemlərin müzakirə olunduğunu və həll istiqamətində danışıqlar aparıldığını, silsilə tədbirlə keçirildiyini qeyd edib.
S.Mehdiyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan ailəsinə diqqətindən də danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və ölkənin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da Ümummilli Liderin ailə siyasəti, milli mənəvi dəyərlərin qorunması istiqamətində yürütdüyü siyasət
bu gün də layiqincə davam etdirilir.
Tədbir Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “Modern” Ailə və İctimai Birliyinin sədri Zərifə Quliyevanın çıxışı ilə davam edib. O, bu cür tədbirlərin
Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
diqqət mərkəzində olduğunu bildirib. Natiq Ümummilli Liderin ailə, mənəvi dəyərlər istiqamətində gördüyü işlərdən, “Ailə, Qadın, Uşaq Problemləri” üzrə Dövlət
Komitəsinin yaratmasından bəhs edib. Z.Quliyeva çıxışında son illərdə boşanma saylarının artmasından, qız övladlarının sayının azalması kimi problemləri toxunub.
Ailələrin dağılma səbəblərinin əsasən texnologiyanın inkişafı ilə əlaqəli olduğunu vurğulayıb. O, ailə, ailənin qurulması haqqında aidiyyatı qurumlar tərəfindən
tədbirlərin keçirilmədiyini vurğulayıb. Qeyd edib ki, gender bərabərliyi anlayışı yalnış anlaşılmamalı, gənclər bu istiqamətdə maariflənməlidirlər. O, ailə, qadın, uşaq
problemlərinin alimlərin də diqqətində olduğunu çatdırmaq üçün bu cür tədbirlərin mediada kütləvi şəkildə işıqlandırılmasının vacibliyindən danışıb
Tədbirdə Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent Aytən Əliyeva “Müasir texnologiyaların ailə modelində rolu”, elmi işçi Amidə Sadıqova “Cəmiyyətimizdə milli
ailə dəyərləri”, Radiasiya Problemləri İnstitutunun əməkdaşları, elmi katibi, dosent Əminə Mikayılova “Ailə rifahı və iqlim dəyişikliyi”, aparıcı elmi işçi, dosent
Cəmalə Orucova “Ailə cəmiyyətin özəyidir” mövzulu məruzələrlə çıxış ediblər.
07.05.2024
FİZİKA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR
Fizika İnstitutunun icraçı direktoru, professor Hüseyn İbrahimov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Səlimə Mehdiyeva və bir qrup əməkdaş Gəncə şəhərində elmi ezamiyyətdə olublar. Ezamiyyətdə məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr
olunmuş beynəlxalq konfransda iştirak etmək olub. Konfrans Gəncə Dövlət Universitetində təşkil olunub. “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri”
mövzusunda keçirilən elmi konfrans 3 gün davam edib.
Konfransın keçirildiyi müddət akademik Çingiz Cuvarlının doğum gününə təsadüf etdiyi üçün əməkdaşlar onun məzarını da ziyarət ediblər.
29.04.2024
FİZİKA İNSTİTUTUNDA MİLLİ AVİASİYA AKADEMİYASININ TƏLƏBƏLƏRİ TƏCRÜBƏ KEÇİRLƏR
Fizika İnstitutunda Milli Aviasiya Akademiyasının Fizika-texnologiya fakültəsinin tələbələri istehsalat təcrübəsinə
başlayıblar. “Mühəndis fizikası” ixtisası üzrə təhsil alan IV kurs tələbələri fizika üzrə fəlsəfə doktoru Elşən Əsədovun rəhbərliyi ilə 1 ay müddətində
“Yarımkeçiricilərdə tarazlıqda olmayan elektron proseslərinin fizikası” laboratoriyasında təcrübə keçəcək, burada aparılan tədqiqatlarla tanış olacaq, buraxılış işinin
mövzusuna uyğun araşdırmalar aparacaqlar.
05.04.2024
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ FİZİKA İNSTİTUTU AŞAĞIDAKI GÖSTƏRİLƏN VAKANT VƏZİFƏLƏRİ TUTMAQ
ÜÇÜN MÜSABİQƏ ELAN EDİR...
Oxumaq üçün daxil olun
19.03.2024
FİZİKA İNSTİTUTUNDA NOVRUZ BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Novruz Bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə İnstitun baş direktoru, akademik Arif Həşimov açıb. O, kollektivi təbrik edib və bildirib ki, Novruz Bayramı Azərbaycan xalqı üçün milli
dəyərlərə, rəmzlərə sahibdir. O, Bayramın tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Xankəndidən
Azərbaycan xalqını təbrik etməsi tarixi hadisədir.
Tədbirdə fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Kamil Qurbanov, texnika elmləri doktoru Əli Məmmədov, Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru
Sitarə Bağırova çıxış edərək İnstitutun kollektivini təbrik ediblər.
11.03.2024
ALİMİN MƏQALƏSİ YÜKSƏK İMPAKFAKTORLU JURNALDA DƏRC OLUNUB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun laboratoriyanın rəhbəri, fizika-riyaziyyat elmləri
doktoru, professor Şakir Nağıyev və elmi işçi Vəfa Tarverdiyevanın "Kleyn-Qordon tənliyinin eksponensial tipli üstəgəl həlqəvi potensialları üçün analitik həlləri "
adlı məqaləsi “Scientific Reports” jurnalında dərc olunub.
Qeyd edək ki, jurnal “Web of Science” bazasına və Q1 kvartillli jurnallar siyahısına daxildir. Nəşrin impakt faktoru 4.9-dur.
https://www.nature.com/articles/s41598-024-53650-8
https://www.nature.com/articles/s41598-024-53650-8.pdf
05.03.2024
FİZİKA İNSTİTUTUNDA HƏMKARLAR TƏŞKİLATININ KONFRANSI KEÇİRİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN) Fizika İnstitutunda Həmkarlar Təşkilatının konfransı keçirilib.
Konfransı giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açaraq iclasın gündəliyi ilə iştirakçıları tanış edib. Akademik bildirib ki, Həmkarlar
Komitəsi (HK) ilə İnstitutun rəhbərliyinin birlikdə fəaliyyətindən, əməyin mühafizəsindən və s. danışıb.
Tədbir İnstitutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırovanın çıxışı ilə davam edib. O, Fizika İnstitutunda vaxtı ilə təhsil alan
magistrlara, həmçininin, doktorantlara lazımi köməklik edildiyini qeyd edib. S.Bağırova Fizika İnstitutunun gənclərinin yüksək səviyyəli elmi layihələrin icrasçısı
olduğundan, yay məktəblərində iştirakından, bir sıra beynəlxalq səviyyəli tədbirlərdə iştirakından danışıb. Sədr pandemiya dövründə görülən tədbirlərdən də söhbət açıb.
O bildirib ki, koronovirus pandemiyası zamanı İnstitutun rəhbərliyi HK ilə birlikdə könüllü olaraq koronavirusa yardım fonduna, II Vətən müharibəsi dövründə Silahli
Qüvvələrin Yardım Fonduna pul vəsaiti köçürülüb. HK-nın Fondundan Silah Qüvvələrin Yardım Fondu və YAŞAT Fonduna pul vəsaitinin toplandığını, həmçinin, koronovirusa
yoluxmuş HK-ya müraciət edən hər bir əməkdaşa maddi köməklik edildiyini bildirib. II Vətən Müharibəsi dövründən sonra Yasamal rayonunda yaşayan şəhid və qazi
ailələrinə İnstitutun kollektivi adından göstərilən ərzaq yardımından, BDU-nun fizika fakültəsinin II Qarabağ müharibəsində şəhid olmuş məzunlarının ailəsi keçirilən
görüşdən və görülən digər tədbirlərdən danışıb.
Daha sonra Nəzarət Təftiş Komisiyasının sədri Heyran Novruzovanın hesbatı dinlənilib.
Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edib. O, Azərbaycan Respublikasının Prezident İlham
Əliyevin 28 iyul 2022-ci il Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının fundamental elm sahəsinə aid olan institutlarının, həmçinin, Fizika İnstitutunun
ETN-nin tabeliyinə keçdiyini vurğulayıb. Bildirib ki, bununla əlaqədar Həmkarlar Təşkilatında dəyişiklər baş verib. Belə ki, yanvarın 8-də keçirilmiş iclasın qərarına
əsasən, 30 təşkilat Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının nəzdində Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı yaradılıb. O, gələcək planlar,
istirahətlərin təşkili, yol vərəqələri üçün müraciət qaydaları haqqında məlumat verib. H.Qurbanov Fizika İnstitutunun Həmkarlar Komitəsinin fəaliyyətini yüksək
qiymətləndirib.
Tədbirdə AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, akademiklər Cavad Abdinov və Nazim Məmmədov çıxış edərək Komitənin fəaliyyətini qənaətbəxş hesab ediblər. Həmkarlar
Komitəsinin sədrliyinə fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırovanın namizədliyini irəli sürüblər.
Sonda Həmkarlar Komitəsinin sədri, Komitə və Nəzarət Təftiş Komissiyasının üzvlərinin müəyyənləşməsi üçün açıq səsvermə keçirilib. Açıq səsverməyə əsasən, sədr fizika
üzrə fəlsəfə doktoru Sitarə Bağırova seçilib.
31.01.2024
FİZİKA İNSTİTUTUNDA HƏMKARLAR KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN) Fizika İnstitutunda Həmkarlar Komitəsinin iclası keçirilib.
İclası İnstitutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İbrahimov açıb. Bildirib ki, görüşün məqsədi İnstitutun Həmkarlar Komitəsinin
ETN-nin tabeliyində olan Həmkarlar Təşkilatına daxil olması haqqında məlumat verməkdən ibarətdir.
Qeyd edib ki, İnstitutun Həmkarlar Komitəsi indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının daxilində idi.
Tədbir Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırovanın çıxışı ilə davam edib. O, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin
28 iyul 2022-ci il Sərəncamı ilə AMEA-nın fundamental elm sahəsinə aid olan institutlarının, həmçinin, Fizika İnstitutunun ETN-nin tabeliyinə keçdiyini vurğulayıb.
Bildirib ki, bununla əlaqədar Həmkarlar Təşkilatında dəyişiklər baş verib. Belə ki, yanvarın 8-də keçirilmiş iclasın qərarına əsasən, 30 təşkilat Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqının nəzdində Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı yaradılıb. İttifaqın sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov
seçilib. Qeyd edib ki, Komitənin fəaliyyət istiqamətində dəyişiklik olmayıb. Sonda iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
|
16.12.2024
GƏNC ALİMİN MƏQALƏSİ İMPAFAKTORLU JURNALDA DƏRC OLUNUB

Fizika İnstitutunun Nüvə və yüksək enerjilər fizikası laboratoriyasının elmi işçisi Nərmin Nəsibovanın elmi məqaləsi
Q2 indeklis jurnalda dərc olunub. “Sonlu temperaturda holoqrafik KXD-də omeqa mezonun izospin simmetriyası” mövzulu məqalə impaktfaktoru 1.9 olan “Few Body System”
jurnalında çap olunub. N.Nəsibova həmin məqalədə tək müəllifdir.
12.12.2024
İNSTİTUT TƏŞƏKKÜRNAMƏ İLƏ TƏLTİF EDİLİB
Fizika İnstitutu “Elm və təhsilin beynəlmiləlləşməsi” sahəsində fəaliyyətləri ilə fərqləndiyinə görə Təşkkürnamə ilə
təltif edilib. Təşəkkürnamə İnstituta dekabrın 11-də “Elm və təhsilin beynəlmiləlləşməsi” mövzusunda keçirilən tədbirdə verilib. Tədbir Elm və Ali Təhsil üzrə Dövlət
Agentliyinin təşkilatçılığı ilə keçirilib.
06.12.2024
ƏLCƏZAİRLİ ALİMLƏRLƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ OLUNUB
Fizika İnstitutunda Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev, beynəlxalq əlaqələr üzrə prorektor
Ətrabə Gül, Əlcəzairin Salhi Ahmed Nama Mərkəzinin Elm və Texnologiya Universitetinin laboratoriya rəhbəri Xatir Tavfiq, elmi işçi Mahammedi Hələ qonaq olublar.
Qonaqlar İnstitutun baş direktoru, akademik Arif Həşimovla görüşüblər. Görüş çərçivəsində Y.Piriyev BMU haqqında məlumat verərək aparılan struktur dəyişiklikləri
nəticəsində əldə olunan nəticələrdən bəhs edib. Bildirib ki, aparılan islahatlar nəticəsində Universitetin beynəlxalq əlaqələri genişlənib, burada təhsil alan əcnəbi
tələbələrin sayı artıb.
Akademik Arif Həşimov Fizika İnstitutunun fəaliyyəti haqqında məlumat verib. Qarşılıqlı tədqiqatların aparılması, layihələrin icrası və digər mövzularda fikir mübadiləsi
aparıb.
Qonaqlar Fizika İnstitutunda fəaliyyət göstərən laboratoriyalarda aparılan elmi-təqdiqat işləri ilə tanış olublar. Görüş çərçivəsində kadrların hazırlanması
istiqamətində birgə fəaliyyət istiqamətləri də müzakirə olunub.
Görüşdə İnstitutun icraçı direktoru, professor Hüseyn İbrahimov, elmi katib Afət Kərimova, Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov,
laboratoriya rəhbərləri Təranə Nurubəyli və Nahidə Musayeva iştirak ediblər.
27.11.2024
FİZİKA İNSTİTUTUNDA BNTİ-NİN NÜMAYƏNDƏ HEYƏTİ QONAQ OLUB
Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru Qriqori Trubnikovun
rəhbərlik etdiyi nümayəndə heyəti BNTİ-də Azərbaycanın tam səlahiyyətli nümayəndəsi, akademik Arif Həşimovla görüşüblər. Qonaqlar ilk olaraq Fəxri Xiyabana gələrək Ulu
Öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyublar.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, Əziz Əliyev məzarını ziyarət ediblər. BNTİ-nin nümayəndə dünyaşöhrətli sənətkar Müslüm Maqomayevin də
məzarı önünə gül dəstələri qoyublar. Qonaqlar Şəhidlər Xiyabanını da ziyarət ediblər.
Daha sonra Q.Trubnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın BNTİ-dəki səlahiyyətli nümayəndəsi, akademik Arif Həşimovun iştirakı ilə Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzini və Nüvə Təbabəti Mərkəzini ziyarət ediblər. Görüşdə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev,
Azərbaycan Nüvə Təbabəti Mərkəzinin müdiri Fuad Novruzov iştirak ediblər. Görüşdə məqsəd Nüvə Təbabəti Mərkəzi ilə tanış olmaq, əməkdaşlıq imkanlarını müzakirə etmək və s. olub.
BNTİ-nin direktoru Q.Trubnikov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar, beynəlxalq əlaqələri haqqında məlumat verib. Bildirib
ki, son 10 il ərzində Azərbaycandan Dubnaya gələn gənc alimlərin sayı artıb. Hazırda İnstitutda 26 nəfər azərbaycanlı alimin çalışdığını vurğulayıb.
Qonaqlara Nüvə Təbabəti Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz 2016-cı ildə yaradılıb. Xərçəng xəstəliklərinin erkən aşkarlanmasında böyük əhəmiyyəti
olan Nüvə Təbabəti Mərkəzində təcrübəli kadrların çalışdığını, onların xarici ölkələrdə təhsil aldıqlarını və təcrübə keçdikləri qeyd olunub. Görüşdə gələcək
əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda qonaqlar Nüvə Təbabəti Mərkəzindəki avadanlıqlarla tanış olublar, onlara bu avadanlıqlar haqqında ətraflı məlumat verilib.
Daha sonra qonaqlar Fizika İnstitutunu ziyarət ediblər. İnstitutun baş direktoru, Azərbaycanın BNTİ-dəki səlahiyyətli nümayəndəsi akademik Arif Həşimovla görüşüblər.
Görüşdə İnstitutun icraçı direktoru Hüseyn İbrahimov, elmi katib Afət Kərimova və Elmi innovasiylar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov iştirak ediblər.
A.Həşimov Fizika İnstitutunun əməkdaşlarının Dubnanın alimləri ilə sıx əməkdaşlıq ediklərini bildirib.
Q.Trubnikov da öz növbəsində əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib. Burada əsas məqamlardan biri Azərbaycanın BNTİ çərçivəsində birgə layihələrin
gerçəkləşdirilməsində BNTİ-də çalışan azərbaycanlı alimlərin daha miqyaslı iştirakını təmin etməkdir.
Üç günlük səfər çərçivəsində BNTİ nümayəndə heyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Xəzər Univesitetində qonaq
olublar. Qarşılıqlı maraq doğuran müzakirələr aparılıb, əməkdaşlıq imkanları, görülən işlər, aparılan tədqiqatlar, əldə olunan nəticlər haqqında ətraflı müzakirələr
aparılıb. Eyni zamanda BNTİ ilə Xəzər Universiteti arasında Anlaşma Memorandumu imzalanıb və BNTİ əməkdaşları tərəfindən müxtəlif elmi mövzular üzrə mühazirələr
oxunub.
27.11.2024
KAMİL BƏXTİYAR OĞLU QURBANOV
Fizika İnstitutunun “Yüksək gərginliklərin fizikası və texnikası” laboratoriyasının aparıcı elmi işçisi Kamil Bəxtiyar
oğlu Qurbanov 1942-ci il dekabrın 9-da Ağdam rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra Azərbaycan
MEA Fizika İnstitutunda fəaliyyətə başlamışdır. 1965-1968-ci illərdə Azərbaycan MEA Fizika İnstitutunda “Yüksək gərginliklərin fizikası və texnikası” laboratoriyasında
kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1968-1971-ci ildə Fizika İnstitutunun əyani aspiranturasına daxil olaraq, Rusiya Federasiyası Leninqrad (indiki Sankt Peterburq)
şəhəri “Yüksək molekullu birləşmələr” İnstitutunda aspirantura təhsili almışdır. 1974-cü ildə “Yüksək molekullu birləşmələr” İnstitutunun Müdafiə Şurasında
“Amorf-kristallik polimer sistemlərdən rentgen şüalarının difraksiyasının bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika - riyaziyyat elmləri
namizədi adını almışdır. 1971-ci ildən etibarən Fizika İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, İnstitutun elmi işlər üzrə direktor müavini vəzifələrində işləmiş
və “Yüksək gərginliklər fizikası və texnikası” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 1976-1992-ci ilə qədər Azərbaycan MEA Fizika İnstitutunda
“Yüksək gərginliklərin fizikası və texnikası” laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. 1992-ci ildən Kamil Qurbanov Fizika İnstitutunun “Yüksək
gərginliklərin fizikası və texnikası” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2000-ci ildən “Energetika Problemləri” jurnalının məsul katibi və
texniki redaktoru olmuşdur.
Kamil Bəxtiyar oğlu Qurbanov 2002-ci ildə Fizika İnstitutun elmi katibi və həmin ildə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.
K.B. Qurbanov güclü elektrik sahələrinin və qaz boşalmalarının texnoloji proseslərə təsiri istiqamətində tədqiqat işlərinə rəhbərlik edərək elektrik təsirlərinin qaz,
maye və bərk cisimlərə tətbiqi nəticəsində materialların səthində, həcmində, strukturunda və xassələrində baş verən dəyişikliklərin mexanizmlərinin aydınlaşdırılmasına
yeni fiziki anlayışlar gətirmişdir. K.B. Qurbanov kütləvi informasiya vasitələrinin elmi proqramlarında mütəmadi çıxış etmiş, təbiət hadisələrinin mahiyyətinin
açıqlanması və yeni elmi nəaliyyətlər haqqında dinləyiciləri məlumatlandırmışdır. K.B. Qurbanov İnstitutun ictimai həyatında fəal iştirak etmiş, 2022-ci ildə Yeni
Azərbaycan Partiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir.
K.B. Qurbanov elektrofizika sahəsində, polimer materialların strukturunun fizikası və mexanikasının tədqiqi üzrə tanınmış alimdir, 200-ə yaxın elmi məqalələrin,
11 müəlliflik şəhadətnaməsi, 3 patentin, 1 kitab, 2 sayda dissertasiya işinin elmi rəhbəri, o cümlədən 15 ixtiranın müəllifi olmuşdur.
Kamil Bəxtiyar oğlu Qurbanov kollektivdə böyük hörmət və ehtirama malik idi. Onun müstəsna insani keyfiyyətləri yeganə iş yeri olmuş Fizika institutunda silinməz iz
qoymuşdur. O hamının sevimlisi, o cümlədən hər kəsin dəstək mənbəyi idi. Fizika institutunun kollektuvu hədsiz sevdiyi bir insanını itirmişdir.
İnstitutun kollektivi ona Allahdan rəhmət və əzizlərinə səbr diləyir.
Allah rəhmət eləsin.
06.11.2024
FİZİKA İNSTİTUTUNDA ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB
Fizika İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib. İlk olaraq İnstitutda Ümummilli Lider Heydər
Əliyevin büstü və bu elmi müəssisənin əməkdaşı, fizika elmləri doktoru I Qarabağ müharibəsində iştirakçısı Salman Rzayevin guşəsi önünə gül dəstələri qoyulub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra öz işinə
başlayıb.
Giriş sözü ilə tədbiri İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, 8 Noyabrın Azərbaycan tarixindəki yerindən, əhəmiyyətliliyindən bəhs edib. Akademik zəfər
günün bütün dünya azərbaycanlılarının, ümumimilikdə türk dünyasının bayramı olduğunu qeyd edib. A.Həşimov Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən danışıb. Akademik Arif Həşimov zəfər yoluna aparan qələbənin tarixindən söhbət açıb.
Bildirib ki, 30 ildən sonra əldə olunan zəfərin təməli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi fəaliyyətinin bütün dövrü bu zəfərə nail olmağın təməli
olub. Qeyd edib ki, istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində canlarından keçmiş vətən oğullarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq hər birimizin
vətəndaşlıq borcudur.
Akademik Arif Həşimov I Qarabağ müharibəsi zamanı Fizika İnstitutunun əməkdaşlarından Yusif Əbilovun Şuşa, Laçın, Füzuli, Tərtər, Əbülfət Qasımovun Murovdağ, Şəmsi
Hacıyevin isə Zəngilan, Füzuli döyüşlərində iştirak etdiyini vurğulayıb. Bildirib ki, əməkdaşlardan 1 nəfər- kadrlar üzrə mütəxəssis Mətanət Məcidova isə şəhid
ailəsidir. O qeyd edib ki, həmin əməkdaşlara İnstitutun rəhbərliyi tərəfindən Zəfər günü ilə əlaqədar bir aylıq maaş həcmində mükafat ayrılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva bildirib ki, xalqın mübariz oğulları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan
İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı düşmən əsarətindən azad etdilər. “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bir sıra miflərə son
qoydu”-deyə S.Mehdiyeva vurğulayıb. O, Azərbaycana qarşı yürüdülən işğalçı siyasətə baxmayaraq, dövlətimizin müstəqilliyini qoruya bildiyini, günü-gündən inkişaf
etdiyini bildirib.
Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova bugünlərdə keçiriləcək COP29 tədbirinin əhəmiyyətliliyindən danışıb. Bildirib ki, geniş
miqyaslı tədbirin Azərbaycanda keçirilməsi tarixi hadisədir, ölkənin bütün dünyada tanınmasından xəbər verir. A.Abasova çıxışında Ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu fəaliyyət, onun apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımızın azad olunmasından,
işğal altından azad olan torpaqlarda aparılan bərpa işlərindən danışıb.
Sonda fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Lalə Əliyeva, böyük elmi işçi Şəfəq Əhədzadə, YAP-ın fəal üzvi, elmi işçi Bayram Xudayarov zəfər günün tarixindən,
Ümummilli Lider Heydər Əlieyin hakimiyyətə gəlməsi ilə Azərbaycanda yeni dövrün başladığından, əmin-amanlığın yaranması üçün görülən tədbirlərdən və s. danışıblar.
07.10.2024
FİZİKA İNSTİTUTUNDA ÇİNLİ ALİMLƏR QONAQ OLUBLAR
Fizika İnstitutunda Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının nümayəndələri qonaq olublar. Məqsəd iki ölkə
arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaq olub.
Görüşdə Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu
və Yan Zheng iştirak ediblər.
Tərəflər təmsil etdikləri qurumların fəaliyyəti, beynəlxalq əlaqələri, aparılan tədqiqatlar, əldə olunan ən son nəticələr haqqında qarşılıqlı məlumat veriblər.
İnstitutun baş direktoru, akademik A.Həşimov elmi müəssisədə görülən fundamental işlərdən, həmçinin, laboratoriyalarda aparılan tədqiqat işlərindən bəhs edib.
O bildirib ki, Fizika İnstitutu dünyanın bir sıra aparıcı elmi müəssisələri ilə əməkdaşlıq edir, əldə olunan elmi nəticələr yüksək impakt faktorlu jurnallarda dərc
olunur.
Görüş çərçivəsində Fizika İnstitutunun əməkdaşı hazırda Çin Elektron Elm və Texnologiya Universitetinin Fizika Məktəbinin fizika ixtisası üzrə doktorant tələbəsi Ülkər
Səmədova ilə video bağlantı yaradılıb. O, burada apardığı tədqiqat istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib.
Görüşün sonunda çinli qonaqlar laboratoriyalar ilə tanış olublar, İnstitutun alimləri quraşdırılan cihazlar, aparılan tədiqatlar, elmi nailiyyətlər haqqında qonaqlara
ətraflı məlumat veriblər.
19.09.2024
“XANKƏNDİ, XOCALI, XOCAVƏND VƏ AĞDƏRƏ ŞƏHƏRLƏRİ GÜNÜ” QEYD OLUNUB
Fizika İnstitutunda “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” qeyd olunub. Tədbiri giriş sözü ilə İnstitutun
baş direktoru, akademik Arif Həşimov açıb.
O, Prezident İlham Əliyevin azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət ayırdığını vurğulayıb. Akademik Qarabağda aparılan bərpa-quruculuq işlərindən
danışıb. Qeyd edib ki, işğaldan azad olmuş ərazilərin bərpası zamanı dünyanın məşhur şirkətləri ilə əməkdaşlıq edilir, ən müasir texnologiyalardan istifadə olunur.
A.Həşimov Qarabağ Universitetindən də bəhs edib. Bildirib ki, Qarabağ Universitetinin yenidən qurulması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevanın ölkədə elmin və təhsilin inkişafına verdikləri dəyərin, diqqət və qayğının bariz nümunəsidir. O, Fizika İnstitutu ilə Qarabağ Universitetinin əməkdaşlıq
imkanlarından və vacibliyindən bəhs edib.
Tədbir fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanovun çıxışı ilə davam edib. O, belə bir günün təsis edilməsinin mühüm və qürurverici olduğunu vurğulayıb.
15.07.2024
FİZİKA İNSTİTUTUNDA GÖRÜŞ KEÇİRİLİB
Fizika İnstitutunda hazırda Norveçdə IB məktəb proqramı üzrə təhsil alan azərbaycanlı gənc Səbinə Quliyeva qonaq olub.
Görüşün məqsədi Fizika İnstitutu ilə tanış olmaq, burada aparılan elmi təqiqat işləri, elmi müəssisədə mövcud olan müasir maddi texniki baza haqqında məlumat əldə etmək
və təhsil dövründə qazandığı biliklərin real tədqiqat mühitində yerini müəyyənləşdirmək olub.
İnstitutun Elmi katibi, fizika üzrə fəlsəfə doktoru Afət Kərimova və Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov
S. Quliyeva ilə görüşüblər. Görüşdə Afət Kərimova İnstitutun fəaliyyət istiqamətləri, burada aparılan elmi araşdırmalar haqqında qonağa məlumat verib, gələcək əməkdaşlıq
imkanları haqqında müzakirələr aparılıb. A. Kərimova Fizika İnstitutunun hər zaman perspektivli və həvəsli gənclərə dəstək olmağa hazır olduğunu vurğulayıb.
Görüş çərçivəsində S. Quliyeva İngiltərə və Norveçdə bir neçə aparıcı universitetlərdə təhsilini davam etdirmək üçün müraciət edəcəyini bildirib. O, fizika elminə böyük
marağının olduğunu vurğulayıb. S. Quliyeva bu istiqamət üzrə bakalavr təhsilini davam etdirmək istədiyindən Fizika İnstitutu ilə tanış olmaq arzusunda olduğunu qeyd edib.
O, Azərbaycanda fizika və riyaziyyat fənnləri üzrə bir sıra olimpiadalarda iştirak etdiyini və mükafata layiq görüldüyünü bildirib. Qeyd edib ki, o, Norveçdə regional
səviyyədə təşkil olunmuş olimpiadanın da qalibi olub.
Görüşün sonunda İnstitutun əməkdaşları S. Quliyevaya laboratoriyalarda aparılan tədqiqatlar, tədqiqatlar zamanı istifadə olunan avadanlıqlar və onların elmi nəticələrin əldə
olunmasında verdikləri töhfələr haqqında məlumat veriblər.
14.06.2024
FİZİKA İNSTİTUTUNDA “İNSAN HÜQÜQLARI AYLIĞI” ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB.
13 iyun 2024-cü il tarixində ARETN Fizika İnstitutunda “İnsan hüqüqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbiri Fizika İnstitutunun Elmi katibi dosent Afət Kərimova giriş sözü ilə açaraq Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq
edilən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın insan hüquqlarının müdafiəsi sahəsində böyük əhəmiyyət kəsb etməsindən, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən hər il ölkədə 18 iyun tarixinin İnsan Hüquqları kimi qeyd olunduğundan, və hər il
18 may-18 iyun tarixlərinin Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan Hüquqları Aylığı” elan olunduğundan İnsan
hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədiylə Fizika İnstitutunun “İnsan Hüquqları Aylığı”na qoşulmasından, bu tədbirin məqsəd və məramından
bəhs etdi.
Tədbirdə “Elmi innovasiya və xarici əlaqələr” şöbəsinin müdiri dosent Rüstəm Rüstəmov çıxış etdi. O, elmi işçilərin hüquqlarından, vəzifələri və sosial müdafiəsindən bəhs etdi.
Sonda tədbir iştirakçıları mövzu üzrə öz fikir və tövsiyələrini bildirdilər.
17.05.2024
FİZİKA İNSTİTUTU AZMİU İLƏ MEMORANDUM İMZALANIB
Fizika İnstitutunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elm və innovasiya məsələləri üzrə prorektoru,
riyaziyyat üzrə elmlər doktoru, professor Nigar Aslanova, fizika və kimya kafedrasının müdiri fizika elmləri doktoru, professor Adil Abbasov qonaq olublar. Görüşün
məqsədi Fizika İnstitutu ilə AzMİU arasında anlaşma memorandumunun imzalanması olub.
İlk olaraq İnstitutun baş direktoru, akademik Arif Həşimov qonaqlara İnstitutda aparılan tədqiqatlar, elmi müəsissənin beynəlxalq əlaqələri, burada mövcud olan maddi
texniki baza və s. haqqında məlumat verib.
Nigar Aslanova bildirib ki, Fizika İnstitutu ilə AzMİU arasında hər zaman əməkdaşlıq mövcud olub. O qeyd edib ki, elmi tədqiqatların aparılmasında təqdqiqat
institutlarının imkanları və təcrübəsi daha böyükdür. Elmi müəssisələrin və təhsil sisteminin əməkdaşlarının bir araya gələrək komanda şəklində ortaya qoyduqları elmi
işlərin sayı azdır. Bu məqsədlə təhsil sistemi ilə elmi tədqiqat institutlarıının əlaqələri genişləndirilməsi olduqca önəmlidir. N.Aslanova AzMİU-nun bir sıra
institutlarla əlaqələrinin mövcud olduğunu qeyd edib. Bildirib ki, əlaqələrin genişlənməsi nəticəsində elm və təhsilin inteqrasiyası mümkün olur, kadrlar mübadiləsi
aparılması daha effenktiv reallaşır.
Sonda Fizika İnstitutu ilə AzMİU arasında anlaşma memorandumu imzalanıb.
03.05.2024
FİZİKA İNSTİTUTUNDA RUSİYALI ALİM QONAQ OLUB
Fizika İnstitutunda Dubnanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Azərbaycan üzrə əlaqələndiricisi,
laboratoriya rəhbəri Yevgeni Yakuşev və BNTİ-də çalışan İnstitutun əməkdaşı, böyük elmi işçi Nazim Hüseynov qonaq olublar. Qonaqlar İnstitutun baş direktoru, BNTİ-nin
Azərbaycan üzrə tamhüquqlu fövqəladə və səlahiyyətli səfiri, akademik Arif Həşimovla görüşüblər. Görüş çərçivəsində Dubnada uzunmüddətli ezamiyyətdə olan azərbaycanlı
alimlərin gördüyü işlər, gələcək əməkdaşlıq perspektivləri və s. müzakirə olunub.
02.05.2024
FİZİKA İNSTİTUTUNDA ADNSU TƏLƏBƏLƏRİ QONAQ OLUBLAR
Fizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin I kurs tələbələri
qonaq olublar. Görüşün məqsədi tələbələrin fizika fənnini daha dərindən mənimsəməsi, burada quraşdırılan müasir avadanlıqlarla tanış olmaq olub. Fizika İnstitutunun
alimləri qonaqlara elmi müəssisədə aparılan tədqiqatlar, laboratoriyaların elmi araşdırmalarda istifadə etdiyi metodikanın iş prinsipləri, aparılan elmi tədqiqatların
istiqamətləri və elmi nəticələr haqqında ətraflı məlumat veriblər. Tələbələrə Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, dosent ADNSU-nun Fizika
kafedrasının müəlliməsi Xuraman Əhmədova rəhbərlik edib.
Qeyd edək ki, tələbələr ADNSU-nun mühəndis fizikası ixtisası üzrə təhsil alan ilk ingilis dilli qrupudur.
30.04.2024
FİZİKA İNSTİTUTUN TƏŞKİLATÇILIĞI İLƏ VEBİNAR KEÇİRİLƏCƏK
Mayın 2-də Fizika İnstitutunun təşkilatçılığı ilə OverDrive şirkətinin vebinarı təşkil olunacaq. Vebinarda təcrübə
mübadiləsi aparılacaq, rəqəmsal kitabxananın, audio və elektron kitab və jurnalların yaradılması üsulları haqqında məlumat veriləcək.
ABŞ-nin Cleveland ştatının Ohayo şəhərində yerləşən OverDrive şirkəti elektron və audiokitabların, onlayn jurnalların və streaming video başlıqlarının dünya üzrə
rəqəmsal distribyutorudur. Şirkət 115 ölkədən 92 min kitabxana ilə əməkdaşlıq edir. Vebinar saat 16:30-da başlayacaq. İştirak üçün link:
ZOOM: https://overdrive.zoom.us/j/95372114437?pwd=UUxGV2x6RUZSSjJRTjR0VUI4ZnN6dz09&from=addon ID: 953 7211 4437 Passcode: 916215
23.04.2024
AKADEMİKİN ANIM GÜNÜDÜR
Akademik Məhəmməd Əmin Şahtaxtinsikinin anım günü ilə əlaqədar olaraq Fizika İnstitutunun əməkdaşları Fəxri Xiyabanda
akademikin məzarını ziyarət ediblər.
02.04.2024
FİZİKA İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası
giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açaraq gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib. Bildirib ki, AR ETN Fizika İnstitutu ilə
Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə elmi işlərin səmərəliliyinin artırılması, tədqiqatların
əlaqələndirilməsi məqsədini daşıyır. Sənəddə laylı yarımkeçiricilərdə və superkeçiricilərdə, eləcə də aşağı ölçülü strukturlarda elektron və fonon sistemlərinin
xüsusiyyətlərinin eksperimental tədqiqi, əldə olunan nəticələrin müzakirəsi və s. nəzərdə tutulub.
Daha sonra iclasda cari məsələlər müzakirə olunub, “Ferroelektriklər və funksional materiallar” laboratoriyasının baş elmi işçi fizika elmləri doktoru Rəfiqə
Mehdiyevaya professor elmi adının verilməsi üçün qapalı səsvermə keçirilib.
11.03.2024
ALİMLƏRİN DOSTU 100 YAŞLI VETERAN
Martın 9-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun rəhbərliyi bir qrup ziyalı ilə Quba
şəhərinə səfər ediblər. Səfərdə məqsəd II Dünya Müharibəsi iştirakçısı, ictimai fəal, Qaflan Ömərovun 100 illik yubileyi ilə əlaqədar onunla görüşmək olub.
Görüşdə Q.Ömərov keçdiyi şərəfli ömür yolundan - Qubada və bütövlükdə respublikamızda çalışdığı müxtəlif sahələrdəki fəaliyyətindən, ictimai fəal kimi gördüyü işlərdən,
rayonun yetişdirdiyi alimlərdən söhbət açıb. O, uzun illər 9 May Qələbə Günü ilə əlaqədar müharıbə iştirakçısı kimi Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevlə görüşlərindən, ona göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, uzun illər Fizika İnstitutunun əməkdaşları ilə görüşlərdə iştirak edib.
O, İnstitutun əməkdaşı, II Dünya Müharibəsinin iştirakçısı, akademik Maqsud Əliyevlə bağlı xatirələrini qonaqlarla bölüşüb.
6 övladı, 16 nəvə və 32 nəticəsi olduğunu qeyd edən Q.Ömərov onlardan 5-nin alim olduğunu və bundan qürur duyduğunu bildirib. 100 yaşlı yubilyar bir neçə il əvvəl 9
mayda cənab Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə çəkdirdikləri xatirə şəklini qonaqlara göstərib. Qeyd edib ki, şəkildə əks olunanlardan sağdan sola
birinci akademik Maqsud Əliyev, ikinci AMEA-nın 2-ci xüsusi şöbəsinin müdiri Mütəllim Rəcəbov və 3-cü özü, yəni Qaflan Ömərov yer alıb.
Yubiliyarı təbrik edən Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov onun iti ağıla, unikal yaddaşa malik olduğunu qeyd edərək hər il onu ziyarət edib ad
günlərində iştirak edəcəklərini bildirib. Sonda yubilyarla xatirə şəkli çəkilib.
Qeyd edək ki, Q.Ömərovun fevralin 7-si 2024-cü ildə keçirilən Prezident seçkilərində 100 yaşlı seçicilərdən biri olub. Yubilyar AMEA-nın müharibədə iştirak edən
əməkdaşları ilə hər zaman təmasda olub.
26.02.2024
FİZİKA İNSTİTUTUNDA XOCALI SOYQIRIMININ QURBANLARININ XATİRƏSİ YAD EDİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunan tədbir
keçirilib. İlk olaraq soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açaraq qeyd edib ki, Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır. O, bu ilki
26 fevralın ötən illərə nisbətən fərqli olduğunu bildirib. Akademik Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Xocalı soyqırımına siyasi qiymət verildiyini,
hadisələrin arxasında kimlərin durduğunu araşdırmağın mümkün olduğunu bildirib. İşğal altında olan torpaqlar azad olunduqdan sonra kütləvi məzarlıqların aşkar
olunduğunu qeyd edən A. Həşimov gələcəkdə bu məzarlıqlar öyrənildikdə hadisələrə daha doğru qiymət veriləcəyini bildirib. O, ermənilərin Azərbaycan xalqına qarşı
saysız-hesabsız vəhşiliklər törətdiyindən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində ordumuzun düşmən üzərində
qələbəsindən danışıb.
Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova çıxışında Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu
fəaliyyət, onun apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımızın azad olunmasından, işğal altından azad olan torpaqlarda aparılan bərpa
işlərindən, Xankəndində təşkil olunan paraddan və s. bəhs edib. Anım tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun Qadınlar Şurasının
sədri, tarix elmləri doktoru Vəfa Mahmudova, Fizika İnstitutunun böyük elmi işçisi Şəfəq Əhədzadə, aparıcı elmi işçi Lalə Əliyeva, doktorant Səidə Zalova və YAP-ın
fəal üzvi, elmi işçi Bayram Xudayarov çıxış ediblər.
19.01.2024
20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş
anım tədbiri keçirilib. İlk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açaraq həmin dövrdə müəssisə və təşkilatlarda aparılan müzakirələrdən, baş verən toqquşmalardan
bəhs edib. Bildirib ki, Fizika İnsitutu bütün hadisələrdə fəal iştirak edib. A. Həşimov İnstitutunun əməkdaşlarının təkcə elm sahəsində deyil, həmçinin, ictimai-siyasi
hadisələrə də dolğun qiymət verdiyini qeyd edib. O, həmin dövrdə kommunist baxışların mövcudluğundan, fikir ayrılıqlarından bəhs edib.
Qeyd edib ki, 20 Yanvar hadisələri zamanı informasiya qıtlığı var idi, məlumatlar senzuradan keçdikdən sonra televiziya kanallarına ötürülürdü. O, yalnız Bakıda deyil,
Azərbaycanın bütün yerlərində hərbi hissələrin olduğunu və onların təhlükə mənbəyi olduğunu vurğulayıb.
Bildirib ki, hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı
faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınayıb, ifşaedici və cəsarətli bəyanat vermişdi. O, 20 Yanvar hadisələrinə əsil siyasi qiymətin
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildiyini vurğulayıb.
Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova canlı şahidi olduğu hadisələrdən danışıb. Bildirib ki, dünya azərbaycanlıları başqa
ölkələrdə bir yumruq altında birləşməyi bacarırlar. O, həmin dövrdə Rusiyada yaşayan azərbaycanlıların Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısında
yığışmasından, Ulu Öndərin nümayəndəliyə gəlişindən bəhs edib. Professor Ümummilli Lider Heydər Əliyevin çıxışı zamanı bu hadisəni xalqa qarşı cinayət adlandırdığını,
səbəbkarlarının aşkar edilməsinin vacib olduğunu vurğulayıb. A. Abbasova Moskvada yaşayan azərbaycanlıların etiraz etmək üçün gördükləri işlərdən danışıb.
Daha sonra fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev, fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov, Lalə Əliyeva, Niyazi Mursakulov, Pakizə İsmayılova,YAP-ın
fəal üzvi, elmi işçi Bayram Xudayarov çıxış ediblər. Bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin, məhz, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün
olduğunu vurğulayıblar.
|