İnstitutunun XƏBƏRLƏRİN AZ 2022 arxivi
az / ru / en
Dissertasiya  Şurasının  ELANLARI ELANLAR ƏMRLƏR  və  SƏNƏDLƏR İnstitutunun  XƏBƏRLƏRİ

ELM  XƏBƏRLƏRİ

ТЕХНОМАНИЯ - https://texnomaniya.ru/science-news


14 Aprel 2022

KARBON NANOTUBLARI KEVLARDAN VƏ HƏR ŞEYDƏN PARAMETRƏ GÖRƏ ÜSTÜN GÜLƏ KEÇİRMƏZ YENİ MATERİALIN ƏSASINDIR


Çox vaxt çəki, fərdi qoruyucu vasitələrin yaradılması üçün istifadə olunan güllə keçirməyən materialların effektivliyini artırmaq üçün ödəniləcək qiymətdir. Lakin, Viskonsin-Madison Universitetinin tədqiqatçıları nanoliflərdən toxunmuş “həsir” olan ultra-yüngül materialın yeni növünü yaratmağa müvəffəq olublar. Üstəlik, müəyyən kimyəvi proseslər əsnasında bu materialın işi onu ənənəvi kevlar və poladdan daha səmərəli edir.


27 Yanvar 2022

İLK TOPOLOJİ AKUSTİK TRANZİSTORUNU YARADILIB


Dünyada topoloji adlanan materiallar var ki, onların içərisində elektronlar materialın yalnız səthi və ya kənarları boyunca praktiki olaraq enerji itkisi olmadan hərəkət edir. Bu materiallar yüksək səmərəli və kiçik ölçülü yeni nəsil elektronikanın yaradılması üçün son dərəcə perspektivli hesab olunur. Lakin, alimlərin hələ də öhdəsindən gələ bilmədiyi bir problem mövcuddur. Belə ki, topoloji materiallara əsaslanan tranzistorları elektron səpilməsi olmadan, yəni enerji itirmədən yandırmaq və ya söndürmək mümkün deyil.


14 Fevral 2022

RADİOAKTİV İZOTOPLAR YARADAN İLDIRIM TUTULDU


Yapon fizikləri ildırım çaxması zamanı nəzəriyyəçilərin proqnozlaşdırdıqları radioaktiv izotopların doğulmasını ilk dəfə "canlı" müşahidə ediblər. Məqalə “Nature” jurnalında dərc edilib.İldırım təbii hissəciklərin sürətləndiricisidir. Şimşək çaxan zaman buludlarda elektrik sahələrində inkişaf edən relyativistik qaçaq elektronların uçqunları,...


14 Fevral 2022

ATMOSFERDƏ OLAN ANTİMADDƏNİN MƏNBƏYİ


Yapon alimləri aşkar ediblər ki, Yer atmosferində ildırım tullantıları pozitronların - elektronların antihissəciklərinin yaranmasına səbəb olur. Tədqiqat “Nature” jurnalında dərc olunub, Kyoto Universitetinin “EurekAlert!...


14 Fevral 2022

FİZİKLƏR ZAMANI GERİ QAYTARIRLAR


Beynəlxalq fiziklər qrupu bir-birinə bağlı hissəciklər cütü üçün zaman keçidini tərsinə çevirməyə müvəffəq olub. Tədqiqatçılar sübut etdilər ki, kvantla əlaqəli qubitlər (kvant bitləri) üçün termodinamikanın ikinci qanunu kortəbii şəkildə pozulur, buna görə təcrid olunmuş sistemlərdə bütün proseslər yalnız artım istiqamətində gedir...


04 May 2022

AMEA-NIN RƏYASƏT HEYƏTİNİN APARATINDA STRUKTUR DƏYİŞİKLİYİ NƏZƏRDƏ TUTULUB



AMEA-nın Rəyasət Heyətinin aparatında struktur dəyişikliyi nəzərdə tutulub. Day.Az Trend-ə istinadən bildirir ki, bu sözləri AMEA-nin prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov jurnalistlərə açıqlamasında bildirib. Arif Həşimovun sözlərinə görə, Rəyasət Heyətinin tərkibi çoxsaylı bölmə və şöbələrdən ibarətdir və burada elmi işçilərin sayı üstünlük təşkil etməlidir: "AMEA da və elmi qurumlarda elmi işçilərin sayı üstünlük təşkil etməlidir. Digər işçilər isə yardımçı funksiya yerinə yetirməlidir. Bununla bağlı uyğunsuzluqlar var. Amma bu, o demək deyil ki, şöbə və bölmələr ləğv olunmalıdır. Bəzi institutlarda texniki işçilərin sayı çox olmalıdır". Akademik onu da qeyd edib ki, fəaliyyətini bitirən strukturlar davamlı şəkildə yeniləri ilə əvəz olunmalıdır. Belə ki, istər akademiyada, istərsə də bu kimi digər qurumların strukturunda mütəmadi şəkildə yenilənmələr aparılmalıdır.


04 Mart 2022

FİZİKA İNSTİTUTUNDA 1 MART - ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD OLUNUB


AMEA-nın Fizika İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən institutun mülki müdafiə üzrə qərargah rəisi Dursun Abdullayev bu əlamətdar günün yaranma tarixindən danışıb. Onun sözlərinə görə, Mülki müdafiə hərəkatı ötən əsrin 30-cu illərindən başlanıb. İlk dəfə I Dünya müharibəsində istifadə olunan hava hücumu vasitələrindən insanların özlərini qoruya bilməməsi və kütləvi ölüm halları bu zərurəti yaradıb.
Qərargah rəisi diqqətə çatdırıb ki, 1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı fransız Corc Sant-Pol “Cenevrə regionu Assosiasiyası” təşkilatını yaradıb və bu qurum sonralar Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) çevrilib. Qeyd edək ki, adıçəkilən Assosiasiyanın ümdə məqsədi bütün ölkələrdə ikitərəfli və ya çoxtərəfli razılaşmalara əsaslanan daimi təhlükəsiz ərazilər yaratmaq olub. Belə neytral zonalar müharibə zamanı əhalinin müəyyən kateqoriyaları: qadınlar, uşaqlar, xəstələr və qocalar üçün sığınacaq kimi xidmət etməli idi.
BMMT-nin Baş Assambleyası (International Civil Defence Organisation, ICDO) 1990-cı ildə Ümumdünya Mülki Müdafiə Gününün təsis edilməsini qərara alıb. Bayramın tarixi kimi Beynəlxalq Mülki Müdafiə Təşkilatına hökumətlərarası təşkilat statusunun verildiyi və nizamnaməsinin rəsmi qüvvəyə mindiyi tarix (1 mart 1972-ci il) seçilib.
İnstitutun mülki müdafiə üzrə qərargah rəisi, həmçinin 44 günlük Vətən müharibəsi dövründə baş verə biləcək fövqəladə vəziyyətlərin qarşısını almaq və onlardan xilas olmaq məqsədilə öncədən hazırlanan tədbirlər planı barədə məlumat verib. “II Qarabağ müharibəsi zamanı cəbhə xətti boyu mülki əhalini qorumaq məqsədi ilə sığınacaqlar hazırlanıb, baş verəcək düşmən hücumlarının qarşısını almaq məqsədi ilə səngərlər qazılıb”, - deyə Dursun Abdullayev vurğulayıb.
Tədbirin sonunda mülki müdafiə ilə bağlı suallar səsləndirilib, müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.


24 Fevral 2022

FİZİKA İNSTİTUTUNDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB


Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, institutun baş direktoru, akademik Arif Həşimov açaraq qeyd edib ki, Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır. Akademikin sözlərinə görə, Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir.
Akademik Arif Həşimov bildirib ki, Xocalı 1991-ci ilin oktyabrından blokadada olub. O zaman Qarabağ ərazisində yeganə hava limanı bu şəhərdə fəaliyyət göstərib. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilib və yeganə nəqliyyat vasitəsi helikopter qalıb. Xocalıya sonuncu helikopter1992-ci il yanvarın 28-də uçub. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilib. Yanvarın 2-dən şəhərə elektrik verilməyib. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayıb və müdafiə olunub. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil edilib.
Xocalının 7 min əhalisi olduğunu xatırladan akademik söyləyib ki, soyqırım zamanı 366-cı motoatıcı alayın iştirakı ilə burada 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir alınıb, 487 nəfər isə ağır yaralanıb.
İnstitutun baş direktoru 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyasından söz açıb. “Xocalı soyqırımının tanıdılması istiqamətində sistemli fəaliyyət və beynəlxalq kampaniyanın internet saytı Xocalı faciəsinin əsl günahkarlarının, xalqımıza qarşı soyqırımı haqqında faktların dünya ölkələrinə daha geniş çatdırılmasına imkan yaradır. Artıq proqram və onun internet saytı dünyanın müxtəlif şəhərlərində - Vaşinqton, İstanbul, Berlin, Buxarest, Kiyev, Vyana, Brüssel, Pekin, Varşava və digər ölkələrdə Xocalı soyqırımı haqqında dolğun məlumatları beynəlxalq ictimaiyyətə çatdırır”, – deyə akademik qeyd edib.
A.Həşimov gənclərimizin ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri unutmamaları üçün hər il Fizika İnstitutunda analoji anım tədbirlərinin keçirildiyini vurğulayıb.
A.Həşimov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət və igid əsgərlərimizin göstərdiyi şücaət nəticəsində 30 illik torpaq həsrətimizə son qoyulduğunu bildirib. Akademikin sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının borcudur ki, igidlərin qanı bahasına alınmış torpaqları qorusun, bu anı heç vaxt unutmasın və daim yaddaşlarında saxlasınlar.
Daha sonra institutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və digər natiqlər çıxışlarında qeyd ediblər ki, Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda Xocalı soyqırımı və Xocalı faciəsi kimi, digər ölkələrdə isə Xocalı qətliamı kimi anılır.
Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri bədii hissə ilə davam etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.


19 Aprel 2022

ABŞ-DA ELMİ FƏALİYYƏTLƏ MƏŞĞUL OLAN BAKILI ALİM AKADEMİK ARİF HƏŞİMOVA MİNNƏTDARLIQ MƏKTUBU GÖNDƏRİB



Azərbaycan Miili Elmlər Akademiyasının prezidenti v.i.e., akademik Arif Həşimov optoelektronika sahəsində tanınmış görkəmli alim, fizika elmləri doktoru, professor Qriqori Lvoviç Belenkiyə 80 illik yubileyi münasibətilə Fizika İnstitutunun Elmi şurası adından təbrik məktubu ünvanlayıb. Qeyd edək ki, görkəmli fizik alimin AMEA-nın fəxri adı ilə mükafatlandırılması haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması da nəzərdə tutulur.

Fizika elmləri doktoru, professor Qriqori Belenki 1942-ci il martın 29-da Bakıda ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirəndən sonra AMEA Fizika institutunda çalışıb. Alim nüfuzlu "Uspexi fiziçeskix nauk" jurnalında iki fundamental icmalın (1983 və 1988). 400 elmi işin, o cümlədən 200-ə yaxın elmi məqalənin və ABŞ-da qeydə alınan 4 patentin müəllifidir. Alimin məqalələrinə 5700-dən çox istinad vardır və Hirş indeksi (h-indeks) 38-ə. İ10-indeks isə 140-a bərabərdir. Fizika elminin inkişafında böyük xidmətlərinə görə, Qriqori Belenki 1988-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb.
1989-cu ildən ABŞ-da fəaliyyətini davam etdirən görkəmli alim hazırda Nyu-York Dövlət Universitetinin elektrik və kompüter mühəndisliyi üzrə professorudur.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndiriiməsindeki xidmətlərinə görə, Qriqori Belenki 2012-ci ildə "Dostluq" ordeni ilə təltif edilib.
Bu günlərdə akademik Arif Həşimovun təbrikinə cavab olaraq professor Qriqori Belenki azərbaycanlı həmkarlarına təşəkkür məktubu ünvanlayıb. Məktubda alim vaxtilə AMEA Fizika İnstitutunda çalışdığına görə məmnunluq hissi duyduğunu bildirib. Vurğulayıb ki, bu müəssisənin alimləri energetika, nüvə fizikası, elementar hissəciklər fizikası və digər sahələrdə dünya elminə əhəmiyyətli töhfələr verib, Azərbaycan alimlərinin bərk cisimlər fizikası üzrə tədqiqatları isə Nobel mükafatı laureatları A.A.Abrikosov, J.İ. Alfyorov, V.L. Qinzburq, görkəmli fizik L.V. Keldış tərəfindən yüksək qiymətləndirilib.
Məktubda ona gösterilən diqqətə görə həmkarlarına minnətdarlığını bildirən Qriqori Belenki AMEA Fizika İnstitutunun bütün kollektivinə cansağlığı və elmi fəaliyyətdə uğurlar arzulayıb.

“Elm” qəzeti, 08.04.2022


14 Aprel 2022

AMEA FİZİKA İNSTİTUTUNUN GƏNC ALİM VƏ MÜTƏXƏSİSLƏR ŞURASI VƏ YENİ AZƏRBAYCAN PARTİYASI GƏNCLƏR İLƏ BİRGƏ “YENİ AZƏRBAYCAN PARTİYASININ GƏNCLƏR SİYASƏTİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRMİŞDİR
PRESS-RELİZ


Bakı şəhəri 12 mart 2022-ci il 12.04.2022- ci il tarixində AMEA Fizika İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurası və Yeni Azərbaycan Partiyası gənclər ilə birgə tədbir keçib. Tədbiri AMEA Fizika İnstitunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri, f.ü.f.d Behbud Hüseyn oğlu İbrahimov açib və çıxışında Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranma tarixindən danışıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Yasamal Ərazi üzrə Partiya Təşkilatının sədri, f.ü.f.d Şəhla Qənbər qızı Xəlilova çıxış edib. O da, öz növbəsində Azərbaycanın inamla irəliyə baxmasından, gənclərin gələcəklərini düzgün müəyyən edib, dövlətə maksimum dəstək vermək üçün fəal olmalarından danışıb.
Tədbir Vakuum fotoelektronikası laboratoriyasının mühəndisi, Günel Tofiq qızı Məhərrəmovanın çıxışı ilə davam edib. O, çıxışında Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında keçirilən tədbirlərdən, orada çıxış edən nüfuzlu dövlət xadimləri ilə olan görüşlər haqqında fikirlərini bildirib. Sonda isə Yeni Azərbaycan Partiyası Ərazi üzrə Partiya Təşkilatının sədr müavini, Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının kiçik elmi işçisi, Xədicə Fuad qızı Əliyeva Yeni Azərbaycan Partiyasının gənclərin fəaliyyətində rolu haqqında o cümlədən, Fizika İnstitunun Gənc alimlərinin keçən il ərzində gördüyü işlər haqqında məlumat bildirib.


13 Yanvar 2022

31 Dekabr 2021-ci il